Məhkəmə qərarları › İş №2-1(102)-1957/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1957/2024

08.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1957/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08.08.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr i publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı Şəhəri Səbail Rayon Bələdiyyəsi) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)699/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bələdiyyə ərazisində olan 600 kv.m torpaq sahəsinin vət. M.Q.Həsənəliyevin adına sənədləşdirilməsi barədə xx.xx.2004-cü il tarixli, 148 saylı sərəncamından görünür ki, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. Həsənəliyev Mir -Cəfər Qürbət oğlunun adına sənədləşdirilmişdir. Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. M.Q.Həsənəliyev ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir. Vət. M.Q.Həsənəliyev tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsait Səbail Bələdiyyəsinin hesabına ödənilmişdir.

2. Həsənəliyev Mir-Cəfər Qürbət oğlu ilə Səbail Bələdiyyəsi arasında tərtib edilmiş alqı-satqı aktından görünür ki, Həsənəliyev Mir-X1 Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş, bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsi satılması barədə 2004-cü il 24 avqust tarixli 148 saylı qərar qəbul edilmişdir. 3. xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən torpaq alqısı üçün Səbail Bələdiyyəsinə (denominasiyadan əvvəl) 12480000 manat məbləğ ödənmişdir.

4. Azərbaycan Respublikası Səbail Bələdiyyəsi tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli Arayışda qeyd olunur ki, həqiqətən Səbail Bələdiyyəsi tərəfindən Salyan şosesi, 12 ünvanda 24 avqust 2004-cü il tarixdə İddiaçı adına 148 saylı sərəncam ilə 600 kv.m torpaq sahəsi sənədləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Salyan şosesi, 32 ünvanındakı 600 kv.m torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 24 avqust 2004-cü il tarixli Sərəncamı ilə Səbail rayonu, Salyan şosesi 32 ünvanında Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqısatqı qaydasında İddiaçı adına sənədləşdirilməsi və iddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi, eləcə də iddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsaitin Səbail Bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. Bundan sonra, İddiaçı ilə Səbail Bələdiyyəsi arasında sözügedən 600 kv.m torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair” Akt bağlanılmışdır. Həm çinin, iddiaçı tərəfindən Səbail Bələdiyyəsinin hesabına (denominasiyadan əvvəl) 12480000 manat vəsait ödənilmişdir. “Torpaqların alqı-satqısına dair” Akt bağlandıqdan sonra Səbail rayonu, Salyan şosesi 32 ünvanındakı Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsinə verilmiş, həmçinin torpaq sahəsinin cizgisi də iddiaçıya verilmişdir. Həmin vaxtdan hal-hazıradək Səbail rayonu, Salyan şosesi 32 ünvanındakı 600 kv.m torpaq sahəsi iddiaçının sahiblik və istifadəsindədir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Səbail Rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8040/202 3 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail Bələdiyyəsinin 24 avqust 2004-cü il tarixli 148 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Salyan şosesi, 32 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Belə ki, Səbail Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə planı təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş sərəncamın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur. Qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aidd ir (əksi cavabdeh tərəfindən sübut edilməmişdir). Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-699/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şi kayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri qeyd olunmadığından və perimetrik ölçülərdə fərqlər olduğundan sənədin torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 560 kv.m təşkil edir (40 kv.m azdır).

15. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş torpaqların alqısatqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır.

16. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir və bələdiyyə mülkiyyətində ol ması ilə əlaqədar elektron kadastr bazasında heç bir məlumat aşkar edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində və yuxarıda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquq lara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilat lar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çox illik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlə ri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış e vlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti lay ihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüv vəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qa rşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Apellyasiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 21(103)-699/2024 nömrəli qərarla cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(112)-8040/2023 saylı qərarı dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən belə hesab etmişdir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir, belə ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququ nun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə və onun əsaslandırılması ilə Bakı şəhəri, Salyan şosesi, 32 ünvanını texniki səhv olaraq qiymətləndirməklə, razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iş üzrə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ə razi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanındakı 600 kv.m torpaq sahəsinə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Cavabdeh tərəfindən iddiaya etirazın və kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri qeyd olunmadığından və perimetrik ölçülərdə fərqlər olduğundan sənədin torpaq sahəsinə aid olub-olmamasının müəyyənləşdirməyin mümkün olmamasına, bundan başqa, yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməməsinə, torpaq sahəsinin faktiki ölçüsünün 560 kv.m təşkil etdiyinə (40 kv.m azdır), təqdim edilmiş torpaqların alqı-satqısına dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamasına istinad edərək tələbin təmin edilməsinə etiraz edir.

25. Məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, iddiaçının mülkiyyətində olan 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Belə ki, Səbail Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə planı təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş sərəncamın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur. Qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir (əksi cavabdeh tərəfindən sübut edilməmişdir). Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

26. Həmçinin qeyd edilməlidir ki, "xxxx" MMC-nin 15 may 2024-cü il tarixli, 99 saylı mütəxəssis rəyində yazılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 148 saylı 24 avqust 2004-cü il tarixli sərəncamı ilə ayrılmış, naturada göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olun muş ortofoto görüntülərində qeyd edilir. Həmin torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanda yerləşir.

27. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin oxşar işlər üzrə qəbul etdiyi başqa qərarlarda, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da məhkəmələr eyni mövqe əks etdirmişlər.

28. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 oktyabr 2016-cı il tarixli və “X. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarlarındakı hüquqi mövqenin hazırkı işə tətbiqi ilə bağlı əsaslar var.

29. Yəni, “X. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

30. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli qərarında yazılıb ki, “Göstərilən hal ara istinadən məhkəmə kol legiyası qeyd edir ki, Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, Siyəzən rayonu Zarat Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.”

31. Bununla belə yuxarıda artıq qeyd olunduğu hazırkı işi həll edərkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri qərarlarının mətnində mübahisəli ünvanı düz, yəni Bakı şəhəri, Salyan şosesi, 12 yazdıqları halda, qərarların nəticə hissələrində texniki səhv olaraq bunu “32” kimi yazmışlar.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-699/2024 nömrəli qərarı dəyişdirilsin. Bakı şəhəri Səbail Bələdiyyəsinin 24 avqust 2004-cü il tarixli, 148 saylı s ərəncamı əsasında ayrılmış Bakı şəhəri, Salyan şosesi, 12 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar