Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1887/2025 30.07.2025 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası AliMəhkəməsininİnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə iş üzrə QƏRARDADİ Açarsözlər: (iddianın mümkünlük şərti, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Ba ş İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekunməbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş imtina qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2-1(103)-1498/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cava bdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bank) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023cü il tarixində qəbul edilmiş imtina qərarın ləğv edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0604 saylı payçı müqaviləsi bağlanılmışdır. Həmin payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı olan mən zili almış və bu mənzilə görə ƏDV daxil 171993 (bir yüz yetmiş bir min doqquz yüz doxsan üç) manat məbləğində pul vəsaiti MTK-nın hesablarına mədaxil edilmişdir. Daha sonra "xxxx" MTK ilə bağlanmış payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair müraciətlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Cavabdeh 26 may 2023-cü il tarixli **********175700 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavab deh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK tərəfindən ƏDV məbləği ödənilib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, iddiaçının MTK-nın cari hesabına ödədiyi ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, tərəfindən ödə nilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Hesab edir ki, iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Əlavə olaraq bildirilir ki, cavabdeh qaydadan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün təxmini 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. Eyni zamanda Bakı İnzibati Məhkəməsində hazırda onun tələbinə uyğun bir neçə məhkəmə qərarı olmuşdur. Analoji tələb üzrə xx.xx.2024-cü il tarixində qəbul edilmiş, 2-1(112)-3100/2024 saylı qərar vardır və həmin qərar üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə ƏDV-nin yekun məbləği barədə məluma tın müvəkkil banka ötürülməsi öhdəliyi qoyulmuşdur. Bütün qeyd olunan normativ-hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti iddiaçıya geri ödənilməli olduğu halda, Qaydada “Operator” kimi tanınan cavabdeh Qaydanın 5.5-ci bəndini pozmuşdur. Belə ki, Qaydanın 5.5-ci bəndinə əsasən “elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd edilmiş sənədlərdə göstərilən məlumatlar Operator tərəfindən yoxlandıqdan sonra, dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operataor alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Tərəfindən ödənişlər müvək kil bank olan Azərbaycan Beynəlxalq Bank ASC-nin Baş ofisində Müştəri Xidməti Departamenti tərəfindən həyata keçirildiyi üçün hesab edir ki, cavabdeh ƏDV-nin güzəşt məbləği barədə məlumatları müvəkkil bank Azərbaycan Beynəlxalq Bank ASC-nin baş ofisinə (Müştəri Xidmətləri Departamentinə) ötürülməlidir. Cavabdeh tərəfindən 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarının əsası olmadığı üçün ləğv edilməlidir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim X2) e-2-1(112)-3198/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı eyni məzmunlu iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-1969/2024 nömrəli qərarı ilə iddia sı təmin edilməmişdir. Sözügedən məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbi xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən "xxxx" MTK-dan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli mənzilin alınması üçün ödənilən 171.993 manat məbləğində pul vəsaitinin ƏDV-nin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bank) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsini tələb etməkdədir.
5. Məhkəmə hesab etmişdir ki, məhkəmənin icraatında artıq eyni iddia tələbinə dair iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İddia tələbinin fərqli şəkildə təqdim edilməsi isə, həmin tələbin başqa tələb olması anlamına gəlmir və id dianın mümkünlüyünü istisna edən şərtlərin aradan qaldırılmasına əsas qismində çıxış edə bilməz.
6. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)3198/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 21(103)-1498/2025 nömrəli qərardadı (hakimlər X6-məruzəçi, X3 və X4) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 yanvar 2025-ci qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsas landırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. İddiaçı eyni məzmunlu iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1969/2024 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21(103)- 2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məh kəməsinin 2-1(112)-1969/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbi xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən "xxxx" MTK-dan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli mənzilin alınması üçün ödənilən 171.993 manat məbləğində pul vəsaitinin ƏDV-sinin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı) ötü rülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsini tələb etməkdədir.
13. Əvvəlki işdə iddia tələbi ƏDV-nin geri ödənilməsi, hazırkı işdə isə iddia tələbi ƏDV barədə məlumatların müvəkkil banka ötürülməsi olmuşdur. Qeyd olunmalıdır ki, iddia tələbinin bu şəkildə ifadə edilməsi əslində iddiaçının nail olmaq istədiyi nəticə anlamında iddianın mahiyyətini dəyişmir və iddianın mümkünlüyü ilə bağlı prosessual məhdudiyyətlərdən yayınmaq məqsədi ilə vahid hüquqi maraqla ehtiva olunan eyni tələbin pərdələnməsi kimi qiymətləndirilməlidir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə həm tərəflər-iddiaçı və cavabdeh inzibati orqan, həm mübahisə predmeti olan ƏD Vnin qaytarılması da iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir. Başqa sözlə, hər iki iş üzrə iddiaçının tələbi onun həqiqi niyyəti və hüquqi marağı baxımından mənzilə görə nağdsız qaydada ödədiyi ƏDV məbləğinin müəyyən hissəsinin ona geri qaytarılmasına yönəlmişdir.
15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
16. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzi ndə davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-760/2023 nömrəli xx.xx.2023-cü il tarixli; 2-1(102)-978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)2949/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları) tərəflər-iddiaçılar, cavabdeh inzibati orqan, üçüncü şəxs, həm mübahisə predmeti və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir. Başqa sözlə, hər iki iş üzrə iddiaçının tələbi onun həqiqi niyyəti və hüquqi marağı baxımından konkret məsələ üzrə cavabde hin eyni hərəkəti mübahisə olunur və həmin hərəkətin qanunsuz olmasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibət lərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyət inin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli qərarı).
17. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan xüsusat iddianın mümkünlük şərtlərinə aiddir və hazırkı mübahisəyə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğuna istinadən iddianı mümkün saymamaqda apelyasiya instansiyası məhkəməsi haqlı sayılmalıdır. Belə ki, iddiaçının eyni müraciəti ilə bağlı cavabdehin hərəkəti iddiaçı tərəfindən əvvəllər də inzibati məhkəmə qaydasında mübahisələndirilmiş, lakin məhkəmə qərarı ilə iddia tələbi rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir.
18. Nəzərə almaq lazımdır ki, İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu qayda hazırkı mübahisəyə münasibətd ə də tətbiq olunmalıdır.
19. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
20. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2- 1(103)-1498/2025 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.