Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1913/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3 və digərlərinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respu blikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi» tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-29/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla hüquq müyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ а. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 0.41 ha həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında X5, X9, X2, X6 və X7 verilməsi barədə JN-134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsini tələb edirlər. İddiaçıların tələbi ilə bağlı qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici sənədlər ə əsasən aparılmış qeydiyyatın dəyişikliyi və ya ləğvi tələb oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və mübahisənin predmetini təşkil edən JN-134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddiaçılar, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə və ya dəyişikliyinə nail olmalı idilər. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqınd a şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə t utulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
3. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olaraq müəyyən edilmişdir.
4. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə X12, X16, X10, X13 və X14 işə üçüncü şəxs qismində cəlb edilmişdirlər. (zəruri cəlbetmə)
5. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2-1(122)-123/2025 nömrəli qərardadı ilə (Hakim H.Muradov) iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyya ta düzəliş edilərək X1 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, iddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəmə tərəfindən yardım edilmiş, iddianın mümkünlüyü ilə bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi tək lif olunmuş, iddianın mümkünlüyü məsələsinin müzakirə ediləcəyi diqqətə çatdırılmışdır. Məhkəmənin yardım məktubu məlumat üçün cavabdeh inzibati orqana və üçüncü şəxslərə də ünvanlanmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin m ünasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış edərək iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırsa da, məktubda qeyd olunan hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirilməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxılmışdır.
7. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Naxçıvan MR A li Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-29/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qərardadı ilə (hakimlər: S.Novruzov - sədrlik edən və məruzəçi, Y.Qurbanov və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçılara hər hansı yardım edilməmiş, iddianın mümkünlük məsələsinə isə sonuncu baxış iclasında bax ılmış, iddiaçılara və onların nümayəndəsinə (vəkilinə) mümkünlük məsləsinə baxılması barədə hər hansıməlumat verilməmiş, iddiaçıların vəkilinə (nümayəndəsinə) göndərilmiş məktubda ünvan göstərilmədiyindən məktub geri qaytarılmış, elektron sistemə isə yardım məktubu əlavə edilməmişdir.
12. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və mübahisənin predmetini təşkil edən JN-134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddiaçılar, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə və ya dəyişikliyinə nail olmalı idilər. Hesab edirəm ki, məhkəmə sözügedən hallara istinad edərək iddianı mümkün hesab etməməkdə haqlı olmamışdır. Çünki iddiaçılar mübahisəli torpaq sahəsində yaşamış, adları təsərrüfatbaşına kitablarında qeyd olunmuşdur. Buna baxmayaraq onların orada yaşaması Aqrar İslahat Komissiyası tərəfindən islahat aparılarkən nəzərə alınmamışdır.
13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar kassasiya şikayətində qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilm əsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2- 1(108)29/2025 saylı qərardadla yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması prinsipinə əməl etməklə, məhkəmənin yardım etmək vəzifəsinin tələblərinə uyğun olaraq hazırki iddia tələbi üzrə mümükünlük şərtləri yoxlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardımetmə vəzifəsinə əməl edilmişdir.
18. Məhkəmə kollegiyası həmin nəticə ilə razı deyil və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən nəticəyə gələrkən hazırkı inzibati mübahisəyə baxılmasına formal və səthi yanaşmış, inzibati mübahisə üzrə həqiqətə nail olmaq üçün və mübahisənin düzgün həlli məqsədi ilə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, zəruri sübutları toplamaq istiqamətində qanunla (İPM-in 12-ci maddəsi) məhkəmələrə verilmiş geniş səlahiyyətlərdən istifadə etməmiş, bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan məhkəmə aktı qəbul etmişdir.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərardadında göstərmişdir ki, “Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, o cümlədən iddia növünün düzgün müəyyənləşdirilməsinə münasibət bildirilməsi ilə əlaqədar olaraq inzibati məhkəmə icraatının iştirakçılarına, o cümlədən iddiaçılara və onların vəkil və nümayəndəsinə 28 dekabr 2024-cü il tarixdə hüquqi yardım məktubu göndərilərək iddia tələbinin məzmununa əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə müvafiq düzəliş edilərək iddiaçıların adl arının əlavə edilməsinin tələb edildiyini, işin materiallarına əsasən, düzəliş edilməsi tələb olunan JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilməsinin müəyyən olunduğunu, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adları qeyd edilmiş şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, Şəhadətnamənin subyektlər siyahısına uyğun olaraq verilməsi səbəbindən iddiaçıların, ilk növbədə, torpağın mülkiyyətə verilməsinə dair JN-134A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarının mübahisələndirməli olduğ unu, yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərarda dəyişiklik edildikdən sonra müvafiq şəhadətnamə və onun əsasında aparılmış qeydiyyatın inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə biləcəyini, yuxarıda göstərilənlərə əsasən iddianın mümkünlük şərtləri ortaya çıxdığından qeyd olunanlarla bağlı onlarda olan müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur”.
20. Həmçinin apellyasiya instansiyası məhkəməsi qərardadında yazmışdır ki, “Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərək qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalı və mübahisələndirmə haqqında iddia vasitəsi ilə hüquqlarının müdafiəsinə nail olmalı idilər”.
21. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi yardım məktubunun iddiaçılar tərəfindən alınıb-alınmaması məsələsinə toxunmadan, qeyd etməyi zəruri hesab edir ki, 3-cü şəxslərin adlarına olan JN-134 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş və həqiqətən iş üzrə düzgün məhkəmə aktı qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarının işdə ümumiyyətlə mövcud olmaması faktını apellyasiya məhkəməsi nəzərə almamışdır.
22. Digər tərəfdən, işin İ cildinin 223-cü səhifəsindəki Kəngərli Rayon Dövlət Arxivinin İddiaçı2 ünvanlandığı xx.xx.2024-cü il tarixli, 71 saylı arxiv arayışında deyilir ki, “Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Qıvraq (Qabıllı) kəndinin 1986-1990, 1991-1995, 1 996-2000, 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 adlarına rast gəlinmədi. Lakin Qıvraq (Qabıllı) kəndinin 19861990-cı illərə aid 9 nömrəli təsərrüfatbaşına kitabında təsərrüfat başçısı X1 olduğu təsərrüfatda X3, X11, X4 və X8 adları və 1975-ci ildə tikilmiş sahəsi 42 kvadrat metr olan otaq qeyd edilmiş, lakin torpaq sahəsi qeyd edilməmişdir.”
23. İşin İ cildinin 34-36-cı səhifəsindəki 1986-cı il tarixinə olan təsərrüfatbaşına kitabda da həmin məlumat öz təsdiqini tapmışdır.
24. Eyni zamanda həmin kitabda X3 X1 qardaşı olduğu yazılmışdır (Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 və X15 eyni şəxsdir).
25. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı2 (Səfəralıyevin) və onun 3 ailə üzvlərinin adlarının 1986-cı il tarixinə o lan təsərrüfat kitabında olduğu halda, sonrakı illərin (1991-1995, 1996-2000, 2001-2005 illər) təsrrüfatbaşına kitablarında, 3-cü şəxslərin adlarına şəhadətnamədə hansı səbəblərdən olmamasını, yəni 1986-cı il tarixinə olan təsərrüfatbaşına kitabından sözügedən şəhadətnamənin verilməsinə qədər dövr ərzində baş vermiş proseslər ümumiyyətlə araşdırılmamış və bu barədə müvafiq səlahiyyətli orqanlara sorğular göndərilməmişdir.
26. Başqa sözlə, göstərilmiş dövrdə yuxarıda qeyd edilmiş proseslərin tam və hərtərəfli araşdırılması məqsədi ilə, nəticə etibarı ilə də iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün bütün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməli, bununla bağlı zəruri sübutlar tələb edilməlidir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilm əli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2025-ci il tarixli, 2-1(108)-29/2025 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərar qətidir.