Məhkəmə qərarları › İş №2-1(102)-1958/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1958/2025

28.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1958/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi; hüquqmüəyyənedici sənədlərin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2025-ci il tarixli, 2-1(103)-1118/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X4 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

2. AZ-İİ 289311 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

3. Bakı şəhəri 25 saylı notariat ofisin in cavabdehə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsəsi Bakı şəhəri, Xəzər rayonu, Binə Qəsəbəsi, X6 ünvanında qeydiyyatda olan İddiaçı (ŞVAA*******; FİN: xxxxxxx) müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri Xəzər rayonu Binə Qəsəbəsi X6-ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmı ş hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq etmiş X3 məxsus göstərilən əmlaka arayış verilməsi xahiş olunmuşdur.

4. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ müavinin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli 5-12/2-Ə-241-091/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, X6 ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırkı ərizənizə əlavə olunmadığı müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə tərəfinizdən şərait yaradılmamışdır.”

6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Pr ezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edili r.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən ümumi sahəsi 12 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, atası X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atası və anası sağlıqlarında Hövsanda yerləşən sovxozda anası sağıcı, atası isə traktorist işləmişdir. Onlar orada işləyərkən atası Azərbaycan SSR Abşero n rayonu Hövsan Südçülük tərəfindən 1988-ci ilin noyabr ayında 12 sot torpaq evlə birlikdə verilmişdir. Həmin vaxtdan da orada yaşamışlar. O və qardaşları burada doğulub yaşamışdırlar. Atasının vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı olaraq tərəfindən notariat orqanına müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə 25 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra onun mərhum atasından qalan əmlaka dair müvafiq arayışın verilməsi ilə cavabdeh orqana müraciət etsə də, xx.xx.2024cü il tarixli 321332/2-01180/24 saylı məktubla müraciəti müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd xx.xx.2001-ci il tarixə kimi olan texniki pasportların təqdim edilməməsi səbəbindən müraciətini müsbət həll edilməsindən imtina edilmişdir. 1988-ci ilin noyabr ayında onun mərhum atasına verilmiş texpasportu təqdim etmişdir. Buna baxmayaraq ona əsassız imtina olunub. Beləliklə, cavabdeh orqan əsassız yerə əmlakın özəlləşdirilməsinə maneə yaradaraq konstitusion hüquqlarına toxunmuşdur. Məhz bu səbəbdən də qanunla qorunan hüquqlarının bərpa edilməsi məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Həmçinin, cavabdehin imtinasında qeyd edilmiş torpaq sahəsinə dair texpasportun olmaması göstərilsə də o, həmin pasportu təqdim etmiş, lakin yenə ona imtina veriblər. Sözügedən torpaq sahəsi qanuni əsasla mərhum atası Əzizağa Əskərova verilmişdir. Həmin torpaq sahəsinin pasportu ola-ola cavabdeh orqan tərəfindən sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədin verilməsindən imtina edilməsi üçün əsas dey ildir. Belə ki, cavabdeh orqan əsassız olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası Əzizağa Askərova məxsus olması haqqında arayışın verilməsindən imtina etmiş, qanunla müəyyən edilmiş hüquqlarımı kobud surətdə pozmuşdur. Odur ki, cavabdehin imtinası onun hüquqlarını pozan hal kimi qiymətləndirilməli, pozulmuş hüququ məhkəmə qaydasında bərpa edilməlidir.

9. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşın maz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sa həsi Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Həmçinin təqdim edilən torpaq sahəsinə dair texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman qeyd edilən torpaq sahəsinin ümumi sahəsinin 962.5 kv.m olduğu məlum olmuşdur.

10. İddiaçının müraciətinə cavab olaraq Bakı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid əra zidə yerləşmədiyi müəyyən edilmişdir.

11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, X6nda yerləşən torpaq sahəsinin faktiki ölçüləri 962.5 kv.metrdir. Texniki pasporta əsasən ərazi 2 hissəyə bölünüb. Texniki pasportdakı ev sökülüb. Ərizəçinin istifadəsindəki ərazi texniki pasportdakı ərazinin bir hissəsidir. Ərizəçinin istifadəsindəki ərazidə yeni tikilmiş yaşayış evi və həyət tikililəri mövcuddur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim L.S.Musayeva) iddianın rədd edilmə si qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçı tərəfindən təqdim edilən fərdi yaşayış evinə dair texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2.4-cü bənddə göstərilən sənədə uyğun gəlmir. Həmin bənddə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir, mübahisə predmeti olan torpaq sahəsinin üzərində isə evə dair mülkiyyət hüquqları qeydə alınmamışdır.

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21(112)9513/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçının apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar əsaslandırılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 21(103)-1118/2025 nömrəli qərarı ilə (Ş.A.Məmmədova (məruzəçi), C.B.Məmmədov və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9513/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanuna zidd deyil, torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur, texniki pasportda (noyabr 1988-ci il tarixli) göstərilən ev isə sökülmüş, yeni yaşayış evi və həyət tikililəri tikilmişdir.

18. İddiaçı kassasiya şikay əti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə əsaslandıraraq göstərmişdir ki, həmin torpağın iddaçiaçının atasına məxsusdur. Hakim 1988-cu ildə vətəndaşlara verilən texniki pasportlara vurulan möhürlə onun təqdim etdiyi texniki pasportun möhürünün eynilik təşkil etməsi ilə bağlı ekspertiza keçirə bilərdi. Ona görə ki, texniki pasportun əslinin onda olması onu sübut edir ki, o, saxta deyildir. Buna görə də iddiaçının iddiasının və apellyasıya şikayətinin təmin olunmaması düzgün hal deyil və hüquqlarının pozulmasıdır. Baxmayar aq ki, iddiaçıya hüquqi yardım göstərmək, mübahisənin obyektiv arşadırılmasının təmin edilməsi üçün sorğular verərək bütün sübutları toplamaq, yəni öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq, bütün sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirmək birinci instansiya məhkəməsinin də, vəzifəsi idi. Lakin iddiaçının texniki pasportunun həqiqiliyi barədə məhkəmə kollegiyası tərəfindən hər hansı ekspertiza keçirilməmişdir. Burdan da görünür ki, Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin verdiyi sorğularla kifayətlənmiş və əlavə hər hansı araşdırma aparmadan qərar qəbul etmişdir. İş üzrə obyektiv araşdırma aparmayan birinci instansiya məhkəməsi həmçinin Bakı Apellyasiya Məhkəməsi sonda cavabdehin qanunsuz imtinası ilə razılaşmaqla iddiaçının qanunla qorunmasına təminat verilə n mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilən qərar qəbul etmişdir. Həmçinin torpaq sahəsinin yerləşmə cizgisi də vardır. Torpağın coğrafi mövqeyini, texniki parametrlərini əks etdirən məlumatlar texniki pasportda öz əksini tapdığından cizginin məcburiliyi zərurəti mövcud deyil. Torpağın coğrafi mövqeyinin texniki parametrlərinin texniki pasportda qeyd olunmasının özü elə sənədin əsaslıolduğunu sübut edir. Evin sökülərək yenidən inşa edilməsi isə iddiaçı onunla əsaslandırır ki, ev köhnə evdir, yaşamaq üçün bərbad vəziyyətdə idi. İddiaçı həmin evi sadəcə yeniləmişdir və həmçinin iddiaçı həmin evin yerləşdiyi torpağın texniki pasportda göstərilən ölçülərə uyğun arayışın verilməsin istəmişdir və o parametrlərdən kənara çıxaraq artiq ölçülərə görə çıxarış istəməmişdir. İddiaçı həmin evdə doğulub boya başa çatıb.Onun atası o evdə 1968-ci ildən yaşamışdır. Hətta atasının həmin evi xx.xx.1980- ci il tarixdə sığorta etməsi barədə şəhadətnaməsi də vardır. X6nda həm iddiaçının atası həm də anası işləmişdir. Anası sağıcı işləmişdir. O ev o qədər köhnəlmişdir ki, o məcbur olub onu yeniləmiş və yaşanılası hala gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inziba ti şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərb aycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 23. “Daşınmaz əml akın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak b arəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;.... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə

22. Daşınmaz əmlakla bağ lı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ər azisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4.( mübahisə yaranan zaman qüvvədə olan redaksiyada) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzr ə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

25. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsi ndə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən ümumi sahəsi 12 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması haqqında arayışın verilməsini istəyir. İddiaçı iddianın təmin edilməsi üçün onun atasının adına 1988-ci ilin noyabr ayında tərtib edilmiş texniki pasporta istinad edir və bildirir ki, bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2 015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 1.11-ci bənddə göstərilmişdir.

31. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Yuxarıda qeyd edilən Siyahının 2.4-cü bəndində göstərilən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportunun torpaq sahələri üzərində hüquqların qeydə alınması üçün əsas hesab ed ilir.

32. Məhkəmə Kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud olmadığından məhkəmələrin iddianın rədd edilməsi barədə mövqeyi düzgündür.

33. Belə ki, iddiaçı tərəfindən təqdim edilən fərdi yaşayış evinə dair texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın həm 1.11, həm də 2.4-cü bəndində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir.

34. Belə ki, iddiaçının məhkəməyə təqdi etdiyi texnik i pasport “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” deyil, həmçinin onun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilməsini müəyyən etmək mümkün deyildir.

35. Həmçinin Siyahının 2.4-cü bəndinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi xx.xx.2001-ci il tarixədək tərtib edilmiş o texniki pasportlar nəzərə alınır ki, həmin tarixədək texniki pasportu tərtib edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun. Hazırkı iş üzrə isə sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də, cavabdehin bu əsasla imtinası düzgün olmuşdur.

36. Kassa siya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdirki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardanbiri əlavə edilməlidir. Hazırkı iş üzrə isə iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Belə ki, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-387/2023 nömrəli,xx.xx.2023-cü il tarixli 2-1(102)1951/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-483/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2286/2023 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1576/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)116/2022 nömrəli qərarları).

37. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan və qanunun müddəalarına uyğun olmadığından təmin edilə, apellyasiya instansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.

38. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2025-ci il tarixli, 21(103)-1118/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar