Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1898/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Bakı Şəhəri İddiaçı1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X10 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı2 cavabdeh Bakı Şəhəri İddiaçı1nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21(103)-1227/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ÖM 230152 nömrəli qeydiyyat vəsiqəsinin surətinə görə, ünvan 10 evin 87,08 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı mənzilinin 29,18 kv.m. 2 yaşayış otağı İddiaçı2, 27,3 kv.m. 1 yaşayış otağı X7, 18 kv.m. 1 yaşayış otağı X1, 12,6 kv.m. 1 yaşayış otağıı X11 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 2. xx.xx.2019-cu il tarixli akta əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-cı il tarixli 51 nömrəli qərarına əsasən ünvan 1 ünvanda İddiaçı2 məxsus yaşayış sahəsinin (şərti layihə nömrəsi 64-838) dövlət ehtiyacları üçün alınması ilə əlaqədar həmin ünvana rəsmi bildiriş gön dərilməsinə baxmayaraq, Yasamal rayonu 64 nömrəli MKİS vasitəsi ilə alan orqan Bakı Şəhəri İddiaçı1 (bundan sonra - Yasamal RİH) təşkil etdiyi Komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak etməmişdir.
3. İddiaçı2 məxsus ünvan 8al rayonu Şahbazi 53A ünvanda yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 nömrəli qərarına əsasən Yasamal RİH tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu Şahbazi 53A ünvanda yerləşən mülkiyyətdə və istifadədə olan (N-64-838 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, aşağıdakı kimi qiymətləndirilmişdir: əsas sahə 33,51 kv.m, bütün kompensasiya növləri nəzərə alınmaqla 1.250 manat, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla 1.500 manat, qiyməti 50.265 manat; daş pilləkən 0,71 kv.m, bütün kompensasiya növləri nəzərə alınmaqla 333,33 manat, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla 400 manat, qiyməti 284 manat; cəmi 50.549 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1.000 manat, ümumilikdə cəmi 51549 manat.
4. Həmi n çıxarışa əlavə edilmiş çizgiyə görə, mülkiyyətçi İddiaçı2 yaşayış sahəsi 1 otaq 20,1 kv.m, 1 otaq 13,41 kv.m, daş pilləkən 0,71 kv.m, ümumi yaşayış sahəsi 33,51 kv.m, digər 0,71 kv.m, cəmi ümumi sahə 34,22 kv.m-dir. 5. 64 nömrəli MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 64 nömrəli arayışın surətinə görə, Nəcəfli X4 53A nömrəli evdə qeydiyyatdadır.
6. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş, 889t/p inventar, 28.09.04 reyestr nömrəli texniki pasportun surətinə görə, ünvan 5 ünvanda yerləşən İddiaçı2 məxsus mənzil 1-ci yaşayış otağı 13,68 kv.m, 2-ci yaşayış otağı 15,48 kv.m, ayaqyolu 1,27 kv.m, giriş 2,82 kv.m-dən ibarət olmaqla, yaşayış sahəsi 29,18 kv.m, ümumi sahəsi 33,27 kvm-d ən ibarətdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********87 nömrəli məktuba əsasən, ünvan 7 ünvanda yerləşən mənzilin 2 otağı İddiaçı2, 1 otaq (y/s- 27.3 kv.m)-1/2 hissəsi X6 və 1 otaq (y/s-27.3 kv.m)-1/2 hissəsi X5 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Məlumat üçün bildirilir ki, ünvan 7 ünvanda yerləşən mənzilin (1 otaq 18 kv.m) hissəsi X8 adına qeydiyyatdan keçmişdir, lakin 19 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-18 reyestr nömrəli 15 yanvar 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən Yasamal RİH-ə özgənininkiləşdirilmişdir. ünvan 8al rayonu T.Şahbazi küçəsi 53a ünvanda yerləşən mənzilin (1 otaq y/s 12.6 kv.m) hissəsi X11 adına q eydiyyatdan keçmişdir, lakin 41 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-344 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Yasamal RİH-ə özgəninkiləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, ünvan 7 ünvanda yerləşən mənzilə dair xx.xx.2015-ci il tarixdə texniki pasport tərtib edilmişdir.
8. Həmin məktuba əlavə edilmiş X12 və başqalarına məxsus ünvan 7 ünvanda yerləşən daşınmaz əmlaka dair tərtib edilmiş xx.xx.2015-ci il tarixli texniki pasportun lazımi qaydada təsdiq edilmiş surətinə görə, mənzil 5 otaqdan ibarətdir, ümumi sahə 113,25 kv.m, yaşayış sahəsi 87,06 kv.m-dir. Yaşayış otağı 13,68 kv.m, yaşayış otağı 15,48 kv.m, ayaqyolu 1,27 kv.m, giriş 2,82 kv.m, yaşayış otağı 18 kv.m, yaşayış otağı 12,6 kv.m, yaşayış otağı 27,3 kv.m, mə tbəx 14 kv.m, san.qovşağı 2 kv.m-dir.
9. Yasamal RİH başçısının xx.xx.2004-cü il tarixli 30 nömrəli "Şahbazi küçəsi 53 nömrəli evin texniki pasportuna dəyişiklik edilməsi haqqında" sərəncamının surətinə görə, Şahbazi küçəsi 53 nömrəli evdə yaşayan vət. X2 Yasamal RİH-ə şəxsi mülkiyyətində olan evində aparılmış əlavə tikintinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, qeyd olunan ev S.Süleymanova məxsusdur və o, 1956-cı ildən bu ünvanda pasport qeydiyyatındadır. S.Süleymanov evin həyətində hər biri 20 kv.m. 2 yaşayış otağından ibarət tikinti işi aparmışdır. Aparılmış tikintinin texniki vəziyyəti qənaətbəxş olmaqla, istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Şahbazi küçəsi 53 nömrəli evdə yaşayan vətəndaş X2 tərəfindən evin həyətin də hər biri 20 kv.m. iki yaşayış otağından ibarət tikinti işi aparılması faktı təsdiq edilmiş, Şahbazi küçəsi 53 nömrəli evin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı ŞİH Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən xahiş edilmiş, sərəncamın surəti həmin idarəyə və vətəndaş S.Süleymanova göndərilmişdir. 10. 14 nömrəli dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsi ilə İddiaçı2 Şahbazi küçəsi 53 nömrəli evin 2 otaqlı yaşayış sahəsini vətəndaş S.Süleymanovdan satın almışdır.
11. Yasamal RİH başçısının xx.xx.2005-ci il tarixli 23 nömrəli "Şahbazi küçəsi 53A nömrəli evin vət. İddiaçı2 məxsus mənzilinin texniki pasportuna dəyişiklik edilməsi haqqında" sərəncamına görə, Şahbazi küçəsi 53A nömrəli evdə yaşayan vətənd aş İddiaçı2 yaşadığı mənzildə aparılmış tikinti dəyişikliklərinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, İddiaçı2 mənzili ümumi sahəsi 33,27 kv.m. yaşayış sahəsi 29,8 kv.m. iki otaqdan ibarətdir. O mənzilə əlavə olaraq evin həyətində yerləşən istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m. iki yaşayış otaqları, 16,2 kv.m. mətbəx, 6 kv.m. giriş tikmişdir. Aparılmış tikintilərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Şahbazi küçəsi 53A nömrəli evdə yaşayan vətəndaş İddiaçı2 tərəfindən mənzilinə əlavə olaraq evin həyətindəki istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m. iki yaşayış otağı,16,2 kv.m. mətbəx, 6 kv.m. ön giriş tikilməsi faktı təsdiq edilmiş, Şahbazi küçəsi 53A nömrəli evin vətəndaş İddiaçı2 məxsus mənzilinin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı şəhər TİMHQ idarəsindən xahiş edilmişdir.
12. İddiaçı2 ilə Yasamal RİH arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alq-satqı müqaviləsinin surətiə görə, satıcı İddiaçı2 ünvan 1 mənzil ünvanda yerləşən ümumi sahəsi 113,25 kv.m, yaşayış sahəsi 87,06 kv.m. olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini alıcı Yasamal RİH-in mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 56.549 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır.
13. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli MİHO/1.1-2-2022-4279 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ünvan 8al rayonunda “Sovetski" adlandırılan ərazidə vətəndaşların mülkiyyətlərində və faktiki istifadələrində olan bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən bazar qiyməti nəzərə alınmaqla qiymətləndirilmişdir. Qeyd olunan ərazidə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq tikilinin faktiki olan əsas və köməkçi sahəsinin bir kvadratmetri üçün qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr və faizlər nəzərə alınmaqla 1.500 manat kom pensasiya müəyyən edilmişdir. ünvan 1 ünvanda İddiaçı2 məxsus olmuş yaşayış sahəsi üçün kompensasiya aşağıda qeyd olunduğu qaydada hesablanaraq ödənilmişdir: Tikilinin faktiki əsas və köməkçi sahəsinin (əsas sahə 33,51 kvadratmetr, köməkçi sahə 3,33 kvadratmetr olub) bir kvadratmetri üçün qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr və faizlər nəzərə alınmaqla 1.500 manat, daş pilləkənin bir kvadratmetr sahəsi (sahəsi 0,71 kvadratmetr) üçün 400 manat məbləğ hesablanmış və hesablanmış məbləğə köçmə və kirayə xərci kimi 1.000 manat əlavə olunmaqla kompensasiya müəyyən edilmişdir. Tərəflər - satıcı İddiaçı2 və alıcı Yasamal RİH tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş 22 iyun 2019-cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanındakı yaşayış sa həsinə görə İddiaçı2 56.549 manat kompensasiya ödənilmişdir. Həmçinin, həmin yaşayış sahəsi ilə əlaqədar İddiaçı2 aldığı kompensasiyadan əlavə olaraq 14.368 manat məbləğdə maddi yardım ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
14. İlk iddia üzrə iddiaçı Yasamal RİH cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan Yasamal RİH tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı2 51.549 manat məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Yasamal RİH tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı2 51.549 manat məbləğdə kompensasiya ödənilməsi qərara alınmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1819/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
18. Qarşılıqlı iddia üzrə İddiaçı2 cavabdeh Yasamal RİH-ə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-nın dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar ona ödənməli olan 198.900 manatdan qalan 142.351 manat (Yasamal RİH-in xx.xx.2005-ci il tarixli 23 saylı sərəncamı ilə təsdiq olunmuş mənzilinə əlavə olaraq tikdiyi 67,91 kv.m. əlavə sahəyə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna, Nazirlər Kabinetinin müvafiq qərarına görə əlavə ödənilməli olan kompensasiyalarla birlikdə) məbləğdə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İlk iddi açı Yasamal RİH ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka görə İddiaçı2 56.549 manat kompensasiya məbləği ödənilmişdir. Bununla bağlı iddia ərizəsinin geri qaytarılması xahiş edilmişdir.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3055/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ilk iddiaçı Yasamal RİH-in iddiası geri götürülmüş sayılmış və həmin iddia üzrə icraata xitam verilmiş, eyni tarixli qərarı ilə İddiaçı2 iddiası qismən təmin edilməsi, ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 67,91 kv.m. olan yaşayış evinin sökülməsi nəticəsində 101.865 manat dəymiş ziyanın cavabdeh Yasamal RİH-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
21. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, Yasamal RİH iddiaçıya sonuncunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsi 29,18 kv.m. olan 2 otaqdan ibarət yaşayış sahəsinə görə tərəflərindən kompensasiyanın ödənildiyini bildirir. İddiaçı isə mənzilinə əlavə olaraq evin həyətindəki istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m-dən ibarət iki yaşayış otağı, 16,2 kv.m-dən ibarət mətbəx, 6 kv.m. ön giriş inşa etdiyini, həmin faktın Yasamal RİH-in xx.xx.2005-ci il tarixli 23 nömrəli sərəncamı ilə təsdiq edildiyini, müəyyən səbəblərdən həmin sahələrin texniki pasporta əlavə edilmədiyini, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmadığını bild irərək, həmin sahəyə görə ona kompensasiya ödənilməsini tələb edir. İddiaçı2 iddiasının əsası kimi əsaslandığı Yasamal RİH-in xx.xx.2005-ci il tarixli 23 nömrəli sərəncamı hal-hazırda qüvvədə olduğundan, həmin inzibati aktla müəyyən edilmiş hallar da etibarlı sayılmalıdır. İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakla yanaşı fakitki istifadəsində də yaşayış sahəsi olmuş və həmin sahə də söküldüyündən İddiaçı2 sökülmüş əmlakın əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh RİH həmin qərardan apellyasiya şikayəti vermişdir.
23. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər Ş.Məmmədova (sədrlik edən), C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsi nin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “İşin hallarından göründüyü kimi Bakı şəhəri İddiaçı1 İddiaçı2 sonuncunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, sahəsi 29,18 kvm. olan 2 otaqdan ibarət yaşayış sahəsinə görə tərəflərindən kompensasiyanın ödənildiyini bildirir. İddiaçı2 isə mənzilinə əlavə olaraq evin həyətindəki istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kvm. və 27,7 kvm.-dən ibarət iki yaşayış otağı, 16,2 kvm.-dən ibarət mətbəx, 6,0 kvm. ön giriş inşa etdiyini, həmin faktın İddiaçı1 xx.xx.2005-ci il tarixli, 23 nömrəli sərəncamı ilə təsdiq edildiyini, müəyyən səbəblərdən həmin sahələrin texniki pasporta əlavə edilmədiyini, bununla bağlı daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyatın aparılmadığını bildirərək həmin sahəyə görə ona kompensasiya ödənilməsini tələb edir....... İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakla yanaşı fakitki istifadəsində də yaşayış sahəsi olmuş və həmin sahə də söküldüyündən İddiaçı2 sökülmüş əmlakın əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur.... nəzərə alınmalıdır ki, mübahisəli əmlakın qanuni əsaslarla iddiaçıya məxsus olmasına dair Bakı şəhər İddiaçı1 xx.xx.2005-ci il tarixli, 23 nömrəli sərəncamı qüvvədədir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
25. Cavabdeh RİH həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabd ehin kassasiya şikayətinin dəlillərinə görə, İddiaçı2 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verməmiş, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 56.549 manat ödənilmişdir. Məhkəmə qərar qəbul edərkən iddiaçıya əlavə olaraq verilən 14.368 manat maddi yardımı da nəzərə almalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri onun iddiasının və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasları ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bəl ədiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 29. “İnsan hüquqlarının və əsas azadlıqların mü dafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən isti fadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmi n edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alı na biləcəyi dövlət ehtiyaclarına daxildir; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifa də imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir; Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir; Maddə 20.1.6. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.
33. Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mö vqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 34. “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılma sına xidmət etməlidir.”
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli Qərar); ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, bu, məhkəmənin belə dəlillərin rədd edilməsinə dair nəticəni əsaslandırmamasına dəlalət edir (Hiro Balani işi üzrə xx.xx.1994-cü il tarixli Qərar). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə işin faktiki halları tam araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
39. Belə ki, işdən müəyyən olunduğu kimi, İddiaçı2 cavabdeh RİH tərəfindən 14.368 manat məbləğdə maddi yardımın ödənilməsi bağlı cavabdehin dəlillərinə apell yasiya instansiyası məhkəməsi hüquqi qiymət verməmişdir. Halbuki, qeyd olunan məbləğ mübahisəli əmlakın sökülməsi və bununla bağlı iddiaçının ərizəsi əsasında yeni mənzil almaq üçün çatışmayan məbləğə dəstək kimi müvafiq kompensasiyaya əlavə olaraq ödənilmişdi.
40. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından İddiaçı2 apellyasiya şikayəti verməməsinin səbəblərini və həmin qərardan qısa müddət sonra, yəni xx.xx.2019-cu il tarixdə mülkiyyətində olan daşınmaz əmlakı alqı-satqı müqaviləsinə əsasən 56.549 manata cavabdeh RİH-ə satarkən hazırkı iddia ilə kompensasiyasını tələb etdiyi əlavə tikililəri də sonuncuya satıb-satmadığını araşdırmamışdır.
41. İşin qeyd olunan halının araşdırılması həm də ona görə əhəmiyy ət kəsb edir ki, İddiaçı2 eyni əsas və eyni predmetli iddiasının birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən mümkün sayılmaması barədə nəticə Ali Məhkəmənin xx.xx.2021ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış, iddianın mümkün sayılmamasının əsası kimi isə iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verməməsi və xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlaması göstərilmiş, məhz bundan sonra Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdi.
42. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiya nın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsa slandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X16rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).
43. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
44. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadının ləğv ed ilməsi və işin təkrar baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
45. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşır və onun dəlillərini əsaslı sayır.
46. Yekunda, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-cİ maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1227/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. Cavabdeh Bakı Şəhəri İddiaçı 1 kassasiya şikayəti təmin edilsin. İş təkrar baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.