Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-192/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2009-cu il tarixdən sonra barəsində sosial kirayə müqaviləsi bağlanmış mənzilin özəlləşdirilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(103)-994/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2292 nömrəli sərəncamı ilə M.Mənsur küçəsi 41 nömrəli evin 1 nömrəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən əvəzsiz olaraq şəxsi mülkiyyət kimi iddiaçıya verilmişdir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış, daha sonra i sə xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2020ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir
2. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 21(112)-5418/2022 nömrəli qərarı ilə İddiaçı ilə ünvan 3, 194 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
3. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 200 nömrəli sərəncamı ilə Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 194 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır.
4. İddiaçı cavabdehə müraciət edərək, ünvan 3, 194 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq o na bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş sözügedən mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 200 nömrəli sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Həmçinin Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 41 saylı evin, 1 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.1995-ci il tarixdə iddiaçının adına qeydiyyata alındığı müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilm əsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verd iyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi: mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin – mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparıl araq buna dair ona çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan 3, 194 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılması barədə xx.xx.2022-ci il tarixli, 200 nömrəli sərəncam verilmiş və icra üçün ərazi MKİS-ə göndərilmişdir. xx.xx.2022-ci il tarixində iddiaçı ilə 19 saylı MKİS arasında kirayə müqaviləsi bağlanmışdır. İddiaçı həmin mənzildə artıq 20 ildən çoxdur ki, yaşayır. Həmin mənzilin kirayə haqları, kommunal ödənişləri onun tərəfindən ödənilmişdir və ödənilir. İddiaçı həmin mənzil üzərində hüququnun qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh imtinasının əsası kimi həmin mənzilə dair sərəncamın xx.xx.2022-ci il tarixində verildiyini, həmçinin həmin sərəncamın məhkəmə aktı əsasında və inzibati orqanın üzərinə məcburiedici öhdəlik qoyulması qaydasında qəbul edildiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci tarixli qərarından görünür ki, o, uzun illər ərzində həmin mənzildə yaşamış, mənzillə bağlı faktiki hüquq münasibətində olmuş, mənzil və kommunal haqlarını ödəmişdir, yəni mənzilin faktiki sahibi və istifadəçisi olmuş və bu münasibətlər 2009-cu ildən əvvəl yaranmışdır. Bu səbəbdən sərəncamın tarixinə deyil, məhkəmə aktına və bu aktla müəyyən edilmiş faktlara əsaslanmaq zəruri idi. Cavabdeh həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak mənzil qanunvericiliyinə əsasən xx.xx.1995-ci il tarixində onun adına reyestr qeydiyyatına alınmışdır və qanunvericiliyə əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Bu imtina səbəbi də əsaslı deyildir. Belə ki, ilkin mənzilə tək onun özünün deyil, burada qeydiyyatda olan bütün ailə üzvlərinin ortaq hüququ olub. Bu hüququn qeydiyyatı təkcə onun adına olsa da, bütün ailə üzvlərinin özəlləşdirmədə hüquqları olub. Həm də həmin mə nzili onlar hələ müstəqillik əldə edilməmişdən öncə ailəlikcə əldə etmişlər. Yəni ilkin mənzil tək iddiaçının deyil, ailəsinin ortaq mənzili olub. Hazırkı mənzil isə tam şəkildə iddiaçıya aid bir mənzilin özəlləşdirilməsidir, qanunun qəbulundan sonra onun özünün əldə etdiyi yaşayış sahəsidir. Bundan əlavə, 1992-ci ildə qanun qəbul ediləndə iddiaçı ailə üzvləri ilə birlikdə artıq mənzil sahibi idi. Ona görə də qanunun həmin maddəsi 1-ci mənzilə tətbiq oluna bilməz. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsi həmin qanundan sonra mənzil əldə edib özəlləşdirmək istəyənlərə aiddir. Göstərilənlərdən görünür ki, iddiaçı hazırkı mənzillə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 2009-cu il oktyab rın 1-dək artıq qanuni əsaslarla (məhkəmə aktına əsasən) hüquq əldə etdiyi üçün onun mənzili özəlləşdirmək hüququ vardır. Qüvvədə olan məhkəmə aktı ilə də sübut olunur ki, mənzil hüquq münasibəti yeni deyildir, illər öncəyə əsaslanır.
8. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 03 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11128/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı artıq bir dəfə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci və 7-ci maddələri ilə ona verilmiş hüququndan (dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək) istifadə etdiyi üçün, onun hazırda mübahisələndirilən mənzili əvəzsiz özəlləşdirmək hüququ istisna olunur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin ünvan 3 ünvanında yerləşən 194 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamı iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Mehriban Qarayeva və Rəşid Səm ədov) 07 avqust 2024-cü il tarixli, 2-1(103)-994/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəll əşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə
7. Dövlət və yaxud ictimai mənzil fondu mənzi llərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. 19. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Maddə 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Maddə 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəy ə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəs ilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin q ərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan za man prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətin in dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 200 nömrəli sərəncamına əsasən barəsində onunla sosial kirayə müqaviləsi bağlanılmış ünvan 3, 194 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına, başqa sözlə həmin mənzilin özəlləşdirilməsinə nail olmaqdan ibarətdir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, sözügedən mənzil Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 200 nömrəli sərəncamına əsasən iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanılmaqla onun sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı isə həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını, başqa sözlə həmin mənzilin özəlləşdirilməsini xahiş edir. Lakin bu qərarın 19-cu bəndində istinad edilən normaya görə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunu Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən (xx.xx.2009-cu il tarix dən) sonra vətəndaşlara həmin Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.
31. Həmçinin qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli Qanunun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İstinad olunan normanın mahiyyətinə görə, ilkin mənzilə münasibətdə özəlləşdirmə hüququ kirayəçi qismində yalnız iddiaçıya deyil, həm də müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinə də məxsus olmuşdur. Bu mənada ilkin mənzilin özəlləşdirilməsi hüququnun həm ona, həm də onunla yaşayan ailə üzvlərinə aid olması, həmin mənzilin iddiaçının adına özəlləşdirilməsi və bunun üzərindən iddiaçının özəlləşdirmə hüququndan artıq bir dəfə istifadə etməsi faktını təkzib etmir. Odur ki, iddiaçının kassasiya şikayətinin bununla bağlı dəlilləri də əsassız sayılmalıdır.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(103)-994/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.