Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1941/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxs təsisçisi və direktoru olması barədə qeydin reyestrdən çıxarılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “hüquqi şəxslərin dövlət reyestrində müəssisənin təsisçi və direktoru olması barədə qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1537/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2.11.2007-ci il tarixli hüquqi şəxsin nizamnamə kapitalındakı payının hüquq və vəzifələrinin alqı-satqı müqaviləsi ilə İddiaçı Kəmaləddin oğlunun "xxxx" Kiçik Müəssisəsindəki nizamnamə kapitalındakı pay haqqı, hüquq və vəzifələri bütünlükdə 300 manat müqabilində X1.
2. İddiaçı “hüquqi şəxslərin dövlət reyestrində müəssisənin təsisçi və direktoru olmas ı barədə qeydin ləğv edilməsi” ilə bağlı vergi orqanına müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, müəssisənin təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş surəti, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), yeni təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Mi lli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 3.6.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə, Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri 19 saylı Notariat Kontorunda 3M-4/597 saylı reyestrlə qeydə alınmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən hüquqi şəxslərin dövlət reyestrində İddiaçı "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olması barədə qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsində göstərmişdir ki, Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" kiçik müəssisəsinin nizamnamə kapitalındakı pay haqqını, hüquq və vəzifələrini üçüncü şəxsə satmışdır. Bunun əsasında iddiaçı hazırda onun hüquqi şəxslərin dövlət reyestrində "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olması barədə qeydin silinməsini cavabdehdən xahiş etmiş, lakin sonuncu sənədlərin təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacağını bildirmişdir. Cavabdeh inzibati orqanın həmin məktubunu əsassız hesab edir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir.
6. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3-cü şəxs qismində cəlb edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin isə iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi ilə əvəz edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qəra ra alınmışdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır
9. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 24 dekabr 2021-ci il tarixli, 21(112)-7180/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri 19 saylı Notariat Kontorunda 3M-4/597 saylı reyestrlə qeydə alınmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən hüquqi şəxslərin dövlət reyestrində İddiaçı "xxxx" kiçik müəssisəsinin təsisçisi və direktoru olması barədə qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qanunla müəyyən edilməmişdir. Çünki bu sənədlərin təqdim olunması iddiaçının imkanları xaricində ola bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Həmin Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız bu hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur.
11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7180/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, məhkəmənin 2-1(112)-7180/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasə n X2 işə 3-cü şəxs qismində cəlb edilmələri ləğv edilmişdir. 13.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1537/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova-sədrlik edən, M.N.Tağızadə və İ.S.Şirinov) Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi qə rarında qeyd etmişdir ki, iddiaçının yeni təsisçinin qərarını və şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qanunla müəyyən edilməmişdir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə asasan isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Hüquqi şəxsin təsisçiləri barədə məlumatın nizamnaməsində öz əksini tapdığını, hüquqi şəxsin payın alqı-satqı müqaviləsinin təsisçilərinin dəyişməsi üçün əsas olduğunu nəzərə alaraq, alqı-satqı müqaviləsinin əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş sürəti, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), yeni təsisçi hüquqi şəxsin dövlət qeydiyyati haqqinda şəhadətnaməsinin və nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti Kommersiya hüquqi şəxsin dövlət qeydiyyati haqqinda ərizəsinə əlavə edilməklə təqdim edildiyi halda müvafiq dəyişikliyin aparılmasi mümkündür. Əks halda qanunvericiliklə Dövlət Vergi Xidmətinin öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi nəzərdə tutulmamışdır.
17. Bundan başqa cavabdeh qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən xx.xx.2007-ci il tarixli müqavilə ilə bağlı Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatina alınmasından imtina edirsə, onda q eydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. xx.xx.2007-ci il tarixli müqavilə (əqd) üzrə hüquqi şəxslərin dövlət qeydiyyati idarəsi əqdin tərəfi olmadığı üçün məhkəmə prosesində cavabdeh kimi müəyyən edilməməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Hüquqi şəxsin dövlət qeydiyyatı və reyestri haqqında” Qanun. Maddə 9.Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata al ınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda e dilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respubli kasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə e dilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra haki miyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya in stansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədi.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halla rı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi şəxslərin dövlət reyest ri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. 30. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir.
31. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı artıq "xxxx" kiçik müəssisəsinin payçısı deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. 32. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tənzimləyən 9-cu maddəsinin tələb etdiyi kimi, iddiaçı özünə münasibətdə “ərizədə baş vermiş dəyişikliyi” göstərmiş və “həmin dəyişikliyi təsdiq edən sənədləri” təqdim etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iş in hazırkı halında iddiaçının yeni təsisçinin qərarını, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surətini və yeni təsisçi ilə bağlı hər hansı sənədi təqdim etmək vəzifəsi olmamışdır. 34. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız həmin hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. İddiaçıya münasibətdə imtina üçün qanunda nəzərdə tutulan hallar mövcud olmamışdır.
42. Odur ki, cavabdehin şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası yuxarıda gö stərilənlərə əsasən QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1537/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxıanılsın. Qərar qətidir.