Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1945/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: 41RUDBK) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” təl əbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2023-cü il tarixli, 2-1(103)-845/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. 01.01.1974-cü il tarixli, 72 nömrəli kolxozçunun əmək kitabçasına əsasən, iddiaçı 1973-cü ildə 61 adam günü (müəyyən edilmiş əmək günlərinin minimumu 180 gün), 1974-cü ildə isə 120 adam günü (müəyyən edilmiş əmək günlərinin minimumu 230 gün) olmaqla Əli Bayramov adına kolxozda malabaxan işləmişdir. 3. 14.09.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddi açı 4 nömrəli "xxxx" Trestinin 46 nömrəli Tikinti İdarəsində xx.xx.1974-cü il tarixdən xx.xx.1975ci il tarixədək fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək malaçəkən, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək tikinti ustası, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iş icraçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək baş iş icraçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək rəis əvəzi, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək tikinti ustası, “İlkin” kiçik müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək baş usta, "xxxx" MTK-da xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək baş iş icraçısı, "xxxx" MTK-da xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək iş icraçısı, "xxxx" MMC-də xx.xx.20 18-ci il tarixdən xx.xx.2018-ci il tarixədək iş icraçısı vəzifələrində işləmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1993-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “İlkin” k/m-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" MTK-da işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsəd ilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış və həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 8 ay 8 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci i l tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 1 ay 22 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya hüququnun yarandığı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəl ki 3 il üçün pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya istər xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan 12 il 6 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2006-cı il tarixinədək qazanmışdır. Bu səbəbdən cavabdehin imtinası qanunsuz və əsassızdır.
8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında imtinasındakı dəlilləri təkrarlamış və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli, **********493900 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MənzilTikinti Kooperativi (VÖEN: **********) xx.xx.2003-cü il tarixdə, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN: **********) isə xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilmişdir ki, reyestrdə sözügedən hər iki hüquqi şəxsin ləğv olunması, yenidən təşkil olunması və hüquqi varisinin olması barədə məlumat aşkar edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı 4 nömrəli "xxxx" Trestinin 46 nömrəli Tikinti İda rəsində aşağıdakı peşələrdə işləmişdir: xx.xx.1974-cü ildə 1ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1975-ci ildə Sovet ordu sıralarında hərbi xidmətə çağırılmışdır. xx.xx.1977-ci ildə xidmətdən qayıtdıqdan sonra 2-ci dərəcəli; xx.xx.1978-ci ildə 3-cü dərəcəli; xx.xx.1979-cu ildə 4-cü dərəcəli; xx.xx.1981-ci ildə 5-ci dərəcəli malaçəkən ustası işləmişdir. xx.xx.1986-cı ildə tikinti ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə baş iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə rəis əvəzi təyin edilmişdir. xx.xx.1993-cü ildə tikinti ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı işlədiyi “malaçəkən ustası” peşəsində “yeni tikinti və quraşdırma işlərinin ustaları” peşəsinin funksiyalarını yerinə yetirmişdir. 1986-cı ildə peşənin adına düzəliş edilərək “tikinti ustası” kimi qeyd edilmişdir. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölməsində qeyd edilmiş ********. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə şifr 2290000b-23419 yeni tikinti və quraşdırma işlərinin ustaları və şifr 2290000b—24441 iş icraçıları vəzifələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən i ş sahələri və peşələridir. İddiaçının ümumi iş stajı 16 il 8 ay 12 gün, əmək şəraitinə görə güzəştli iş stajı isə 15 il 11 ay 22 gün təşkil edir. "xxxx" Dövlət Şirkətinin xx.xx.1995-ci il, 68 nömrəli əmri ilə 4 nömrəli Trest və onun nəzdində olan tikinti idarələri xx.xx.1995-ci il tarixindən ləğv olunmuş və onun hüquqi varisi “Bakısənayetikinti” Birliyi yaradılmışdır. Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli,137 nömrəli sərəncamı ilə “Bakısənayetikinti” Birliyi xx.xx.2001-ci il tarixindən ləğv olunmuşdur və onun hüquqi varisi "xxxx" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır. Ədliyyə Nazirliyinin xx.xx.2004-cü il tarixli, 0104-P 51-39852 nömrəli sərəncamı ilə "xxxx" Açıq Tipli Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
11. Birinc i instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********714000 nömrəli məktubunda bildirilmişdir ki, “İlkin” kiçik müəssisəsi (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə 23472 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilmişdir ki, həmin müəssisənin ləğv olunması və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 29 iyul 2022-ci il tarixli, 21(112)-1178/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi xx.xx.2021-ci ildən əvvəlki 3 il üçün ödənilm əsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi biletinə və əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1977-ci ilədək hərbi xidmət dövrü 1 il 11 ay 23 gün, əmək fəaliyyəti dövrü xx.xx.1974-xx.xx.1975-ci ilədək 4 ay 20 gün, xx.xx.1977-xx.xx.1993-cü ilədək 16 il 3 ay 24 gün, xx.xx.1993-xx.xx.2002-ci ilədək 8 il 8 ay 15 gün, xx.xx.2002-xx.xx.2003-cü ilədək 10 ay 13 gün, xx.xx.2003-xx.xx.2005-ci ilədək 2 il 6 ay 29 gün olmaqla 30 il 10 ay 4 gün təşkil edir. Eyni zamanda, kolxozda işlədiyi dövr də 10 ay 4 gün faktik müddət üzrə nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajına hesablanmalıdır. Bu şəkildə iddiaçının ümumi iş stajı 31 il 8 ay 8 gün təşkil edir.
14. Ümumən əmək qanunve riciliyinə əsasən iş stajının işə qəbul, işdən çıxma barədə tarixlər arasındakı fərqlə müəyyən edildiyini, xx.xx.2006-cı il tarixədək olan iş stajı hesablanarkən qanunla məcburi dövlət sosial sığota haqlarının ödənilməsinin məcburi şərt olmadığını, iddiaçının əmək kitabçasının, əmək kitabçasındakı həmin dövr üzrə qeydlərin səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla möhürlə təsdiq edildiyini, qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı halın müəyyən edilmədiyini, eləcə də məhkəmə sorğusu ilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsindən əldə edilmiş məlumatlara əsasən “İlkin” kiçik müəssisəsinin xx.xx.1995-ci ildə, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2000-ci ildə, "xxxx" MənzilTikinti Kooperativinin xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alındığını (məhkəmə iddiaçının həmin müəssisələrin hüquqi şəxs kimi qeydiyyatda olduğu dövrdə işlədiyini nəzərə alır) əsas götürərək hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən “İlkin” kiçik müəssisəsində xx.xx.1993-xx.xx.2002-ci il, "xxxx" MTK-da xx.xx.2002-xx.xx.2003-cü il və "xxxx" MTK-da xx.xx.2003-xx.xx.2005-ci illər onun ümumi iş stajına daxil edilməlidir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur.
15. İddiaçının əmək kitabçasında və "xxxx" ASC-nin təqdim etdiyi arayışda xx.xx.1978-ci ildə 3-cü dərəcəli; xx.xx.1979-cu ildə 4-cü dərəcəli; xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək 5-ci dərəcəli malaçəkən ustası işlədiyi peşəsi, eləcə də xx.xx.1986 -cı ildən xx.xx.1991-ci ilədək və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək işlədiyi tikinti ustası peşəsi Siyahıda 2290000b-23419 yeni tikinti və quraşdırma işlərinin ustaları peşəsinə uyğunlaşdırılmışdır. Həmçinin arayışa əsasən iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək işlədiyi iş icraçısı, baş iş icraçısı vəzifələri Siyahıda 2290000b—24441 iş icraçıları peşəsinə uyğunlaşdırılmışdır. Məhkəmə işəgötürənin arayışına əsasən, iddiaçının “malaçəkən ustası” peşəsində “yeni tikinti və quraşdırma işlərinin ustaları” peşəsinin funksiyalarını yerinə yetirdiyini, 1986-cı ildə peşənin adına düzəliş edilərək “tikinti ustası” kimi qeyd edildiyini nəzərə alaraq həmin dövrü güzəştli iş stajı kimi qəbul edir.
16. İddiaçının "xxxx" MTK-da və "xxxx" MTK-dan işlədiyi iş icraçısı vəzifəsinə uyğun o laraq güzəştli arayışın həmin müəssisələrin hazırda yerləşdikləri hüquqi ünvanda tapılmaması əsası ilə əldə etmək mümkün olmasa da məhkəmə hesab edir ki, həmin dövrlərə aid arayışın təqdim edilə bilməməsi adı çəkilən vəzifələrdə iş dövrünün güzəştli iş stajı kimi qəbul edilməsinə mane hesab olunmamalıdır. İddiaçının əmək kitabçasında qeyd edilən həmin müəssisələr adlarından da göründüyü kimi, tikinti ilə məşğul olan mənzil tikinti kooperativləridir və əmək kitabçasında işlədikləri vəzifələrin adları bilavasitə Siyahıda 2290000b—24441 iş icraçıları peşəsinin adları ilə eynidir. Məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən baş iş icraçısı dövrünü də siyahıda adıçəkilən iş icraçıları peşəsi kimi qəbul edir. Belə ki, “baş iş icraçısı” vəzifəsinin adında olan “iş icraçısı” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Baş iş icraçısı anlayışı da Siyahıda adıçəkilən iş icraçısına uyğun olaraq funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə üzrə adlarda fərq olsa da, əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir. Bu mənada məhkəmə hesab edir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş “iş icraçısı” anlayışı məzmun baxımından həm də “baş iş icraçısı” vəzifəsini də ehtiva edir. Beləliklə, iddiaçının "xxxx" 4 nömrəli Trestin 46 nömrəli Tikinti İdarəsində xx.xx.1978-xx.xx.1991-ci ilədək, xx.xx.1991-xx.xx.1993-cü ilədək, xx.xx.1993-xx.xx.1993-cü ilədək işlədiyi dövrlər, eləcə də "xxxx" MTK-da xx. xx.2002-xx.xx.2003-cü ilədək, "xxxx" MTK-da xx.xx.2003-xx.xx.2005-ci ilədək olan dövrlər nəzərə alınmaqla güzəştli iş stajı ümumilikdə 18 il 5 ay 28 gün təşkil edir.
17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 04 may 2023-cü il tarixli, 2-1(103)-845/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq iddiaçının işlədiy i müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə görə sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsinə münasibətdə qeyd etmişdir ki, birincisi, 2006-cı il tarixinə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət s osial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Digər tərəfdən, cavabdeh tərəfindən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olu nması qadağandır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1993-xx.xx.2002-ci (8 il 8 ay 14 gün), xx.xx.2002-xx.xx.2003-cü (10 ay 12 gün) və xx.xx.2003-xx.xx.2005-ci (2 il 6 ay 28 gün) illərdəki dövrlər üzrə iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər olan əmək fəaliyyəti onun sığorta stajı kimi qiymətləndirilməlidir.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarş ı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32. 1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanu na əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1 -dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixl i, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 27. “İnzibati icraat haqqında” Azərbaycan Res publikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 28. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud ola n 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000b – b) rəhbərlər və mütəxəssislər 2290000b—23419 – yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b—24441 – iş icraçıları
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) rəhbərlər və mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq mün asibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir k i, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu, eləcə də iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə işləməsi, işədiyi müəssisələrin mövcudluğu, həmçinin məcburi dövlət sosial sığ orta haqqının ödənilməsi ilə bağlı məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların gö ndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
40. Belə ki, “İnzibati icraat haqqında” Qanunu n 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
41. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materialla rla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
42. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
43. Həmçinin iddiaçının işlədiyi peşələrin (tikinti ustası, iş icraçısı) və sahələrin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
44. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
45. Məh kəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
46. Cavabdehin iddiaçının mübahisələndirilən dövrlərdə, yəni xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi dəlilinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsinə əsasən, 1 yanvar 2002-ci il tarixədək əmək fəaliyyətinin əmək stajına daxil edilməsi üçün qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş olması tələbi nəzərdə tutulmamışdır.
47. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı i nzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. İstər işəgötürən, istərsə də inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl edilməməsi işçinin əmək pensiyası hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz.
48. Eyni zamanda həm də nəzərə almaq lazımdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
49. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2023-cü il tarixli, 21(103)-845/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.