Məhkəmə qərarları › İş №2-1(102)-1899/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1899/2025

09.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1899/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X11nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyi müəyyən olunması; əlilliyin təyinat tarixinin düzgün göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X11nə qarşı “qərarların ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 21(103)-810/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.AR MN MHHK-nın 453 №-li, xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin avqust ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz” Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarının orta falanqasının ovuc səthində üç ədəd, döş qəfəsinin sağ yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə bir ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2017-ci il tarixli 211 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 36 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 124 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublika sının Müdafiəsi zamanı almışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin a) yarımbəndi. MN MHHK-nın 475 saylı xx.xx.2017-ci il tarixli protokolu. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 0082003AACTA saylı Forma 88 əsasında xx.xx.2022-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. 3.xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 XX sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qan unla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər….Diaqnozun mətni: Hərbi əməliyyatlar zamanı, qəlpə yaralanmasından başın sol ənsə nahiyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarının orta falanqasının ovuc səthində üç ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir Diaqnozun mətni: ədəd köhnə çapıq toxumalar (1993). Parsial epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-9 dəfə). Baş beynin silkələnməsi. OU-Hipertonik angiopatiya. VQU=0,7. Postravmatik ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1993). Hipertoniya xəstəliyi-ll dər.krizlərlə. Kəskin nəzərə çarpan astenonevrotik sindrom. Meyar: 2.2 İkinci də rəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg. 4.xx.xx.2022-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi Təsnifatı: pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...Diaqnozun mətni: Üzvi mənşəli emosional labil [astenik] pozğunluq Üzvi (Hərbi əməliyyatlar zamanı alınmış qapalı Kbt nəticəsində) X9 Nevrotik Pozuntu/X7...Kəllədaxili travmaların nəticələri Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və e pileptik sindromlar (ayda 8-9 dəfə) Essensial [birincili] hipertenziya. İnsulindən asılı olmayan şəkərli diabet...Meyar: imtina edilir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb -:Diaqnoz əlillik əlaməti təyin etmir. 5.xx.xx.2022-ci il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Üzvi mənşəli emosional labil [astenik] pozğunluq Üzvi (Hərbi əməliyyatlar zamanı alınmış qapalı KBT nəticəsində) X9 Nevrotik Pozuntu. 6.xx.xx.2022-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan daxili psixi pozuntular, Keçirilmiş qap alı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb:Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 7.xx.xx.2022-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni; Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri tez-tez baş verən cəngolma tutmaları ilə (ayda 2-3 dəfə) beyin atrofiyası müşahidə olunur. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulmasıSəbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi səbəblə əlaqədar yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür. 8.Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, iddiaçıya M00051466SSK saylı Forma 88 əsasında xx.xx.2022-ci il tarixdə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina barədə qərar qəbul edilmişdir. 9.Agentliyin Tibbi-Sosial ekspert komissiyasının 3-17-4/3-3-3686/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERAda əyani müayinədə olmuş, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, qıcolma tutmalarından, yaddaş zəifliyindən şikayətlənmişdir. Baxış zamanı ənsədə, sağ bel nahiyəsində, sağ saidin orta 1/3-də, sol əlin İİİ, İV, V barmaqlarında çapıqlar izlənilmişdir. Anamnezində şəkərli diabet xəstəliyində n əziyyət çəkdiyi, aclıq şəkərinin 250 mq/dl olması, gündə iki dəfə Amaril, Ciafor qəbul etdiyi ifadə olunmuşdur. Komissiyaya dəvət olunmuş qardaşı qardaşının vəziyyətinin son 6 ayda daha da pisləşdiyini, ailə üzvlərinə şiddət göstərdiyini, konfliktə meylli olduğunu, mağazaya gedəndə almalı olduğu məhsulu unutduğunu bildirmişdir. Müayinə zamanı aşağı ətraflarda atrofiya, parez, trofik pozuntular izlənilməmiş, tük örtüyü seyrək izlənilmişdir. Psixi vəziyyəti həkim mütəxəssislər tərəfindən “Emosional labil (astenik) pozuntu. X7” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli 8118 nömrəli X10 “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) emosional labil (astenik) pozuntu. Yüngül kognitiv pozuntu” kimi müəyyənləşdirilmişdir. Respub lika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022- 21.11,2022-ci il tarixli Çıxarışlarında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez baş verən cənqolma tutmaları ilə (ayda 2-3 dəfə). Beyin atrofiyası müşahidə olunur” kimi qeyd olunmuşdur. X8 Kranial MRT müayinəsinin nəticəsi “Hər iki hemisferada paraventrikulyar aq maddədə və subkortikal sahədə mikroanqiopatik/xr. işemik ocaqlar. Sfenoid sinus sol yarıda yığıntı (Sfenoidit)” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 3340 nömrəli X10 “Üzvi Şəxsiyyət pozuntusu intellektual mnestik funksiyaların enməsi ilə. MMSE=15. Anamnezində epileptiform tutmaları ilə. MRT nəticəsində beyin strukturlarının atrofiyası olduğu üçün demensiyanın başlanması istisn a edilmir” kimi qeyd olunmuşdur. 2 saylı X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarının paroksizmal aktivliyi qeyd olunur” kimi qeyd edilmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmiş, hərəkətləri sərbəst olmuşdur. Əlillik təyinatına əsas verən psixi xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Vətəndaşa Tibb müəssisəsindən Ümumi xəstəlik səbəbindən yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülmüşdür.

10. Agentliyin “Vətəndaşın əyani müayinə olunması haqqında” 3-17-4/2-9785/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2 nömrəli X2 Z00091059GEM nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

11. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-2082/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, qıcolma tutmaları, əsəbilik, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə travma aldığını, 2007-2008-ci ildən vəziyyətinin daha da pisləşdiyini, qıcolma tutmalarının əsəbiləşdiyi zaman baş verdiyini, bu zaman başında sanki üşümə hissinin olduğunu, ~15 dəqiqə davam etdiyini, başını yorğanla örtdüyü zaman keçib getdiyini bildirmişdir. Müayinə zamanı başın ənsə nahiyəsində, sağ əlin İİİ, İV, V barmaqlarının iç səthində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər, epitutma üçün xarakterik olmamış, təqdim olunan baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) qıcolma tutmalarının anatomik nahiyədə patologiya qeyd olunmamışdır. Psixi statusunda zahirən mimikası canlı, geyimi səliqəli ünsiyyətə həvəslə daxil olmuşdur. Xəstəliyi və q əbul etdiyi medikamentoz peraparatlar haqqında məlumat verə bilməmiş, emosional labil şəxs kimi dəyərləndirilmişdir. X8 xx.xx.2022-ci il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hər iki hemisferada paraventrikulyar ağ maddədə və subkortikal sahədə mikroanqiopatik xroniki işemik ocaqlar. Beyin sulkuslarında və subaraxnoidal sahələrdə az dərəcədə dilatasiya (atrofiya). Sfenoid sius sol yarıda yığıntı (Sfenoidit)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarının paroksizmal aktivliyi qeyd olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli 1/1441 nömrəli X10 “Ba ş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində demensiya, kobud davranış pozuntuları ilə. Anamnezində qıcolma tutmaları” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 3340 nömrəli X10 “Üzvi şəxsiyyət pozuntusu, intellektual mnestik funksiyaların enməsi ilə. F07.0 MMSE=15. Anamnezində epileptiform tutmaları ilə. MRT nəticəsində beyin strukturların atrofiyası olduğu üçün demensiyanın başlanması istisna edilmir” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş T 634/2024 saylı 18 sentyabr 2024-cü il tarixli (canlı şəxsin ekspertizası) rəydən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan AR MN MHHKnın xx.xx.2017-ci il tarixli, 453 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərlə eynilik təşkil edir və qapalı kəllə- beyin travmasının qalıq əlamətləri kimi qiymətləndirilə bilər. Belə ki, bütün tibbi sənədlərdə və professor Fuad İsmayılovun müayinəsinin nəticələri ilə təsdiq olunur. Əlliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a.Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə təyin olunmuş hərbi əlilliyinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosi al Ekspertiza Komissiyasının xx.xx.2023cü il tarixli, № 3-17-4/3-3- 3686/2023 saylı xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-2082/2024 saylı Qərarlarının iddiaçıya aid olan hissədə ləğv edilməsini və iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış və 1993-cü ilin avqust ayında döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 8 fevral 2017-ci il tarixli Q ərarı ilə yaralanma nəticəsində ona “Qəlpə yaralanmasından sonra başın sol ənsə nahiyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqların orta falanqasının ovuc səthində, 3 ədəd döş qəfəsinin sağ yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğa arası sahədə bir ədəd, sol saidin aşağı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən göstərilənlərə əsasən qiymətləndirmə nəticəsində Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup əlillik müəyyən edilmişdir. Cavabdeh Agentlik xx.xx.2023-cü il tarixdə növbəti müayinə zamanı bildirmişdir ki, AR MN MHHK tərəfindən verilmiş 8 fevral 2017-ci il tarixli 453 nömrəli qərarında göstərilən səbəb və diaqnozun əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilməmişdir. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlamətləri təyin etmir” barədə qərar qəbul etmişdir. Lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişiklik (xəstəliklər) olduğundan dövlət tibb müəssisəsi tərəfindən “ümumi xəstəlik” səbəbi ilə yeni göndərişin rəsmiləşdirilməsi tövsiyə olunur. O, cavabdehin bu imtinası ilə razı deyil, belə ki, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, o, döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış və ona ümumi əlilliklə deyil hərbi əlilliklə əlaq ədar əlillik təyin edilməldir. Belə ki, o, hərbi xidmət keçərkən başından o, cümlədən bədəninin müxtəlif nahiyələrindən aldığı qəlpə yaralanmasından sonra səhhətində bu problemlər yaranmış və bununla əlaqədar mütəmadi olaraq Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”ndə xx.xx.2021-ci ildə, 2 saylı Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci ildə xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə verilmiş həkim rəylərində baş beyinin travması diaqnozları qoyulmuşdur. Səhiyyə Nazirliyinin xx.xx.2019cu il tarixli 1371 nömrəli və xx.xx.2022-ci il tarixli 084754 nömrəli “Ambulator kitabça”dan çıxarışlarda da keçirilmiş qapalı travması diaqnozu qoyulmuşdur. Cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir, belə ki, işin yuxarıda təsvir olunan hallarından göründüyü kimi onun əlilliyin səlahiyyətli orqanların qərarı ilə təsdiq edilmiş, döyüş bölgəsində aldığı xəsarətlərdən hazırda da davamlı olaraq əziyyət çəkir, müalicə və müayinələrə məruz qalır. Hesab edir ki, bu barədə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı məhkəmənin qərarına əsasən müvafiq öhdəlik qoyulmalıdır.

16. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi səbəblə əlaqədar yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür.” əsası ilə Mərkəzə geri göndərilmişdir. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 274 8003AAALN nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********5). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin C00028075XXX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin M00051466SSK nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-5145/2023). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı AR MN MHHK tərəfindən xx.xx.2017-ci il tarixli 453 nömrə li Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarının orta faianqasının ovuc səthində üç ədəd, döş qəfəsinin sağ yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə bir ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, saq baldırın yuxan 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi qıcolmalardan, əsəbilikdən, yaddaş pozuntusundan şikayətlənmiş, sağ əlin İİİ barmağında və başın təpə nahiyəsində çapıqlar izlənilmiş, nevroloji statusu yaşa u yğun, Romberqdə dayanıqlı, reflekslər canlı, ətraflarda iflic, parez müəyyən olunmamış, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmiş, hərəkətləri sərbəst olmuşdur. Əlillik təyinatına əsas verən psixi xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Vətəndaşa tibb müəssisəsindən ümumi xəstəlik səbəbindən yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülmüşdür.

17. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) e-2-1(112)-3194/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3Sosial Ekspertiza Komissiyasının xx.xx.1963-cü il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3686/2023 №-li və xx.xx.2024-cü il tarixli № 3-17-4/3-32082/2024 Qərarlarının ləğv edilməsi, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X11n üzərinə qoyulması qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2017-ci ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

19. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində konkret olaraq xəstəliyin əllliyin təyininə əsas verib-verməməsi ilə bağlı bir başa fikir bildirilməsə də, MN MHHK-nın xx.xx.2017-ci il tarixli, 453 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlərin eləcə də, bütün tibbi sənədlərdə və professor Fuad İsmayılovun müayinəsinin nəticələri ilə təsdiqləndiyi müəyyən olunmuşdur. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

20. Eyni zamanda məhkəmə diqqətə çatdırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik meyarını qiymətləndirərkən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə ona əlillik dərəcəsinin təyin edilməsinin mümkün olmadığı bildirmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən əlilik dərəcəsinin təyinindən imtina edərkən əsas gətirdiyi mülahizələr ekspert rəyi ilə təkzib olunmuşdur. Belə ki, ekspertlər ekspert rəyinin nəticə hissəsində ümumiyyətlə MN MHHK-nın xx.xx.2017-ci il tarixli, 453 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlərin iddiaçıda müşahidə olduğunu bildirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əli lliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. Ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir.

21. Məhkəmə ekspert rəyində qeyd olunan əsaslarla razılaşaraq qeyd etmişdir ki, 2017-ci ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Eyni zamanda, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, MN MHK-nın xx.xx.2017-ci il tarixli, 453 saylı rəyindən görünür ki, iddiaçının yaralanmasının nəticəsi - diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünü n, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

23. Həmin qərardan cavabdeh apellyasi ya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-810/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: K.H.Əkbərov, hakimlər: N.X.Nəbizadə və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilm əməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (göndərişin tərtib olunduğu tarixdə qüvvədə olan redaksiyası): Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şə xsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarix dən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi i lə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

30. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xi dmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyy ən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosia l, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dai r tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblə rinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya iste faya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən “əlilliyin təyin olunma tarixinin xx.xx.2022-ci il tarixdən hesab olunması” hissəsində dəyişdirilməli, əlilliyin təyin olunma tarixi xx.xx.2022-ci il tarixdən müəyyən edilməli, qalan hissədə isə q ərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, MN MHK-nın xx.xx.2017-ci il tarixli, 453 saylı qərarı ilə iddiaçının yaralanmasının nəticəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuş, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 illik müddətinə “Hərbi əməliyyatlar zamanı, qəlpə yaralanmasından başın sol ənsə nahiyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarının orta falanqasının ovuc səthində üç ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar (1993). Parsial epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-9 dəfə). Baş beynin silk ələnməsi. OU-Hipertonik angiopatiya.VQU=0,7. Postravmatik ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1993). Hipertoniya xəstəliyi-ll dər.krizlərlə.Kəskin nəzərə çarpan asteno-nevrotik sindrom. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə sonuncuya əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlillik əlaməti təyin etmir barədə, 14 dekabr 2022-ci il tarixli göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

38. M00051466SSK nömrəli xx.xx.2022-ci il tarixli göndərişdən görünür ki, iddiaçıda əsas diaqnoz F06 “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri tez-tez baş verən cəngolma tutmaları ilə (ayda 2-3 dəfə) beyin atrofiyası müşahidə olunur”, ağırlaşma-F06.8 “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilməmiş psixi pozuntular, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri tez-tez baş verən cəngolma tutulmaları ilə (ayda 2-3 dəfə) beyin atrof iyası müşahidə olunur” kimi göstərilmişdir.

39. Kollegiya qeyd edir ki, əsas diaqnoz kimi qeyd olunan “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri tez-tez baş verən cəngolma tutmaları ilə (ayda 2-3 dəfə) beyin atrofiyası”, Ağırlaşma “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilməmiş psixi pozuntular, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri tez-tez baş verən cəngolma tutulmaları ilə (ayda 2-3 dəfə) beyin atrofiyası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”n 7.6-2-ci bənd ində “F06 XBT kodu ilə nəzərdə tutulmuşdur. Meyarların 7.6.2.1 yarımbəndində həmin xəstəlik “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” halında orqanizmin 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyininə əsas verir.

40. Məhkəmə kollegiyası nəzərə alır ki, 14 dekabr 2022-ci il tarixli tibbi göndərişdə qeyd olunan xəstəliklərin kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin m üəyyən olunması meyarları”nın müvafiq bəndlərində öz əksini tapmışdır, eləcə də iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir.

41. Belə ki, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş T 634/2024 saylı 18 sentyabr 2024-cü il tarixli (canlı şəxsin ekspertizası) rəydə də qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan AR MN MHHK-nın xx.xx.2017-ci il tarixli, 453 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərlə eynilik təşkil edir və qapalı kəllə-beyin travmasının qalıq əlamətləri kimi qiymətləndirilə bilər.

42. Apellyasiya məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq cavabdeh id diaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər aşkar olunduğu halda, əlilliyin təyin edilməsindən imtina etməsi əsaslarına dair heç bir dəlil təqdim etməmiş, həmin müayinənin nəticələrini, buna dair tibbi sənədlərin nəyə görə əsas kimi qəbul edilməsindən imtina olunması hallarını əsaslandıra bilməmiş, habelə iş materialları əsasında təsdiq olunmuş halları təkzib edən heç bir sübuta istinad edilməmişdir.

43. Əlilliyin səbəb əlaqəsinə gəldikdə qeyd edilməlidir ki, “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

44. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur.

45. B ununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin xx.xx.2022ci il tarixdən təyin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni olmamışdır.

46. Kollegiya apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək u zadıla bilər.

47. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya göndəriş verilmiş, xx.xx.2022-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina etmişdir.

48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-810/2025 nömrəli qərarı əlilliyin təyin olunma tarixinin xx.xx.2022-ci il tarixdən hesab olunması hissəsində dəyişdirilməli, əlilliyin təyin olunma tarixi xx.xx.2022-ci il tarixdən müəyyən edilməli, kassasiya şikayəti qalan hissədə təmin olunm amalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-810/2025 nömrəli qərarı əlilliyin təyin olunma tarixinin xx.xx.2022-ci il tarixdən hesab olunması hissəsində dəyişdirilsin. Əlilliyin təyin olunma tarixi xx.xx.2022-ci il tarixdən müəyyən edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar