Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1942/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəxsi hesabda bərpa edilən vergi borcunun silinməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “vergi məbləğinin azaldılması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-262/2021 saylı, 1 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Vergilərin hesablanması barədə” 5 iyun 2015-ci il tarixli qərarı ilə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 2013-cü il üçün 17423,47 manat gəlir vergisi hesablanmışdır.
2. İddiaçıya məxsus şəxsi hesab vərəqəsinin çıxarışından müəyyən olunur ki, vergi ödəyicisi iddiaçı 04.05.2018-ci il tarixə ödəmə tarixi 31.03.2015-ci il üzrə fizik i şəxsin gəlir vergisi 17.434,52 manat hesablanmışdır. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/2015 saylı 07.09.2015-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı vergilərin hesablanması barədə 05.06.2015-ci il tarixli **********363300 və **********368800 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-283/2016 saylı 4 mart 2016-cı il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/2015 saylı 07.09.2015-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının iddiası təmin olunmamış, qərar qanuni qüvvəyə minmişdir.
4. Sonradan Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 4 mart 2016-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 28 sentyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 04.05.2018-ci il tarixdə heç bir hüqu qi əsas olmadan iddiaçının şəxsi hesab vərəqəsində 17.434.52 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə əlaqədar hər hansı qərar və yaxud inzibati akt olmadığı üçün, eyni zamanda vergi orqanının hərəkəti əsassız və qanuna zidd olduğu üçün ləğv olunmalıdır. Vergi Məcəlləsinin 83-cü maddəsində vergi orqanı tərəfindən vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata, ödəmələr haqqında məlumata və vergi yoxlaması materiallarına əsasən vergilərin hesablanması hüququ tanınmışdır. Hesablanmış vergi məbləğinin hansı qanunvericilik normasına uyğun olaraq həyata keçirilməsi əsaslandırılmamışdır. Əgər kameral yoxlama nəticəsində hesablanıbsa vergilərin hesablanması barədə qərar olmadığından kameral yoxlanılan bəyannamənin növü, hesabat dövrünü özündə əks etdirən və Vergi M əcəlləsinin 37.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilməlidir. Lakin belə bir qərar mövcud deyil. Əgər səyyar vergi yoxlaması nəticəsində hesablanıbsa yoxlama aktı və məsuliyyətə cəlb etmə barədə qərar olmalı olduğu halda həmin qərar mövcud olmamışdır. Digər tərəfdən Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Lakin vergi məbləğinin hesablanması barədə vergi ödəyicisinə hər hansı rəsmi məlumat verilmədən şəxsi hesab vərəqəsində vergi məbləğinin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
7. Cavabdeh iddia qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, hazırkı məsələ iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Belə ki, vergi orqanı tərəfindən 2014-cü ilin gəlir vergisi üzrə iddiaçıya 17434,52 manat məbləğinin hesablanmasına əsas olmuş “Vergilərin hesablanması barədə” 05.06.2016-cı il tarixli qərar məhkəmə qərarları ilə qanuni hesab edilmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/15 saylı 07.09.2015-ci il tarixli qərarı ilə iddiaçının “Vergilərin hesablanması barədə” 05.06.2016-cı il tarixli qərarın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. Həmi n qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-283/16 saylı 04.03.2016-cı il tarixli qərarı ilə təmin edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin iş üzrə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini almış və qanuna müvafiq qaydada icra olunmuşdur. Uçot baza məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində ümumi dövriyyə 2014-cü il üzrə 87172,59 manat göstərilmiş və 2014-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişd ir. Müəyyən edilən kənarlaşmalar barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müəyyən edilmiş kənarlaşmalar barədə əsaslandırılmış izahat təqdim edilmədiyindən gəlir vergisi bəyannaməsi üzrə 2014-cü il üçün 17434,52 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergilər barədə vergi ödəyicisinə 05.06.2015-ci il tarixli vergilərin hesablanması barədə qərar göndərilmişdir. İddiaçının əvvəlki tələbinə məhkəmədə baxılan dövrdə onun tərəfindən 01.12.2017-ci il tarixdə vergi orqanına 2014-cü ilin cari (0 manat məbləğində) “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. Sözügedən 17434,52 manat məbləğin azalmasına əsas vergi ödəyicisi tərəfindən təqdim edi lmiş bəyannamə olmuş, vergi orqanı tərəfindən heç bir azalma aparılmamışdır. Qeyd olunan dövr məhkəmədə mübahisələndirildiyi üçün və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından həmin dövr üzrə vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsində yenidən hesablama aparılmamışdır. Buna görə də “Vergilərin hesablanması barədə 05.06.2016-cı il tarixli qərar ləğv edilməmiş və qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş 2014-cü il üzrə 17434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanı bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Həmin Məcəllənin 24.01-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 1 may 2019-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-ci il tarixli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 yanvar 2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərar dadı ləğv edilərək inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-3270/2020 saylı iş) 1 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əvvəllər mübahisələndirdiyi “Vergilərin hesablanması barədə” 05.06.2016-cı il tarixli qərarı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/15 saylı 07.09.2015-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 283/16 saylı 04.03.2016-cı il tarixli qərarı ilə təmin edilərək iddia tələbi rədd edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən 2014-cü il üzrə 17434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Yəni həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. İşin halına görə məhkəmə aktının icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan cavabdeh onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində əməliyyat aparmışdır. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb etsə də, bu tələbin əsasları inzibati məhkəmə icraatı qaydasında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılaraq məhkəmə iddiaçının dəlillərinin əsassız olduğu qənaətinə gəlir.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X3 və X2, 2-1(103)-262/2021 saylı iş) 1 iyul 2 021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. İddiaçı 27 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 23 avqust 2021-ci il tarixdə qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
14. Cavabdeh inzibati orqan 05.06.2015-ci il tarixdə “Vergilərin hesablanması barədə” **********363300 və **********368800 saylı qərar qəbul etmiş və bu qərarlar əsasında Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən 2013 və 2014-cü ilin gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün vergi hesablanmışdır. Həmin qəra rlar məhkəmədə mübahisələndirilmiş və iddia təmin edilməmişdir. Bundan sonra 2017-ci ilin 01 dekabr tarixində tərəfimdən cari gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim olunmuşdur. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.9-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildiyi üçün hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanaraq 2015-ci ildə hesablanmış 17.434,52 manat gəlir vergisi məbləği şəxsi hesab vərəqəsində azaldılmışdır. 6 təqvim ayı keçdikdən sonra cavabdeh vergi orqanı heç bir inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində vergi məbləği hesablayaraq üzərimə vergi öhdəliyi qoymuşdur.
15. Eyni zamanda işə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.10.2019-cu il tarixli 2-1( 102)-2650/2019 saylı qərarının və Bakı Apellyasiya Məhkəməsinin 15.01.2020-ci il tarixli 2-1(103)-166/2020 saylı qərardadının əsaslandırıcı hissəsində qeyd olunarlar nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.10.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Cavabdehin 04.05.2018-ci il tarixdəki hərəkəti əvvəllər məhkəmə mübahisəsinin predmeti olmamışdır. Cavabdehin 04.05.2018-ci il tarixdəki hərəkəti qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra bas verdiyindən və həmin hərəkət əvvəllər məhkəmə mübahisəsinin predmeti olmadığından iddianı mümkün saymamaqla apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 15.01.2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “cavabdehin 04.05.2018-ci il tarixli hərəkəti ilə id diaçı üçün əlverişsiz vəziyyət yaranmışdır. Beləliklə müəyyən olunur ki, cavabdehin 04.05.2018ci il tarixdəki hərəkəti qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra baş verməklə həmin hərəkət əvvəllər məhkəmə mübahisəsinin predmeti olmamışdır.“
16. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair qərardadının əsaslandırıcı hissəsinin 61-ci yarımbəndində qeyd olunmuşdur ki, “Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 1.Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəala rı inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər nö v hakimiyyət tədbiridir; (-). Maddə
3. Qanunun tətbiq dairəsi (-). 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. 19. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun: Maddə
1. Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borc ları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Maddə
2. Vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının tənzimlənməsi 2.1. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. 2.2. Bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir: 2.2.1. ve rgi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; 2.2.2. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar – fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; 2.2.3. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Maddə
3. Yekun müddəa Bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcb uri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir. Maddə
4. Qanunun qüvvəyə minməsi Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir. 20. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 13 avqust 2020-ci il tarixli 02 nömrəli qərardadı: “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ № -li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul olunması tələb olunmur.
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayə tinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. İddiaçının kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməs inin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
25. Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” 5 iyun 2015ci il tarixli qərarı ilə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçı 2013-cü il üçün 17.423,47 manat gəlir vergisi hesablanmışdır. İddiaçı cavabdehin qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilsə də, sonradan yuxarı məhkəmə tərəfindən iddianın rədd olunm ası barədə qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir.
26. İddiaçıya məxsus şəxsi hesab vərəqəsinin çıxarışından müəyyən olunur ki, vergi ödəyicisi 04.05.2018-ci il tarixə ödəmə tarixi 31.03.2015-ci il üzrə iddiaçının gəlir vergisini 17.434,52 manat hesablanmışdır.
27. İddiaçının əvvəllər mübahisələndirdiyi “Vergilərin hesablanması barədə” 05.06.2016-cı il tarixli qərarı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/15 saylı 07.09.2015-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş, sonradan iddianın rədd olunması barədə məhkəmə qərarı qanuni qüvvəyə minmiş, bundan sonra cavabdeh tərəfindən 17.434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Yəni həmin məqam adək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. İşin halına görə məhkəmə aktının icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan cavabdeh onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində əməliyyat aparmışdır. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələ b etsə də, bu tələbin əsasları inzibati məhkəmə icraatı qaydasında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılaraq məhkəmə iddiaçının dəlillərinin əsassız olduğu qənaətinə gəlir.
28. İddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində ümumi dövriyyə 2014-cü il üzrə 87.172,59 manat göstərilmiş və 2014-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Müəyyən edilən kənarlaşmalar barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müəyyən edilmiş kənarlaşmalar barədə əsaslandırılmış izahat təqdim edilmədiyindən gəlir vergisi bəyannaməsi üzrə 2014-cü il üçün 17.434,52 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış v ergilər barədə vergi ödəyicisinə 05.06.2015-ci il tarixli vergilərin hesablanması barədə qərar göndərilmişdir. İddiaçının əvvəlki tələbinə məhkəmədə baxılan dövrdə onun tərəfindən 01.12.2017-ci il tarixdə vergi orqanına 2014cü ilin cari (0 manat məbləğində) “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. Sözügedən 17.434,52 manat məbləğin azalmasına əsas vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə olmuş, vergi orqanı tərəfindən heç bir azalma aparılmamışdır. Qeyd olunan dövr məhkəmədə mübahisələndirildiyi üçün və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından həmin dövr üzrə vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsində yenidən hesablama aparılmamışdır.
29. Azalma verilmiş 2014-cü il üzrə 17.434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmi şdir. İddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş, iddiaçıya əsassız olaraq hər hansı vergi məbləği hesablanmamış və ya əlavə vergi öhdəliyi yaranmamışdır.
30. Yuxarıda bəhs edilən hüquq normalarına görə işin hazırkı vəziyyətində vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul olunması tələb olunmadığından cavabdeh hüquq qanun pozuntusuna yol verməmişdir.
31. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası şərh edilənləri v ə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-262/2021 saylı, 1 iyul 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.