Məhkəmə qərarları › İş №2-1(102)-1910/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1910/2024

08.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1910/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08.08.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-387/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1972-ci ilədək 26 Bakı Komissarı adına 1 nömrəli X3 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsində, Azərbaycan Dəmir Yolu Biləcəri stansiyasının Həkim sahəsində xx.xx.1975-ci ildən həkim pediatr, xx.xx.1976-cı ildən uşaqlar üzrə həkim otolarinqoloq, xx.xx.1985-ci ildən böyüklər üçün poliklinikanın həkim-otolorinqoloqu, xx.xx.1990-cı ildən 0,5 vahid həkimotolorinqoloq saxlanılmaqla 0,5 vahid cərrahiyyə şöbəsində şöbə müdiri, xx.xx.1990-cı ildən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid həkimotolorinqoloq, Azərbaycan Dəmir Yolunun Biləcəri qovşaq poliklinikasında xx.xx.1992-ci ildən xx.xx.19 98-ci ilə qədər HSX-nin HK saylı xx.xx.1992-ci il tarixli əmrinə əsasən poliklinikanın Baş həkimi, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “ASƏRDƏ” kiçik müəssisəsində direktoru, Azərbaycan Dövlət Dəmir X14 və Epidemologiya Mərkəzində xx.xx.2000-ci ildən Yol GEM-in X7 xidmət şöbəsində həkim-inspektor, xx.xx.2002-ci ildən X4 həkim-inspektor, xx.xx.2002-ci ildən 0,5 vahid həkim statist, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək 1,0 vahid həkim statist vəzifəsində işləmişdir.

2. İddiaçının 108869 nömrəli diplomunun surətinə əsasən, 1967-ci il tarixdən 1973cü il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda “pediatriya” fakültəsində əyani təhsil almışdır. Həmçinin 399 nömrəli vəsiqənin surətinə əsasən, xx.xx.1973-cü il tarixdən xx.xx.1974- cü il tarixədək 26 Bakı Komissarı adına 1 nömrəli X3 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsində internatura keçmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı 02 iyun 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müraciətinə və təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı ilədək əyani təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajının və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra toplanmış 3010,78 manat pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fərq məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabınıza köçür ülmüşdür.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği yenidən hesablanaraq (təyinatdan əvvəlki 289,11 manat) 306,68 manat olmuşdur.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli əmək pensiyasının təyin olunması haqqında qərarına əsasən xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq (təyinatdan əvvəlki 317,11 manat) 318,47 manat olmuşdur. Qeyd: 1967-ci ilin arxiv sənədlərin olmadığı və xx.xx.1998- xx.xx.2000-ci illər əmək kitabçasında möhürsüz qeyd olunduğundan sığorta stajına əlavə edilməsi mümkün hesab edilmir.

6. Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon X9 Sosial Müdafiə Fond unun X5 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən, rayon Dövlət Arxivində 97 saylı fondda mühafizə edilən sabiq Qırmızı Samux kolxozunun (AİM) 1966-cı il üzrə şəxsi heyətə dair sənəd materialları yoxlanıldı, vətəndaş Qazıyev Firukunun işləyib qazandığı əmək haqqı aşağıdakı kimi qeyd olunub: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində mühafizə olunan Qırmızı Samux kolxozunun 1967-ci ilə aid şəxsi heyət üzrə sənəd materialları tapılmadı. 7. xx.xx.2022-ci il tarixli akta əsasən, aktı tərtib edənlər X10 Filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X6, aparıcı mütəxəssisi X2 və Bərdə rayon Dövlət Arxivinin müdiri X12maqla, İddiaçı xx.xx.19 66-xx.xx.1967-cı illərdə Bərdə rayonu sabiq Qırmızı Samux kolxozunda işləməsi faktının yerində qarşılıqlı araşdırılması nəticəsində məlum olmuşdur: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində 97 saylı Fondda mühafizə olunan şəxsi heyətə dair sənədlərində vətəndaşın adı Qazıyev Firuk kimi qeyd edilmiş, ata adı göstərilməmişdir. Fondda mühafizə olunan 1967-ci ilə aid şəxsi heyətə dair sənəd materiallarında (şəxsi hesab kitabı, nəticə cədvəli) vətəndaşın adına rast gəlinmədi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1975-ci il tarixdə n xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973- cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013-cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1950-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1966-cı ildə orta məktəbi qurtardıqdan sonra başlamışdır. Belə ki, 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işləmiş, istehsalatda işlədiyi dövrdə Azərbaycan Dövlət Tibb institutuna daxil olmuş və 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi institutda pediatriya ixtisası üzrə təhsil almışdır. Beləliklə, instituta daxil olduqda artıq əmək kitabçası var idi. İnstitutu bitirdikdən sonra 03 avqust 1973-cü ildə 26 Bakı Komissarı adına 1 nömrəli X3 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsinə qəbul olunmuş və 22 iyul 1974-cü ilədək orada internatura keçmişdir. 22 iyul 1974-cü ildə internatura müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Dəmir Yolunun HSX-nin sərəncamına göndərilmiş və 06 mart 1975ci ildən 06 iyul 1976-cı ilə qədər Azərbaycan Dəmir Yolu Biləcəri Stansiyasının həkim sahəsində həkim pediatr, 06 iyul 1976-cı ildən 02 yanvar 1985-ci ilədək uşaqlar üzrə həkim-otolarinqoloq, 02 yanvar 1985-ci ildən 02 yanvar 1990- cı ilədək böyüklər üçün poliklinikanın həkim-otolarinqoloqu, 02 yanvar 1990-cı ildən 03 avqust 1990-cı ilədək 0.5 vahid həkim- otolarinqoloq vəzifəsində saxlanılmaqla 0.5 vahid cərrahiyyə şöbəsində şöbə müdiri, 03 avqust 1990-cı ildən 02 iyun 1992-ci ilədək 1.0 vahid həkim-otolarinqoloq, 02 iyun 1992-ci ildən 02 iyun 1998-ci ilədək Azərbaycan Dəmir Yolunun X1 baş həkimi, 01 fevral 2000-ci ildən 07 iyul 2002-ci ilədək Yol PEM-in X7 Xidmət Şöbəsində həkiminspektor, 07 iyul 2002-ci ildən 01 avqust 2002-ci ilədək X4 həkimin spektor, 01 avqust 2002-ci ildən 04 fevral 2003-cü ilədək 0.5 vahid həkim-statist, 04 fevral 2003-cü ildən 14 iyun 2011-ci ilədək 1.0 vahid həkim-statist vəzifələrində çalışmışdır. 02 sentyabr 2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan 29 yanvar 2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək 2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə istinad etməklə 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illərin və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövrün də ümumi iş stajına daxil edilərək pensiyanın yenidən hesablanmasını istəmişdir. Müraciətinə cavab verilmədiyi üçün 16 fevral 2021-ci il tarixli təkrar ərizə ilə müraciət edərək, eyni zamanda yaşa görə əmək pensiyası hüququn 01 iyul 2013-cü il tarixdən yarandığı üçün təhsil aldığı illərə görə əmək pensiyasının həmin tarixdən hesablanmasını istəmişdir. Bundan sonra müraciətinə cavabdeh 05 mart 2021-ci il tarixində sms vasitəsilə qısa olaraq bildirib ki: “xx.xx.2006-cı il tarixədək təhsil illəriniz nəzərə alınmaqla sizə 35 il 11 ay sığorta stajına uyğun olaraq 306,68 manat pensiya təyin edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyanıza əlavə edilərək ödəniləcəkdir". SMS cavabda təhsil aldığı dövrlərin iş stajına daxil edildiyi bildirilsə də, konkret olaraq hansı müddətin nəzərə alındığı, həmin dövrlərə görə əmək pensiyasının hansı tarixdən hesablandığı qeyd edilməmişdir. Təhsil aldığı müddətin pensiyanın hesablanması zamanı staj kimi nəzərə alındığı bildirilsə də, bunu təsdiq edən sübut ona təqdim edilməmişdir. Eləcə də hesablanmış əmək pensiyasının məbləği onu qane etmədiyi üçün 27 aprel 2021-ci ildə rəsmi ərizə ilə müraciət edərək hesablanmış əmək pensiyası barədə məlumatın təqdim edilməsini istəmişdir. Müraciətinə cavabdeh tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, məktubda bildirilib ki: “Əmək pensiyaları haqqında" Azərbaycan Respu blikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Araşdırma məlumatına əsasən bildiririk ki, müraciətinizə və təqdim etdiyiniz sənədlərə əsasən xx.xx.2006-cı ilədək əyani təhsil aldığınız müddət ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajınız və fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra toplanmış 3010,78 manat pensiya kapitalınız nəzərə alınmaqla pensiyanız həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Əmək pensiyanızın yenidən hesablanması zamanı keçmiş dövr üzrə yaranmış fər q məbləği 2021-ci ilin aprel və may aylarında aylıq pensiya məbləği ilə birlikdə müvafiq kart hesabınıza köçürülmüşdür". Göründüyü kimi, ona yenə də ali təhsil aldığı dövrlərin iş stajına daxil edildiyi bildirilsə də, konkret hansı müddətin ümumi staja daxil edildiyi, həmin dövrlərə görə əmək pensiyasının hansı tarixdən hesablandığı qeyd edilməyib. Yenə də ali təhsil aldığı müddətin pensiyanın hesablanması zamanı staj kimi nəzərə alınması barədə ona sübut təqdim edilməmişdir. Pensiya hesablanarkən hansı illərin (həm təhsil, həm də iş stajı) nəzərə alındığı, pensiyanın necə hesablandığı ona məlum deyildir. Yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması barədə məlumatın təqdim edilməsi barədə müraciətinə isə baxılmamışdır. Cavabdehin hər iki cavabda bildirdiklərini əsassız hesab edir. xx.xx.2006-cı ilədək əyani təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə 35 il 11 ay iş stajın müəyyən edilməsi mümkün deyildir. Çünki onun iş stajı məhz təhsil və internatura illəri daxil edilmədən o qədərdir. Təhsil aldığı dövrlər, internatura keçdiyi müddət və əmək kitabçasında qeyd edilmiş iş stajı nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək 41 ildən artıq ümumi iş stajı vardır. Əgər 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmış olsaydı, o zaman aldığı pensiyanın məbləği əhəmiyyətli dərəcədə artmış olardı ki, bu da baş verməmiş, əksinə, yenidən hesablamadan sonra pensiyanın məbləği çox cüzi - 17 manat (?) artırılaraq 289,12 manatdan 306,18 manata çatdırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan sosial təminat hüququnu pozmuşdur. Yaşa görə əmək pensiyası düzgün hesablanmalı, pensiyaya çıxdığı müddətdən yaranmış pensiya fərqi ona ödənilməlidir. Belə ki, onun yaşa görə əmək pensiyası hüququ 01 iyul 2013-cü il tarixdən yarandığı üçün buna müvafiq olaraq təhsil və internatura müddətinin ümumi iş stajına daxil edilməklə həmin dövrlər üzrə əmək pensiyasına əlavə də 01 iyul 2013-cü il tarixdən hesablanmalıdır.

10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1975ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 o ktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddəti, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının 2018-ci ilin fevral ayından yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə(Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin faktiki hallarına əsasən, iddiaçı pensiya məbləğinin yenidən hesablanması barədə ərizə ilə 2021-ci ilin fevral ayında cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçının müraciət edilən tarixdən əvvəlki 3 il üçün, yəni 2018-ci ilin fevral ayından pensiya məbləğini yenidən hesablanması və yaranmış fərqi almaq hüququ mövcuddur. Məhkəmə iddiaç ının, 1967-ci ildən 1973-cü ilə qədər təhsil müddəti və 1974-cü ildən 2011-ci ilədək iş stajını əmək kitabçasına əsasən nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanması tələbində haqlı hesab etsə də, əmək pensiyasının xx.xx.2013-cü ildən yenidən hesablanması hissəsində yuxarıda göstərilən əsaslara görə haqlı hesab etmir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-387/2024 nöm rəli, 29 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı və 01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddət i, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973- cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 01 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, yaşa görə əmək pensiyası hüququnun 01 iyul 2013-cü il tarixdən yarandığı nəzərə alınaraq ümumi əmək stajı ilə yanaşı təhsildən əvvəlki iş stajı, təhsil və internatura müddəti nəzərə alınmaqla hesablanmış əmək pensiyasının həmin tarixdən yenidən düzgün hesablanması, 02 sentyabr 2013-cü ildən pensiyanın düzgün hesablanmaması nəticəsində ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 36 il 03 ay 14 gün, xx.xx.2006-cı il tarixdən sonra 05 il 06 ay sosial sığorta stajı olmaqla, onun iddia ərizəsində qeyd etdiyi xx.xx.1975-ci il tarixdən xx.xx.1998-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi əmək stajı, 01 sentyabr 1967-ci ildən 30 iyun 1973-cü ilə kimi Tibb İnstitutunda təhsil aldığı illər və 03 avqust 1973-cü ildən 22 iyul 1974-cü ilədək internatura keçdiyi dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi (01 oktyabr 1966-cı il tarixdən 31 dekabr 1967-ci il tarixə qədər Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) katib vəzifəsində işlədiyi müddət istisna olmaqla) ümumi əmək stajı, təhsil aldığı müddət və internatura ke çdiyi dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmış, lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal araşdırılmadan cavabdehin üzərinə əsassız olaraq öhdəlik qoyulmuşdur.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 12, 16, 38, 71-ci maddələri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 21, 31, 32, 37-ci maddələri Avropa İnsan Hüquqları Konvensiyasına Əlavə 1 saylı Protokolun 1-ci maddəsi İddiaçının əyani təhsil a ldığı müddətin, internaturanın pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir.

18. Elektron Məhkəmə sisteminə yüklədiyi, İddiaçı məxsus əmək kitabçasından görünür ki, iddiaçının Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, Qırmızı Samux kolxozunda katib vəzifəsində işlədiyi müddət həm inzibati orqanda pensiya təyin olunan zaman, həm də məhkəmə araşdırması zamanı yanlış olaraq xx.xx.1967-ci il əvəzinə, xx.xx.1967-ci il göstərilmişdir. Bu hal, həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya məhkəməsinin diqqətindən yayınmışdır.

19. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarım ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hall arı düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.”

24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi sözügedən nəticə ilə, “Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) işlədiyi müddəti”, ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi hissəsi istisna olmaqla razılaşır.

25. Belə ki, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək 26 Bakı Komissarı adına 1 nömrəli X3 Poliklinikasında pediatriya ixtisası üzrə həkim-interna vəzifəsində, Azərbaycan Dəmir Yolu Biləcəri stansiyasının Həkim sahəsində xx.xx.1975-ci ildən həkim pediatr, xx.xx.1976-cı ildən uşaqlar üzrə həkim otolarinqoloq, xx.xx.1985-ci ildən böyüklər üçün poliklinikanın həkim-otolorinqoloqu, xx.xx.1990-cı ildən 0,5 vahid həkimotolorinqoloq saxlanılmaqla 0,5 vahid cərrahiyyə şöbəsində şöbə müdiri, xx.xx.1990-cı ildən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid həkimotolorinqoloq, Azərbaycan Dəmir Yolunun Biləcəri qovşaq poliklinikasında xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər HSX-nin HK saylı xx.xx.1992-ci il tarixli əmrinə əsasən poliklinikanın Baş həkimi, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər “ASƏRDƏ” kiçik müəssisəsində direktoru, Azərbaycan Dövlət Dəmir X14 və Epidemologiya Mərkəzində xx.xx.2000-ci ildən Yol GEM-in X7 xidmət şöbəsində həkiminspektor, xx.xx.2002-ci ildən X4 həkim-inspektor, xx.xx.2002-ci ildən 0,5 vahid h əkim statist, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək 1,0 vahid həkim statist vəzifəsində işləmişdir.

26. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği yenidən hesablanaraq (təyinatdan əvvəlki 289,11 manat) 306,68 manat olmuşdur

27. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli əmək pensiyas ının təyin olunması haqqında qərarına əsasən xx.xx.2013-cü il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı pensiya məbləği xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq (təyinatdan əvvəlki 317,11 manat) 318,47 manat olmuşdur. Qeyd: 1967-ci ilin arxiv sənədlərin olmadığı və xx.xx.1998-xx.xx.2000-ci illər əmək kitabçasında möhürsüz qeyd olunduğundan sığorta stajına əlavə edilməsi mümkün hesab edilmir.

28. Bununla yanaşı Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon X9 Sosial Müdafiə Fondunun X5 ünvanladığı xx.xx.2022-ci il tarixli, 167 nömrəli məktubunda bildirilir ki, rayon Dövlət Arxivində 97 saylı fondda mühafizə edilən sabiq Qırmızı Samux kolxozunun (AİM) 1966-cı il üzrə şəxsi heyətə dair sənəd materialları yoxlanıldı, vətəndaş Qazıyev Firukunun işləyib qazandığı əmək haqqı aşağıdakı kimi qeyd olunub: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində mühafizə olunan Qırmızı Samux kolxozunun 1967-ci ilə aid şəxsi heyət üzrə sənəd materialları tapılmadı.

29. Bundan əlavə xx.xx.2022-ci il tarixli akta əsasən, aktı tərtib edənlər X10 Filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X6, aparıcı mütəxəssisi X2 və Bərdə rayon Dövlət Arxivinin müdiri X12maqla, İddiaçı xx.xx.1966-xx.xx.1967-cı illərdə Bərdə rayonu sabiq Qırmızı Samux kolxozunda işləməsi faktının yerində qarşılıqlı araşdırılması nəticəsində məlum olmuşdur: 1966-cı il – 90 əmək günü – illik pul 234 – min. norma əmək günü 230 – briqada nömrəsi qeyd olunmayıb (əsas: Fond 97, siyahı 02 nəticə kitabı). Qeyd: Bərdə rayon Dövlət Arxivində 97 saylı Fondda mühafizə olunan şəxsi heyətə dair sənədlərində vətəndaşın adı Qazıyev Firuk kimi qeyd edilmiş, ata adı göstərilməmişdir. Fondda mühafizə olunan 1967-ci ilə aid şəxsi heyətə dair sənəd materiallarında (şəxsi hesab kitabı, nəticə cədvəli) vətəndaşın adına rast gəlinmədi.

30. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********4 №-li qərarından görünür ki, iddiaçıya pensiya məbləği xx.xx.2006-cı il tarixədək 36 il 04 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra toplanmış pensiya kapitalı nəzərə alınmaqla onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasə n yenidən hesablanaraq 317.11 manatdan 318,47 manata çatdırılmışdır.

31. Buna görə apellyasiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçının Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, “Qırmızı Samux kolxozu”nda işlədiyi dövrlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı 1967-ci il üzrə müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Belə ki, iddiaçının 1967-ci ildə 77 gün faktiki iş günü müəyyən edilmişdir. "SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştir akı normasına görə faktiki müddət üzrə nəzərə alınır.

32. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş maddi hüquq normasına istinad etsə də, həmin normanı düzgün təfsir etməmişdir.

33. Belə ki, işin İ cildinin 137-ci səhifəsində olan mötəbər sənəddən görünür ki, iddiaçının sözügedən kolxozda işləməsinin minimum norma 230 gün müəyyən olunduğu halda, iddiaçı 90 əmək günü işləmişdir ki, bunu cavabdeh özü də apellyasiya şikayətinə əlavədə etiraf etmişdir (işin İİ cildi 43-cü səhifəsi).

34. Lakin buna baxmayaraq, həmin günlər mütənasib olaraq bir ilin normasına hesablanmamışdır ki, bunun nəticəsində apellyasiya məhkəməsinin qərarı sözügedən hissədə düzgün hesab edilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şi kayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 21(103)-387/2024 nömrəli qərarı – “Azərbaycan SSR Bərdə rayonu, Leninabad kəndi, "Qırmızı Samux" kolxozunda (istehsalat) işlədiyi müddəti” hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. İddiaçının kolxozda işlədiyi 90 gün nəzərə alınmaqla pensiya yenidən hesablansın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar