Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1938/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşmüş daşınmaz əmlakla bağlı kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2- 1(105)89/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0946 ha torpaq sahəsinə (məqsədli istifadə növü: sahibkarlıq) xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2930 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində 2014-cü ildə tikinti altına düşmüşdür.
3. İddiaçının yolun tikintisi altına düşmüş həmin torpaq sahəsinə görə ona kompensasiya ödənilməsi barədə müraciətinə cavabdehin xx.xx.2014-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” ilə əlaqədar Abşeron rayonu ərazisində yolun tikintisi altına düşən maneələrin hər biri üçün (torpaq sahələri, hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış obyektləri) Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən kadastr planı və onlardan çıxarış sənədləri hazırlandıqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən yerində baxış keçirilərək 946 kv.m torpaq sahəsinə dəyən ziyan 28380 manat məbləğində qiymətləndirilmiş və vəsait xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Rabitə filialına köçürülmüşdür.
4. İddiaçı bu məbləğlə razılaşmadığından qeyd edilən vəsaiti həmin vaxt qəbul etməkdən imtina etmişdir. 5. xx.xx.2023-cü il tarixdə müstəqil qiymətləndirici ilə iddiaçı arasında razılaşma protokolu tərtib edilərək, sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə müəyyən edilmiş 20 faiz miqdarında satınalma qiymətinə əlavə ilə birlikdə qiymətləndirildiyi 28380 manat kompensasiya məbləği həmin tarixdə iddiaçıya ödənilmişdir.
6. İddiaçı ona ödənilmiş kompensasiyanın məbləği ilə razılaşmamış və cavabdehə müraciət edərək, sözügedən torpaq sahəsinə görə kompensasiyanın bazar qiymətinə uyğun, ədalət prinsipinə əsaslanmaqla, yenidən hesablanıb ödənilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildi rmiş və imtinasını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus 0,0946 ha torpaq sahəsi bütövlükdə yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə 28380 manat kompensasiya "xxxx" ASC-nin Gənclik filialından ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi (Masazır duz gölünün yanı – yolun kənarı, Masazır kəndinə gedən istiqamətdə) ərazisində yerləşən, mül kiyyətində ümumi sahəsi 0,0946 ha, məqsədli istifadəsi sahibkarlıq olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 133305 manat (111088 manat əsas + 22217 manat 20 faiz əlavə) məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan 0,0946 ha torpaq sahəsi cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi aparılan əraziyə düşmüşdür. Bununla əlaqədar cavabdeh tərəfindən həmin torpaq sahəsinə dəyən ziyanın 28380 manat məbləğində qiymətləndirilməsi və X4 filialına köçürüldüyü barədə məlumat verilmişdir. İddiaçı da qeyd edilən qiymətlə razılaşmayaraq həmin vaxt kompensasiya məblə ğini götürməkdən imtina etmişdir. Bir müddət sözügedən yolun tikintisi ləngisə də, hazırda işlər davam etdirilməyə başlamışdır. Bu məqsədlə artıq "xxxx" ASC tərəfindən torpaq sahəsindən boru xətləri keçirilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə torpaq sahəsinin zəbtdən azad edilərək boşaldılmasına dair rəsmi ərizə ilə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin dəvət etdiyi müstəqil qiymətləndirici ilə onun arasında razılaşma protokolu imzalanaraq ona 28380 manat məbləğində dəymiş ziyana görə vəsait təqdim edilmiş, iddiaçı ödənilmiş məbləğdən narazı olduğunu bildirmiş və bununla bağlı məhkəməyə müraciət edəcəyinə dair qeyd yazmışdır. Həmçinin torpaq sahəsinin dəyəri barədə internet resursları üzərindən apardığı araşdırmalara görə hal-hazır da həmin ərazidə yerləşən torpaq sahələrinin bir sotunun bazar qiyməti 20000 manatdır. Göründüyü kimi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0946 ha torpaq sahəsinə dəymiş ziyan cavabdeh tərəfindən düzgün hesablanmamış, real bazar qiymətindən çox-çox aşağı qiymət tətbiq edilmişdir.
10. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,0946 ha torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ərazisinə düşməsi və torpağın cavabdeh tərəfindən dövlət ehtiyacları məqsədilə alınması tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir. Müəyyən olunur ki, iddiaçıya və onunla yanaşı bütün mü lkiyyətçilərə məxsus tikinti altına düşən torpaqların və tikililərin qiymətləndirilməsi cavabdehin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adına "xxxx" ASC-də bank hesabına köçürülmüşdür. Bundan əlavə, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sifarişi ilə "xxxx" MMC-nin hesabatına əsasən qiymətləndirilmişdir. Qiymətləndirmə sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə əsasında aparılmaqla, bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə obyektə və onun sahibinə dair məlumatlar, o cümlədən, foto-şəkillərdən və müxtəlif elmi metodlardan istifadə olunur. Yekunda müstəqil ekspert, ümumilikdə, təyin etdiyi sahənin qiyməti, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20 faiz miqdarında hesablanmış əlavə ilə 28380 manat məbləğində olmuşdur. Göstərənlərə əsasən hesab edir ki, dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin qiyməti qanuna əsasən istənilən qiymətləndirici tərəfindən deyil, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanaraq, iddiaçıya tam ödənilmiş və bununla belə hüququnun pozulması müəyyən olunmamışdır.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 01 avqust 2024cü il tarixli, 2-1(118)-838/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi (Masazır duz gölünün yanı – yolun kənarı, Masazır kəndinə gedən istiqamətdə) ərazisində yerləşən 0,0946 ha, məqsədli istifadəsi sahibkar lıq olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 133305 manat (111088 manat əsas + 22217 manat 20% əlavə) məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən üçünü seçməklə, o cümlədən, 4Ə-578 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazidə 0,033 ha torpaq sahəsi 84700 manata, 4Ə-577 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,031 ha torpaq sahəsi 30000 manata, 4Ə-93 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,045 ha torpaq sahəsi 40000 manata satılmış, alqı-satqı müqa vilələri üzrə torpaq sahəsinin bir sotunun qiyməti 25666 manat, 9677 manat, 8888 manat olmaqla, 1 sotun orta qiyməti təqribən 14743 manatdan çox edir (25666+9677+8888=44231:3=14743). Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin hər sotuna görə 3000 manat kompensasiya ödənilmişdir (14743-3000=11743 manat x 9.46 sot = 111.088 manat). Ona görə də məhkəmə iddiaçıya ödənilmiş kompensasiya məbləğini araşdırma nəticəsində müəyyən olunmuş torpaq sahəsinin hər sotundan çıxmaqla hesablanma aparması və müvafiq kompensasiyanın iddiaçıya ödənilməsi qənaətinə gəlir. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 111088 manat + 22217 manat (111088 x 20% = 22.217) = 133305 manat təşkil edir.
13. Cavabdeh apellyasiya şika yəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Toğrul Axundov və Vahid Hacıyev) 19 fevral 2025-ci il tarixli, 2-1(105)-89/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin 2014-cü ildə dövlət ehtiyacları üçün geri alınmasına baxmayaraq, birinci instansiya məhkəməsi torpağın bazar qiymətini həmin ildə bağlanmış alqı-satqı müqavilələri əsasında deyil, 2019-2022-ci il tarixli müqavilələ r əsasında müəyyən etmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi Abşeron rayon Saray qəsəbəsində yerləşsə də, birinci instansiya məhkəməsi Abşeron rayon Masazır kəndində yerləşən torpaq sahələrinin alqı-satqı qiymətlərini əsas götürmüşdür. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilən 2014-cü il tarixli alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayon Saray qəsəbəsində 2014-cü il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 27,4 manat, 13,33 manat, 12,5 manat, 10,0 manat, 9,0 manat, 9,82 manat, 8,57 manat və 8,33 manat olmuşdur. İstinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağı n 3 ən yüksək qiymətinə 27,4, 13,33 və 12,5 manat aid edildiyindən, onların orta göstəricisi (27,4+13,33+12,5)/3=17,74 manat) 17,74 manat edir. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində məhz iddiaçının hazırda mübahisələndirilən torpaq sahəsi müstəqil qiymətləndirici tərəfindən sahənin bazar qiymətinin 20%-i miqdarında əlavə nəzərə alınmaqla, torpaq sahəsinin 1 kv.m üçün 30 manat məbləğində qiymətləndirilmiş və sözügedən 0,0946 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması müqabilində ona 28380 manat məbləğində kompensasiya ödənilmişdir. Buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır.
16. İddiaçı kassasiya şikayə ti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri ilə təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bil ər.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qo runan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanu ni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki v ə ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 21. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.6. alan orq an alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpa q bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsind ə zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə
74. Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. 22. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ek spert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəl ləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icra at qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİN İN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarını n tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişd ir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 33. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə, siyahıya alınma tarixi – bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qala n şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri onun geri alındığı tarixə deyil, siyahıya alınma tarixinə mövcud olan qiymət əsasında müəyyən olunmalıdır. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda isə, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.
35. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamış, torpaq sahəsinin alınmaya məruz qaldığı 2014-cü ildə mövcud olan bazar qiyməti araşdırılmış və Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən göndərilən 2014-cü il tarixli alqı-satqı müqavi lələrinə əsasən 1 kv.m torpağın orta göstəricisi 17,74 manat müəyyən edilmişdir. İşin hallarından isə görünür ki, sözügedən torpaq sahəsi müstəqil qiymətləndirici tərəfindən sahənin bazar qiymətinin 20%-i miqdarında əlavə nəzərə alınmaqla, torpaq sahəsinin 1 kv.m-i üçün 30 manat məbləğində qiymətləndirilmiş və 0,0946 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması müqabilində iddiaçıya 28380 manat məbləğində kompensasiya ödənilmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğ (1 kv.m üçün 20% əlavə ilə birlikdə 30 manat) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə uyğun olaraq alqı-satqı müqavilələri əsasında müəyyən edilmiş bazar qiymətindən (17,74 manat) aşağı olmamışdır. Buna görə də iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz.
37. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(105)-89/2025 nömrəli