Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1905/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamə və texniki pasportda düzəlişlərin aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onu n ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-4/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-083B nömrəli 20 aprel 2006-cı il tarixli “Torpağın m ülkiyyətə verilməsinə dair” Şəhadətnamə”nin surətindən görünür ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.14 hektar həyətyanı torpaq sahəsi X13, X5, X2 və X7 birgə mülkiyyətinə verilmişdir. 2.JN-083C nömrəli 20 aprel 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.17 hektar həyətyanı torpaq sahəsi X13, X3, X2 və X7 birgə mülkiyyətinə verilmişdir. 3.JN-099A nömrəli 20 aprel 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.26 hektar həyətyanı torpaq s ahəsi İddiaçı1, İddiaçı4, X8, İddiaçı3 və İddiaçı2 birgə mülkiyyətinə verilmişdir. 4.Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Naxçıvan MR, Ordubad rayonu, Bist kəndində yerləşən 0.2567 hektar torpaq sahəsi İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı2 birgə mülkiyyətləri kimi dövlət qeydiyyatına alınmışdır.
5. Ordubad rayon Bist Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli aktından məlum olur ki, məhkəmədə üçüncü şəxslərin izahatlarından yaranan bəzi nüansların (alternativ yolların) araşdırılması məqsədi ilə iddiaçının ərazisinə gedən yollara baxış keçirilmişdir. Baxış zamanı 3 alternativ yol müəyyən olunmuşdur. İ. alternativ yol əraziyə 100-150 m. aralı olmaq şərtlə maşın yolu kimi yararlıdır, qalan hissəsini isə yerdə qalxmaq olar. 2. alternativ yol yarıya qədər aşağı hissədən qalxdıqda yararlıdır, lakin tam yolu qalxmaq mümkün deyil. 3. alternativ yol.Bələdiyyə binasının qabağından keçir. Yük maşını ilə əraziyə getmək həmin yolla mümkündür, lakin qayıtmaq 1-ci alternativ yolla mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat 6.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldi lməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Naxçıvan MR İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2- 1(122)16/2023 nömrəli qərardadı ilə iş üzrə inzibati məhkəmə icraatına X11, X9 və X14 üçüncü şəxs qismində cəlb edilmişlər (zəruri cəlbetmə).
8. İddiaçı tərəfin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi Naxçıvan MR İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli protokol qərardadı ilə təmin edilərək, iddiaçıların cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhad ətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Ordubad rayonu, Bist kəndində yerləşən ümumi sahəsi 0.2567 ha olan həyətyanı torpaq sahəsi Ordubad rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə onların mülkiyyətlərinə verilmişdir. Torpaq verilərkən onların sahəsindən təxminən 0.025 ha kəsir gəlir. Həmin sahə səhvən Mərdanov Tey murun və onun ailə üzvlərinin üzərinə işlənmişdir. Bununla əlaqədar olaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanladığı məktuba cavab olaraq ona Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 41 nömrəli qərarının surəti və torpaq islahatının aparılması ilə əlaqədar kənd icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim edildiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısından çıxarış göndərilmişdir. Həmin adlı siyahıya və xəritəyə əsasən onların torpaq sahəsi 0.27 hektar olmuşdu r. 2006-cı ildə yenidən ölçmə işləri aparılan zaman həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kəsilərək gediş-gəliş yolu və torpaq sahələrinin bır hissəsi JN 83C nömrəli şəhadətnamə ilə Teymur Məmmədovun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu faktı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti də 06 oktyabr 2022-ci il tarixli 06/572 nömrəli yazılı məktubunda təsdiq etmişdir.
10. Naxçıvan MR İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(122)-03/2024 nömrəli qərarı ilə (hakim E.Hüseynov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın m ülkiyyətə verilməsinə dair" şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiaları təmin edilməmişdir.
11. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-4/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: Y.Qurbanov /sədrlik edən və məruzəçi/, Ə.Allahverdiyev və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin araşdırılmış hallarından və ekspert rəyindən aydın olur ki, JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsi ilə JN- 83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsi arasındakı sərhədlər torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında göstərilən ölçülərlə qismən uyğunluq təş kil edir. JN-83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahəsinin JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsi ilə qonşuluqda yerləşən 120 m2 -ə qədər hissəsi torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətində, ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış, Ordubad rayon Bist kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş yerquruluşu planında ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış ərazi ağaclarla örtülü olduğundan Xidmətin məlumat bazasında saxlanılan 2001 -ci ilə dair ortofotoplanlar və sonrakı illərə aid kosmik şəkillər əsasında ər azidə gediş-gəliş yolunun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin JN-99A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,26 hektar torpaq sahəsinin digər istifadəçilərin və mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd edilən sənədlərdə (2006-cı ildə tərtib olunmuş mülkiyyət sənədləri) göstərilən torpaq sahələrinin sərhədləri və koordinatları tərəflərin faktiki istifadə etdikləri torpaq sahələrinin sərhədləri və koordinatlarına uyğundur. Mübahisə predmeti olan ərazi yol kimi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən kollegiya qeyd etmişdir ki, iddiaçıların iddia etdikləri üçüncü şəxslərin adına verilmiş şəhadətnamədə texniki səhvliyin olması, müvafiq ərazidə ümumi istifadədə olan yolun olması mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
14. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş 13 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, islahat aparılan zaman tərtib olunmuş ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2006-cı ildə dəqiqləşmə vaxtı verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərlə ciddi fərqlər mövcuddur. Həmin fərqin əmələ g əlməsi mütəxəssisin dəqiqləşmə vaxtı 83C nömrəli torpaq sahəsinin sahibinin faktiki istifadə vəziyyətini nəzərə alaraq ölçüləri aparması ilə bağlıdır. İddiaçının gediş-gəliş yolu ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilsə də, dəqiqləşmə vaxtı nəzərə alınmamışdır. Yerində tərtib olunmuş aktla iştirakçılar mövcud problemin 83C nömrəli torpaq sahəsinin sahibinin mütəxəssisə verdiyi səhv məlumatlardan ibarət olduğunu bildirmişlər. Habelə, iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 mart 2024-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, Bist kəndində islahat aparılan zaman tərtib olunmuş ilkin “Torpağı n mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2006-cı ildə dəqiqləşmə vaxtı verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərdə ciddi fərqlər mövcuddur. Həmin fərqin əmələ gəlməsi mütəxəssisin dəqiqləşmə vaxtı 83C nömrəli torpaq sahəsinin sahibinin faktiki istifadə vəziyyətini nəzərə alaraq ölçüləri aparması ilə bağlıdır. İddiaçının gediş-gəliş yolu ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilsə də, dəqiqləşmə vaxtı nəzərə alınmamışdır.” Apellyasiya instansiyası məhkəməsi qeyd olunan mütəxəssis rəylərini ümumiyyətlə nəzərə almamış, iş üzrə mötəbər sübutlara münasibət bildirməmişdir. Halbuki, həmin rəylərdə mübahisələndirilən yolun heç bir hüquqi və faktiki əsas olmadan, sadəcə üçüncü şəxslərin faktiki istifadə etməsini nəzərə alaraq “ Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpağın sərhədlərinə daxil edildiyi göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, 2006-cı ildə tərtib edilmiş şəhadətnamədə yolun üçüncü şəxslərin torpaq sahəsinə daxil edilməsi qanunsuz olmuşdur və iddia tələbi haqlı olduğundan təmin edilməli və daşınmaz əmlakın dövlət reyestrində olan yalnışlıq aradan qaldırılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16.Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; 14.1. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzif ələr doğuran hərəkətlərindən əmələ gəlir. 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 17.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçm əsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 16.2. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgü n qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.6. dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 18.Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələ diyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 19-cu maddəsinin 2-ci bəndinə əsasən yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir. Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir. 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr... və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 83-cü maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şika yət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 20.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 21.Apellyasiya insta nsiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şik ayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməs i, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılmasına nail olmaqdan ibarətdir. 26.İşin hallarına görə müəyyən edilmişdir ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə iddiaçılara 0.26 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar ilə X15, X10, X4 və X12 0.14 və 0.17 hektar həyətyanı torpaq sahələri ayrılmış və onlara müvafiq olaraq JN-099A, JN-083B və JN-083C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr verilmişdir. 27.Məhkəmələr tərəfindən araşdırılmış halla ra əsasən müəyyən edilmişdir ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi elektron məlumat bazasında ümumi istifadədə olan “yol” kateqoriyasına aid edilməmişdir. Eyni zamanda, naturada baxış zamanı iddiaçıların torpaq sahəsinə alternativ olaraq üç müxtəlif istiqamətdən gediş-gəliş imkanının mövcud olduğu müəyyən edilmişdir. İddia edilən keçid yolu islahat dövründə tərtib olunmuş kəndin yerquruluşu planında boş sahə kimi göstərilsə də, 2006-cı ilə aid yerquruluşu planında yol sahəsi ayrıca müəyyən edilmədiyindən rəsmi olaraq “yol” kimi qeydə alınmamışdır. 28.Bundan əlavə, iddiaçıların mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinin digər istifadəçilərin və mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırmaları zamanı təqdim olunan sənə dlərdə göstərilən torpaq sahələrinin sərhədləri və koordinatlarının tərəflərin faktiki istifadə etdikləri torpaq sahələrinin sərhədləri və koordinatlarına uyğun olduğu müəyyən edilmişdir. 29.Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxslərin adına verilmiş mülkiyyət şəhadətnamələrində texniki səhvin mövcudluğu və mübahisəli ərazidə ümumi istifadədə olan yolun yerləşməsi iddiaçı tərəfindən mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir. Buna görə də apellyasiya instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. 30.Buna görə də, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 31.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-4/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.