Məhkəmə qərarları › İş №2-1(102)-1931/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1931/2025

25.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1931/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2015-ci il tarixində təyin edilmiş (əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etmiş ana kimi) yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 25 fevral tarixli, 2-1(107)189/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2015-ci il tarixindən (əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etmiş ana kimi) yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2R-181540/2024 nömrəli məktubda qeyd edilmişdir ki, xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, əlilliyi təsdiq edilmiş X3 Tibbi-sosial ekspert komissiyasının müayinə aktlarından çıxarışlarda qəyyumu kimi İddiaçı yox, həyat yoldaşı X8 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən həmin dövrlər onun sığorta stajına hesablanmamışdır. İddiaçı tərəfindən mərhum X6 qulluqetmə faktını təsdiq edəcək heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən, ona qulluqetmə faktının təsdiq olunması ilə bağlı məhkəmə qərarı təqdim edildikdən sonra müraciətinə yenidən baxılacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “əlilliyi müəyyən edilmiş 19 fevral 1983-cü il təvəllüdlü X10 və 12 iyul 1984-cü il təvəllüdlü X4 qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2015-ci il tarixində təyin edilmiş (əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etmiş ana kimi) yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X8 ilə 1982-ci il tarixində rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan 19 fevral 1983-cü il təvəllüdlü X10, 12 iyul 1984-cü il təvəllüdlü X9, 01 sentyabr 1994-cü il təvəllüdlü X7 və 11 iyul 2000-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Onlardan 19 fevral 1983-cü il təvəllüdlü X10, 12 iyul 1984-cü il təvəllüdlü X9, 01 sentyabr 1994-cü il təvəllüdlü X7 ölmüşdür. Yalnız sonuncu uşağı X5 qalmışdır. X1 və X2 xəstə olmaqla yataq xəstəsi (iflic) olmuşlar. Belə ki, X10 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İddiaçı bildirir ki, Fizuli və İzzət fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan və əri Mirteymu r işlədiyindən uşaqlara o baxıb qulluq etmişdir. 2015-ci il tarixdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsinə görə sosial sığorta stajı nəzərə alınmaqla ona pensiya verilmişdir. Lakin sonradan cavabdeh tərəfindən iddiaçıya verilən pensiya dayandırılmışdır. Bunu araşdıran zaman məlum olmuşdur ki, Tibbi-Sosial Ekspert komissiyasının müayinə aktına əsasən uşaqların qəyyumu atası qeyd edilmişdir. Halbuki, X8 özü də etiraf edə bilər ki, uşaqlara məhz o baxıb qulluq etmişdir. İddiaçı yenidən təqaüd verilməsini tələb etsə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina verilmişdir. Cavabdehin etirazı:

7. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-R181540/2024 nömrəli məktubdan göründüyü kimi xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, əlilliyi təsdiq edilmiş X3 Tibbi-sosial ekspert komissiyasının müayinə aktlarından çıxarışlarda qəyyumu kimi İddiaçı yox, həyat yoldaşı X8 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən həmin dövrlər onun sığorta stajına hesablanmamışdır. Hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilit asiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. İddiaçı tərəfindən mərhum X6 qulluqetmə faktını təsdiq edəcək heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən, ona qulluqetmə faktının təsdiq olunması ilə bağlı məhkəmə qərarı təqdim edildikdən sonra müraciətinə yenidən baxılacağı bildirilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 2024-cü il 19 noyabr tarixli e2-1(116)-3113/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkəti qanunsuz hesab edilərək, ona təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi dəlil iddiaçının ərinin uşaqların qəyyumu olması ilə bağlıdır. Həmin halın özünün araşdırılması ilə bağlı məhkəmənin sorğusuna əsasən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan görünür ki, iddiaçının anadangəlmə əlilliyi olan üç övladı doğulmuş və hazırda həmin uşaqlar vəfat etmişdir. Burada iddiaçının həmin övladların hər birinin, o cümlədən 1983-2012-ci illərdə yaşamı ş İzzətin qayğısına qalmış olmasının hər hansı digər sübuta ehtiyacı mövcud deyildir. Bu halın əksini sübut etmək üçün isə cavabdehin nəinki tutarlı, ümumiyyətlə hər hansı arqumenti mövcud deyildir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılmasına dair hər hansı inzibati icraat aparmamaqla bərabər istinad etdiyi halı da sübuta yetirə bilməmişdir. Buna görə də cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılmasına dair hərəkətləri qanunsuz olduğundan pensiyasının dayandırıldığı tarixdən bərpa etdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (sədrlik edən və məruzəçi X17, hakimlər X13 və X18) 2025-ci il 25 fevral tarixli, 2-1(107)-189/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli, e-2-1(116)-3113/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi iddiaçının övladı mərhum İ.Rasulovla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon həkim-əmək ekspert komissiyasının xx.xx.1997-ci il tarixli müayinə aktında onun qə yyumu qismində İddiaçı deyil, X8 qeyd olunmuşdur. İddiaçı tərəfindən mərhum X6 qulluqetmə faktını təsdiq edəcək heç bir sənəd təqdim olunmamışdır. İddiaçının anadangəlmə əlilliyi olan üç övladı doğulmuş və hazırda həmin uşaqlar vəfat etmişdir. Burada iddiaçının həmin övladların hər birinin, o cümlədən 1983-2012-ci illərdə yaşamış İzzətin qayğısına qalmış olmasının hər hansı digər sübuta ehtiyacı mövcud deyildir. Bu halın əksini sübut etmək üçün isə cavabdehin nəinki tutarlı, ümumiyyətlə hər hansı arqumenti mövcud deyildir. İnzibati icraat haqqında qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudlu ğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

13. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks t əqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

14. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmiş dir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 543 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də, xx.xx.1983-cü il təvəllüdlü övladı İzzət Rəsulova 8 yaşınadək baxması və onu tərbiyə etməsi qeyd olunmuşdur. Sözügedən arayış iddiaçının həqiqətən uşağına qulluq etməsi faktını birbaşa təsdiq edir.

15. Həmçinin Tibbi-sosial ekspertiza komissiyanın müayinə aktlarından çıxarışda iddiaçının övladı İzzət Rəsulovun qəyyumu kimi uşağın atası Mirteymur Rəsulovun adının qeyd olunması onun uşağa qulluq etməsi faktını təsdiq etmir. Atanın həmin qrafada qeyd olunması uşağın müayinəyə aparılıb gətirilmə səbəbindən də qeyd oluna bilərdi. Həmin müayinə aktı tədqiq edildikdə gör ünür ki, həmin akt şablon xarakterli tərtib edilmişdir. Aktda mübahisələndirilən qrafada “valideynlərin, qəyyumun familiyası, a., s.” qeyd edilmiş, qarşısı isə əlyazma ilə doldurulmuşdur. Həmin hissədə isə uşağın atasının adı “Rəsulov Mirteymur” qeyd edilmişdir. Uşağın atası da onun valideyni olduğundan atanın adının həmin hissədə yazılması uşağa qulluq edən şəxs kimi başa düşülməməlidir. Atanın adının həmin müayinə aktında qeyd edilməsi övladına münasibətdə valideynlik vəzifəsini həyata keçirən şəxs kimi başa düşülməklə gündəlik ehtiyacların təmin olunması və ona qulluq edilməsi faktını istisna edir. ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının pensiyanın təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən fakt iki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri mahiyətcə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikd ir. Maddə

71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyası hüququ olan şəxslər 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibat i orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə

28. İnzibati ic raatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmü ş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzə rdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı h allarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdı rmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə uşağa qulluq etmə faktı ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Əlavə olaraq Kollegiya qeyd edir ki, iş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 543 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də, xx.xx.1983-cü il təvəllüdlü övladı İzzət Rəsulova 8 yaşınadək baxması və onu tərbiyə etməsi qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, sözügedən arayış iddiaçının həqiqətən uşağına qulluq etməsi faktını təsdiq edir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstəri lənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 25 fevral tarixli, 21(107)-189/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar