Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-192/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1959, FİN:xxxxxxx) Cavabdeh1nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-205/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq a şağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001527 nömrəli, 02 fevral 2004-cü il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən İddiaçı Qəbələ rayonu Nic kəndində yerləşən çayxananı satın almışdır.
2. İddiaçı çayxananın Cavabdeh1 tərəfindən söküldüyünü bildirərək kompensasiyanın verilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən qeydiyyat №001527, 02 fevral 2004-cü il tarixli şəhadətnaməsinə əsasən mülkiyyətində olan Qəbələ rayonu Nic qəsəbəsindəki ümumi sahəsi 80 kv.m. (əsas hissə 50 kv.m. yardımçı hissə 30 kv.m.) olan çayxananın qanunsuz sökülməsi ilə əlaqədar, əmlaka görə 20000 (iyirmi min) manat, 15 il ərzində götürə biləcəyi qazanca görə isə 20000 (iyirmi min) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40000 (qırx min) manat məbləğində dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qəbələ rayonu, Nic kəndində yaşayır və həmin kənddə yerləşən, hal-hazırda d ağıdılmış dövlət mülkiyyətində olan çayxana adlı ictimai-iaşə obyektinin mülkiyyətçisi olan Dövlət Əmlak Komitəsinin təklifi ilə 28 aprel 1998-ci il tarixdə ünvan 1 ünvanda Auksion formasında keçirilən açıq hərracda həmin obyektə münasibətdə alıcı qismində qalib hesab edilmişdir. Həmin tarixədək iddiaçı ailəsi ilə birlikdə məişət binası kimi çayxananı müqavilə əsasında işlətmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, 02 fevral 2004-cü il tarixli Şəhadətnaməyə əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən dövlət mülkiyyətində olan çayxana adlı ictimai-iaşə obyekti iddiaçıya hissə-hissə olaraq ümumilikdə 2.574.000 (iki milyon beş yüz yetmiş dörd min) manata satılmışdır.
5. Həmi n çayxanada iddiaçı və ailəsi işləmiş, əldə olunmuş gəlir ilə maddi təminatları ödənmişdir. Lakin 2005-ci ildə Cavabdeh1 sərəncamı ilə qanunsuz olaraq iddiaçıya məxsus ümumi sahəsi 80 kv.m.(50 kv.m. əsas+30 kv.m. yardımçı hissədən ibarət) olan çayxana sökülmüş və yerləşdiyi ərazidə bir müddətdən sonra park inşa edilmişdir. Nəticədə iddiaçı və ailəsi hal-hazırkı dövrə qədər qeyd olunan əmlakdan əldə etdiyi gəlirdən məhrum olmuşdur.
6. Əvvəllər iddiaçıya sökülmüş çayxananın digər eyni təyinatlı obyekt ilə və ya torpaq sahəsi ilə əvəz olunacağı, bu mümkün olmadığı təqdirdə obyektin bazar qiymətinə uyğun dəyəri ödəniləcəyi barədə Cavabdeh1 və Nic Bələdiyyəsi şifahi və yazılı cavablar verirdilər. Lakin 15 ildən artıq bir müddət ötməsinə baxmayaraq sökülən çayxanaya görə nə eyni təyinatlı obyekt ilə, həmçinin torpaq sahəsi ilə əvəz olunmamış, nə də onun bazar qiymətinə uyğun dəyəri ödənilməmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hazırkı daşınmaz əmlakın dəyəri və 15 ildə həmin obyektdən işləyərək götürə biləcəyi qazancı nəzərə alaraq əmlakın dəyərinə görə 20.000 (iyirmi min) manat məbləğində, əldən çıxmış fayda - götürə biləcəyi qazanca görə isə 20.000 (iyirmi min)manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar dəfələrlə müxtəlif orqanlara və onun strukturlarına müraciət etmiş, lakin həmin orqanlar tərəfindən mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar heç bir tədbir görülməmiş, hüquqları qorunmamış, müraciətlərinə cavablarında müvafiq məhkəməyə müraciət etməsi bildirilmişdir.
7. Cavabdeh iddia tələbinə dair şifahi etirazda qeyd etmişdir ki, Qəbələ rayonu Nic qəsəbə sakini X1 iddia ərizəsində qeyd etdiyi çayxana binasının sökülməsi və parkın salınması barədə rayon icra hakimiyyətinin sərəncamı verilməmiş, vətəndaşa məxsus çayxana binası rayon icra hakimiyyəti tərəfindən sökülməmişdir. Həmin çayxana binasının sökülməsi və ərazidə parkın salınması barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-306/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 001527 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə əsasında satın aldığı Qəbələ rayonu Nic kəndində yerləşən çayxananı o, özü sökmüşdür. Həmin çayxana binasını sökməsinə səbəb isə çayxana binasının çiy kərpicdən tikilmiş olması, köhnə olması və çay axarında yerləşdiyinə görə çay suları ilə yuyulmaya məruz qalması olmuşdur. Yəni iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası hər hansı kənar subyekt tərəfindən yox, məhz iddiaçının özü tərəfindən sökülmüşdür. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın tamamilə məhv olması həmin əmlak üzərində mülkiyyət hüququnun itirilməsinə səbəb olur.
10. İddiaçının sonradan sökülən binanın yerində inşa etdiyi tikili isə özbaşına tikili olmuş və Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Odur ki, iddiaçı mülkiyyət hüququnu itirdiyi ilkin Şəhadətnaməyə istinad etməklə sonr adan özbaşına inşa etdiyi tikilinin də mülkiyyətində olması faktına istinad edə bilməz.
11. İddiaçının qanunsuz inşa etdiyi tikiliyə görə cavabdehdən kompensasiya tələbi əsassız olmaqla yanaşı, ümumiyyətlə, iddiaçıya məxsus (mülkiyyətində və ya istifadəsində olan) tikilinin cavabdeh tərəfindən sökülməsinə dair hər hansı sübut işdə mövcud deyil.
12. İddiaçının təqdim etdiyi 2005-ci ildən indiyədək cavabdeh orqanla aralarında olan yazışmalardan görünür ki, cavabdeh orqan müvafiq park ərazisində hər hansı daşınmaz əmlakın sökülməsi ilə bağlı sərəncam vermədiyini bildirir. 02 iyun 2005-ci il tarixli cavabdeh orqanın məktubundan isə görünür ki, iddiaçının icazəsiz tikintisinə başladığı tikinti abadlaşdırılacaq sahəyə düşdüyünə, tikinti norma və qaydalarına uyğun gəlmədiyinə görə həmin tikintini aidiyyəti sənədlərini əldə etdikdən sonra yeni müəyyənləşdirilmiş cərgədə tikməsi tövsiyə edilmişdir. Bu isə cavabdeh orqan tərəfindən tikilinin (özbaşına olsa belə) sökülməsi kimi qiymətləndirilə və cavabdeh orqanın qanunsuz hərəkətləri kimi nəzərdən keçirilə bilməz.
13. Odur ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın məhv olması cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində olmadığından, iddiaçı cavabdeh orqandan ona vurulmuş ziyanla bağlı kompensasiyanı tələb etməkdə haqlı olmamışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(107)-205/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-306/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddia tələbi məhkəmələr t ərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmamış və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
19. Belə ki, Cavabdeh1 qeyd edir ki, iddiaçıya məxsus yeni tikilən çayxana sökülməmiş və bu barədə heç bir məlumatları yoxdur.
20. İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1nə və digər aidiyyəti orqanlara müraciət etdiyi zaman fərqli cavablar verilmişdir. Verilən cavabların birində “Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramına uyğun olaraq yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, sakinlərin maddi rifahının yüksəldilməsi məqsədilə Nic qəsəbəsində tikinti və abadlaşdırılma işləri aparılmış, İddiaçı tərəfindən özəlləşdirilən çayxana binasının yerində icazəsiz başladığı tikinti abadlaşdırılacaq sahəyə düşdüyünə, tikint i norma və qaydalarına uyğun gəlmədiyinə görə həmin tikinti sökülmüşdür.” qeyd edilmişdir.
21. Göründüyü kimi, dolayısı ilə yeni tikilinin Cavabdeh1 tərəfindən sökülməsi təsdiqlənir. Digər tərəfdən iddiaçıya məxsus köhnə çayxana binasının yerində tikilən binanın tikinti norma və qaydalarına uyğun gəlmədiyi barədə iddiaçıya hər hansı rəsmi xəbərdarlıq olunmamışdır. Ona görə də qeyd olunanlar iddiaçıya məxsus tikilinin sökülməsi üçün əsas ola bilməzdi.
22. İddiaçı kassasiya şikayətində, həmçinin Mülki Məcəllənin 21.1, 1096, 1097, 1100, 1115-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zər ərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zər uri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edil ən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahi səli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən ha zırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001527 nömrəli, 02 fevral 2004-cü il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən İddiaçı tərəfindən satın alınmış Qəbələ rayonu Nic kəndində yerləşən çayxana binası iddiaçının özü tərəfindən sökülmüş, daha sonra sökülən binanın yerində yenə də iddiaçının özü tərəfindən özbaşına tikili inşa olunmağa başlanmışdır.
34. Bununla əlaqədar məhkəmə kollegiyası Mülki Məcəllənin 203.1 və 180.2-ci maddələrinə istinadən qeyd edir ki, iddiaçı ilkin Şəhadətnaməyə əsasən mülkiyyət hüququnu əldə etdiyi, sonradan özünün sökdüyü və daha sonra sökülmüş binanın yerinə özbaşına tikili olaraq inşa etməyə başladığı əmlak üzərində mülkiyyət hüququnun olduğunu iddia edə bilməz.
35. Həmçinin məhkəmə kollegiyası aş ağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, iddiaçının mülkiyyətində və ya istifadəsində olmuş əmlakın cavabdeh orqan tərəfindən sökülməsi barədə iş üzrə hər hansı sübut mövcud olmadığından iddiaçı cavabdeh orqandan hər hansı kompensasiya məbləği tələb etməkdə haqlı olmamışdır.
36. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsa slı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-205/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.