Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1914/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; dağ-mədən işləri; dağ-mədən kütləsi üzrə fəhlə, çilingər, avtoyükləyicidə sürücü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı(xx.xx.1960-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-147/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1999-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də zaboy fəhləsi vəzifəsində, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində sürücü vəzifəsində və xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Dağ-mədən işləri (1) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 4 gün (xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışında işlədiyi sahə və vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməyib. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavab dehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. xx.xx.2023-cü il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Rizvan” ATSC-də xx.xx.1999-xx.xx.2001-ci il tarixlərdə zaboy fəhləsi vəzifəsində, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə sürücü vəzifəsində və "xxxx" MMCdə xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə isə maşinist köməkçisi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2003-cü il və xx.xx.2004-xx.xx.2007-ci illərdə "x xxx" MMC-də çilingər, maşinist, maşinist köməkçisi işləmişdir. xx.xx.2007- xx.xx.2009-cu, xx.xx.2011-xx.xx.2021-ci illərdə Daşkəsən rayon "xxxx" ASC-də avtomobil sürücüsü işləmişdir. O güzəştli şərtlərlə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışları:
6. Daşkəsən rayonu "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli arayışlarında göstərilir ki, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2001ci ilədək xırdalayıcı sexdə zaboy fəhləsi (1.1.2-Dağmədən işləri), xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək xırdalayıcı sexdə avtoyükləyici maşında maşinist (1.1.2-Dağ-mədən işləri), xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək daşkəsə n dəzgaha maşinist köməkçisi (1.1.3-Dağ-mədən işləri) vəzifələrində işləmişdir və bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş siyahı üzrə güzəştli sayılır. 7. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 08 saylı arayışında göstərilir ki, iddiaçı aşağıdakı peşələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş siyahı üzrə güzəştli şərtlərlə işləmişdir: - xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək
1. Dağ-mədən işləri - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların); - xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək
1. Dağ-mədən işləri - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların).
8. Daşkəsən rayonu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 03 nömrəli güzəştli arayışında göstərilir ki, iddiaçının Daşkəsən rayonu "xxxx" MMC-də fəhlə işlədiyi vəzifə üzrə sığorta stajı xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2007-ci ilədək təşkil edir. İşlədiyi vəzifə fəhlə, çilingər, maşinist, maşinist köməkçisi ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya əsasən güzəştli sayılır.
9. Daş kəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 179 nömrəli arayışında göstərilir ki, iddiaçının (Azərbaycan Dağ-mədən filizsaflaşdırma kombinatı) Daşkəsən rayon "xxxx" ASC-yə xx.xx.2007-ci il tarixdə texnoloji avtonəqliyyat sexinə sürücü qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci il tarixdə texnoloji avtonəqliyyat sexinə FATEH sürücüsü vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
10. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 178 nömrəli güzəştli arayışında göstərilir ki, iddiaçının Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi vəzifə üzrə sığorta stajı xx.xx.2007-xx.xx.2009-cu və xx.xx.2011-xx.xx.2021-ci illər təşkil edir. İşlədiyi vəzifə avtomobil sürücüsü (özüboşaldanlar) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya əsasən güzəştli sayılır.
11. Məhkəmə tərəfindən “X1” MMC-yə sorğu verilərək, iddiaçının yuxarıda sadalanan peşələrdə vəzifələrinin icrası zamanı zərərli amillərin təsirinə məruz qalıbqalmaması, yəni iddiaçının işlədiyi peşələrin əmək şəraitinin ağır və ya zərərli olubolmaması barədə məlumat istənilmiş və MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO0208/23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı “Rizvan” ATSC, "xxxx" MMC və "xxxx" ASC-də işlədiyi peşələrdən aşağıda adları qeyd olunanları Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 saylı, xx.xx.2004-cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısına aid etmək olar: - xırdalayıcı sexdə zaboy fəhləsi; - çilingər; - avtoyükləyiciyə sürüc ü; - daş sexinə daşkəsən dəzgaha maşinist köməkçisi; - texnoloji avtonəqliyyat sexinə sürücü. Cavabdehin etirazları:
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.
13. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə xx.xx.1999-xx.xx.2001ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də zaboy fəhləsi vəzifəsində, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində sürücü vəzifəsində və xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə maşinist köməkçisi vəzifəsində işlədiyi q eyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri (1) bölməsində nəzərdə tutulmamışdır.
14. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 4 gün (xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
15. Əlavə olaraq iddiaçının cavabdeh orqana təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışında onun işlədiyi sahə və vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməyib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1589/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşı xx.xx.2020ci il tarixdə tamam olmuşdur. Lakin iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 60 yaşının tamam olduğu - xx.xx.2020-ci il tarixdə yaransa da, o, iddia ərizəsində hansı tarixdən pensiya təyin edilməsini tələb etdiyini qeyd etməmişdir. Həmin məsələ iclasda aydınlaşdırılarkən iddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etmir. O, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2022-ci ilin noyabr ayında cavabdeh orqana müraciət etmişdir, ona görə də güzəştli şərtlərlə pensiyanın cavabdeh orqana müraciət etdiyi vaxtdan təyin edilməsini xahiş edir.
18. İddiaçının cavabdehə müraciəti üzrə toplanmış icraat materialları tədqiq edilərkən, müəyyən edilir ki, iddiaçı cavabdehə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmin müraciət tarixində iddiaçının 60 yaşı artıq tamam olmuşdur.
19. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağ lı tələb mövcud olsa da, iddiaçının cavabdeh orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdə artıq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da kapitalla bağlı həmin tələb ləğv edilmişdir.
20. İddiaçı da hazırda pensiya təyin edilməsinin cavabdehə müraciət etdiyi tarixdən təyin edilməsini tələb etdiyindən və həmin dövrdə artıq güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı barədə tələb mövcud olmadığından iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınm ış pensiya kapitalı araşdırılmamışdır. Eyni zamanda, cavabdeh inzibati orqan da bu xüsusatı mübahisələndirməmişdir.
21. İddiaçının cavabdehə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan da nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.
22. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir.
23. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının Daşkəsən rayonu “Rizvan” A TSC və "xxxx" MMC-də zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1999-xx.xx.2001-ci il tarixlərdə xırdalayıcı sexdə zaboy fəhləsi-çilingər (1 il 8 ay 27 gün); - xx.xx.2002-xx.xx.2002-ci il tarixlərdə çilingər (4 gün); - xx.xx.2002xx.xx.2003-cü il tarixlərdə xırdalayıcı sexində avtoyükləyiciyə maşinist (1 il 2 ay 17 gün); - xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə daşkəsən dəzgaha maşinist köməkçisi (2 il 8 ay 25 gün).
24. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının "xxxx" ASC-də sürücü işlədiyi dövr (bənd 42) – cəmi 11 il 7 ay 4 gün güzəştli iş stajı kimi qəbul edilmişdir.
25. Mübahisə iddiaçının “Rizvan” ATSC və "xxxx" MMC-də işlədiyi dövrdəki peşələrlə bağlıdır.
26. Məhkəmə tərəfindən “X1” MMC-yə sorğu ve rilərək, iddiaçının yuxarıda sadalanan peşələrdə vəzifələrinin icrası zamanı zərərli amillərin təsirinə məruz qalıbqalmaması, yəni iddiaçının işlədiyi peşələrin əmək şəraitinin ağır və ya zərərli olubolmaması barədə məlumat istənilmiş və MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO0208/23 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının “Rizvan” ATSC, "xxxx" MMC və "xxxx" ASC-də işlədiyi peşələrdən aşağıda adları qeyd olunanları Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 saylı, xx.xx.2004-cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısına aid etmək olar: - xırdalayıcı sexdə zaboy fəhləsi; - çilingər; - avtoyükləyiciyə sürücü; - daş sexinə daşkəsən dəzgaha maşinist köməkçisi; - texnoloji avtonəqliyyat sexinə sürücü.
27. Eyni zamanda, iddiaçının işlədiyi peşələrdə n zaboy fəhləsi, çilingər, avtoyükləyiciyə sürücü peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur.
28. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
29. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.
30. İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
31. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
32. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-147/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1589/2023 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.
33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
34. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAY ƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajına malik deyil.
36. Digər tərəfdən, məhkəmə araşdırmasından görünür ki, iddiaçının güzəştli şərtlərlə iş stajı qanunvericiliyin tələbləri pozulmaqla, yəni həmin müəssisə tərəfindən forması qanunverici tərəfindən müəyyən olunmuş arayışın verilməməsinə baxmayaraq işə baxan məhkəmə həmin illəri güzəştli staja daxil etmişdir.
37. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli 2-1 (104)-147/2024 nömrəli qərarının əsaslandırma hissəsindən görünür ki, məhkəmə kollegiyası iddiaçının iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etmişdir. 38. “X1” MMC-nin xx.x x.2023-cü il tarixli DDF-XO-0208/23 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı “Rizvan” ATSC, "xxxx" MMC və "xxxx" ASC-də işlədiyi peşələrdən aşağıda adları qeyd olunanları Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 saylı, xx.xx.2004-cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısına aid etmək olar: -xırdalayıcı sexdə zaboy fəhləsi; -çilingər; avtoyükləyiciyə sürücü; -daş sexinə daşkəsən dəzgaha maşinist köməkçisi; texnoloji avtonəqliyyat sexinə sürücü. Eyni zamanda, iddiaçının işlədiyi peşələrdən zaboy fəhləsi, çilingər, avtoyükləyiciyə sürücü peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəric ilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.
39. Daşkəsən rayonu "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli arayışlarında göstərilir ki, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2001ci ilədək xırdalayıcı sexdə zaboy fəhləsi (1.1.2 - Dağ-mədən işləri), xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək xırdalayıcı sexdə avtoyükləyici maşında maşinist (1.1.2-Dağ- mədən işləri), xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək Daşkəsən dəzgaha maşinist köməkçisi (1.1.3-Dağ-mədən işləri) vəzifələrində işləmişdir və bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş siyahı üzrə güzəştli sayılır.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin hall arı tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
41. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
42. İş materiallarından da göründüyü kimi iddiaçı müvafiq tarixlərdə güzəştli şərtlərlə işləməs i ilə bağlı arayış təqdim etməmişdir.
43. Məhkəmənin mövqeyinə görə iddiaçının güzəştli iş stajına xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək xırdalayıcı sexdə zaboy fəhləsi, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək xırdalayıcı sexdə avtoyükləyici maşında maşinist, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək Daşkəsən dəzgaha maşinist köməkçisi işlədiyi dövrlər daxildir.
44. İş üzrə məhkəmə sorğusu əsasında əldə edilmiş X1” MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO-0208/23 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı “Rizvan” ATSC, "xxxx" MMC və "xxxx" ASC-də işlədiyi peşələrdən aşağıda adları qeyd olunanları Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 92 saylı, xx.xx.2004-cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısı na aid etmək olar: -xırdalayıcı sexdə zaboy fəhləsi; -çilingər; -avtoyükləyiciyə sürücü; -daş sexinə daşkəsən dəzgaha maşinist köməkçisi; -texnoloji avtonəqliyyat sexinə sürücü.
45. Yuxarıda qeyd olunan sorğuya diqqət yetirdikdə həmin müəssisənin sözügedən sorğuya cavabı verərkən ehtimallara əsaslandığını və konkret halda aid olub-olmadığını qeyd etmədiyinin şahidi oluruq.
46. Bundan başqa, qeyd edirik ki, işə apellyasiya instansiyası məhkəməsi qismində baxmış Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının güzəştli vəzifələrdə işlədiyini iddia etdiyi dövrlərin araşdırılması zamanı işin obyektiv araşdırılması prinsipini pozmaqla həmin vəzifələrin təlimatları əldə edilməmiş, müvafiq eyniləşdirmələr aparılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
48. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
54. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
55. Məhkəmə kollegiyası cavabdehin şikayətində təkrarlanan dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasında və iş yerindən arayışda fəhlə peşəsi kimi göstərilən “zaboy fəhləsi” (dağ-mədən kütləsinin sındırılması/ qoparılması, nəql edilməsi və s. üzrə fəhlə) vəzifəsinin bilavasitə dağ-mədə n yerlərində icra edildiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 1.1.2-ci bəndində müxtəlif fəhlə peşələrinin (dağ-mədən fəhlələri) təsbit olunduğu nəzərə alındıqda, iddiaçının icra etdiyi “zaboy fəhləsi” vəzifəsinin həmin fəhlə peşələrinə uyğunluğu mübahisələndirilməli deyil.
56. Bu yanaşma, işin icra olunduğu yer (dağ-mədən yerləri) nəzərə alınmaqla, eyni ilə iddiaçının icra etdiyi digər peşə və vəzifələrə də aiddir: çilingər (Siyahının qeyd olunan bəndində “elektrik çilingəri” ilə yanaşı “çilingər” vəzifəsi də nəzərdə tutulub); avtoyükləyici sürücüsü (yükvuran maşınların maşinistləri 1.1.2, dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri 1.2.1), daşkəsən dəzgahda maşinist köməkçisi (daşkəsən maşın maşinistləri 1.2.1); texnoloji avtonəqliyyat sexində sürücü (avtomobil sürücüləri (özüboşaldanların) 1.1.2, texnoloji prosesdə dağ-mədən kütləsinin nəqli ilə məşğul olan avtomobil sürücüləri 1.2.1).
57. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasının məlumatlarını, həmçinin mübahisələndirilən dövrlər və peşələr üzrə iş yerindən təqdim olunmuş arayışların məzmununu onlarda qeyd olunan vəzifə və peşələrin icra olunduğu yer, işin xarakteri, habelə iddiaçının işlədiyi müəssisənin fəaliyyət istiqaməti nəzərə alınmaqla qiymətləndirməkdə və bunun nəticəsi olaraq həmin vəzifə və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda təsbit olunmuş vəzifə və peşələrə uyğun hesab etməkdə haqlı olmuşdur.
58. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-147/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.