Məhkəmə qərarları › İş №2-1(102)-1919/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1919/2025

28.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1919/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin hissəvi ləğv edilməsindən imtina) 28.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 11 fevral 2025-ci il tarixli, 2-1(103)-491/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzili xx.xx.1997-ci il tarixli, 019712 nömrəli alqı-satqı müqaviləsi ilə X8 tərəfindən iddiaçıya satılmışdır.

2. Sözügedən mənzilə dair tərtib edilmiş oktyabr 1996-cı il tarixli texniki pasportda 2-ci mərtəbədə yerləşən həmin mənzilin otaqlarının sayı 2, ümumi sahəsi – 30 kv.m, 1-ci otaq – 18,5 kv.m, 2-ci otaq – 11,5 kv.m, keçid – 11 kv.m, mətbəx – 4 kv.m, qalereya, sanitar qovşaq, anbar – 11,6 kv.m göstərilmişdir.

3. Nərimanov rayon Xalq Məhkəməsinin 1997-ci il, 2-239 nömrəli qətnaməs i ilə sözügedən mənzilin iddiaçının adına hüquqi qeydiyyata alınaraq ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmiş və bu barədə 712 nömrəli reyestr kitabında 106898-ci səhifədə xx.xx.1997-ci il tarixdə 30 nömrə ilə qeydiyyat aparılaraq iddiaçının adına MH seriyalı, 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

4. Həmçinin Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 nömrəli yaşayış evinin 29 nömrəli mənzilinə X3 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə 741 nömrəli reyestr kitabında 111257-ci səhifədə xx.xx.1996-cı il tarixdə 30 nömrə ilə qeydiyyat aparılaraq onun adına MH seriyalı, 057610 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

5. Həmin mənzilə dair xx.xx.2013-cü il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********) yeni nümunəli çıxarı ş verilmişdir.

6. Həmin mənzilə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli texniki pasportda 2-ci mərtəbədə yerləşən həmin mənzilin otaqlarının sayı 2, ümumi sahəsi – 62,7 kv.m, 1-ci otaq – 20,1 kv.m, 2-ci otaq – 25,1 kv.m, mətbəx – 9,3 kv.m, dəhliz – 7,2 kv.m, sanitar qovşaq – 1 kv.m göstərilmişdir. 7. 08.03.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi olaraq xx.xx.2020-ci il tarixdə sözügedən mənzilə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına (qeydiyyat nömrəsi **********) alınmış X9 xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili qızı X4 bağışlamış və sonuncunun həmin mənzilə mülkiyyət hüququ xx.xx.2020-ci ildə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi **********) alınmışdır.

8. Həmin mənzilə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli texniki pasportda 2-ci mərtəbəd ə yerləşən həmin mənzilin otaqlarının sayı 2, ümumi sahəsi – 63,5 kv.m, 1-ci otaq – 20,1 kv.m, 2-ci otaq – 25,1 kv.m, mətbəx – 9,3 kv.m, dəhliz – 7,2 kv.m, sanitar qovşaq – 1 kv.m, balkon – 0,8 kv.m göstərilmişdir.

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinin köməkçi sahəsinin 29 saylı mənzillə ümumi istifadəd ə olmasına dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin qanunsuz hesab olunması və həmin qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1986/2021 nömrəli qərardadı ilə İddiaçı iddiası qismən – “texniki pasportda olan qeydin ləğv edilməsi” hissəsində mümkün sayılmamış, həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1986/2021 nömrəli qərarı ilə İddiaçı iddiası – qalan, yəni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməmişdir.

12. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2021ci il tarixli, 2-1(103)-2083/2021 nömrəli qərarı ilə ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 nömrəli mənzilinin 30 kv.m yaşayış, 11 kv.m keçid və 4 kv.m mətbəxdən ibarət olan köməkçi sahələri üzərində İddiaçı məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin olunmamışdır.

13. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-267/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

14. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, C.Ca bbarlı küçəsi, 4 saylı evin 27 saylı və 29 saylı mənzillərinin ümumi istifadəsində olan sahənin hansı əsaslarla X2 adına sənədləşdirilməsi barədə məlumatın verilməsini xahiş etmişdir.

15. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestrinə əsasən qeyd olunan ünvanda X2 adına qeydiyyata alınmış ümumi istifadədə olan sahə aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 4, mənzil 29 üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair X3 adına xx.xx.2013-cü il tarixli ********** nömrəli, X5 adına xx.xx.202 0-ci il tarixli ********** nömrəli və X2 adına xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydlərin 1 kv.m sanitar qovşağa aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 adına tərtib edilmiş texniki pasportda göstərilən sanitar qovşaq X2 mülkiyyətinə verilmişdir. Halbuki, həmin sahə ümumi istifadədə olan sahə olmuşdur. Cavabdeh həmin sanitar qovşağın ümumi istifadədə olmasına dair hər hansı sənədin mövcud olmadığını bildirmişdir. Halbuki, cavabdehin özünün təsdiq etdiyi sənədlərdən göründüyü kimi, ümumi istifadədə olduğundan sanitar qovşaq hər iki texniki pasportda da qeyd edilmişdir. Hər ikisində yazılmayan sahələr isə mülkiyyətə verilmiş sahələrdir. Faktiki olaraq X2 adına ve rilmiş ilkin sənədlərdə, texniki pasportda və arxiv sənədlərində onun mənzilinin sahəsi 32 kv.m, köməkçi sahələri ilə birlikdə təxmini 60 kv.m göstərilmişdir. X6 (sonradan mənzil Yusifli Fayanın, Yusifli Nazimin, hazırda isə X2 adına rəsmiləşdirilib) adına olan mənzilə dair 1972-ci il tarixli 024961 nömrəli orderdən görünür ki, mənzil 1 otaqlı olmuş və 20 kv.m sahəsi olmuşdur. xx.xx.1997-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin 47 nömrəli sərəncamı ilə ona əlavə olaraq 12 kv.m sahə verilmişdir. Bunu cavabdehin arxivində saxlanılan plan sxemdən də açıq-aydın görmək olur. Bundan sonra, mənzilin sahəsi 2013cü il tarixdə bəlli olmayan səbəblərdən 62,7 kv.m olmaqla artmış, həmin mənzilin sonuncu çıxarışında isə, yəni X2 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışda isə mənzilin s ahəsinin 63,5 kv.m olması müəyyən olunmuşdur. 7 il ərzində də mənzil yenə 3,5 kvadrat təxmini artmışdır. Cavabdeh aydınlıq gətirməmişdir ki, 32 kv.m sahəsi olan mənzil necə 63,5 kv.m-lə dövlət qeydiyyatına alınmışdır. Təqdim edilən hər iki plan-sxemdə hər kəsin öz yeri qeyd edilmişdir. Hazırda iddiaçı və ailəsi (qızı, nəvələri) bu mənzildə 5 nəfər olmaqla yaşayırlar. Həmin mənzil kommunal mənzil olduğundan sanitar qovşaq bir dənədir. Bütün sənədlərdə də həmin sanitar qovşaq ümumi qeyd edilmişdir. Hazırda onların mərtəbələrində başqa sanitar qovşaq yoxdur. Yusifli Failya cavabdehin kobud səhvi ucbatından həmin sanitar qovşağın onun mülkiyyəti olduğuna əsaslanaraq ondan istifadə etməyə qoymur, həmin sahəni bağlayıb və iddiaçı ailə olaraq həmin sanitar qovşaqdan istifadə edə bilmir. Yaşadığ ı mənzildə nə sanitar qovşaq, nə də hamam mövcud deyildir. Cavabdeh kobud pozuntu edərək həmin sahənin necə dövlət qeydiyyatına alınmasını aydınlaşdırmamış və faktiki olaraq 1 kv.m sahəsi olan əmlaka dair iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.

18. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlilə istinad etmişdir.

19. Birinci instansiya məhkəməsi tərəfindən X7 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) xx.xx.2023-cü il tarixli, 21(112)-3817/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzər ə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə mübahisəli sanitar qovşağın mənzil mülkiyyətçisinin xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana təqdim edilmədiyi halda, cavabdeh inzibati orqan həmin sahəni ümumi istifadədə olan sahə statusundan çıxararaq xüsusi mülkiyyət olaraq qeydiyyata almışdır. Halbuki, müvafiq normalardan, eləcə də əvvəlki məhkəmə icraat zamanı tərəflər arasında “anbar” sahəsinin ümumi istifadədə olan sahə olması ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyindən də çıxış edilərək qeyd olunur ki, məhdud şəraitli kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulan və birdən artıq otağa xidmət etmək üçün istifadə olunan köməkçi xarakter daşıyan sahələr, o cümlədən ümumi istifadə olunan sanitar qovşaq üzərində tam xüsusi mülkiyyət hüququ tanına bilməz. Belə ki, sözügedən 1 kv.m-lik sanitar qovşaq qanuna əsasən kommunal mənzillərdə ümumi istifadədə olan sahədir və həmin sahəyə kommunal mənzil mülkiyyətçilərinin yalnız paylı mülkiyyət hüquqları mövcuddur. Başqa sözlə, iddiaçı kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulmuş köməkçi xarakter daşıyan sanitar qovşaq üzərində qanuna əsasən ümumi paylı mülkiyyət hüququnun subyektidir və bu halda qonşu mülkiyyətçinin adına həmin sahə ilə bağlı aparılmış qeydlər ləğv edilməlidir.

22. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını və ya mümkün sayılmamasını xahi ş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 16 aprel 2024cü il tarixli, 2-1(103)-1365/2024 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını və ya mümkün sayılmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rahib Nəbizadə /mə ruzəçi/, Zakir Quliyev və Aida Hüseyn) 14 avqust 2024-cü il tarixli, 2- 1(102)-2167/2024 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 saylı evin 29 saylı mənzilinin ayrı-ayrı köməkçi sahələrinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları olmuşdur. Məhkəmə aktlarına görə həmin sahələrdən bəziləri üzrə iddia təmin edilmiş, bəzi sahələ r üzrə iddia rədd edilmiş, bir sahə üzrə isə iddia mümkün sayılmamışdır. Qanunvericiliyin tələbinə əsasən bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya məhkəməsi qərarında hazırkı iddianın predmetinin eyni tərəflər arasında əvvəllər məhkəmə aktı çıxarılmış iş üzrə iddianın predmeti olub-olmamasına aydınlıq gətirməmişdir. Hazırkı iş üzrə bu halın aydınlaşdırılması, yəni əvvəlki və hazırkı işdə iddia predmetinin eyni olub-olmamasının müəyyən edilməsi obyektiv qərarın qəbulu baxımından zəruridir. Bu məqsədlə apellyasiya instansiyası məhkəməsi əvvəlki işlə bağlı materialları tələb etməli, eyni tərəflər arasında eyni mübahisə ilə bağlı məhkəm ə aktının olub-olmasını müəyyən etməli və bunun nəticəsindən asılı olaraq həmin xüsusata qiymət verməlidir. Mübahisə predmeti fərqli olduğu halda, iddiaçı tərəfindən bu iddianın həmin iş üzrə icraat zamanı verilməməsinin səbəbi araşdırılmalıdır. Mübahisə predmeti olan sanitar qovşaq ən azından 2013-cü il tarixdən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olmuşdur. Ən azından həmin sanitar qovşağın üçüncü şəxsin adına rəsmiləşdirildiyi vaxtdan iddiaçı sanitar qovşaqdan istifadə etməmişdir. Belə ki, iş üzrə materiallara əsasən, iddiaçıya məxsus mənzildə ayrıca sanitar qovşaq olmuş və yalnız 2022-ci ilin oktyabr ayında həmin sanitar qovşaq iddiaçı tərəfindən sökülmüşdür (bu məlumat Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd e dilmişdir cild 1, iş vər. 176).

28. Məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışı zamanı aydınlaşdırılmalı hallardan biri də iddiaçının özünün mənzilində və istifadəsində olmuş sanitar qovşağın sökülmə səbəblərinin və bunun iddiaçının iradəsinə bağlı olubolmadığının müəyyən edilməsi ilə bağlıdır. İddiaçının mübahisələndirdiyi sanitar qovşağın 2013-cü ildən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olduğu təxminən 10 ilə yaxın müddət ərzində iddiaçının qeyd edilən halı mübahisələndirdiyi və ya etiraz etdiyi, yaxud da iddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisənin olduğu iş üzrə materiallardan görünmür. Əksinə, iddiaçı özünün mənzilində sanitar qovşaq inşa etmiş və 2022-ci ilin oktyabr ayınadək olan müddətdə ondan istifadə etmişdir. Və iddiaçı bu davranışı ilə ü çüncü şəxsin sanitar qovşaqdan mübahisəsiz və fasiləsiz istifadə etməsinə özünün muxtar iradəsinə əsaslanan razılığını ifadə etmişdir. Belə hallarda iddiaçının özünün həmin davranışına bağlı olduğu və “bono fide” prinsipi baxımından sonradan da vicdanlı və dürüst davranmağa davam etməli olduğu nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, sadəcə olaraq digər köməkçi sahələrin istifadəsi ilə bağlı iddiaçı ilə üçüncü şəxs arasında mübahisənin yaranması hazırkı iddianın təmin olunması üçün yetərli əsas kimi qiymətləndirilə bilməz. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən kommunal tipli binanın layihəsinə əsasən mənzillər arasındakı dəhliz, anbar və açıq eyvan sakinlərinin (mülkiyyətçilərin) ümumi istifa dəsi üçün nəzərdə tutulmuş, bəzi hallarda mənzil mülkiyyətçiləri tərəfindən sahələrin fərdi qaydada və ya qarşılıqlı anlaşma şəraitində ümumi istifadə edilməsi məqsədilə bölgü aparılmış, bəzi hallarda isə bir mərtəbədə yerləşən iki mənzil bir şəxs tərəfindən satın alınaraq özəlləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi məktubda olan bu məlumatı nəzərə almamış, iddiaçı ilə üçüncü şəxsin bir mərtəbədə (ikinci mərtəbədə) yerləşən ümumi istifadədə olmuş sanitar qovşağın 2013-cü ildə üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınarkən iddiaçının etirazının olmadığı yoxlamamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Nigar Nəbizadə) 11 fevral 2025c i il tarixli, 2-1(103)-491/2025 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs apellyasiya şikayətində eyni predmetlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iddianın mümkün sayılmamalı olduğunu qeyd etmişdir. Lakin məhkəmə araşdırması nəticəsində tərəflər arasındakı əvvəlki mübahisələr üzrə mübahisə predmetinin hazırkı iş üzrə mübahisə predmetindən fərqli olduğu müəyyən edildiyindən apellyasiya şikayəti iddianın mümkünsüzlüyü ilə bağlı hissədə əsassızdır. İddianın əsaslılığına münasibətdə isə qeyd edilməlidir ki, mübahisə predmeti olan sanitar qovşaq 2013-cü ildən üçüncü şəxsin istifadəsində və m ülkiyyətində olmuş, iddiaçı isə həmin tarixdən sonra uzun illər ərzində bu məsələni mübahisələndirməyərək, bu faktla razılaşmışdır. Belə ki, iddiaçının qeyd edilən halı mübahisələndirdiyi və ya etiraz etdiyi, yaxud da iddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisənin olduğu iş üzrə materiallardan görünmür.

31. Eyni zamanda iş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən kommunal tipli binanın layihəsinə əsasən mənzillər arasındakı dəhliz, anbar və açıq eyvan sakinlərin (mülkiyyətçilərin) ümumi istifadəsi üçün nəzərdə tutulmuş, bəzi hallarda mənzil mülkiyyətçiləri tərəfindən sahələrin fərdi qaydada və ya qarışılıqlı anlaşma şəraitində ümumi istifadə edilməsi məqsədi ilə bö lgü aparılmış, bəzi hallarda isə bir mərtəbədə yerləşən iki mənzil bir şəxs tərəfindən satın alınaraq özəlləşdirilmişdir. Həmin evin 2-ci mərtəbəsində yerləşən 27 və 29 saylı mənzillərin mülkiyyətçiləri – İddiaçı və X5 arasında layihədə anbar kimi ümumi istifadə üçün nəzərdə tutulmuş 7,6 kv.m-dən ibarət 1 otağa görə münaqişə yaranmış, buna səbəb İddiaçı həmin anbarı heç bir hüquqi əsası olmadan zəbt edərək istifadə etməsi olmuş, lakin Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mübahisəli anbar hər iki şəxsin birgə istifadəsinə verilmişdir. Bundan başqa, 2022-ci ilin oktyabr ayında Yasamal rayon MənzilKommunal Təsərrüfatı Birliyinə sözügedən ünvandakı mənzillərin birində söküntü işlərinin aparılması barədə məlumat daxil olduğundan (Bina Bakı şəhər İcra Hakimiyyət i və FHN tərəfindən təsdiq edilmiş “Qəzalı evlər” siyahısına daxil edildiyi üçün daimi nəzarətdə və diqqət mərkəzindədir) həmin ünvana baxış keçirilmiş, baxış zamanı İddiaçı tərəfindən mənzilinin sanitar qovşağının sökülərək ləğv edildiyi müəyyən olmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus mənzildə ayrıca sanitar qovşaq olmuş və yalnız 2022-ci ilin oktyabr ayında həmin sanitar qovşaq iddiaçı tərəfindən sökülmüşdür.

32. Digər tərəfdən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən məlum olmuşdur ki, tərəflərin yaşadığı bina kommunal tipli bina olsa da, hal-hazırda həmin binada yaşayan mülkiyyətçilərin hər birinin özünə məxsus sanitar qovşağı mövcuddur, mübahisə predmeti olan sanitar qovşaq da ümumi istifadədə deyil, üçüncü şəxsin istifadəsində olmuşdur. İddiaçı tərəfindən onun özünə məxsus sanitar qovşaq olmasına baxmayaraq həmin sanitar qovşağın sökülməsinin səbəbi olaraq alt mərtəbədə yaşayan qonşuların çoxsaylı şikayətləri və dövlət orqanlarının iddiaçını narahat etməsi göstərilsə də, bununla bağlı hər hansı sübut təqdim olunmaması ilə yanaşı, qeyd olunan hallar məhkəmə iclasında dindirilmiş həmin binada yaşayan qonşuların ifadələri ilə təkzib olunmuşdur. Beləliklə, mübahisə predmeti olan sanitar qovşağın 2013-cü ildən üçüncü şəxsin istifadəsində və mülkiyyətində olmasına baxmayaraq, iddiaçı tərəfindən 10 ilə yaxın müddət ərzində qeyd edilən halın mübahisələndirilməsi və ya iddiaçının buna etiraz etməsi, yaxud da iddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisənin olması iş materialları, eyni zamanda şahid ifadələrinə görə öz təsdiqini tapmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı ilə üçüncü şəxs arasında olan əvvəlki məhkəmə mübahisələri zamanı hazırkı mübahisə predmeti olan sanitar qovşaqla bağlı iddiaçı iddia tələbi irəli sürə biləcəyi halda bunu etməmiş, həmin məhkəmə mübahisələri yekunlaşdıqdan sonra iddiaçı özünə məxsus sanitar qovşağı sökməklə özü üçün əlverişsiz vəziyyət yaradaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

33. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

34. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilm əmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəl ləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 9.1. Hüquqların dövlət qeydiyyat ı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X1 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab o lunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 4 saylı evin 29 s aylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın sahəsi 1 kv.m olan sanitar qovşağa aid hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir.

45. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və tələb olunan hissədə müvafiq qeydin ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Apellyasiya instansiyası məhkəm əsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 21(103)-491/2025 nömrəli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar