Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1915/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa ed ilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1476/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisinin 25 oktyabr 2022-c i il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının onun hüquqi varisi kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı ildən avtomobil nəqliyyatı sahəsində işləmişdir. İlk işlədiyi müəssisə Beynəlxalq Daşımalar üzrə AMM Müəssisə (Sovtransavto) olmuş və orda müxtəlif vəzifələrdə işləmişdir. 1998-ci ildən “Azəravtonəqliyyat” Dövlət Konsernində işə daxil olmuşdur. Ordada müxtəlif vəzifələrdə işləmişdir. “Azəravtonəqliyyat” Dövlət Konserninin ləğvi ilə əlaqəd ar 2006cı ildə “Avtonəqliyyatservis” Departamentində işə daxil olmuşdur. Orda da müxtəlif vəzifələrdə işləmişdir. 2012-ci ildən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işə qəbul olmuş, kiçik dövlət qulluqçusu, dövlət qulluqçusu və məsləhətçi kimi işləmişdir. 2019cu ildən isə aparıcı məsləhətçi kimi işləmişdir. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəisinin 25 oktyabr 2022-ci il tarixli 97-/k №-li əmri ilə AR Əmək Məcəlləsinin 83-cü maddəsinin, 84-cü maddəsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrini, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat n azirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə122/22 nömrəli əmrlərini rəhbər tutaraq vəzifəsindən azad edilmişdir. Hesab edir ki, dövlət orqanının ləğvi əsası ilə işdən azad edilməsinə dair əmr qanunsuz və əsassızdır. Əvvəla, o, uzun müddət avtomobil nəqliyyatı sahəsində qüsursuz fəaliyyət göstərmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, plan və tapşırıqları həmişə artıqlaması ilə yerinə yetirmişdir. Hazırda 60 yaşı var və gördüyü iş daimi xarakterə malik olduğundan, belə hesab edir ki, onun barəsində verilmiş əmrin heç bir əsası yoxdur. Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrini, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat n azirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə122/22 nömrəli əmrlərinə əsasən ləğv edilərək AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) yaradılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin respublikada və ondan kənarda göstərdiyi xidmətləri AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanına əsasən AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maddi bazası əsasında yaradılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının xidmət ştatı 144 nəfər təşkil edirdi. Lakin AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) əməkdaşlarının xidmət ştatı 421 nəfər təşkil edib. Burdan da göründüyü kimi, Azərbaycan Respubl ikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının icrasını təşkil etmək üçün əlavə olaraq ştat açılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 144 ştat cədvəli dövlət qulluqçusu olmuşdur. Əmrin məzmunundan da görünür ki, iddiaçı və digər dövlət qulluqçuları dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyahısında salınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qulluqçuları üstünlük hüququna malik olaraq yeni yaradılmış AYNA-da (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) işlə təmin olunmalı idi. Lakin AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) onun kimi təcrübəli işçiləri kənarda qoyaraq təcrübəsiz işçiləri işə götürmüşdülər. Eyni zamanda o, ailənin yeganə qazanc gətirəni olaraq işdən çı xarıldığına görə ailənin hal-hazırda maddi durumu qənaətbəxş deyildir. Çünki övladı ödənişli təhsil alır, o isə bir valideyn kimi onun təhsil haqqını ödəyə bilmir. Aralarında yaranmış mübahisənin mediasiya qaydasında həll etmək cəhdi nəticə verməmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ləğv edilsə də, onun hüquqi varisi kimi AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq onunla əmək müqaviləsi bağlanılmasına AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən imtina edilir.
3. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)- 6333/2023 saylı qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılm amışdır.
4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əmrin mövcudluğu barədə məlumatlı olmuş, lakin iddia ərizəsi ilə məhkəməyə müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1476/ 2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Dövlət Avtomobil Nəqliyyat Xidmətinə 28 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərə k iş yerinin Bakı şəhəri və ona yaxın başqa ərazilərə dəyişilməsini xahiş etmişdir. DANX-ın Rəis müavini Anar Səmədov 08 aprel 2022-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, DANX-ın əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X2n formalaşması prosesi başa çatdıqdan sonra məsələyə baxıla bilər. Məktubdan göründüyü kimi AYNA DANX-ın varisidir və mənim AYNA-nın Bakı və ya ona yaxın başqa ərazilərində işə köçürülməyim planlaşdırılırdı. Bundan başqa iddiaçı tərəfindən Azərbaycan Respublikasının birinci vitse Prezidentinə, Prezident Administrasiyasına, Baş Nazirə, müraciətləri olmuş, lakin qeyd olunan qurum həmin məktubu yuxarı orqana- AR-nın Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinə göndərmiş və Nazirlik tərəfindən cavab məktubu verilərək bildirilmişdir ki, AYNA-da ştat vahidi artırıldığı halda, uyğun vakansiya olduğu halda işə qəbulla bağlı müsabiqədə iştirak edə bilərsiniz. (Bax: 25 aprel 2023-cü il tarixli məktuba.) Bundan başqa iddiaçı Əmək Müfəttişliyinə, Ombudsmana, Yuxarı orqana da müraciət etmiş, lakin hər dəfəsində onun pozulmuş hüquqları bərpa olunmamışdır, İddiaçının Yuxarı Orqana olan müraciətləri və Yuxarı orqan tərəfindən verilən cavablar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Həmin sübutlar (cavab məktubları) məhkəmələr tərəfindən nəzərə alınsa idi, iddiaçının yuxarı orqana, mediasiya Şurasına müraciəti nəzərə alınsa idi onda iddia mümkün sayılardı. İşdən azad olunma barədə əmrdə 1 ay ərzində məhkəməyə şikayət verilmə hüququ barədə məlumatın verilməməsi məhkəmələr tərəfindən nəzərə alınsa idi iddia mümkün sayılardı, iddia çının ilk öncə Nərimanov Rayon Məhkəməsinə daha sonra isə Bakı inzibati Məhkəməsinə müraciət etməsi barədə izahatı məhkəmələr tərəfindən nəzərə alınsa idi iddia mümkün sayılardı. İddiaçı tərəfindən verilmiş 08 may 2023-cü il tarixli "buraxılmış prosessual müddətin bərpa olunmasına dair" ərizə məhkəmə tərəfindən nəzərə alınsa idi iddia mümkün sayılardı. Sübutlar məhkəmələr tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qa nununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”: Bənd
2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra - Mərkəz) məlumat verməlidir; 11. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Res publikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı: Bənd
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliy yat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılsın; 3.1. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkə daxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən p ublik hüquqi şəxsdir;
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı: Bənd 1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənl iyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır; Bənd
9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələnd irildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayə ti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
19. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.
21. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
22. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır.
23. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar.
24. İddianın xüsusi mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi ilə bağlı qanunla mü əyyən edilmiş müddətdə iddia qaldırmasıdır. Başqa sözlə, müddət baxımından iddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, iddiaçı qeyd olunan müddət çərçivəsində hərəkət edərək, iddia ərizəsini məhkəməyə təqdim etmiş olsun.
25. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən qeyd edilmişdir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir və iddiaçı bu iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmr barədə həmin vaxt məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bel ə ki, mübahisələndirilən əmr İddiaçı dövlət qulluğuna xitam verilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir.(Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə əmrin surətini əldə etdiyini izahatında bildirmişdir.) Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzib olunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.
26. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslə rin Dövlət Qeydiyyatı İdarəsinin rəisi, vergi xidmət müşaviri Lalə Cəfərova tərəfindən imzalanmış 08 may 2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X2 (VÖEN **********) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli fərmanına əsasən yaradılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən fərmanın 1-ci hissəsində göstərilən qurumların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakı Agentliyin balansına keçmişdir.
27. Eyni zamanda sözügedən məktubda bildirilmişdir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" X1 Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir.
28. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X2 ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmadığından, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövlət orqanı ləğv edildiyindən və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, mübahisələndirilən Əmr yalnız İddiaçı münasibətdə deyil, ləğv edilən dövlət orqanında qulluq keçən digər dövlət qulluqçularına münasibətdə də qəbul edildiyindən, həmçinin iddiaçının Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X2 ilə arasında işə götürülmə bağlı yaranmış mübahisə də mülki hüquqi xarakterli mübahisə olduğundan apellyasiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.
29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhk əmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1476/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.