Məhkəmə qərarları › İş №2-1(102)-196/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-196/2024

19.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-196/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız hesab edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı “ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1746/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 220 nömrəli Sərəncamlardan (eyni tarixli və eyni nömrəli 2 sərəncam) görünür ki, ünvan 1 ünvanında yerləşən mövcud köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına həm iddiaçıya, həm də üçüncü şəxsin əri X3 icazə verilmişdir.

2. Hazırkı i ş üzrə üçüncü şəxs X2 qanun üzrə vərəsəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda onun evinin qarşısında yerləşən qeyri-yaşayış sahəsi (köşk) ona məxsusdur. Həmin köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına dair sərəncam verilməsi üçün 2007-ci ilin mart ayında Bakı şəh əri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti xx.xx.2007ci il tarixli, 220 nömrəli sərəncamı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə vermişdir. O, da həmin vaxtdan köşkü rekonstruksiya edib ticarət obyekti kimi istifadə etmişdir. Lakin hazırda ona məlum olur ki, eyni tarixli, eyni nömrəli sərəncamla, yəni Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamı ilə ona məxsus evin qarşında - ünvan 1 ünvanda olan köşkün Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Həm in sərəncam qanunsuzdur, etibarsızdır, ona məxsus ticarət köşkünə eyni tarixdə həm ona, həm də Süleyman Məmmədova sərəncam verilə bilməz, Süleyman Məmmədov köşkün sahibi olmayıb. O, köşkü Süleymana icarəyə verib Rusiyaya getmiş, qayıdanda görmüşdür ki, Süleyman köşkü başqa şəxslərə vermişdir. Odur ki, köşkü onun icarəsindən almış, həmin vaxtdan da Süleyman köşkə gəlməmiş, onunla əlaqələri kəsilmişdir. S.Məmmədov xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bundan sonra onun arvadı X7 özünü vərəsə kimi tanıtmış, qeyd edilən sərəncamı çıxarıb ona qarşı iddia tələbi irəli sürmüşdür. Köşkü özü inşa etdirmişdir, bu köşk ona məxsus olmuşdur. İcra Hakimiyyəti köşkün rekonstruksiya edilməsi barədə ona sərəncam verdiyi halda, köşkə aid olmayan, köşklə heç bir bağlılığı olmayan şəxsə də eyni tarixli və eyni nömrəli sərəncam verməsi həmin sərəncamın etibarsızlığına səbəb olur.

5. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, X7 11 avqust 1987-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. ünvan 3 ünvanda yerləşən tikinti ərinə məxsus olmuş və həmin tikinti əri tərəfindən rekonstruksiya edilərək, həmin sahə ticarət obyekti kimi istifadə edilməsi qərara alınmış və bununla bağlı əri tərəfindən 2007-ci ildə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur. Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 nömrəli sərəncamına əsasən, ərinə məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alın mışdır. Əri həmin ticarət obyektində fəaliyyət göstəməyə başlamış və bununla bağlı xx.xx.2009-cu ildə onun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 saylı arayış verilmişdir. Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş bu arayış ərinin (VÖEN: **********) 1044 ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş **********0 saylı xx.xx.2009-cu il tarixli Qeydiyyat vərəqəsi ərinin VÖEN: ********** AZ1044 ünvan 5 ünvanda yerləşən **********212002 kodu olan mağaza təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatını qeydiyyatdan keçirdiyini təsdiq edir. Uzun illər əri özünə məxsus olan mağazada fəaliyyət göstərməsinə baxmayaraq, xx.xx.2019-cu ildə ölmüş və ticarət obyekti nəzarətsiz qalmışdır. Həmin vaxt ərinin tanışı olan iş üzrə iddiaçı ona (üçüncü şəxsə) bildirmişdir ki, mağazanı işlədəcək və lazımi köməkliyi ona göstərəcəkdir. Ərinin ölümü qəfil olduğundan onun mağazada fəaliyyəti dayandırılmış və qapısı açarla bağlanmışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı əmlakın qapısını qırmış, əmlaka yiyələnərək onun ailəsinə məxsus əşyaları götürüb aparmış və özünə məxsus əşyaları yerləşdirərək orada özünün tanışları vasitəsi ilə fəaliyyət göstərməyə başlamışdır. Mübahisəli əmlakdan hazırda iddiaçı və onun tanışları istifadə etməklə onun hüquqlarını pozmaqda dava m edirlər.

6. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 15 noyabr 2022-ci il tarixli 2-1(112)-7099/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 nömrəli sərəncamına əsasən Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncam Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA01935-2022 nömrəli və xx.xx.2022-ci il tarixli BA-03299-2022 nömrəli m əktublarla məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının surətindən isə görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 50, mənzil 1-də yaşayan İddiaçı məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkünün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilməsi qeyd olunmuşdur. Lakin hər iki şəxsin adına eyni tarixli və eyni nömrəli sərəncamların və onların verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə və Dövlət Arxivinin Bakı filialına məhkəmə sorğuları göndərilsə də, Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, İcra Hakimiyyətinin 2007-ci ilə aid sərəncamları Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, hər iki şəxsin adına Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamlarla bağlı məlumat vermək mümkün olmamışdır, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olan xx.xx.2007-ci il tarixli 220 nömrəli sərəncam isə X4 barədədir, İddiaçı ilə əlaqədar belə bir sərəncam mövcud deyildir. Göründüyü kimi, iddiaçı tərəfindən ona məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verilməsi barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 nömrəli sərəncamının surəti məhkəməyə təqdim edilsə də, həmin sərəncam mövcud deyildir. X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 nömrəli sərəncamı isə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur və təsdiq edilmiş surəti həmin qurum tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin köşkün rekonstruksiya edilməsi barədə onunla bağlı sərəncam verdiyi halda, həmin tarixdə köşkə aid olmayan, köşklə heç bir bağlılığı olmayan şəxsə də eyni tarixli və nömrəli sərəncam verdiyini və bunun həmin Sərəncamın etibarsızlığına səbəb olduğunu bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 nömrəli sərəncamının (İddiaçı barəsində) surəti məhkəməyə təqdim edilsə də, belə bir sərəncam mövcud deyildir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifo v /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) 03 avqust 2023-cü il tarixli, 21(103)-1746/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələr üçüncü şəxs tərəfindən sərəncamın necə əldə edilməsi, köşkün nə zaman və kim tərəfindən tikilməsi, hansı səbəbdən üçüncü şəxsin əri tərəfindən istifadə edilməməsi hallarını araşdırmadan qanunsuz qərar qəbul etmişlər.

13. İddiaçının təqdim etdiyi kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, 2007-ci ilin mart ayında onun müraciəti əsasında mübahisə predmeti olan, onun evinin qarşısında yerləşən köşk rekonstruksiya edilib ticarət obyekti kimi istifadə edilməsi üçün ona verilmişdir. O, 2008-ci ildə Rusiya Federasiyasına getmişdir. xx.xx.2008-ci ildə X5 onun adından notarial qaydada rəsmiləşdirilmiş ərizə ilə Bakı şəhəri Əzizbəyov adına İcra Hakimiyyətinə müraciət edərək, onun adına verilmiş sənədin (sərəncamın) ləğv edilməsini və sərəncamın Süleyman Məmmədovun adına verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizədən görünür ki, köşkün rekonstruksiya olunub istifadə edil məsi hüququ ona verilmişdir. Lakin cavabdeh sərəncamı ləğv etmək səlahiyyəti olmadığı üçün onun adına olan sərəncamı məhv etmiş və yerinə 1 il 8 ay əvvəlki tarixə Süleyman Məmmədovun adına saxta sərəncam tərtib etmişdir. Ona görə də, 5 il sonra 2012-ci ilin sənədləri arxivə təhvil verilərkən onun adına olan deyil, Süleyman Məmmədovun adına olan sərəncam təhvil verilmişdir. Bundan sonra, sonuncu 2009-cu ilin aprel ayından həmin ticarət obyektində fəaliyyət göstərmək üçün vergi orqanında qeydiyyat vərəqəsi açdırmışdır. Süleyman Məmmədov 2007-ci ilin mart ayında Mərdəkan qəsəbəsində belə bir obyektin ümumiyyətlə mövcudluğundan xəbərsiz olmuşdur. O, Rusiyadan qayıtdıqdan sonra Süleyman Məmmədov ticarət obyektini ona qaytarmışdır. Bundan başqa, üçüncü şəxsin nümayəndəsi də ərizəsində göstərmi şdir ki, ticarət obyekti rekonstruksiya olunması üçün ona (iddiaçıya) verilib, ondan alındıqdan sonra İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Bu da bir daha obyektin ona verildiyini, Süleyman Məmmədovun adına olan sərəncamın sonradan alındığını təsdiq edir. Beləliklə, kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən qərar ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aş ağıdakı səbəblərdən irəli gəlir. İddianın mümkünlüyü ilə bağlı qeydlər

19. Hazırkı iş üzrə İddiaçı iddia tələbi ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədədir.

20. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.

22. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiy yəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquq i dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. 24. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən “subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməkl ə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa ş əxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir”.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyünü (subyektiv hüququn mövcudluğunu) hərtərəfli araşdırmadan işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, işin araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılması hallarına da şamil olunur.

26. Belə ki, işə baxan apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki: “Birinci instansiya məhk əməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının (İddiaçı barəsində) surəti məhkəməyə təqdim edilsə də, belə bir sərəncam mövcud deyildir.... Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarda isə məhkəməyə bildirilmişdir ki, İcra Hakimiyyətinin 2007-ci ilə aid sərəncamları Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən hər iki şəxsin adına Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 220 saylı sərəncamlarla bağlı məlumat vermək mümkün olmamışdır, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivini n Bakı filialında mövcud olan xx.xx.2007-ci il tarixli 220 saylı sərəncam isə X4 ilə əlaqədardır, İddiaçı ilə əlaqədar belə bir sərəncam mövcud deyildir. X1 adına olan xx.xx.2007-ci il tarixli 220 saylı sərəncamın təsdiq olunaraq məhkəməyə təqdim olunmuş sürətindən isə görünür ki, sərəncamı qəbul edən Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyəti başçısı G.İslamov, ünvanladığı şəxs S. Məmmədovun adları aydın göstərilmiş və sərəncam başçisı tərəfindən imzalanıb dairəvi möhürlə möhürlənmişdir. Sərəncam səlis hərflərlə yazılmış, qaralama və düzəlişlər mövcud deyildir.... İddiaçı təqdim etdiyi, onun öz adına olan sərəncamın isə arxiv nüsxəsi aşkar edilmədiyindən, həm də iddiaçının özü tərəfindən də əsli məhkəməyə təqdim olunmadığından, həmin sərəncam həqiqi və mötəbər sənəd kimi qəbul edilə bilməz. Əsli və arxiv nüsxəsi mövcud olmadığı halda da həmin sərəncamın saxtalığı ilə bağlı ekspertiza təyin olunması zərurəti aradan qalxır”.

27. Həmçinin, cavabdehin nümayəndəsi də məhkəmə iclasında (iş v.116) iddiaçının adına sərəncamın olmadığını, üçüncü şəxsin adına olan sərəncamın mötəbər olduğunu bildirmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi hallar sübuta yetirilərsə (iddiaçının adına olan sərəncamın isə arxiv nüsxəsi aşkar edilməməsi, həmin sərəncam həqiqi və mötəbər sənəd kimi qəbul edilməməsi) bu, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə nəticələnə bildiyindən, hazırkı iddianın rədd edilməsi üçün deyil, mümkün sayılmaması üçün əsas təşkil edə bilər. Çünki, iddiaçının adına olan mötəbər sərənc am yoxdursa, bu halda onun üçüncü şəxsin sərəncamını mübahisələndirmək hüququ da olmayacaqdır.

29. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək, iddianın mümkünlüyünə dair dəlillərə istinad etməklə, iddianın mahiyyəti üzrə qərar qəbul etmişdir. İddiaçının hüquqi marağına uyğun iddia tələbinin qaldırılmasında yardım edilməməsi

30. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının hazırkı iş üzrə tələbi üçüncü şəxsin xeyrinə verilmiş sərəncamın etibarsızlığı ilə bağlıdır.

31. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırır ki, qeyri-yaşayış sahəsinə dair onun adına sərəncam olduğu halda, cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair sonradan üçüncü şəxsin ərinin (X2) adına eyni tarixli, eyni nömrəli sərəncam vermişdir.

32. Qeyd edilməlidir ki, inzibati akt “İnzi bati icraat haqqında” Qanunun 65-ci maddəsində göstərilən əsaslar mövcud olduqda etibarsız hesab edilə bilər: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmadıqda; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildikdə; qanunla nəzərdə tutulan hallarda forma tələbinə cavab vermədikdə; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb etdikdə; faktiki səbəblər üzündən icrası mümkün olmadıqda (65.1.1-65.1.6).

33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı hüquqi marağına uyğun olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi sərəncamın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində göstərilən əsaslara görə etibarsız hesab edilməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmur. Əslində, iddiaçının hüquqi marağı cavabdehin sərəncamının qanuniliyini mübahisələndirməyə yönəlmişdir ki, bu da onun mübahisələndirmə haqqında iddia qaldırmalı olması mənasına gəlir. Hətta, cavabdehin iddiaçının iddia etdiyi kimi sonradan geri tarixli sərəncam verməsi belə, həmin sərəncamın etibarsızlığının deyil, qanunsuzluğunun əsası kimi çıxış edə bilər. İşin hallarının hərtərəfli araşdırılmaması a)sərəncamın mövcudluğu ilə bağlı hərtərəfli araşdırmanın aparılmaması

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının adına olan sərəncam nə cavabdehdə, nə də arxivdə aşkar edilməmişdir. Həmçinin, işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki: “İddiaçı təqdim etdiyi, onun öz adına olan sərəncamın isə arxiv nüsxəsi aşkar edilmədiyindən, həm də iddiaçının özü tərəfindən də əsli məhkəməyə təqdim olunmadığından, həmin sərəncam həqiqi və mötəbər sənəd kimi qəbul edilə bilməz. Əsli və arxiv nüsxəsi mövcud olmadığı halda da həmin sərəncamın saxtalığı ilə bağlı ekspertiza təyin olunması zərurəti aradan qalxır”.

35. Halbuki, iddiaçı hazırda kassasiya şikayətinə əlavə verərək, sözügedən sərəncamın notariat qaydasında təsdiq edilmiş nüsxəsini təqdim etmişdir. Bu hal onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının adına olan sərəncamın əslinin əldə olunub tədqiq edilməsi istiqamətində tam və hərtərəfli araşdırma aparmadan həmin sərəncamın əslinin olmaması, beləliklə də, iddiaçının adına olan sərəncamın mötəbərs izliyi barədə nəticəyə gəlmişdir.

36. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının adına olan sərəncamın əslini tələb edib tədqiq etməli, həmin sənədin mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma aparmalı, zərurət olarsa, həmin sərəncamdakı imzanın və möhürün həqiqiliyinin, həmçinin sənədin hansı ildə tərtib olunmasının müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi məsələsini də müzakirə etməlidir. b) işin ziddiyyətli hallarına hərtərəfli qiymət verilməməsi

37. İş materiallarında olan (iş v.57) xx.xx.2008-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, iddiaçının arvadı (Ş.İ.Cəfərova) Əzizbəyov rayon İcra hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, iddiaçının adına olan sərəncamın üçüncü şəxsin ərinin (X2) adına keçirilməsinə razılıq vermişdir.

38. İş materiallarında olan üçüncü şəxsin cavabdehə və digər inzibati orqanlara ünvanlandığı ərizələrində (iş v.58-59) qeyd edilmişdir ki, onun əri sözügedən qeyri-yaşayış sahəsini iddiaçıdan 2008-ci ildə almışdır (üçüncü şəxs sonradan məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçıdan əmlakı satın aldığını səhv olaraq yazdığını bildirmişdir).

39. İş materiallarında olan xx.xx.2008-ci il tarixli etibarnamədə qeyd edilmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsini öz mülahizəsinə görə olan qiymət və şərtlərlə satmağı üçüncü şəxsin ərinə - X3 etibar edir.

40. İş materiallarında olan “Cinayət işinin rədd edilməsi haqqında” Qərarda qeyd edilmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsini üçüncü şəxsin ərinə 2007-ci ildə 60.000 ABŞ dolları məbləğə s atmaq niyyətində olmuş, lakin satış baş tutmamışdır.

41. Göründüyü kimi, iş materiallarında olan sənədlərin məzmunundan ehtimal olunan odur ki, 2008-ci ildə sözügedən qeyri-yaşayış sahəsi bu və ya digər formada iddiaçının istifadəsində olmuşdur. İşin bu halı sözügedən qeyri-yaşayış sahəsinə dair daha əvvəl, 2007-ci ildə üçüncü şəxsin ərinin adına sərəncam olması ilə ziddiyyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsi 2007-ci ildən üçüncü şəxsin ərinin adına sərəncam olmuşsa, onda sonradan 2008-ci ildə sözügedən qeyri-yaşayış sahəsinin həmin şəxsin adına keçirilməsi üçün iddiaçının etibarnamə və onun adından arvadının razılıq ərizəsi verməsinin hansı zərurətdən irəli gəlməsi məsələlərinə aydınlıq gətirməmişdir.

42. Yuxarıda qeyd edilənlərə əsasən, işə təkrar baxan apellyasiya instansi yası məhkəməsi nəzərə almalıdır ki, əgər qeyri-yaşayış sahəsinə dair iddiaçının adına mötəbər hüquqmüəyyənedici sənəd olubsa, yəni iddiaçının həqiqətən sərəncamı mövcud olubsa, bu halda üçüncü şəxsin ərinin - X2 adına olan sərəncamın qanunsuzluğunu mübahisələndirmək hüququ yaranır (yəni, subyektiv hüququ mövcud olur). Bundan sonra, yuxarıda qeyd edildiyi kimi, iddiaçıya düzgün iddia tələbi ilə məhkəməyə müraciət etməkdə yardım edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1746/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar