Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1889/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağa mülkiyüyət hüququna dair şəhadətnamənin ləğvinə dair iddianın mümkünsüzlüyü; irəli sürülən tələbin iddiaçının hüquqi marağını təmin etməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Əraz i İdarəsinə qarşı (üçüncü şəxs - X7) “İddiaçı məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-57/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Ağdaş rayonu Orta Ləki kənd sakini X5 0.25 ha torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********32 saylı məktubu ilə ərizənin icrasından imtina olunmuşdur.
4. İmtinada qeyd edilmişdir ki, fərdi yaşayış evinin torpaq sahəsinə ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən digər şəxsin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Ona görə də həmin ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında ziddiyyət mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “ona məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin ü zərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1124/2023 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.
7. Məhkəmə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddiaçının əsaslandırması:
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Müraciətlə bağlı ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ə razi İdarəsində baxılmış və **********32 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina olunduğu bildirilmişdir. İmtinaya səbəb olaraq fərdi yaşayış evinin torpaq sahəsinə ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən digər şəxsin adma torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işləndiyi qeyd olunmuş və bununla da həmin ev üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasının ziddiyyət təşkil etdiyi bildirilmişdir.
9. X6 verdiyi arayışda qeyd edilir ki. Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini X3 Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 22 saylı qərarı ilə təsdiq olunmuş 0,15 ha həyətyani torpaq sahəsi texniki səhv olaraq digər vətəndaşın adına şəhadətnamə işlənmişdir. Qeyd edilən ünvanda tiki lmiş evlə bağlı 1997-ci il dekabr tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir.
10. Həmin ünvanda tikilmiş evlə bağlı hüquqların dövlət qeydiyyatına alınıb çıxarışın verilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən digər şəxsin adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcud olması məlum olmuşdur.
11. DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən digər şəxsin adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması ləğv edilməsi barədə ərizə ilə müraciətinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik huquqı şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmişdir. Ərizə ilə bağlı bildirilmi şdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən digər şəxsin adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi qeyrimümkündür. Belə ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bır düzəlişin edilməsi və ya həmin sənədin ləğv olunması cavabdehin səlahiyyətinə aid deyil. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.
12. Qeyd edilən imtina əsassız və qanunsuzdur.
13. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir ki, qanunvericilik bu sənədlərdən biri kimi müvafiq icra hak imiyyəti tərəfindən verilmiş qeydiyyat vəsiqəsini müəyyən etmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnamə vətəndaşın əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən ilkin hüquqmüəyyənedici sənəddir. Doğrudur ki, qanunvericilikdə “mülkiyyət hüququna dair şəhadətnamə” anlayışı xx.xx.2006-cı il tarixədək olmuş, sonradan həmin anlayış "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" ilə əvəz edilmişdir.
14. Şəhadətnamə ilə bağlı məsələlər üzrə (verilməsi, saxlanılması, düzəliş edilməsi və s.) səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış edirdi. Lakin, sonradan Komitənin ləğvi ilə əlaqədar onda olan funksiyaların icrası dövlət orqanlarına (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti) keçmişdir ki, hazırda da yaranmış mübahisə üzrə bu səlahiyyət cavabdehə məxsusdur.
15. Hazırkı iddia üzrə cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Torpaq sahibinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş, lakin şəhadətnamədə iddiaçıdan savayi, digər fiziki şəxsin adları da göstərilmişdir. İddiaçının hazırki iddia tələbinin irəli sürülməsində əsas məqsədi torpaq şəhadətnaməsində yol verilən səhvin aradan qaldırılaraq üçüncü şəxs barəsində qeydlərin silinməsi təşkil edir.
16. Bunun müqabilində torpaq şəhadətnaməsində hər hansı bir səhvə yol verilibverilməməsinin müəyyən edilməsi üçün müvafi q olaraq torpaq şəhadətnaməsinin verilməsinə əsasən olan qərara nəzər yetirilməlidir.
17. Torpaq şəhadətnaməsinin və onun vərilməsinə əsas olan Sərəncamın mövcudluğu ilə bağlı aidiyyəti orqanlara sorğular verilmiş, topraq şəhadətnaməsinin mövcudluğu müəyyən edilmiş, lakin onun verilməsinə əsas olan qərar təqdim olunmamışdır.
18. O da vurğulanmalıdır ki, ümumiyyətlə torpaq şəhadətnaməsinin verilməsinə əsas olan qərarın səlahiyyətli orqanlarda saxlanılmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və bu hal onun ziyanına şərh edilməməlidir.
19. Göründüyü kimi, həm torpaq sahəsinin ayrılması ilə bağlı, həmçinin də fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı Sərəncamda fərdi evin tikintisi üçün torpaq sahəsinin yalnız İddiaçı ayrıl ması göstərilmişdir. Halbuki, torpaq şəhadətnaməsində bu hal nəzərə alınmamış, iddiaçının başqa digər fiziki şəxsin adı göstərilmişdir.
20. Beləliklə, torpaq sahəsi yalnız iddiaçıya ayrıldığından, həmçinin həmin üçüncü şəxsin adı göstərilmədiyindən, torpaq şəhadətnaməsində üçüncü şəxsin adının olması texniki səhv kimi qiymətləndirilməlidir.
21. Bundan başqa, nəzərə alınmalıdır ki, hazırda torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırkı vəziyyətdə iddiaçının tələbi irəli sürməsində subyektiv hüququnun mövcudluğuna dəlalət edir. Cavabdehin etirazları:
22. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
23. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1124/2023 nömrəli qərardadı ilə iddi açının cavabdehə qarşı “iddiaçıya məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
25. Belə ki, iddia ərizəsinin məzmunundan və iş üzrə toplanmış icraat materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-1055A KOD 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsinə nail olmaqdır. Sözü gedən Şəhadətnamyə əsasən Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Ağdaş rayonu Orta Ləki kənd sakini X5 0.25 ha torpaq sahəsi ayrılmışdır.
26. İddiaçı, Ağdaş rayon Dövlət Arxivinin arayışında qeyd edilmiş Ağdaş rayon Orta Ləki kənd 1 May kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ona 0.15 ha torpaq sahəsinin ayrılmasına və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair dekabr 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna istinad edərək, JN1055A KOD 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin texniki səhv nəticəsində ona məxsus torpaq sahəsinə tərtib edildiyini bildirmişdir.
27. Məhkəmə tərəfindən dekabr 1997-ci il tarixli 1130 inventar n ömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin döngə nöqtələrinin Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla müəyyən edilməsi, həmin torpaq sahəsinin xüsusiyyətləri (mülkiyyətçisi, təyinatı, faktiki sahəsi, JN-1055A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üstüstə düşən hissəsi və s.) barədə məlumatın təqdim edilməsi, o cümlədən JN-1055A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,25 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmaması, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə dair yeni çıxarış və texniki pasport verilmişdirsə, sözügedən sənədlərin 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmçinin JN-1055 A nömrəli Şəhadətnamənin 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə köhnə DWJ bazası və ya yeni elektron uçot məlumatlarına əsasən üst-üstə düşübdüşmənin mövcud olub-olmamasına aydınlıq gətirilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır.
28. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” yaradılmışdır. Vətəndaşların mülkiyyətind ə olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir.
29. Qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1124/2023 nömrəli məktubunda mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədilə, mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Mübahisəli torpaq sahəsinə dair rəy “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən hazırlanmışdır.
30. İddiaçının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi Ağdaş rayonu, Yuxarı Ləki kəndi ndə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi **********78-10301 reyestr nömrəli çıxarışla X7, təyinatı yaşayış məntəqələrinin torpaqları, faktiki sahəsi 0.3575 ha, JN-1055 A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə 0.25 hissədə üst-üstə düşür.
31. JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.25 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir.
32. Dekabr 1997-ci il tarixli 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə verilmiş çıxarış və texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən e tmək mümkün olmamışdır.
33. JN-1055A nömrəli Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə DWJ bazası və yeni elektron uçot məlumatları üst-üstə düşür. 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.
34. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə verilmiş çıxarış və texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, nəzərə alınmalıdır ki, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə bağlı DWJ bazası və yeni elektr on uçot məlumatları üst-üstə düşür. Yəni, faktiki olaraq JN-1055A nömrəli Şəhadətnamə elektron bazada verilməsi nəzərdə tutulan torpaq sahəsinə işlənmiş və daha sonra həmin torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış tərtib edilməklə Ağdaş rayonu Orta Ləki kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 35. 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından üst-üstə düşməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, hər bir halda iddiaçı, iddia etdiyi torpaq sahəsinin məhz 1130 inventar nömrəli texniki pasportda göstərilmiş və Ağ daş rayon Orta Ləki kənd 1 May kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ona ayrılmış 0.15 ha torpaq sahəsi olduğunu bildirir. Bununla belə, iddia olunan torpaq sahəsinin məhz 1130 inventar nömrəli texniki pasportda göstərilmiş və Ağdaş rayon Orta Ləki kənd 1 May kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ayrılmış torpaq sahəsi olmasını müəyyən etmək mümkün deyildir.
36. Digər tərəfdən, işin məhkəmə tərəfindən araşdırılmış yuxarıda qeyd edilən hallarından görünür ki, JN-1055A nömrəli Şəhadətnamənin sözügedən torpaq sahəsinə tərtib edilməsi texniki səhv olmamış, sözügedən Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə bağlı DWJ bazası və yeni elektron uçot məlumatlarının üstüstə düşməsi aşkar edilmişdir.
37. Məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu verilərək Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı və həmin qərar əsasında torpaq sahəsi ayrılmış subyektlər siyahısından Ağdaş rayonu Orta Ləki kəndi üzrə X8 və iddiaçıya aid hissədən çıxarışın təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb edilmiş, sonuncunun xx.xx.2023-cü il tarixdə təqdim etdiyi məktubda Ağdaş rayonu, Orta Ləki kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında iddiaçının adının aşkar edilmədiyi qeyd edilmiş, mövcud olan həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X4 adı qeyd edilmiş hissədən çıxarışlar, eləcə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli Qərarının təsdiq olunmuş surəti təqdim edilmişdir.
38. Təqdim ed ilmiş Ağdaş rayonu, Orta Ləki kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, 1055 sıra nömrəsinin qarşısında X4 adı, xəritədə nömrəsi 1121, ailənin tərkibi -1, qanuni istifadəsində olan həyətyanı sahə 0.25 qeyd edilmişdir. Sözügedən siyahı və torpaq islahatı barədə kompleks yerquruluşu layihələri Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
39. Beləliklə, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü JN-1055A kod 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı əsasında verilmişdir.
40. Mübahisənin iddianın müddətləri baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır.
41. X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciə t etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
42. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların xx.xx.2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmu şdur.
43. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi xx.xx.2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
44. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçıya bildirmişdir ki, ləğv edilməsini tələb etdiyi JN-1055A nömrəli Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı əsasında verildiyindən və müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş sənədlər ləğv edilə bilməz.
45. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
46. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-57/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1124/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
47. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı olmuşdur.
48. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
49. Məhkəmə qərarda dda öz fikrini təqdim edilmiş mütəxəssis rəyi ilə əsaslandıraraq qeyd edir ki, “X5 məxsus şəhadətnamədə (JN-1055A) qeyd edilən torpaq sahəsi ilə DWJ bazası və yeni elektron uçot məlumatları üst-üstə düşür. Lakin iddiaçıya məxsus torpaq sahəsində bunu müəyyən etmək mümkün deyil. Şəhadətnamədə texniki səhvə yol verilməmiş, haqlı olaraq X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır.”
50. Sözügedən mütəxəssis rəyi 0.35 ha torpaq sahəsinə münasibətdə verilmişdir. Halbuki iddiaçı 0.15 hatorpaq sahəsinə dair iddia irəli sürmüşdür, cavabdehin də mülkiyyətində 0.25 ha torpaq sahəsi olduğu şəhadətnamədə göstərilir. Bu halda mütəxəssisin verdiyi rəyin ümumiyyətlə qüsurlu olması aydın olur. Eləcə də torpaq sahəsinə baxış keçirilərkən iddiaçı özü xaricdə olduğundan baxışda onun qohumu iştirak etmişdir. Həm in şəxsin göstərdiyi koordinatlar da düzgün olmaya bilər. Eləcə də Ağdaş Rayon Bələdiyyəsinin arayışında qeyd edilən torpaq sahəsinin koordinatları ilə mütəxəssis rəyində göstərilən koordinatlar da uyğunlaşmır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi mütəxəssis rəyində göstərilən koordinatdan kənarda yerləşir. Lakin məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmədən sözügedən əsassız ekspert rəyi ilə məhkəmə işi yekunlaşmışdır.
51. İlk öncə Məhkəmə Qərardadında müddətin ötməsi ilə bağlı məsələyə münasibət də qeyd edilməlidir ki, AR İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibatiaktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bi lər.
52. Hazırki iş üzrə iddiaçının şəhadətnamənin ləğv olunmasına dair müraciətinə cavabdeh tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixində sözügedən sənədə düzəliş edilməsi və ya ləğv olunmasının həmin orqanın səlahiyyətinə aid olmadığı bildirilmişdir. İddiaçı da həmin şikayətə dair inzibati orqanın aktını aldığı müddətdən 30 gün keçmədən məhkəməyə müraciət etmişdir və xx.xx.2023-cü il tarixində iddia ərizəsi artıq icraata qəbul edilmişdir. Belə olan halda məhkəmə iddia müddətinin keçməsini əsas gətirərək iddianı mümkünsüz sayması ilə birbaşa olaraq prosessual qanunvericiliyə zidd mövqe irəli sürmüşdür.
53. X10 Komissiyasının ləğv olunmasının və ya həmin inzibati orqanın qərarının qəbul olunduğu zaman hansı qanunvericiliyin qüvvədə olmasının inzibati aktın mübahisələndirilməsi ilə bağl ı məsələyə ümumiyyətlə aidiyyəti yoxdur. Belə ki, məhkəmə X2 hüquqi varisinin müəyyən edilmədiyini qeyd etmişdir. Buradan belə bir sual ortaya çıxır ki, əgər bir inzibati orqanın hüquqi varisi yoxdursa, onda həmin orqan tərəfindən qəbul edilmiş inzibati aktlarla vətəndaşın hüquqları pozulduqda bu hüquqların bərpası və müdafiəsi məsələsi öz həllini necə tapmalıdır?
54. Bundan əlavə məhkəmə qərardadında deyilir ki, 2011-ci il 1 yanvar tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixinədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Bununla əlaqədar mütləq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini qeyd etməliyik. Həmin normaya əsa sən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmənin qəbul etdiyi qərardaddan isə aydın olur ki, bu mühüm konstitusion prinsipin mövcudluğundan belə məhkəmə bixəbərdir.
55. Həqiqətən də iddiaçı tərəfindən prosessual müddət ötürülmüş olsa idi, bu halda məhkəmə tərəfindən iddia ərizəsi dərhal geri qaytarılmalı idi. Əksinə, xx.xx.2023-cü iltarixindən məhkəmə icraatına qəbul edilmiş iş üzrə məhkəmə prosesinin 10 aydan artıq davam etməsi və bu vaxta qədər keçirilən məhkəmə proseslərində deyil, yalnız sonda iş üzrə yekun məhkəmə aktında iddia müddətinin ötürüldüyünün qeyd edilməsi gülünc haldır. Üstəlik iddiaçıya məhkəmənin mövqeyinə münasibət bildirməsi üçün 10 ( on) gün müddətində vaxt da təyin edilmişdir. Halbuki müddət ötürülmüşdürsə işə mahiyyəti üzrə baxılmayaraq iddia mümkünsüz sayılmalı idi. Məhkəmə hətta mahiyyəti üzrə işə baxaraq mühüm suallara cavab verilməsi üçün mütəxəssis rəyi belə almışdır. Bir halda ki, müddətlə bağlı tələbə riayət edilməmişdir, ümumiyyətlə iddiaçıdan mülahizə verilməsini tələb etmək də absurddur. Bu hal belə özlüyündə məhkəmənin qəbul etdiyi qərardadda bir fikrin digərini təkzib etdiyini açıq aydın sübut edir.
56. Hətta məhkəmə iş üzrə icraata Həsən Qasımov adlı şəxsi 3-cü şəxs qismində cəlb etmişdir. Lakin adıçəkilən şəxsin məhkəmə iclasında iştirakı təmin olunmadan və dindirilmədən məhkəmə iddianın mümkünsüzlüyü barədə Qərardad qəbul etmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
57. Kassasiya şikayətinə qar şı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
58. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcm də) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
59. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
61. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
62. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş Ağdaş rayonu, Orta Ləki kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısından çıxarışa əsasən 1055 sıra nömrəsinin qarşısında X4 adı, xəritədə nömrəsi 1121, ailənin tərkibi -1, qanuni istifadəsində olan həyətyanı sahə 0.25 qeyd edilmişdir. Sözügedən siyahı və torpaq islahatı barədə kompleks yerquruluşu layihələri Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
63. Beləliklə, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü JN-1055A kod 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı əsasında verilmişdir.
64. Nəzərə alınmalıdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 21 nömrəli Qərarı qüvvədə olduğu halda, həmin qərara uyğun olaraq verilmiş Şəhadətnamənin ləğvinə dair təl əb iddiaçıya onun arzuladığı nəticəni vermir. Belə ki, şahədətnamənin ləğvi qərarla üçüncü şəxsə verilmiş hüququ aradan qaldırmır.
65. Bu səbəbdən də iddiaçı İPM-in 35.1-ci maddəsinə əsasən hüququnun pozulduğunu iddia edə bilməz.
66. Şikayətdə qeyd olunur ki, “...məhkəmə X2 hüquqi varisinin müəyyən edilmədiyini qeyd etmişdir. Buradan belə bir sual ortaya çıxır ki, əgər bir inzibati orqanın hüquqi varisi yoxdursa, onda həmin orqan tərəfindən qəbul edilmiş inzibati aktlarla vətəndaşın hüquqları pozulduqda bu hüquqların bərpası və müdafiəsi məsələsi öz həllini necə tapmalıdır?”.
67. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmənin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə istinad əsaslı sayıla bilməz (belə istinadla əsaslandırma birinci instansiya m əhkəməsinin qərardadında göstərilmişdir). Belə ki, həmin norma mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı prosedur qaydaları tənzimləyir.
68. Aqrar islahat yekunlaşdığından X2 fəaliyyətinin başa çatması və onların hüquqi varisinin müəyyən edilməməsi barədə qənaətə gəldikdə, nəzərə alınmalıdır ki, idarəetmə (icra) orqanının yuxarı orqan tərəfindən ləğvi nəticəsində hüquq varisinin müəyyən edilməməsi fiziki və hüquqi şəxslərin həmin orqanların vaxtilə qəbul etdikləri qərarların məhkəmədə mübahisələndirilməsi ilə bağlı hüquqlarına təsir etmir. Aqrar islahat komissiyaları yuxarı icra hakimiyyətinin qərarı ilə ləğv edildiyindən, həmin komissiyaların qərarları ilə bağlı onların aid olduqları ərazi üzrə səlahiyyətli orqan kimi yerli icra hakimiyyətinə qarşı tələb irəli sürülə bilər. 6
9. Bu qənaət, həmçinin Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli, Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 760 №-li Fərmanından irəli gəlir.
70. Həmin Fərmanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə"nin 6-cı bəndinin birinci hissəsində "rayon aqrar islahatı komissiyası" sözləri " yerli icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmiş; Fərmanın 3cü maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyul tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyəti haqqında Əsasnamə"nin 28-ci maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda 13-cü yarımbənd əlavə edilmişdir: "13) qanunla müəyyən edilmiş qaydada məhkəmədənkənar torpaq münasibətlərini həll etmək.".
71. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyul tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyəti haqqında Əsasnamə"nin 28-ci maddəsinin 1-ci bəndinin 13-cü yarımbəndində nəzərdə tutulmuş səlahiyyət (qanunla müəyyən edilmiş qaydada məhkəmədənkənar torpaq münasibətlərini həll etmək) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 n ömrəli Fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan "Yerli İcra hakimiyyəti haqqında Əsasnamə"nin 4.16.7-ci yarımbəndində də təsbit olunmuşdur (Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək).
72. Bununla yanaşı, yuxarıda qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı məzmunda iddianın mümkünsüzlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir.
73. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-57/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.