Məhkəmə qərarları › İş №2-1(102)-1961/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1961/2024

07.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1961/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi borcu, operativ vergi nəzarəti, topdan və pərakəndə satış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-339/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində operativ vergi nəzarəti təyin edilmiş, həmin operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş akta əsasən vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pər akəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 375090,54 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akt əsasında iddiaçıya ümumilikdə 37509,05 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Tələb onunla əsa slandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 noyabr 2022-ci il tarixli **********47774 №-li qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tələb edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmiş və nəticəsi barədə 09 dekabr 2022-ci il tarixli DVX seriyalı 000138 №-li akt tərtib edilmişdir. Tərtib edilmiş aktda fiziki şəxsin təsərrüfat subyektinin (obyektinin) anbar, fəaliyyət növünün isə, topdan satış, həmçinin EQF təqdim edilməli olduğu halda, EQF təqdim etmədən 375 090,54 manat dəyərində malların NKA v asitəsi ilə satıldığının aşkar olunduğu və aşkar olunmuş nöqsana görə Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 saylı qərarının 5.1-ci bəndinin, Vergi Məcəlləsinin 16.1.11-ci və 71-1-ci maddələrinin tələblərinin pozulduğu qeyd edilmişdir. Həmçinin tərtib olunmuş aktla Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37.509,05 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əsas fəaliyyətini kənd təsərrüfatı təyinatlı gübrələrin və kimyəvi mayelərin satışı təşkil edir. Mallar əsasən idxal olunmuş mallardan ibarətdir. Həmin mallar ƏDV-dən azad olunan mallar hesab olunduğu üçün satış həyata keçirilərəkən heç bir vergidən yayı nma halından söhbət gedə bilməz. Satış həm topdan həm pərakəndə qaydada həyata keçirilir. Pərakəndə satış yalnız vergi ödəyicisi olmayan şəxslərlə aparılmışdır. O, pərakəndə sastış aparmaq üçün Nəzarət Kassa aparatı almış və qanunla nəzərdə tutulmuş qaydada həmin aparatı qeydiyyata aldırmışdır. Pərakəndə qaydada satış həyata keçirilərkən müxətlif fermerlər və ya vətəndaşlar tərəfindən obyektə yaxınlaşaraq və ya tapaqro.az saytı üzərindən sifariş əsasında həyata keçirilir. Tapaqro.az saytı Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış elektron ticarət saytıdır ki, burda müxtəlif kənd təsərrüfatı mallarının satışı həyata keçirilir. Bu isə yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında satış həyata keçirilə bilər. Sifarişçi tərəfindən pul vəsaiti bank hesablarına köçürülərək dö vriyyədən yayınmamaq məqsədilə nəzarət kassa aparatına nağdız əməliyyat kimi mədaxil olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Aqreqator”adlandırılacaq), direktoru X4 şəxsində, ikinci tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmış fiziki şəxs İddiaçı (bundan sonra –“Partnyor” adlandırılacaq) şəxsində üçüncü tərəfdən, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qeydiyyata alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" ASC (bundan sonra-“Bank” adlandırılacaq), X3 Edilməsi Departamentinin direktoru Mahmud Mahmudov şəxsində Kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin elektron təchizatı (e-commerce) sahəsində bankekvayrinq xidmətlərinin göstərilməsinə dair 15 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Bu Müqav iləniin predmetinə və 1.1 bölməsinə əsasən Aqreqator, Partnyora dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında Partnyorun mallarının alıcılara təqdim edilməsini təmin edən internet mağazanın (www.tapagro.az) formalaşdırılmasını, təkminləşdirilməsini, ona texniki İT xidmətlərini göstərilməsini və internet-mağazada mal/xidmətlər barədə hədəf kütləyə internet mağaza, SMS və ya elektron kabinetlər vasitəsi ilə məlumatların çatdırılması xidmətlərini göstərir. Bağlanmış müqavilənin şərtlərinə əsasən Vergi Məcəlləsinin 13.2.62.-cı maddəsinə tələblərinə uyğun olaraq 37509,54 manat dəyərində Kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin elektron satışı vergi ödəyicisi olmayan şəxslərə EQF təqdim etmədən NKA vasitəsi ilə həyata keçirilmişdir. Göründüyü kimi tərəfindən aparılmış satış z amanı vergi ödəyicisi olmayan şəxslərə elektron qaimə faktura verilməsə də, bütün əməliyyatlar nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirilmiş, yəni onun vergidən yayınma faktı olmamışdır. Buna baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 27 yanvar 2023-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2848 nömrəli qərarla 37509.05 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar Vergi Məcəlləsinin 16.1.3 və 130-cu maddəsi ilə əsaslandırılmışdır. Gəlirlərin və xərclərin uçotunu dəqiq aparmış, uçotu aparılmayan heç bir əməliyyat olmamışdır. Vergi Məcəlləsinijn 16.1.11-6-cı maddəsinə əsasən müəyyən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyici si kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək Vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi Qanunverici vergi ödəyicisi üçün mal, iş və xidmətlərlə bağlı elektron qaiməfakturanı yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə göndərmək vəzifəsini müəyyən etmişdir. Onun müştərilərinin əksəriyyəti isə vergi ödəyicisi kimi uçotda olmayan şəxslər, yəni ailə təsərrüfatları aparan şəxslər olmuş, o, həmin şəxslərə malı NKA vasitəsi ilə təqdim etmişdir. Lakin onun vergi ödəyicisi olan müştəriləri də olmuş, bütün vergi ödəyicilərinə E-Qaimə göndərilmişdir. Hətta “tapaqro.az” saytı üzərindən aparılan sifarişlərə də o, vergi ödəyicisi olan şəxslərə E-Qaimə göndərmiş, vergi ödəyicisi olan şəxslərlə E-Qaimə vermədən əm liyyat aparmamışdır. Yəni o, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi qaydalarını pozmadığına görə barəsində maliyyə sanksiyası tətbiq edilməsinə dair Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2848 nömrəli qərar əsassızdır.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində xx.xx.2022-ci il tarixindən xx.xx.2022- ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 375090,54 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 000138 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndəril məsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli Qərarı ilə iddiaçı barəsində 37509,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********4774 nömrəli qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 000138 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında t əqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 375090,54 manat dəyərində e-qaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37509,05 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli №**********2848 qərarına əsasən İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Bakı, xx.xx.1992, Yaşayış yeri: AZ 1012, Bakı Şəhəri Yasamal Rayonu, Yeni Yasamal 2, ev.6, m.83, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37509.05 manat məbləğində manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(112)-6971/2023 nömrəli qərarı ilə (hakim X6) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" barədə xx.xx.2023-cü il tarixli **********2848 saylı qərar ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin işin faktiki hallarına görə cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur.

7. Eyni zamanda Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi kimi huquqpozuntusu hadisəsinin mövcud olması cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2848 nömrəli qərarı ləğv edilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-339/2024 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X5) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 50.1, 50.2, 50.3, 50.1.13, 53.1, 56.1, 58.13 və 71-1.5.10 maddələrinə is tinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

13. Belə ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən ümumilkdə 375090,54 manat dəyərində malların satışına dair elektron qaimə-faktura olmadığı, həmin malların pərakəndə qaydada nəzarət kassa aparatı vasitəsilə rəsmiləşdirildiyi, vergi ödəyicisinin yalnız bir təsərrüfat subyektinin mövcud olduğu, həmin təsərrüfat subyektinin topdan satış fəaliyyəti məqsədləri üçün istifadə edilən anbar olduğu müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektro n qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə isə qeyd edilən normanı nəzərə almamış, bu istiqamətdə, yəni malların anbardan pərakəndə qaydada satılması məsələsini ümumiyyətlə araşdırmamış, buna hər hansı münasibət bildirməmişdir. Bundan başqa məhkəmə qərarında bildirmişdir ki: Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması halla rının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda cavabdeh qeyd olunan 5 haldan heç birini operativ vergi nəzarətinin keçirilməsi üçün qəbul edilmiş qərarda göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı an layışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.... 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergil əri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50. 1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdik ləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə

56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmay araq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. X12 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələr i məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində operativ vergi nəzarəti təyin edilmiş, həmin operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş akta əsasən vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 375090,54 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir.

23. Həmin akt əsasında iddiaçıya ümumilikdə 37509,05 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli qərar qəbul edilmişdir.

24. Cavabdehin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli qərarı ilə iddi açıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən ) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir.

25. Məhkəmə kollegiyası vergi qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar bunlardır: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması z amanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda

26. Lakin hazırkı iş operativ vergi nəzarətinin aparılması üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri cavabdeh tərəfindən qəbul edilmiş qərarda göstərilməmiş, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur.

27. Qeyd olunmalıdır ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.

28. Bundan əlavə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

29. Beləliklə, Vergi Məcəlləsinin müddəalarında vergi sahəsində yoxlama kimi kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edibedilməməsinə vergi nəzarət forması kimi göstərilmişdir, yəni vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyin normalarının təhlilindən aydındır ki, vergi orqanına vergiləri, faizləri və maliyy ə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Belə olan halda, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbiq edə bilər.

31. Lakin işin materialları ilə müəyyən edilir ki, cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi mə bləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur

32. Eyni zamanda məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktda iddiaçının xx.xx.2022-ci il tarixdə 375090,54 manat dəyərində malların elektron qaiməfaktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən həmin malların həqiqətən də topdansatış qaydasında satılmasına – vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir.

33. Bundan əlavə Azərbaycan Respublikasının Vergi Məcəlləsi nin 71-1.2.-ci maddəsinə əsasən Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 1.2. bəndinə görə Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.4. bəndinə görə Elektron qaimə-faktura yalnız vergi odəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir.

35. Beləliklə, göründüyü kimi topdansatış qaydası nda mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır, malı əldə edən alıcı vergi orqanında uçotda olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edilsin. Lakin vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, malın kimə, hansı həcmdə və hansı qiymətə satdığını təsdiq edən sənədləri təqdim etməmişdir.

36. Cavabdeh operativ vergi nəzarətinin nəticələri haqqında aktda yalnız kassa çeklərində göstərilən məbləğlərin həcmini əsas götürməklə iddiaçının satdığı malları elektron qaimə - faktura təqdim etmədən satılması (topdan satış kimi) göstərmişdir ki, bununla da yuxarıda istinad edilən normaların tələbləri pozulmuş və belə pozuntu ilə tərtib edilmiş akt əsasında mübahsələndirilən qərar qəbul edilmişdir.

37. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır.

38. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsir siz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

39. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-339/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar