Məhkəmə qərarları › İş №2-1(102)-1893/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1893/2025

24.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1893/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (VÖEN-in ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “VÖEN-in ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 19 fevral tarixli, 2-1(103)-538/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəx s ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınması təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış 07 noyabr 2023-cü il tarixli **********914600 saylı məktuba əsasən iddiaçı nın adına ********** saylı VÖEN tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alınmışdır. Həmin məktubda aşağıdakılar qeyd edilmişdir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınma təmin edilmişdir. İddiaçı qeyd edir ki, İddiaçı hal-hazı rda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Yuxarıda qeyd edilən məlumatlardan da aydın olur ki, iddiaçı tərəfindən vergi orqanına VÖEN-in alınması və vergi ödəyicisi kimi qeydiyyata alınma barədə müraciəti mövcud olmamışdır. Vergi orqanı tərəfindən ünvanlanmış məktubda iddiaçının qeydiyyata alınmasının və VÖEN nömrəsinin iddiaçının adına rəsmiləşdirilməsinin səbəbi isə qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədiyindən və hər hansı bir vergi orqanına müraciət edilmədiyi üçün iddiaçı bu zamanadək vergi orqanının elektron kargüzarlıq internet portalına daxil olmamış və həmin VÖEN iddiaçı tərəfindən təhvil alınmamış və ya iddiaçıya verilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh vergi orqanının hərəkətləri qanunsuz hesab e dilərək ona məlumatı olmadan verilmiş VÖEN ləğv edilməlidir. Cavabdehin etirazı:

4. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Hesablama X1 Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2-894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsa sən 2681 fiziki şəxsin adına 10 - 453 say intervalında avtonəqliyyat vasitəsinin qeydiyyata alındığı müəyyən edilsə də, onlardan 943 nəfərin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında hal-hazırda 16 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********470600 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişd ir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəlləsinin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********914600 nömrəli bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəf indən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadanhəyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günəd ək vergi orqanına verməlidir. Eyni zamanda qeyd etmək istəyirik ki, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə həyata keçirilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin (Hakim: G.Sevdimaliyeva) 2024-cü il 22 avqust tarixli, 2-1(112)-5630/2024 saylı qərarı ilə idd ia təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotunun (qeydiyyatı) ləğv edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş elektron sistemdən çıxarışa əsasən İddiaçı mülkiyyətində əvvəlki tarixə 16 nəqliyyat vasitəsinin olduğu, hazırki tarixə isə 8 nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Həmin nəqliyyat vasitələrini o, müxtəlif illərdə (X6 minik 2021-ci ildə, Ford Ranger minik 2017-ci ildə, Vaz2106 minik 2005-ci ildə, As ia mikroavtobus 1998-ci ildə, X5 yük sərnişin 2019-cu ildə, Vaz21214 minik 2008-ci ildə, Qaz2410 minik 1998-ci ildə) əldə etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində 16 (hazırda isə 8) nəqliyyat vasitəsinin olması əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu hesab olunaraq vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınmışdır. Fiziki şəxsin vergi ödəyicisi kimi məcburi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Vergi Məcəlləsində müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs vergi ödəməsi vəzifəsini şərtləndirən halların olubolmamasından asılı olmayaraq vergi orqanında vergi öd əyicisi kimi uçota alınır. Şəxsin mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (məsələn, şəxs maşın həvəskarı ola bilər) özlüyündə birmənalı olaraq fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimi qəbul edilə bilməz (qanunvericilikdə belə bir əsas müəyyən edilməmişdir).

8. Belə ki sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır. Odur ki, vergi orqanı şəxsi vergi ödəyicisi kimi məcburi vergi uçotuna alarkən məhz qeyd edilən fəaliyyətin mövcudluğunu, yəni əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir götürməsini sübut etməlidir. Bu zaman həm də nəz ərə alınmalıdır ki, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin, İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmətərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz.

9. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı oğlu vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınarkən onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktı cavabdeh vergi orqanı tərəfindən sübut edilməli idi. Lakin vergi orqanı tərəfindən bu halı (iddiaçının sahibkarlıq fəaliyyəti məşğul olması) təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı təsdiq edilmədən vergi orqanında vergi ödəyicisi kimi məcburi qeydiyyata alınması qanunvericilik normalarının məzmununa ziddir. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən qanunun normasının qeyd olunan formada tətbiqi qanunun keyfiyyəti konsepsiyası baxımından onun öngörüləbilənlik meyarına uyğun gəlmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınasında dair hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlid ir.

10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və E.Əliyev) 2025-ci il 19 fevral tarixli, 2-1(103)538/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 22 avqust tarixli, 2-1(112)-5630/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəm əsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı təqdim edilən etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 13.2.37. sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Maddə 16.1. vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.... Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə ve rgi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 677-VİQD nömrəli Qanunu: Vergi Məcəlləsinin 33.5-ci maddəsinə bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bi lməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 5 8.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəru ri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının vergi uçotuna alınma səbəbi iddiaçının mülkiyyətində əvvəlki tarixə və hazırki tarixə nəqliyyat vasitələrinin olması ilə bağlıdır.

28. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, sahibkar lıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Nəzərə alınmalıdır ki, fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır.

29. İşin hallarından isə görünür ki, cavabdeh qurum iddiaçını vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına almaq üçün onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktını sübuta yetirə bilmir. Belə olan halda isə Kollegiyanın qənaətinə görə, cav abdehin iddiaçını vergi ödəyicisi kimi uçota alması ilə bağlı hərəkətlərinin qanunsuz olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi haqlı hesab edilməlidir.

30. Odur ki, məhkəmə Kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçın tələbinin təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasi ya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 19 fevral tarixli, 21(103)-538/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar