Məhkəmə qərarları › İş №2-1(102)-189/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-189/2024

09.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-189/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Aprel döyüşlərində iştirak etmiş hərbi qulluqçuya müharibə veteranı adı və vəsiqəsinin verilməsi; xəsarət (yaralanma, travma, kontuziya) alma). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul N23-cü il tarixli, 2-1(104)-185/N23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus xx.xx.N09-cu il tarixli AO ******* nömrəli hərbi biletdə qeyd olunmuşdur ki, xx.xx.N16-cı il tarixdən xx.xx.N16-cı il tarixədək Goranboy, Ağdam və Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

2. İddiaçı döyüş tapşırığının yerinə yetirilməsi zamanı xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif olunmuş və xx.xx.N16-cı il tarixli fəxri fərman verilmişdir.

3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.N21-ci il tarixli məktubla iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlar ı ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə heç bir sübut təqdim etməmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) 15 fevral N22-ci il tarixli, 21(114)-539/N22 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən, 12 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya məxsus hərbi biletdə onu n xx.xx.N16-cı il tarixdən xx.xx.N16-cı il tarixədək döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat qeyd olunsa da, xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat yoxdur. Göründüyü kimi, iddiaçının döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması barədə sübut olmadığına görə, qanunvericiliklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi istisna edilir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 26 aprel N22-ci il tarixli, 2-1(104)-266/N22 nömrəli qərarı ilə apellyasiy a şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 15 fevral N22-ci il tarixli, 2-1(114)-539/N22 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Ə.Kərimov /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və N.İ.Rəsulbəyova) 06 oktyabr N22-ci il tarixli, 2-1(102)-1338/N22 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 26 aprel N22-ci il tarixli, 2-1(104)266/N22 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.Q.Rzaquliyev /sədrlik edən və məruzəçi/, L.S.Süleymanov və İ.T.Həsənov) 19 iyul N23cü il tarixli, 2-1(104)-185/N23 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 15 fevral N22-ci il tarixli, 2-1(114)-539/N22 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik aktlarından mübahisəsiz olaraq göründüyü kimi, Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərin də hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilir. İddiaçı iddia ərizəsində N16-cı ilin aprel ayında Tərtər uğrunda ged ən döyüşlərdə iştirak etdiyini göstərmiş olsa da, məhkəmə iclasında N16-cı ilin aprel ayının 01-dən 05dək olan müddətdə Tərtər, Goranboy və Ağdam rayonunun işğal altında olan əraziləri uğrunda gedən döyüşlərdə iştirak etdiyini israrla bildirmişdir.

16. Məhkəmənin sorğusuna Azərbaycan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən ünvanlanmış xx.xx.N23-cü il tarixli 1230 nömrəli cavab məktubu ilə müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu olaraq 29 mart N16-cı il tarixdən 11 aprel N16-cı il tarixinədək hərbi hissənin Tərtər-Goranboy rayonu istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N16-cı il tarixli 102 nömrəli əmrində göstərilmişdir ki, iddiaçı döyüş tapşırığının yerinə yetirilməsi, küt ləvi atəş zərbələrində iştirak etmək və xüsusi təyinatlı qüvvələrin fəaliyyətinin atəş dəstəyini təmin etmək məqsədi ilə xx.xx.N16-cı il tarixdən döyüş təyinatlı rayonlara getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin11 aprel N16-cı il tarixli 110 nömrəli əmrində göstərilmişdir ki, iddiaçı 11 aprel N16-cı il tarixdən döyüş təyinatlı rayonlardan gəlmiş hesab edilmişdir. Beləliklə də, iddiaçının xidmət etmiş olduğu N nömrəli hərbi hissə komandirinin məktubundan görünür ki, o, Ağdam rayonu yox, Tərtər-Goranboy rayonu istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu isə ona müharibə veteranı adının verilməsinə əsas sayılmır.

17. İddiaçı apellyasiya şikayətinin dəlillərində N22-ci ilin yanvarın 1-dən etibarən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr N21-ci il tarixli, 3088 nömrəli Sərəncamına əsasən NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsinə dair tələblərin ona aid edilməli olduğunu göstərmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, həmin sərəncam NN-ci il sentyabrın 27-dən noyabrın 10dək olan dövrdə Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər kateqoriyasını əhatə etmişdir. İddiaçı isə onun hərbi biletində olan qeydlərə əsasən, xx.xx.N16-cı il tarixdən xx.xx.N16-cı il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən aprel döyüşlərində iştirak etmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, N nömrəli hərbi hissə komandirinin verdiyi nizami hissə üzrə əmrdən çıxarış və hərbi biletdən göründüyü kimi, Qarabağ uğrunda gedən döyüşlərdə Goranboy, Ağdam və Tərtər rayonlarının ərazisində gedən döyüş əməliyyatlarında topçu olaraq iştirak etmişdir. Lak in məhkəmə tərəfindən əmr və hərbi biletindəki qeydiyyat nəzərə alınmamış və maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə

3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni mü dafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

23. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sof ulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı süb ut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Belə ki, bu qərarın 23-cü bəndində istinad edilən Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə görə,... 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilməsi nəzərdə tutulmuşdur.

29. İstinad olunan Əsasnamənin qeyd edilən normasının açıq-aşkar tələbinə əsasən, atəşkəs dövründə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı statusu verilməsi üçün onların döyü ş əməliyyatlarında iştirak etməsi ilə yanaşı, həm də döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması da tələb olunur.

30. İddiaçı iddia ərizəsində N16-cı ildə aprel döyüşləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılara qarşı gedən döyüşlərdə iştirak etmişdir.

31. İddiaçı 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə hər hansı dəlil irəli sürməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinin dispozisiya şərtləri iddiaçıya münasi bətdə tam ödənilmədiyindən, iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.

33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul N23-cü il tarixli, 21(104)-185/N23 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar