Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1959/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəh ərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən, ümumi sahəsi 90,9 kv.m təşkil edən “yeməkxana binası” Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi tərəfindən qanunsuz söküldüyündən, həmin cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100000 manat və həmin tikilinin dəyərinin əvəzi olaraq 105000 manat pulun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-6/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarından iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında b axaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ağsu RİH başçısının 20 fevral 1998-ci il tarixli, 33 №-li Sərəncamına əsasən Ağsu rayonu İİ Aratkənd kənd sakini X4 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosesi yolunun 150,1 km-də yol oxundan 40 metr aralı yolun sağında 39,0 kv.m (3x13m) torpaq sahəsi ayrılmışdır.
2. X6 tərəfindən həmin ərazidə 3x4 metr ölçülərdə yeməkxana tikilmişdir. Yeməkxana köşkünə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 5 mart 1998-ci il tarixli, 03 nömrəli Reyestr kitabında 03 səhifədə 04 nömrəsi ilə qeydə alınmış, 09 nömrəli qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir.
3. X6 2002-ci il 14 avqust tarixd ə Bakı-Qazax yolunun 150.1-ci km-də, 39.0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10.4 kv.m olan yeməkxana binasını iddiaçıya satmışdır. 4. xx.xx.2002-ci il tarixli 01 nömrəli reyestr kitabında 10-cu səhifədə 38 reyestr nömrəsi ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nə əsasən, Bakı-Qazax yolunun 150.1-ci km-də yolun sağ tərəfindən yerləşən qeyri-yaşayış obyekti iddiaçının mülkiyyətindədir. 5 İddiaçı cavabdeh Ağsu RİH-ə ərizə ilə müraciət edərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyət gətirilməsini xahiş etmişdir. Ağsu RİH xx.xx.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının 14 avqust 2002-ci il tarixdə rayonun Aratlı Curuğlu kənd sakini X2 alqı-satqı müqaviləsi ilə aldığı Bakı-Qazax şosesi yolunun 150,1 km-də, yolun sağ tərəfində 39 kv.m sahədə yerləşən ümumi sahəsi 10,4 kv.m olan yeməkxana binası yolun mühafizə zolağında və meşə fonduna aid ərazidə qanunsuz tikilmişdir.
6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi xx.xx.2020-ci il tarixli 524 nömrəli məktubunda iddiaçıya bildirmişdir ki, göstərilən obyektin ərazisi Şamaxı RMTM-nin sərhədləri daxilindədir və həmin obyekt Ağsu şəhər sakini X8 ilə keçmiş X11 və Bərpası Müəssisəsi arasında istirahət rekreasiya məqsədi ilə 0,20 ha sahədə xx.xx.2004-cü il tarixli 283 saylı müqavilə 1 (bir) il müddətinə bağlanılmış, xx.xx.2005ci il tarixdə müqavilənin müddəti bitmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bak ıQazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən “yeməkxana binası”nın Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100 000 manatın cavabdehlərdən tutulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektu ra Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən “yeməkxana binası” iddiaçı X7 mülkiyyətində olmuşdur. Qeyriyaşayış sahəsinin texniki pasportuna əsasən tikintinin ümumi sahəsi 90,9 kv.m təşkil edir. 29 aprel 2020-ci il tarixdə Cavabdeh1 əməkdaşları həmin qeyri-yaşayış sahəsini heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan qanunsuz olaraq sökmüşlər. Söküntüyə etiraz bildirilsə də, buna əhəmiyyət verilməyib. Cavabdehlər və üçüncü şəxsin etirazları:
9. Cavabdeh1 iddia dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2004-2005-ci illərdə aldığı 3x4 metr ölçüdə yeməkxana köşkünü sökərək həmin yer in arxa hissəsində (meşə ərazisində) heç bir sərəncam və torpaqayırma sənədi almadan, özbaşına 90,9 kv.m sahəsi olan yeməkxana binası tikmişdir. Həmin tikiliyə isə 2002-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqısatqı müqaviləsi əsasında 38 N-li saxta qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Göründüyü kimi, yeməkxana binasına verilmiş, 4 sentyabr 2002-ci tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsinin və 14 avqust 2002-ci il tarixli, texniki pasportun heç bir hüququ əsası olmamışdır. Ona görə də özbaşına və qanunsuz tikilən 90,9 kv.m ölçüdə olan yeməkxana binasına iddiaçının kompe nsasiya və sair tələblərinin heç bir hüquqi əsası yoxdur.
10. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi xx.xx.2021-ci il tarixli, 574 nömrəli etiraz məktubu ilə bildirmişdir ki, obyektin sökülməsində hər hansı bır formada marağı olmayan və analoji obyektlərin hazırda da həmin ərazi və ona yaxın yerlərdə fəaliyyət göstərməsinin X10 Təsərrüfatı Mərkəzinin fəaliyyət istiqamətləri ilə ziddiyyət təşkil etməməsi və yaxud bu tipli obyektlərə meşə təsərrüfatı mərkəzinin qanuna zidd müdaxilə halları həyata keçirmədiyi və cavabdeh meşə təsərrüfatı mərkəzi tərəfindən söküntünün aparılması tutarlı dəlillərlə sübut olunmadığı səbəbindən iddia tələbinin X1rşı təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Üçüncü şəxs Maliyyə Nazirliyi iddia dair etiraz verərək bildirmişdir ki, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar isə əsassızdır. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını bildirsə də bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etmişdi r ki, iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı ona mənəvi ziyan dəyməsi halını sübut edə bilməmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir
16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8339-9/9138 nömrəli ekspert rəyi ilə Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90.9 kv.m təşkil edən ictimai iaşə obyektinin (restoran) bərpası üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 23630,0 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90.9 kv.m təşkil edən ictimai iaşə obyektinin (restoran) bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-6/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh1ndən İddiaçı xeyrinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası”nın dəyərinin əvəzi olaraq 23630,0 manat pul tutulması qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılan araşdırma və məhkəmə kollegiyasının iclasında iştirak edən şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış obyekti (yeməkxana) Cavabdeh1 göstərişi ilə İcra Hakimiyyətinin, eyni zamanda Cavabdeh1 tabeliyində olan Mənzil-İstismar İdarəsinin və Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən sökülmüşdür.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
20. Cavabdeh1 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddianı qismən təmin edərkən Məhkəmə Ekspe rtizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8339-9/9138 nömrəli ekspert rəyinə istinad etmişdir, lakin iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi "xxxx" MMC-nin qiymətləndirməsini nəzərə almamışdır. Belə ki, həmin qiymətləndirmə nəticələrinə əsasən, daşınmaz əmlakın real bazar dəyəri 105.000 (yüz beş min) manat müəyyən edilmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, şahid ifadələrindən və tərəflərin izahatından görünür ki, həmin qeyri yaşayış sahəsinin sökülməsi ilə bağlı hər hansı aktı qəbul etmədən hüququ pozan müdaxilənin qəbulu ilə bağlı zərurət olmamışdır. Çünki məhkəmə qərarında da göstərilib ki (69-cu abzas), həmin qeyri yaşayış sahəsi Ağsu RİH yox, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnki şafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin bölməsində yerləşmişdir. Yəni həmin qeyri yaşayış sahəsinin Ağsu RİH tərəfindən qanunsuz və ya qanuni sökülməsini şərtləndirən heç bir zəruri şərait olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayətlər aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi tikilinin kim tərəfindən söküldüyünün araşdırılması məqsədi ilə məhkəmə iclasında şahid ifadələrini dinləmişdir. Şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış obyekti (yeməkxana) Cavabdeh1 göstərişi ilə İcra Hakimiyyətinin, eyni zamanda Cavabdeh1 tabeliyində olan qurumların işçiləri tərəfindən sökülmüşdür.
28. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş və apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmu ş “CD disk”də olan video görüntülərdən də aydın olur ki, mübahisə predmeti olan qeyri-yaşayış obyekti Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən sökülür və obyektin söküntüsünə Ağsu RİH Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin rəisi rəhbərlik edir.
29. Məhkəmə iclasında ifadə verən Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin müdiri Namiq Mürsəlov bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış obyekti Cavabdeh1 başçısının tapşırığı ilə sökülmüş və obyektin materiallarının yığışdırılması məqsədilə o və 3 nəfər işçisi orada iştirak etmişlər. 30.Göründüyü kimi, iddiaçının obyektinin məhz Cavabdeh1 tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir.
31. İddiaçıya vurulan zərərin məbləğinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və alınmış ekspert rəyi ilə ictimai iaşə obyektinin bərpası üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq 23630,0 manat məbləğində müəyyən edilmişdir. Həmin rəydə sökülmüş tikilinin bərpasına sərf edilməli olan tikinti materiallarının, görülməli olan işlərin hər birinin ayrı-ayrılıqda bazar qiymətləri ekspertiza tədqiqatının nəticələrinə uyğun olaraq göstərilmişdir. Həmin rəydəki məlumatların mötəbərliyini aradan qaldıran və ya onları şübhə altına alan hər hansı hal müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi həmin rəyə istinad etməkdə haqlı olmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-6/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.