Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1895/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik müddətinin sığorta stajına daxil edilməsi; iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan dövrün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(103)-955/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası almışdır.
2. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi ilə İİ qrup əlillik təyinatı aparılmışdır.
3. Dövlət Tibbi-S osial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ikinci dərəcə əlillik sonuncu dəfə 15 iyul 2016-cı il tarixdə beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmış, 15 iyul 2021-ci il tarixindən sonra Forma-088 daxil olmamışdır.
4. İddiaçı 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan əlillik dövrünün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdehin 02 avqust 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta stajına daxil edilir. İddiaçıda əlilliyin səbəbi istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi olmadığı üçün yaş həddinə çatanadək əlilliyə görə pensiyada olduğu müddət sığorta stajına daxil edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan dövrün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək DSMF-dan ikinci qrup əlilliyə görə (müddətsiz) əmək pensiyası almışd ır. Lakin pensiyası qeyri-qanuni olaraq 14 ildən sonra dayandırılmışdır. Arayışlardan görünür ki, müddətsiz təyinat məsələsi hal-hazırda Bakı Apellyasiya Məhkəməsində baxışdadır. Adıçəkilən dövr ərzində əmək qabiliyyətsiz olmuş, işləməmişdir. Cavabdehə həmin dövrün sığorta stajına daxil edilməsi barədə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik müddətinin 15 iyul 2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi 31 iyul 2021-ci il tarixdən dayandırılmışdır. İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə ç atanadək pensiyada olduqları müddət sığorta stajına daxil edilir. İddiaçıda əlilliyin səbəbi istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi olmadığı üçün yaş həddinə çatanadək əlilliyə görə pensiyada olduğu müddət sığorta stajına daxil edilmir.
9. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-12896/2024 nömrəli qərardadı ilə (hakim O.Həsənov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan dövrün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi ni nəticəni onunla əsaslandırmışdır ki: - Pensiya təyinatı mövcud olmadan, iddiaçı əmək pensiyası yaşına çatmadan gələcəkdə pensiya təyinatı və yaxud da təyin edildiyi təqdirdə onun yenidən hesablanması üzrə zəruri olan hər hansı bir dövrün sığorta stajına həmin təyinat aparılmadan və ya təyinatın aparılması tələb edilmədən daxil edilməsinin cavabdehə həvalə edilməsi formasında iddia üzrə hüquqi marağın mövcudluğundan söhbət gedə bilməz. - Təbii haldır ki, pensiya təyinatı üzrə müraciət etdiyi təqdirdə iddiaçı adıçəkilən dövrün sığorta stajına daxil edilməsi və ya əmək pensiyasının işin hallarından asılı olaraq yenidən hesablanması üçün staja daxil edilmə barədə müraciət edə bilər. Aydın məsələdir ki, iddiaçının pensiya təyinatı və ya pensiyanın yenidən hesablanması ilə əlaqədar hüquqi mar ağına uyğun həmin dövrün daxil edilərək təyin edilmə və ya yenidən hesablama mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olan iddiadır. Hazırkı halda isə, iddiaçı pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati icraatın gedişində yoxlanılmalı olan hər hansı halın ayrıca inzibati və ya inzibati məhkəmə icraatı qaydasında həll edilməsinə nail olmağa çalışır ki, pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati və ya inzibati məhkəmə icraatının predmetini təşkil edən ayrı-ayrı hallarla əlaqədar əlavə inzibati akt və ya məhkəmə qərarının qəbul edilməsi zərurəti mövcud deyildir. - Əks yanaşma odur ki, əmək pensiyası təyinatını gələcəkdə arzu edən şəxslər hər gün, hər ay, hər il üzrə mübahisəli dövrlərin sığorta stajına daxil edilməsi formasında iddialarla müraciət etməs i istisna olunmamalıdır. Halbuki, həmin mübahisəli hal son nəticədə mahiyyəti üzrə qiymətləndirilməli olan, indiki halda pensiya təyinatı və ya yenidən hesablanması çərçivəsində öz həllini tapa bilən məsələdir. Odur ki, hazırkı iddianın düzgün olub-olmaması qiymətləndirilməməlidir. Bu zaman cavabdehin mahiyyəti üzrə vermiş olduğu imtina da pensiya təyinatı və ya yenidən hesablanması barədə müraciətində həmin halın yenidən qiymətləndirilməsini istisna etməməkdədir. Əks halda, cavabdeh həmin halı qəbul etdiyi təqdirdə onun rəsmiləşdirilməsini də həyata keçirməyə borcludur ki, gələcəyə yönəlmiş hazırkı növ iddianın və ya müraciətin müsbət həlli demək, pensiya təyin edilməsə belə, hər hansı pensiya işi olmasa belə, müraciətin müsbət həlli baxımından hər hansı hərəkətin edilməli olması deməkdir. - Misal olaraq, iddiaçının hər hansı dövr üzrə sosial sığorta stajına daxil edilmə müraciəti və ya iddiası təmin edilir, lakin gələcəkdə pensiya yaşına çatdıqdan sonra müraciət nəticəsində müəyyən edilir ki, iddiaçı son nəticədə əmək pensiyası təyinatı aparılmalı olmayan şəxsdir. Bu halda həmin dövr çatmadan gələcək təminata yönəlmiş hazırkı növ iddialar üzrə məhkəmə qərarlarının hüquqi nəticəsi, onun rəsmiləşdirməsi, olmayan pensiya işinə daxil edilə bilmirsə, harda saxlanılmalı, hansı qaydada nəzərə alınmalı olması kimi suallar meydana çıxır ki, göstərilən hallar hazırkı iddianın mümkünlük şərtlərini ödəməməsi qənaətindədir.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) ap ellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(103)-955/2025 nömrəli qərardadı ilə (hakimlər: K.Əkbərov /məruzəçi/, M.Tağızadə və N.Nəbizadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-12896/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı halda göstərilən müddətin sığorta stajına daxil edilməsi iddiaçı üçün nə pensiya təyinatı, nə də əmək pensiyasının yenidən hesablanması ilə nəticələnmir. Hazırkı iddianın təmin edilməsi hər hansı pensiya işi olmadan mövcud olmayan pensiya işinə adıçəkilən dövrün s osial sığorta stajına daxil edilməsi kimi bir hal yaradır. Qeyd edilməlidir ki, hazırda iddiaçı pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati icraatın gedişində yoxlanılmalı olan hər hansı halın ayrıca inzibati və ya inzibati məhkəmə icraatı qaydasında həll edilməsinə nail olmağa çalışsa da, pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati və ya inzibati məhkəmə icraatının predmetini təşkil edən ayrı-ayrı hallarla əlaqədar əlavə inzibati akt və ya məhkəmə qərarının qəbul edilməsi zərurəti mövcud deyildir.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
15. Məhkəmə işə baxarkən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.6-cı maddəsinə istinad etmişdir. Məhkəmə mümkünsüz hesab etməni onunla əsaslandırmışdır ki, həmin Qanunun 21.2.6-cı maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta stajına daxil edilir. Lakin iddiaçıya 2007-ci ildə İİ dərəcəli əlillik ümumi xəstəliyə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin istinad etdiyi hüquq norması xx.xx.2020-ci ildə, yəni ona İİ dərəcəli əlil kimi əmək pensiyası təyin edildikdən 14 il sonra qəbul edilmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 149 -cu maddəsinin 7-ci bəndinin, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.6-cı maddəsinin tələblərini pozmuşdur.
16. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbləri pozulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan əlillik alt sistemində göstərilmişdir ki, iddiaçıya 2007-ci ildən eyni diaqnoza görə təyin edilmiş ikinci dərəcəli əlilliyi fasiləsiz olaraq 10 ildən çox davam etmişdir. Əlillik alt sistemindən çıxarışa əsasən iddiaçıya xəstəliyi ilə əlaqədar diaqnoza görə ikinci dərəcəli əlillik müddətsiz verilmişdir. Müddətsiz (ömürlük) əlillik DSMF-nun Bakı şəhəri Xətai rayon Xidmət nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə verilən arayışlarla da təsdiq olunur. Arayışlardan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətsiz olmuş və bu səbəbdən də DSMF-na sığorta ödənişi aparmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri (hazırda qüvvədə olan redaksiya) 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin h ərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;... Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri (xx.xx.2007-ci il tarixdə qüvvədə olmuş redaksiya) 21.1. Qanunvericiliklə m üəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.6. əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin yaşa görə pensiy a hüququ çatanadək pensiyada olduqları müddət;...
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya mə hkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikay ətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından şəxsin əmək qabiliyyətsiz olduğu dövrün sığorta stajına daxil edilməsinə dair iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müə yyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.6-cı maddəsinin iddiaçıya ümumi xəstəliyə görə İİ dərəcəli əlillik təyin edilən zaman, yəni xx.xx.2007-ci ildə qüvvədə olan redaksiyasına əsasən əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sığorta stajına qəbul edilir.
28. Qeyd edilən Qanunun 21.2.6-cı maddəsinin hazırda qüvvədə olan redaks iyasında ifadə tərzi fərqli göstərilsə də, məzmun baxımından hər iki redaksiya sığorta stajına daxil edilməli əlillik müddətinin mütləq şəkildə əmək vəzifələrinin icrası və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş əlillik müddəti ilə şərtləndirmişdir.
29. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin “Əmək pensiyaları haqqında” Qanunun 21.2.6-cı maddəsinin tətbiqi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayan zaman qeyd edilən Qanunun 21.2.6-cı maddəsinə əsaslanmamışdır. Həmin maddəyə cavabdeh özünün imtina və etirazında istinad etmiş, lakin bu hal məhkəmə qərardadının əsaslandırmasını təşkil etməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikay ətinin İnzibati Prosessual Məcəllənin 35.1ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmadığından hazırkı halda göstərilən müddətin sığorta stajına daxil edilməsi iddiaçı üçün nə pensiya təyinatı, nə də əmək pensiyasının yenidən hesablanması ilə nəticələnmir. Hazırda iddiaçı pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati icraatın gedişində yoxlanılmalı olan hər hansı halın ayrıca inzibati və ya inzibati məhkəmə icraatı qaydasında həll edilməsinə nail olmağa çalışsa da, pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati və ya inzibati məhkəmə icraatının predmetini təşkil edən ayrı-ayrı hallarla əlaqədar əlavə inzibati akt və ya məhkəmə qərarını n qəbul edilməsi zərurəti mövcud deyildir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 21(103)-955/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.