Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1956/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qəbul olunma tarixi və qeydiyyat nömrəsi olmayan inzibati aktın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş pensiya məbləğinin tut ulması barədə sərəncamların ləğv edilməsi və həmin sərəncamlar əsasında əmək pensiyasından tutulmalar aparılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2-1(106)-153/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 xx.xx.2001-ci il tarixdən, İddiaçı2 isə xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir.
2. İddiaçıların pensiyalarının sığorta hissələrinə həmçinin şəhid ailəsi üzvü kimi əlavə ödənilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıların pensiya işlərində onların mərhum övladları X1 vəfat etməsi ilə bağlı “Şəhid” və ya “Şəhi d ailəsi” statusu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayışın aşkar olunmadığı əsas gətirilərək, onlara sözügedən əlavənin ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır.
4. Həmçinin Dövlət Sosial X5 rayon şöbəsinin tarixsiz və nömrəsiz sərəncamları ilə İddiaçı1 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 11683,50 manat, İddiaçı2 isə xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək 6817 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir və həmin sərəncamlar əsasında onların pensiyasından hər ay müvafiq məbləğdə tutulmalar aparılmaqdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə mür aciət edərək, cavabdehin sərəncamlarının (tarixsiz və nömrəsiz) qanunsuz hesab edilməsi və onların əmək pensiyasından tutulmalar aparılmasının cavabdehə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
6. İddiaçılar tələblərini işin faktiki hallarına uyğun əsaslandırmış və sözügedən sərəncamların qanunsuz hesab edilməli olduğunu bildirmişlər.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən İddiaçı1 xx.xx.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi tətbiq edilməklə pensiya ödənişi davam etdirilir və hazırda onun pensiyasının məbləği 363,87 man at təşkil edir. İddiaçı2 “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir və hazırda onun pensiyasının məbləği 363,87 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən şəhid ailəsi üzvü kimi iddiaçıların pensiyasının sığorta hissəsinə əlavə ödənilmişdir. Xidməti araşdırma ilə əlaqədar iddiaçıların pensiya sənədlərinə baxış keçirilərkən, onların mərhum övladları X1 vəfat etməsi ilə bağlı “Şəhid” və ya “Şəhid ailəsi” statusu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış aşkar olunmamışdır. Bu səbəbdən də onların əmək pensiyalarının sığorta hissəsinin üzərinə şəhid ailəsinin üzvü kimi hesablanan əlavənin ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Fondun keçmiş Biləsuvar rayon şöbəsinin müvafiq sərəncamlarında İddiaçı2 xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 6817 manat, İddiaçı1 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 11683,50 manat vəsaitin onların pensiyalarından tutularaq büdcəyə bərpa edilməsi qərara alınmışdır. “Pensiya” altsistemində olan məlumatlara görə, İddiaçı2 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20 manat, İddiaçı1 əmək pensiyasından xx.xx.2019-cu il tarixdən hazıradək 20 manat məbləğində hər ay tutulmalar davam edir. Cavabdeh orqanın müvafiq sərəncamları qanunauyğun olmuşdur. İddia əsassız olduğundan təmin olunmamalıdır.
8. Şirvan İnzibati Məhkəməsinin (hakim: Rəşidə Quliyev a) 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-4031/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlar (tarixsiz və nömrəsiz) qanunsuz hesab edilməklə, cavabdeh tərəfindən həmin sərəncamlar əsasında iddiaçıların əmək pensiyasından tutulmaların aparılması cavabdehə qadağan edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçılardan mərhum X2 şəhidlik statusunun verilməsi ilə əlaqədar şəhid ailəsi üzvü kimi ödənilmiş əlavələr hissə-hissə sonuncuların əmək pensiyasından tutulmuşdur. Lakin əmək pensiyalarına ödənilmiş əlavələrin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələbləri nə riayət edilməmişdir. Artıq ödənildiyi iddia edilən məbləğin geri qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh müvafiq qanunvericilik normasının müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Lakin, işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçılardan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçıların razılığını almamışdır. İşdən iddiaçıların belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçılar hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyas iya instansiyası məhkəməsində icraat
11. İş üzrə apellyasiya icraatı zamanı iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə cavabdehin qəbul etdiyi sərəncamların ləğv edilməsi və həmin sərəncamlar əsasında onların əmək pensiyasından tutulmaların aparılmasının cavabdehə qadağan edilməsinə dair qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov və Qasım Əliyev) 11 mart 2025-ci il tarixli, 2-1(106)-153/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlar (tarixsiz və nömrəsiz) ləğv edilmiş və həmin sərəncamlar əsasında iddiaçıların əmək pensiyasından tutulmaların aparılması cavabdehə qadağan edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılardan artıq ödənilmiş pensiyanın tutulmasına əsas Fondun keçmiş Biləsuvar rayon şöbəsinin hazırda mübahisələndirilən müvafiq sərəncamları olmuş və artıq hesablanmış həmin vəsaitin iddiaçılardan geri tutulması ilə bağlı onların razılığı olmamışdır. Hazırda iddiaçılar cavabdehin tarixsiz və nömrəsiz sərəncamları ilə razılaşmayaraq, həmin sərəncamların ləğv edilməsini və həmin sərəncam əsasında pensiyadan tutulmalar aparılmasının cavabdehə qadağan edilməsin i məhkəmədən xahiş edirlər. İddiaçılara sözügedən əlavənin verilməsi oğulları X2 şəhidlik statusunun verilməsi ilə əlaqədar olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 şəhid olması ilə əlaqədar müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-381/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Lakin həmin qərar cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-31/2024 nömrəli qərarı ilə ləğv edilmiş və iddia təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıların övladı mərhum X3 şəhid olmamışdır. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, həqiqətən də iddiaçılara müvafiq olaraq xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək övladları mərhum X1 şəhid olması ilə əlaqədar əlavənin verilməsi əsassız olmuşdur.
14. Bununla belə qeyd edilməlidir ki, mübahisələndirilən sərəncamlarla iddiaçılara müvafiq olaraq xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixədək övladları mərhum X1 şəhidlik statusunun olması ilə əlaqədar verilmiş əlavənin onları n pensiyasından tutulması qərara alınmışdır. Halbuki, artıq ödənilmiş pul vəsaitinin iddiaçılardan tutulması barədə cavabdehin mübahisələndirilən sərəncamları qəbul olunarkən “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 39.1-ci maddəsinin tələbinə əsasən, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Lakin məhkəmə araşdırması zamanı iddiaçıların belə razılığının (nə şifahi, nə də ki yazılı) olması müəyyən olunmamışdır. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçıları inzibati icraat a cəlb etmədən və onların razılığını almadan, öz təşəbbüsü ilə sərəncamlar (qərarlar) qəbul edərək, iddiaçılardan artıq ödənilmiş pul adı altında pensiya məbləğinə əlavəni geri almış, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası fikrini daha aydın ifadə edərək qeyd edir ki, hazırda mübahisələndirilən inzibati aktların (sərəncamların) qanunsuzluğu xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçılara ödənilən əlavənin dayandırılması və pensiya məbləğinin həcminin müəyyən edilməsi ilə bağlı deyil, artıq ödənilmiş pensiya vəsaitinin iddiaçıların razılığı olmadan həmin inzibati aktlar (sərəncamlar) əsasında tutulması ilə bağlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı məzmunda tələ bin təmin olunması gələcəkdə qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin baş verməsinin qarşısını alacaqdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanla rın (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 39.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibat i aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) forma sında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təm in olunmamalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Hazırkı mübahisədə iddiaçıların tələbi onlardan artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş tarixsiz və nömrəsiz sərəncamların ləğv edilməsinə və həmin sərəncamlar əsasında onların əmək pensiyasından tutulmaların aparılmasının cavabdehə qadağan edilməsinə yönəlmişdi r. İddiaçıların həqiqi hüquqi marağı və məqsədi isə, sözügedən sərəncamlar əsasında onların əmək pensiyasından tutulmaların aparılmasının dayandırılmasına nail olmaqdan ibarətdir.
25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qanunvericiliyin tələblərini nəzərə almadan, iddiaçıları inzibati icraata cəlb etmədən və onların razılığını almadan, öz təşəbbüsü ilə sərəncamlar (qərarlar) qəbul edərək, iddiaçılardan artıq ödənilmiş pul adı altında pensiya məbləğinə əlavəni geri aldığına, bununla da pensiya qanunvericiliyinin tələblərini pozduğuna istinadən iddianı təmin etmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da, gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, qərar “artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamların (tarixsiz və nömrəsiz) ləğv edilməsi” hissəsində dəyişdirilməlidir.
27. Belə ki, bu qərarın 19-cu bəndində istinad edilən normalara əsasən, yazılı inzibati aktda həmçinin inzibati aktın qəbul olunma tarixi və qeydiyyat nömrəsi də əks olunmalıdır. Qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt isə etibarsız sayılır.
28. İş üzrə materiallardan görünür ki, iddiaçılardan artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlarda həmin sərəncamların qəbul olunma tarixi və qeydiyyat nömrəsi əksini tapmamışdır. Bu isə, istinad olunan norma baxımından həmin sərəncamların e tibarsız sayılması üçün əsasdır.
29. Nəzərə alınmalıdır ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin inzibati aktlar əvvəlcədən mövcud olmamış hesab edilir.
30. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı “artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamların (tarixsiz və nömrəsiz) ləğv edilməsi” hissəsində dəyişdirilməli, iddiaçılardan artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlar (tarixsiz və nömrəsiz) etibarsız hesab edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 21(106)-153/2025 nömrəli qərarı “artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamların (tarixsiz və nömrəsiz) ləğv edilməsi” hissəsində dəyişdirilir. İddiaçılardan artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən qəbul edilmiş sərəncamlar (tarixsiz və nömrəsiz) etibarsız hesab edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tari xli, 21(106)-153/2025 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.