Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1880/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apelyasiya şikayətinin mümkünlüyü yoxlanılmadan işə mahiyyəti üzrə baxılmasının yolverilməzliyi) Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil və üçüncü şəxs X6 iştirakları ilə, iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «üçüncü şəxs X6 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-206/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,54 ha (1792R nömrəli planşetlə 2585,56 kv.m, 1792 nömrəli planşetlə 1306 kv.m və 1792A nömrəli planşetlə 1480,08 kv.m) torpaq sahəsi X1 və X3 birgə mülkiyyətinə verilmiş və bununla bağlı JN-17xx xxx 40105018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. Dadaşova (əvvəlki soyadı Qayxanova) İlhamə Kamil qızı JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 1 8 saylı Ərazi İdarəsi yazılacaq) müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-17xx xxx 40105018 nömrəli dövlət aktının 1792R nömrəli planşet hissəsində qeyd olunan 0,2585 ha torpaq sahəsi barədə məlumatlar idarədə mövcud olan elektron baza xəritələrində BEF torpağı kimi öz əksini tapmışdır. X5 xx.xx.2018-ci il tarixli 13 nömrəli məktubunda 0,26 ha torpaq sahəsinin qardaşı X4 istifadəsində olan ərazi olduğu qeyd edilmişdir. X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN seriyalı 1792 nömrəli dövlət aktında 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü “əkin” olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun və məhrum anası X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN seriyalı 1792 nömrəli dövlət aktında 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı X9 və məhrum anası X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra qərardan çıxarış icra edilməsi üçün cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə göndərilmişdir. Qərarın i crası ilə əlaqədar olaraq, DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli hquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2019-cu il tarixli A-363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi verilmişdir. Katex Bələdiyyəsi DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət edərək, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli A-363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»nün ləğv edilməsini və dövlət aktındakı koordinatlara uyğun yeni sənədin verilməsini xahiş etmişdir. Lakin DƏDRX-nin 18 saylı Ərazi İdarəsi bundan imtina etmiş və xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, «Torpaq sahəsinin planı və ölçüsü» sənədi məhkəmə qərarı əsasında verildiyinə görə onun ləğv edilməsi İdarənin səlahiyyətləri daxilin də deyil. Balakən Rayon Katex Bələdiyyəsinin nümayəndəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «üçüncü şəxs X6 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair JN-1792 nömrəli dövlət aktındakı koordinatlara əsasən, X6 torpağı başqa yerdə olduğu halda, cavabdeh torpağı sürüşdürərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üstünə işləmişdir. Halbuki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qə rarında torpağın sürüşdürülüb başqa yerdən verilməli olması qeyd edilməmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin 2-1(116)364/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim Vidadi Qasımov) iddia təmin edilməmiş, iş üzrə prosessual xərclərin iddiaçı Balakən rayonu Katex Bələdiyyəsinə aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86,40 manat xərcin ondan alınaraq «xxxx» MMC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışd ır ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qərarın 2.4.-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlarla əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktarla irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilir ki, məhkəmə icraatı həqiqətən müəyyən edilməsini təmin etməlidir. İddiaçının nümayəndəsi eyni zamanda apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)206/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və R.Əliyev) iddiaçı Balakən rayonu Katex Bələdiyyəsinin sədri X2 apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 21(116)-364/2020 saylı qərarı ləğv edilmiş iddia mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi birbaşa iş üzrə cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuşdur. Apelyasiya Məhkəməsi qərardadında torpaq sahəsinin cizgilərinin işlənməsini inzibati aktın (Aqrar İslahat Komissiyasının qərarının) tələbi kimi izah etməyə çalışmışdır. Halbu ki, yuxarıda da qeyd olunduğu kimi, qeyd olunan qərarda yalnız vətəndaşın mülkiyyətinə nə qədər torpaq sahəsi verilməsi qeyd olunur, texniki parametrlərinin nə qədər olması göstərilməmişdir. Torpaq sahəsinin ölçülərində texniki səhvin olması isə istənilən halda mümkündür. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X9 məhkə mə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırıcı hissə: Cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM- nin 87.2-ci madəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apelyasiyanın mümkünlüyü əsasları dedikdə, apelyasiya şikayətinin İPM-nin 90-cı maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, apelyasiya şikayətinin İPM-nin 85-ci müddəsində müəyyən olunmuş müddətlərdə verilməsi və 86.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür. Yuxarıda göstərilən mümkünlük şərtləri baxımdan işin halları araşdırıldıqda görünür ki, apelyasiya şikayəti müddət ötürülməklə verilmişdir. Yəni apelyasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 85-ci maddəsinə əsasən müəyyən olunmuş tələblərə əməl olunmadan verilmişdir. Belə ki, apelyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Hazırki iş üzrə məhkəmənin qərarının surəti iddiaçı Katex bələdiyyəsinə xx.xx.2020ci il tarixli məktubla göndərilmiş, xx.xx.2020-ci il tarixdə poçt müəssisəsinə verilmiş və xx.xx.2020-ci il tarixdə “Osmanov” soyadlı şəxsə təqdim olunmuşdur. İddiaçının 28.042020-ci il tarixdə imzalanmış kassasiya şikayəti Şəki İnzibati Məhkəməsində xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçının qərardan şikayət vermə nüddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmışdır. Çünki İPM-nin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə s ənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərə findən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bu müddəalara əsasən iddiaçının sozügedən qərardan şikayət vermə müddəti xx.xx.2020-ci il tarixdən başlanmış və bir ay davam etmişdir. Lakin bu qərardan kassasiya şikayəti müddət ötürülməklə verilmişdir. Bu müddətin konkret olaraq neçə gün ötürüldüyü araşdırılmalıdır. Çünki apelyasiya şikayətinin göndərildiyi zərfin üz hissəsində poçt müəssisəsinin daxilolma tarixi olan ştampı, markanın rəngli hissəsinə düşdüyünə görə oxunmur. Bu xüsusat prosessual müddətlərin qurtarmasının müəyyən olunması üçün ona görə əhəmiyyətlidir ki, Azərbaycan Respublikası MPM-nin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kassasiya şikayətlə ri, digər sənədlər və ya pul məbləğləri müqddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş sayılır. Lakin bu hal, ümumən apelyasiya şikayəti vermə müddətinin ötürüldüyü barədə inamlı nəticəyə gəlməyə mane olmur. Çünki, apelyasiya şikayətinin 28.042020-ci il tarixdə imzalanması ona dəlalət edir ki, həmin şikayət ən azı 24 gün ötürülməklə verilmişdir. Bundan başqa iddiaçı müddətin bərpa edilməsi haqqında ərizə də yazmışdır. Apelyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi, apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslardan biridir. İPM-nin 87.3-cü maddəsinə görə apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinin tələbinə görə apelya siyanın mümkünlüyü ilə bağlı məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Apelyasiyanın mümkünlüyü məcburu prosessual mərhələdir və işin sonrakı istiqamətini müəyyən etməkdə həlledici rol oynayır. Apelyasiya şikayətinin hər hansı əsasla qəbul etməkdən imtina olunması, bütövlükdə apelyasiyanın mümkünsüzlüyü kimi hüquqi nəticə tərədir. Başqa sözlə, apelyasiya şikayətini qəbul etməkdən imtina edilməsi o deməkdir ki, bu halda apelyasiya məhkəməsində işə mahiyyəti üzrə baxılması üzrə icraat aparıla bilməz. Buradan həm də o nəticə hasil olur ki, apelyasiya şikayəti mümkün olmadığı halda, şikayəti qəbul etməkdən imtina etmədən işə mahiyyəti üzrə baxılması ilə bağlı prosessual hərəkətlər etibarsızdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və apar ılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Baxılan işdə bu prinsipə tam əməl olunmamışdır. Məhkəmə iddiaçının apelyasiya şikayəti vermə müddətini ötürdüyü, müddətin bərpa olunması barədə ərizə yazdığı halda bu məsələni araşdırmamış, xx.xx.2020-ci il tarixli qərardadında da buna qiymət verməmişdir. İşin bu vəziyyətində məhkəmə kollegiyası işin mahiyyəti üzrə həllinə aid məsələlər münasibət bildirməyə haqlı deyildir. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və apelyasiyanın mümkünlüyünün araşdırılması üçün Şəki Apelyasiya Məh kəməsinə göndərilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)206/2020 saylı 24 iyul 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş apelyasiyanın mümkünlüyü əsaslarının yoxlanması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1880/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1880/2020
14.10.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver