Məhkəmə qərarları › İş №2-1(102)-1899/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1899/2023

28.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1899/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanın qərarının mübahisələndirilməsi; növbədənkənar vergi yoxlaması; icarə haqqı; bazar qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1469/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin **********144643 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı ASC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr yanvar 2014 – iyul 2020) təyin edilmişdir. 2. xx.xx.2021-ci il tarixli, **********144674 nömrəli səyyar vergi yoxlaması aktına görə, cəmiyyət özünə məxsus olan obyektləri icarəyə verməklə fəaliyyət göstərmişdir. Lakin icarə qiymətlərinin bazar qiymətindən aşağı olduğunu nəzərə alaraq ekspert dəvət edilmiş və ekspertin verdiyi rəyə əsasən bazar qiyməti tətbiq edilməklə icarə qiymətləri hesablanmış dır. Nəticədə Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. 2014-2020-ci illər üzrə əlavə 464.492.29 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 232246.17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi Məcəlləsinin 197-201-ci maddələrinin tələbləri pozulmuş və 382,67 manat Əmlak vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 191.34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Əvvəlki yoxlamada (Ləğv edilmiş SVY) ödəyiciyə əsassız ÖMV hesablanmışdır. Nəticədə Azərbaycan Respublikası VM-nin 122-ci maddəsinin tələbləri pozulmuşdur. Hesablanmış 70572.47 man vergi məbləği ödəyicinin şəxsi vərəqəsindən azaldılması təklif edilmişdir.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********151 294 nömrəli qərarına əssən İddiaçı ASC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş və ona 1.251.610,91 manat borc - 2014-2020-ci illər üçün mənfəət, əlavə dəyər və əmlak vergiləri üzrə cəmi 834.407,24 manat məbləğində vergi borcu və cəmi 417.203,67 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********151294 nömrəli qərarının hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qərar ın preambula hissəsində səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli **********144674 nömrəli akta istinad edilir, halbuki həmin akt xx.xx.2021-ci il tarixlidir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli, **********540500 nömrəli sənədə istinad edilir, halbuki həmin sənəd İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməmişdir. Bundan başqa, qərardakı məbləğlə tələbnamədəki məbləğ də üst-üstə düşmür. Cavabdehin qərarı 2014-cü ildən başlayan dövrü əhatə etmişdir, halbuki həmin dövr üzrə Vergi Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş müddətlər buraxılmışdır. 6. xx.xx.2021-ci il tarixli akta dair cavabdehə şikayət təqdim edilmişdir, lakin şikayətə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir.

7. Aktda göstərilmişdir ki, guya icarə müqaviləsində icarə haqqı baz ar qiymətinə uyğun deyildir, lakin bununla bağlı əsaslı bir sübut gətirilməmişdir. Aktda əlavə vergilər hesablanan zaman “X3” MMC tərəfindən iddiaçıya məxsus və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2014-2020-ci illər üzrə icarə haqqının müəyyənləşdirilməsinə dair ekspert rəyi əsas götürülmüşdür. Lakin “X3” MMC xx.xx.2020-ci ildə təsis olunmuşdur, heç birillik təcrübəsi belə yoxdur, onun nizamnamə kapitalı 10 manatdır, özü barəsində bir dəfə də olsun belə vergi hesabatı verməmiş, 100 manatlıq əmlakı olmayan hüquqi şəxs başqalarının fəaliyyətinə necə qiymət verə bilər, həmin MMC-nin heç ofisi də yoxdur, ünvanı kimi mənzil göstərilmişdir, rəyi imza edən şəxsin peşəkar qiymətləndirici olması nə ilə təsdiq edilir, rəydə yalnız xarici ali təhsil vurğulanmış, həmin təhsilin isə qiymətlən dimə fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, beləliklə, “X3” MMC tamamilə etimad doğurmayan, qeyri-ciddi bir qiymətləndiricidir, onun rəyi mötəbər deyildir, rəyin predmeti icarə haqqının müəyyənləşdirilməsi olmalı olduğu halda, rəydə alqı-satqı müqavilələrinə istinad edilmişdir.

8. Rəy cari qiymətlər əsasında, digər icarəyə verənlərin qiymət təklifinə əsaslanır, halbuki Vergi Məcəlləsinin normalarına əsasən bazar qiyməti malı (işin, xidmətin), tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətidir, buna görə də ekspertin gəldiyi nəticə birtərəfli xarakter daşıyır. Rəydə ekspertin istinad etdiyi 2021-ci il elanlarından görünür ki, qeyd edilən icarə qiymətləri 90% kiçik sahəli obyektlərin icarə qiymətlərini əks etdirir. İddiaçı ASC-yə məxsus təqdim edilən icarə haqqı qiymətl əri isə həm obyektlərin sahəsinin böyüklüyü, həm müqavilənin uzunmüddətliyi, obyektlərin həmin dövrdə baxımsızlığı, zirzəminin istifadə olunmaması və icarəçilər tərəfindən sonradan təmir olunması, etibarlı tərəfdaş olduğu səbəbindən aşağı qiymətlə icarəyə verilmişdir. Halbuki icarə qiymətləri arasında fərq icarə sahəsinin böyük və kiçikliyi, təmir vəziyyəti və yuxarıda qeyd edilən başqa səbəblərdən kəskin fərqlənir. Cavabdehin mübahisələndirilən qərarı qəbul edən zaman istinad etdiyi rəydə göstərilən 90 manat orta qiymət heç bir reallığı əks etdirmir və bu qiymət kiçik sahəli obyektlərin icarə qiymətinə uyğundur. Nisbətən böyük sahəli obyektlərə baxdıqda onların qiymətlərinin 50-90 manat arasında dəyişdiyi görünür. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdi m etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində onun hansı dəlilinə münasibət bildirilmədiyini qeyd etməmişdir, səyyar vergi yoxlaması aktının tarixi isə iddia ərizəsində göstərildiyi kimi xx.xx.2021-ci il deyil, xx.xx.2021-ci ildir, xx.xx.2021-ci il tarixli sənədə gəldikdə isə həmin sənəd “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” protokolun iddiaçının elektron poçtuna göndərilməsi haqqında məktubdur. Bundan başqa, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən vergi ödəyicisində keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4302/2 022 nömrəli qərarı ilə cavabdehin xx.xx.2021-ci il tarixli **********151294 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - cavabdeh tərəfindən iddiaçıya əlavə vergilər “X3” MMC-nin ekspert rəyinə əsasən hesablanmışdır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaq la) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici vergi orqanı tərəfindən yoxlama nəticəsində vergi ödəyicilərinin ödəməli olduqları verginin həcmini müəyyən etmək üçün istifadə edə biləcəyi üsul və qaydanı Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən etmişdir və qeyd edilən maddənin normalarında ödənilməli verginin həcminin ekspert rəyi əsasında müəyyən edilməsi nəzərd ə tutulmamışdır. Eyni zamanda, cavabdeh hansı səbəbdən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada verginin hesablanması üsullarından istifadə etmədiyini məhkəməyə bildirməmişdir və əsaslandırmamışdır; - mübahisələndirilən qərarda istinad edilən səyyar vergi yoxlaması aktında iddiaçıya əlavə ƏDV və mənfəət vergilərinin, habelə əmlak vergisinin hesablanması üçün əsas götürülmüş “X3” MMC-nin tərtib etdiyi ekspert rəyinin mötəbərsizliyi ilə bağlı iddiaçının dəlilləri ilə məhkəmə razılaşır, belə ki, rəydə, rəyi ekspert kimi tərtib etmiş şəxsin müvafiq ekspert kimi fəaliyyət göstərməsinə dair sertifikatının olması öz əksini tapmamışdır, habelə qeyd edilən ekspertin fəaliyyət göstərdiyi ekspertiza cəmiyyəti xx.xx.2020-ci ildə təsis olunmuş bir cəmiyyətdir, ekspertin həmin cəmiyy ətdən əvvəl də bu sahədə fəaliyyət göstərməsinə dair heç bir hal rəydə əks olunmur və buna dair cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir, həmin cəmiyyət ekspert rəyini tərtib edən zaman öz fəaliyyətinin nəticələri barədə vergi hesabatı verməmiş, təcrübəsi 1 ildən az olan bir cəmiyyətdir, bundan əlavə ekspert rəyindən göründüyü kimi ekspert Azərbaycanda internetin inkişaf etmədiyinə əsaslanaraq 2021-ci ilin iyul-avqust aylarında müxtəlif saytlarda verilən elanlardakı məlumatları 2014-cü ildən 2021-ci ilə qədər olan dövrlərə şamil edərək hesablamalar aparmışdır ki, bu da hesablanmış vergilərin məbləğlərinin düzgünlüyünü şübhə altına alır, belə ki, 2021-ci ildəki qiymətlərin 2014-2020-ci ildəki qiymətlərlə eyni olması işdə olan heç bir sübutla təsdiqlənmir; - Azərbaycan Respubl ikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. İşin faktiki hallarına əsasən cavabdeh tərəfindən iddiaçıda aparılmış yoxlama 3 ildən artıq bir dövrü, 2014cü ildən 2020-ci ilə qədər olan dövrü əhatə etmişdir ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur, halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət et məyə borcludurlar.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1469/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları, iddia tə ləbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq bazar qiymətlərindən və ya həmin Məcəllənin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə hesablanır. Bu müddəanın tətbiqi Vergi Məcəlləsinin 14-cü maddəsindən fərqli olaraq icarə haqqı məbləğinin aşağı göstərilməsi hallarına aid deyil və vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə qanuni tələblər yerinə yetirilmədikdə, həyata keçirilən müstəqil vasitədir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında da bildirilmişdir ki, intizamlı vergi ödəyicilərindən fərqli ol araq, təcrübədə bəzən vergidən yayınmaq məqsədilə icarə müqavilələrində icarə haqqının məbləğinin həqiqətdə olduğundan xeyli az göstərildiyi və hətta əmlakın etibarnamə ilə istifadəyə verildiyi hallara da rast gəlinir. Belə olan halda, vergi orqanları tərəfindən vergilər Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq bazar qiymətlərindən və ya həmin Məcəllənin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə hesablanır. Qeyd edilən qərarda həmçinin qeyd edilmişdir: “...vergi ödəyicisi Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

17. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında, həmçinin qeyd edilir ki, bazar qiymətinin ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Vergi Məcəlləsinin 14-cü maddəsini şərh edərkən vergi orqanı tərəfindən həmin maddədə qeyd edilən bazar qiymətinin müəyyən edilməsinin növbəti mərhələsinə keçidi vergi orqanının hüququ kimi təsbit etmişdir.

18. Vergi Məcəllənin 85.4-cü maddəsinin 3-cü abzası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir) xx.xx.2020-ci ildə qüvvəyə minmişdir. Hazırkı səyyar vergi yoxlaması da həmin dəyişiklik qüvvəyə mindikdən sonra, xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin 38.3.6-cımaddəsinə əsasən başlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş materiala əsasən, X1 direktor olduğu, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı ASC-də (VÖEN: **********) 2011-2020-ci illərdə 861.212,82 manat əlavə dəyər vergisi və 933.083,16 manat mənfəət vergisi olmaqla, ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 1.794.295,98 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Qeyd olunan fakt üzrə xx.xx.2021-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ilə başlanılmış və aidiyyəti üzrə ibtidai istintaq aparılması üçün göndərilmişdir. xx.xx.2021-ci il tarixində ********* №-li cinayət iş i üzrə "xxxx" ASC-dəxx.xx.2014-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarında qeyd edilən dəyişikliyin əvvəlki dövrlərə tətbiq edilməsini yanlış hesab edərək müddət pozuntusuna yol verildiyi qənaətinə gəlmişdir.

19. Məhkəmə kollegiyası tərəfindən sübut kimi mötəbərliyinə şübhə edilən ekspert rəyinin əsassız hesab edilməsinə baxmayaraq, məhkəmə kollegiyası öz təşəbbüsü ilə əlavə ekspertiza təyin etməmiş, sadəcə iddiaçının tələbləri ilə razılaşaraq vergi orqanı tərəfindən qanunvericiliyə əsasən tərtib edilmiş ekspert rəyinin nəticələrini tutarlı dəlil gətirmədən nəzərə almamışdır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, s əyyar vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iddiaçı müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılmış, cinayəti işinin ibtidai araşdırması zamanı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 9/9433 saylı ekspert rəyi tərtib edilmişdir. Müvafiq ekspert rəyi məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən həmin rəyə hər hansı qiymət verilməmişdir. Həmin rəyə əsasən İddiaçı ASC tərəfindən yoxlamanın əhatə etdiyi, yəni xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixədək olan dövrdə aparılmış əməli yyatlara görə dövlət büdcəsinə ödənilməli olan 464492,29 manat məbləğində mənfəət vergisinin, 369532,28 manat məbləğində ƏDV-nin, 382,67 manat əmlak vergisinin az hesablanması öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən qeyd edilən ekspert rəyi nəzərə alınmamışdır, ona ümumiyyətlə hər hansı qiymət verilməmişdir.

20. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin tərtib etdiyi ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən ekspertizaya təqdim edilmiş daşınmaz əmlakın icarə qiyməti 1 kv metr üçün 2014-cü ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2015-ci ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2016-cı ildə əsas sahə üçün 55 manat, köməkçi sahə üçün 15 manat, 2017-ci ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2018-ci ildə əsas sahə üçün 60 manat, köməkç i sahə üçün 20 manat, 2019-cu ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2020-ci ildə əsas sahə üçün 65 manat, köməkçi sahə üçün 25 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən isə daşınmaz əmlakın icarəyə verilməsindən 2014-cü ildə 58644,06 manat, 2015-ci ildə 65423,73 manat, 2016-cı ildə 79209 manat, 2017-ci ildə 101016,94 manat, 2018-ci ildə 101694,91 manat, 2019-cu ildə 132203,4 manat, 2020-ci ildə 103260,54 manat gəlir bəyan edilmişdir. İddiaçının təqdim etdiyi ekspert rəyi mötəbər hesab edilib əsas götürülərsə belə, iddiaçı tərəfindən gəlirlərin gizlədilməsi və vergidən yayınma faktı öz təsdiqini tapmış olur. Məhkəmə tərəfindən isə qeyd edilən faktlar araşdırılmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqd im etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Vergi Məcəlləsi Maddə

14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2 Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:... 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) ver gitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda;... 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı ə məliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.... 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:... 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə 36.3 (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.... Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;... Maddə 56.1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Maddə 56.1 (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redak siyada). Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qə bul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 85.4 (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 85.4 (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səla hiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati ak t qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

24. İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qəra r qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikay ətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

28. Şikayətin təmin oluna bilməməsi, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanunsuz olmasından və iddiaçının hüquqlarını pozmasından irəli gəlir (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. 29. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikas ının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

30. Həmin Qanunun 61-ci maddəsinin müddəalarının tələbinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1.) Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2.). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (61.4.).

31. Eyni ilə, Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olun an vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.

32. Cavabdeh təsdiq edir ki, cavabdehin **********144643 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı ASC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr yanvar 2014 – iyul 2020) Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğundan d axil olmuş materiala əsasən, X1 direktor olduğu, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı ASC-də 20112020-ci illərdə 861.212,82 manat əlavə dəyər vergisi və 933.083,16 manat mənfəət vergisi olmaqla, ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 1.794.295,98 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Qeyd olunan fakt üzrə xx.xx.2021-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ilə başlanılmış və aidiyyəti üzrə ibtidai istintaq aparılması üçün göndərilmişdir. xx.xx.2021-ci il tarixində ********* №-li cinayət işi üzrə İd diaçı ASC-də xx.xx.2014-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edilmişdir.

33. Cavabdeh, həmçinin Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyasına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 7 il təşkil edir. Məhkəmənin də qərarında qeyd etdiyi kimi, Vergi Məcəllənin 85.4-cü maddəsinin 3-cü abzası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir) xx.xx.2020-ci ildə qüvvəyə minmişdir. Hazırkı səyyar vergi yoxlaması da həmin dəyişiklik qüvvəyə mindikdən sonra, xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən başlanmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarında Vergi Məcəlləsinə qeyd edilən dəyişikliyin əvvəlki dövrlərə tətbiq edilməsini yanlış hesab edərək müddət pozuntusuna yol verildiyi qənaətinə gəlmişdir.

34. Cavabdehin qənaətinə görə, qeyd edilən dəyişiklik heç bir halda geriyə şamil olunmuş kimi qəbul edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə edilmiş yoxlanılan dövrlərlə bağlı dəyişiklik prosessual xarakter daşıyır və vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyətinin yoxlanma qaydasını müəyyən edir. Həmin dəyişiklik qüvvəyə mindiyi andan istisnasız olaraq tətbiq edilə bilər.

35. Məhkəmə kollegiyası cavabdehin həmin qənaətini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, cavabdeh, ilk növbədə nəzərə almalıdır ki, onun özünün də təsdiq etdiyi kimi, iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması cinayət prosessual qanunvericiliyə uyğun olaraq cinayət təqibini həyata keçirən hüquq mühafizə orqanının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı nəzərə alınmaqla təyin edilmişdir. Başqa sözlə, həmin yoxlama, ilk növbədə Azərba ycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin məqsədləri üçün təyin edilmiş və keçirilmişdir.

36. Beləliklə, vergi orqanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin məqsədləri üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixdən qüvvədə olan 3-cü abzasına istinadla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövr üzrə (hazırkı halda **********144643 nömrəli, xx.xx.2021-ci il tarixli qərarda qeyd olunan yanvar 2014 – iyul 2020 üzrə) vergi yoxlaması təyin edə və keçirə bilər. Vergi Məcəlləsinin 36.3-cü maddəsi (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) isə, onun məzmunundan göründüyü kimi, 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixdən qüvvədə olan 3-cü abzasının tətbi qini istisna etmir.

37. Həmin yoxlama cinayət prosessual qanunvericiliyə uyğun olaraq təyin edildiyindən, bu yoxlamanın cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövr üzrə nəticələrini əks etdirən sənəd və materiallar (hazırkı halda, vergi yoxlaması aktı və onda istinad edilən sənədlər və s.) cavabdehin istinad etdiyi cinayət prosesində cinayət prosessual qanunvericiliyinin məqsədləri üçün istifadə oluna bilər.

38. Həmin yoxlamanın nəticələrinin Vergi Məcəlləsinin məqsədləri üçün tətbiqinə, buradan, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsinə gəldikdə, cavabdeh nəzərə almalı idi ki, o, iddiaçının vəziyyətini ağırlaşdıran və onun üçün vergi məsuliyyəti yaradan qanunu geriyə tətbiq edə, iddiaçının üzə rinə hazırkı məzmunda vergi öhdəliyi bilməzdi. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

39. Beləliklə, cavabdeh vergi ödəyicisinin üzərinə yalnız yoxlanılan dövrdə qüvvədə olan qanunda nəzərdə tutulmuş müddətlər üzrə vergi qanunvericiliyinin pozulmasına görə vergi öhdəliyi qoya bilərdi. Belə ki, vergi ödəyicisi qanunla müəyyən edilmiş yoxlama müddətləri başa çatdıqdan sonra həmin müddətlər üzrə təqdim etdiyi vergi hesabatlarındakı məlumatların düzgünlüyünün vergi orqanı tərəfindən qəbul və təsdiq edildiyinə əmin olmaq haqqına sah ibdir.

40. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasında müəyyən edilmiş 3 illik müddətin iddiaçıya münasibətdə əhatə etdiyi dövrə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iş üzrə faktiki hallara dair sübutları, o cümlədən iddiaçıya əlavə vergi hesablanmasının əsas kimi istinad edilən xx.xx.2021-ci il tarixli ekspert rəyini prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblə rini nəzərə almaqla qiymətləndirmişdir.

42. Cavabdehin də istinad etdiyi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavil ə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlik də adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasibətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır... Nəticədə vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun... müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir.”.

43. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda və iş materiallarında iddiaçı kimi fəaliyyət göstərən və iddiaçının əmlakına uyğun əmlakın icarəsi barədə heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya əlavə vergi hesablanmasının əsası kimi istinad edilən xx.xx.2021-ci il tarixli ekspert rəyinin də mötəbərsizliyi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

45. Cavabdeh, həmçinin qeyd edir ki, vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi icarə müqavilələri notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

46. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, cavabdeh özü təsdiq edir ki, hazırkı halda mübahisə məhz daşınma z əmlakın icarə qiymətinin müəyyən edilməsi ilə bağlıdır (İİİ cild, iş v.74). Başqa sözlə, vergi orqanı tərəfindən iddiaçıya əlavə vergi hesablanmasının əsasında icarəyə verən ilə icarəyə götürən arasındakı icarə münasibətləri, daşınmaz əmlakın icarəyə verilməsi faktı dayanır. Həmin münasibət və faktdan isə hazırkı halda mülki qanunvericiliyin deyil, vergi qanunvericiliyinin məqsədləri üçün istifadə olunur.

47. Cavabdeh qeyd edir ki, yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatının cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə xx.xx.2022-ci il tarixli **********952200 nömrəli vəsatət cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir (həmin vəsatətə ittiham aktının və cinayət iş üzrə icraat zamanı alınmış ekspert rəyinin surətləri əlavə olunmuşdur). Lakin, məhkəmə qeyd olunan vəsatətə baxılması üzrə üzərinə düşən vəzifələri icra etməmiş, qəbul etdiyi qərarında təqdim olunmuş vəsatəti qəbul və ya rədd etməsi barədə hər hansı bir qiymətləndirmə etdiyi qərarında təqdim olunmuş vəsatəti qəbul və ya rədd etməsi barədə hər hansı bir qiymətləndirmə aparmamış, rədd edildiyi təqdirdə isə rəddin əsaslarını bildirməmişdir. Apellyasiya şikayətində qeyd edilən məsələ qaldırılsa da, məhkəmə tərəfindən ona hər hansı münasibət bildirilməmişdir.

48. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin həmin vəsatəti birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2022ci il tarixli məhkəmə iclas ında müzakirə olunmuş, cavabdehin vəsatəti təmin edilməmişdir (İ cild, iş v.139, 140).

49. Məhkəmə kollegiyası nəzərə alır ki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

50. Hazırkı işdə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

51. Beləliklə, İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.

52. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-1469/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar