Məhkəmə qərarları › İş №2-1(102)-1918/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1918/2023

08.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1918/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhid ailəsi statusunun bərpa edilməsi ilə bağlı iddianın mümkünlüyü; hüquqi yardım Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə qarşı “şəhid ailəsi statusunun bərpa olunma sı” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-120/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X3 xx.xx.1994-cü il tarixdə Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Bakı qarnizonu hərbi tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilərək hökmün icrası təxirə salınmış və cəzası döyüş bölgəsində hərbi xidmətlə əvəz edilmiş, N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə xx.xx.1996-cı ildə şəxsi heyətin siyahısına daxil edilmişdir.

2. N saylı hərbi hissə komandirinin N saylı əmrindən çıxarışa əsasən, X8 30 oktyabr 1996-cı il tarixdə güllə yarasından həlak olmuşdur və ölümü xidməti vəzifə borcunun yerinə yetirməsi ilə əlaqədardır.

3. X2 “şəhidlik” statusu verilmiş, onun ailə üzvəri isə “şəhid ailəsi” statusunda olmuşlar.

4. Azərbaycan Respublikası keçmiş Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli, 4168 nömrəli məktubuna əsasən, Qazax rayon Hərbi Komissarlığı tərəfindən şəhid hesab edilmiş bir sıra hərbi qulluqçuların ölüm səbəblərinin araşdırılması üçün verilmiş sorğulara cavab alınanadək həmin hərbi qulluqçuların, o cümlədən X6 ailəsinə verilən müavinətlərin dayandırılması üçün Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə xx.xx.2007ci il tarixli 4/127 nömrəli məktubla müraciət edilmiş, nəticədə iddiaçıya mü avinət ödənilməsi dayandırılmışdır.

5. İddiaçı “şəhid ailəsi” statusunun bərpa edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, H/1229 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, X6 xx.xx.1996-cı il tarixdə döyüş şəraitində yerləşən ərazidə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından vəfat etməsi göstərilsə də, hadisənin hansı şəraitdə (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı) baş verdiyi qeyd edilmədiyindən, onun “şəhid” statusunun bərpa edilməsi və ailəsinə “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi hazırda mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLM İŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi, 19 aprel 1976-cı ildə Qazax rayonunda doğulmuş oğlu X6 30 oktyabr 1996-cı il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından ölməsi nəzərə alınaraq, ona verilmiş “şəhid ailəsi” statusunun 2007-ci ildən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissədə xidməti vəzifə borcunu yeti rməsi ilə əlaqədar aldığı güllə yarasından 30 oktyabr 1996-cı il tarixdə ölmüşdür. Bu barədə olan rəsmi məlumat N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış xx.xx.1996-cı il tarixli, 307 nömrəli əmrdə qeyd olunmuşdur. Həmin əmrin həqiqətən də tam qanuni olması xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş çıxarış ilə təsdiq olunmaqla yanaşı, faktın həqiqiliyi N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış xx.xx.1996-cı il tarixli Arayışla da təsdiq olunmuşdur. Həmçinin, N saylı hərbi hissə 1996-cı ildə Beyləqan rayonu ərazisində döyüş şəraitində olan hərbi hissə olmuşdur. Mehralı Ələsgərov şəhid olduqdan sonra iddiaçıya “şəhid ailəsi” kimi müvafiq müavinətlər ödənilsə də, 2007-ci ildə “şəhid ailəsi” adının verilməsi əsaslarının y oxlanılması adı ilə verilən güzəştlər və müavinətlər dayandırılmışdır (Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 103 saylı arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Qazax rayon Hərbi Komissarlığında aparılmış araşdırma nəticəsində bir sıra hərbi qulluqçuların ölüm səbəblərini dəqiqləşdirmək üçün sorğular edilmədən “şəhid” hesab edilərək qeydiyyata alındığı məlum olmuşdur. Ona görə də Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən müvafiq sorğulara cavab alınanadək bir sıra hərbi qulluqçularla yanaşı, Mehralı Ələsgərovun da ai ləsinə verilən müavinətlərin dayandırılması barədə DSMF-nin Qazax rayon şöbəsinə xx.xx.2007-ci il tarixli, 4/127 nömrəli məktub göndərilmişdir). Lakin həmin vaxtdan (2007-ci ildən) uzun illər keçməsinə baxmayaraq, hələ də “şəhid ailəsi” statusu və bununla əlaqədar olaraq, müavinətlərin ödənilməsi bərpa olunmamışdır. Dəfələrlə müvafiq orqanlara edilən müraciətləri cavabsız qalmış və heç bir müsbət nəticə əldə olunmamışdır. Halbuki, oğlu xidmət zamanı aldığı güllə yarasından öldüyündən imtinalar qanunsuz və əsassızdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: N.Abıyev) 06 iyul 2021-ci il tarixli, 2-1(112)6733/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəhid ailəsi statusunun bərpa edilməsi tələbinə dair inzi bati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi ilə əvəz edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin (hakim: E.Axundov) 27 sentyabr 2022-ci tarixli, 21(114)-116/2022 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının şəhid ailəsi statusunun xx.xx.2007-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.1996-cı il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından həlak olması iş materialları ilə təsdiq edildiyindən iddia əsaslıdır.

11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: A.V.Bayramov, hakimlər: Ş.Q.Rzaquliyev və A.V.İsgəndərova) 2-1(104)-120/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci tarixli, 2-1(114)-116/2022 saylı qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin iddiaçının mərhum oğluna şəhid adı vermək, eləcə də onun statusunu ləğv etmək kimi səlahiyyəti olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Hərbi Komissarlığının 30 may 2007-ci il tarixli məktubunun məzmununa istinad etməklə (hansı ki, həmin məktubda hərbi qulluqçuların ölüm səbəblərinin araşdırılması ilə bağlı sorğular verilməsi təklif edilmiş, bununla yanaşı məsələnin diqqətlə araşdırılması və şəhid ailələrinə qayğı göstərilməsi tapşırılmışdır), X6 ailəsinə ödənilən təqaüdün dayandırılması ilə bağlı məktubla xx.xx.2007-ci il tarixdə Qazax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etmiş və sonuncu da, həmin məktub əsasında ödənişi dayandırmışdır. Başqa sözlə, cavabdeh səlahiyyətli orqan olmadığı halda, (X6 ailəsinə verilmiş şəhid statu sunun ləğvi ilə bağlı inzibati akt qəbul edilmədən, bununla bağlı müvafiq orqan qarşısında vəsatət qaldırılmadan) məktubla təqaüdün dayandırılmasına dair müraciət etmişdir. Göründüyü kimi, cavabdeh orqanın məktubunda şəhid ailəsinə verilən müavinətin dayandırılmasına səbəb şəhidlik statusunun ləğv edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi yox, cavabdehin Müdafiə Nazirliyinin Arxivinə sorğular göndərilməsi və onlara cavab alınana qədər dayandırılması göstərilmişdir. Belə olan halda isə, sözügedən məktub iddiaçının mərhum oğlunun şəhidlik statusunun ləğv edilməsi kimi yox, onun ailəsinə ödənilən təqaüdün dayandırılması kimi hüquqi nəticə yaratmışdır. Beləliklə, hazırkı cavabdehə qarşı iki halda iddia qaldırıla bilərdi: - Şəhidlik statusunun ləğv edilməsi ilə bağlı qərarın etibarsızlığ ına dair “müəyyənetmə və tanınma haqqında” iddia (əgər müvafiq inzibati akt qəbul edilmiş olsa idi); Ödənişin dayandırılması ilə bağlı məktubun göndərilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı iddia. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının mərhum oğlunun şəhidlik statusunun ləğvi ilə bağlı inzibati akt qəbul edilməmişdir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində ödənişin dayandırılması ilə bağlı məktubun göndərilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsini yox, cavabdehin şəhid ailəsi statusunun bərpasından imtinasının qanunsuz hesab olunmasını xahiş etmişdir. Odur ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə qarşı hazırda qaldırdığı iddia İPM-in 35.1-ci maddəsi baxımından mümkünlük şərtlərinə cavab vermir.

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu nəticəni əsaslandırmamış, eyni zamanda İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmə vəzifəsini həyata keçirmədən, düzgün iddia tələbinin formalaşdırılmasında iddiaçıya yardım etmədən iddia tələbini mümkünsüz hesab etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə etiraz e dərək, onun təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, ort a ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: Bənd 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazi rliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X4 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatları n tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı iş üzrə iddiaçının tələbi oğlunun xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından həlak olması nəzərə alınmaqla, şəhid ailəsi statusunun bərpa edilməsi olsa da, onun irəli sürdüyü dəlillərdən aydın olur ki, hazırkı tələblə məhkəməyə müraciət etməklə çatmaq istədiyi hüquqi nəticə “şəhid ailəsi” kimi sosial təminatlardan yararlanmaqdır.

24. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin dəlillərinə əsasən aşağıdakıları qeyd edir. X1 şəhid statusunun və iddiaçının “şəhid ailəsi” statusunun mövcudluğu ilə bağlı qeydlər

25. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından, o cümlədən iş materiallarındak ı sənədlərdən X6 şəhid statusuna, iddiaçının isə “şəhid ailəsi” statusuna malik olması təsdiqlənir.

26. Belə ki, X6 “şəhid”, iddiaçının isə “şəhid ailəsi” hesab edilməsi barədə sənəd (inzibati akt, arayış və sair ) iş materiallarında olmasa da, iddiaçı 2007-ci ilədək “şəhid ailəsi” üçün nəzərdə tutulmuş sosial təminatlardan yararlanmış, həmçinin Azərbaycan Respublikası keçmiş Hərbi Komissarlığının Qazax rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.2007-ci il tarixli, 4168 nömrəli məktubda, o cümlədən sonuncunun Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli 4/127 nömrəli məktubda X7 “şəhid” adı verildiyi qeyd edilmişdir (hərçənd ki, həmin sənədlərdə soyadı “Ələkbərov” kimi göstərilmişdir).

27. Beləliklə, X7 şəhid adının verilməsi, bundan irəli gələ rək iddiaçının şəhid ailə üzvü olması iş materialları ilə təsdiq edilməklə yanaşı, işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İddiaçının mərhum oğlu X6 şəhid statusunun ləğv edilib-edilməməsi ilə bağlı qeydlər

28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

29. İstər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Qanunda, istərsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədil əşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda verilmiş şəhid statusunun ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyil.

30. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən, əlverişli inzibati akt da ləğv edilə bilər. Lakin əlverişli inzibati akt onu qəbul etmiş və ya onu ləğv etmək üçün qanunla səlahiyyət verilmiş digər inzibati orqan tərəfindən ləğv edilə bilər.

31. Hazırkı halda isə X6 şəhid adının ləğv edilməsi ilə bağlı ona şəhid adı vermiş qurum tərəfindən hər hansı inzibati icraatın aparıldığı, həmin inzibati icraat nəticəsində isə şəhid adının ləğvinə dair hüquqi nəticə doğuran inzibati akt qəbul edildiyi iş materialları ilə təsdiqlənmir.

32. Əksinə, işin araşdırılan hallarından məlum olur ki, cavabdeh Azərbaycan Respublikası Hə rbi Komissarlığının 30 may 2007-ci il tarixli məktubunun (İİ cild:iş v.5760) məzmununa istinad etməklə (hansı ki, həmin məktubda hərbi qulluqçuların ölüm səbəblərinin dəqiqləşdirilməsi məqsədi ilə bağlı sorğular verilməsi təklif edilmiş, bununla yanaşı məsələnin diqqətlə araşdırılması və şəhid ailələrinə qayğı göstərilməsi tapşırılmışdır), müvafiq sorğulara cavab alanadək X6 ailəsinə ödənilən müavinətin dayandırılması ilə bağlı məktubla xx.xx.2007-ci il tarixdə Qazax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etmiş (İİ cild:iş v.61-63) və sonuncu da məktub əsasında ödənişi dayandırmışdır.

33. Həmçinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda (İ cild: iş v.7) X6 “şəhid adının bərpa edilməsinin mümkün olmam ası”, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda (İİ cild: iş v.56) isə “şəhid statusunun dayandırılması” kimi ifadələrdən istifadə edilmişdir.

34. Göründüyü kimi, cavabdeh orqan səlahiyyətli olmadığı halda “şəhid statusunu dayandırmış”dır. Halbuki, qanunvericilikdə şəhid statusunun dayandırılmasının mümkünlüyü nəzərdə tutulmamış, eləcə də cavabdeh orqanın bunu etmək üçün səlahiyyəti olmamışdır.

35. Beləliklə, X6 qanuni əsaslarla və səlahiyyətli orqan tərəfindən şəhid statusunun “ləğv edildiyi” və ya “dayandırıldığı” iş materialları ilə təsdiqlənmir.

36. Bundan əlavə, iddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qə rarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1.2-ci bəndinə əsasən şəhid ailəsi üzvüdür.

37. Qanunvericiliyə əsasən, şəhid ailə statusu gizir və zabit heyəti istisna olmaqla, digər hərbi qulluqçulara münasibətdə onların hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur.

38. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının “şəhid ailəsi” statusunda olması ilə bağlı sənəd iş materiallarında olmasa da, işin hallarının təhlilindən onun “şəhid ailəsi”nin üzvü olması mübahisəsizdir. Həmçinin, iş materiallarında iddiaçının “şəhid ailəsi” statusunun ləğvi və ya dayandırılması ilə bağlı da cavabdeh tərəfi ndən hər hansı inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmişdir. Digər tərəfdən, X6 “şəhid” statusunun mövcudluğu halında, iddiaçının da şəhid ailəsinin üzvü olması qanunun imperativ tələbindən irəli gəlir.

39. Beləliklə, X6 şəhid statusu ləğv edilməyib, iddiaçı isə şəhidin ailə üzvüdür. İddiaçının hüquqi marağına uyğun tələblə müraciət etməsi üçün hüquqi yardım və prosessual qənaət prinsipi

40. Hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisənin əsasını iddiaçıya şəhid ailəsi kimi istifadə etməli olduğu sosial təminatlardan cavabdehin Qazax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanladığı xx.xx.2007-ci il tarixli məktub nəticəsində məhrum olması təşkil edir. Bir daha qeyd edilməlidir ki, sözügedən məktub iddiaçının mərhum oğlunun şəhidlik statusunun, özünün isə şəhid a iləsi statusunun ləğv edilməsi və ya dayandırılması kimi yox, müavinətin ödənişinin dayandırılması kimi hüquqi nəticə yaratmışdır.

41. Belə olan halda isə, iddiaçı hazırkı cavabdehə qarşı ödənişin dayandırılması ilə bağlı məktubun göndərilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməli idi.

42. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, İPM-in 13-cü maddəsi baxımından işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edə, əgər iddiaçının da razılığı olduğu halda işi düzgün iddia tələbi əsasında baxılması məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarmalı idi. Lakin, iddiaçının hüquqi marağının “şəhid ailəsi” kimi sosial təminatla rdan yararlanmaq olduğu, həmçinin mərhum oğlunun şəhidlik statusunun, özünün isə şəhid ailəsi statusunun ləğv edilməsi və ya dayandırılması halının müəyyən olunmadığı nəzərə alındıqda, prosessual qənaət prinsipi baxımından və əldə etmək istədiyi hüquqi nəticəyə daha rahat çatmaq üçün iddiaçıya Qazax rayon hərbi komissarının xx.xx.2007-ci il tarixli məktubu əsasında dayandırılmış ödənişin bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və müvafiq tabeliyindəki qurumlara müraciət etməsi, sonuncu ödənişi bərpa etmədiyi halda ödənişin bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməsi tövsiyə olunur.

43. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq bildirir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-120/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar