Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1964/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (pul kompensasiyasının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 06 noyabr tarixli, 2-1(103)-1486/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyul 2015-ci il tarixli 0384 nömrəli əmri ilə N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-351/16 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına əsasən, iddia qismən təmin edilməsi; İddiaçı hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmri ləğv edilməsi; iddiaçının hərbi xidmətə bərpa olunması; id diaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmət dövründə hərbi qulluqçular üçün qanunvericiliklə nəzərdə tutulmuş təminat xərcliyinə daxil olan bir sıra maddi təminatlardan (1-ci məharət dərəcəsinə görə əlavələrin, 2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmadığına görə ödənilməli olan pul kompensasiyası, xx.xx.2015-xx.xx.2017-ci il t arixləri əhatə edən mənzilin müvəqqəti kirayəsi üçün və geyim təminatı əvəzinə ödənilməli olan pul kompensasiyası, 2015 və 2016-cı illərə görə birdəfəlik pul mükafatı, 2015 və 2016-cı illərə görə maddi yardım, 2015ci ildə qanunsuz tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvedriciliklə nəzərdə tutulmuş yol xərci) qanuni əsas olmadan məhrum edildiyi üçün həmin təminatların hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1998-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və həmin məktəbi 2002-ci ildə motoatıcı ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsini almışdır. Azərbaycan Respublikasının müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxt ar Respublikasında yerləşən hərbi hissələrdə xidmət etmişdir. Xidmət etdiy zaman xidmətdə fərqləndiyinə görə ayrı-ayrı vaxtlarda müxtəlif medallarla, fəxri fərmanlarla və təşəkkürlərlə təltif edilmiş və nümunəvi xidmət etdiyinə görə yuxarı komandanlıq tərəfindən ona 1-ci məharət dərəcəsi, növbəti hərbi rütbələr verilmiş, həmçinin hərbi xidmət vəzifələrində irəli çəkilmişdir. Hərbi xidmət dövründə nizam-intizam pozuntusuna yol vermədiyi üçün rəis və komandanlıq tərəfindən intizam qaydasında cəzalandırılmamışdır. Naxçıvan Muxtar Respublikasında xidmət edərkən qanunvericiliklə nəzərdə tutulmuş bir sıra maddi təminatlardan (1-ci məharət dərəcəsinə görə əlavələri, 2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmadığına görə ödənilməli olan pul kompensasiyası, xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən mənzilin müvəqqəti kirayəsi əvəzinə və geyim təminatı əvəzinə ödənilməli olan pul kompensasiyası, 2015 və 2016-cı illərə görə birdəfəlik pul mükafatı, 2015 və 2016-cı illərə görə maddi yardım, 2015-ci ildə qanunsuz tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvedriciliklə nəzərdə tutulmuş yol xərci) qanunsuz olaraq məhrum edilmişdir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələbinə görə təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyyata və ya istefaya buraxılarkən, sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illə rinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Əliyev) 2023-cü il 07 noyabr tarixli, 21(112)-5287/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyası, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzi, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzi, əşya geyim (əmlak) əvəzi, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzi və 2016-cı il üçün maddi yardım pulunun əvəzinin cavabdeh Azərbayc an Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya müvafiq dövrlərdə 1-ci məharət dərəcəsinə görə pul əlavəsinin ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda iddiaçıya 1-ci məharət dərəcəsinə görə əlavənin 2014cü ilin 1 dekabrınadək ödənildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək 1-ci məharət dərəcəsinə görə əlavənin cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi iddiaçıya 1-ci məharət dərəcəsinə əlavəyə görə ödənilməyən pul kompensasiyası ödənilməl idir. İddia tələbində qeyd edilən xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda iddiaçıya xx.xx.2014- cü ildən xx.xx.2015ci ilədək və xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixinədək istifadə etmədiyi məzuniyyət günlərinə görə 518 manat məbləğində pul kompensasiyasının ödənildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi iddiaçıya ist ifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyası ödənilməlidir. zərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubunda iddiaçıya əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsinin onun səlahiyyətləri daxilində olmadığı bildirmişdir. Halbuki, burada sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya əşya əmlakının əvəzinə pul kompensasiyasının ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən iddiaçıya əşya əmlakı əvəzinə pul kompensasiyasının verilməməsi əsassızdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İddia tələbində qeyd edilən xx.xx.2015 -ci ildən xx.xx.2017-ci il tarixinədək mənzilin müvəqqəti kirayəsinə ödənilməyən kirayə əvəzi pul kompensasiyasının ödənilməməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda iddiaçıya qeyd edilən tarixlərdə kirayə əvəzi pul kompensasiyasının ödənilmədiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixinədək istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi iddiaçıya kirayə əvəzi pul kompensasiyası ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qull uqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmiş, o cümlədən:... hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım... Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubu ilə ona yalnız 2015-ci il üçün 548 manat maddi yardım ödənildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya tələb etdiyi 2016-cı il üçün maddi yardımın cavabdeh tərəfindən ödənilmədiyi sübuta yetirilmişdir. Odur ki, iddiaçıya 2016-cı il üçün maddi yardım ödən ilməlidir. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 29-cu maddəsinə əsasən həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş hərbi vəzifəlilər və qadınlar hərbi hissəyə çatanadək müəyyən edilmiş normalar üzrə ərzaq yol pulu ilə təmin edilirlər. Yaşayış yerindən hərbi hissənin yerləşdiyi yerə ailənin və ev əşyalarının aparılmasının xərcini hərbi hissə ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 132/2-12/2002/2023 nömrəli məktubdan göründüyü kimi, iddiaçı qanunsuz işdən azad olunduğu üçün iddiaçı 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci) və əşyalarının aparılması xərci çəkmiş və həmin xərclərin ona ödənilmədiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2729 nömr əli məktubu ilə də sübuta yetirilir. Belə ki, həmin məktubda qeyd edilən xərclərin ona ödənildiyinə dair məlumat və s. sübutlar mövcud deyil. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyasının, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzinin, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzinin, əşya geyim (əmlak) əvəzinə, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzinin və 2016-cı il üçün maddi yardım pulunun əvəzinin iddiaçıya ödənilməməsi, həmçinin iddiaçının qeyd edilən kompensasiyaları almaq hüququnun olması işin məhkəmə araşdırılma sı ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir.
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 07 noyabr tarixli, 2-1(112)-5287/2023 nömrəli qərarının ləğv edilməsini, yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “vurulmuş ziyana görə - xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ehtiyatda olduğundan ona əlavə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini, İddiaçı iddia tələbinin kirayə və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə dair hissəsində mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Məmmədov və N.Həsənova) 2024-cü il 06 noyabr tarixli, 21(103)-1486/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2023-cü il 07 noyabr tarixli, 2-1(112)-5287/2023 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 0384 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 0384 nömrəli əmri ləğv edilmiş və iddi açı hərbi xidmətə bərpa olunmuşdur. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək təminatları almamışdır. Bununla əlaqədar olaraq həmin qərarın icrası qaydasında iddiaçı hərbi xidmətə bərpa olunmaqla yanaşı xx.xx.2015-ci ildən başlayaraq hərbi xidmətə bərpa olunduğu tarixədək bütün təminatları almalıdır. Məhkəmə qərarının icrası isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Belə ki, məhkəmə qərarının hər hansı formada icra olunmadığı halda iddiaçının məhkəmə qərarının icrasını tələb etmək hüququ vardır. Yəni iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) şikayət ərizəsi ilə müraciət etməli (o cümlədən icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət daxil olmaqla), məhkəmə qərarının icrasını tələb etməlidir. Qanunsuz əlverişsiz inzibati aktların ləğvi onların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vaxtilə digər inzibati məhkəmə icraatında mübahisələndiyi cavabdeh inzibati orqanın əmri əlverişsiz inzibati aktdır və onun ləğv edilməsi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin əmrinin ləğv edilməsi onun hüquqi nəticələrini də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin həmin əmri iddiaçının xidmətə bərpa olunması anınadək ona bütün təminatların ödənilməsini də ehtiva edir. İddiaçının hərbi xidmətdən tərxis olunması barədə əmr müvafiq məhkəmə qərarı əsasında ləğv olunduğundan və sonradan onun barəsində ayrıca əmr (əlverişsiz inzibati akt) qəbul olunmadığından, xidmətə bərpasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz, ona görə də iddia mümkün sayılmamalıdır.
10. İddiaçı qeyd olunan qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların buraxılmasına komandanlığın 3 yaşa il görə qalmış. vəsatəti ilə onlar seçd ikləri yaşayış yerindəki yerli icra evinin hakimiyyəti başçıları tərəfindən mənzilə ve ya bələdiyyələr tərəfindən fərdi yaşayış tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada öd əyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayışŞ yerində mənzil və ya fərdi yaşayıŞ evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin va qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaş ayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər) Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata vе ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaql a "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Apellyasiya məhkəməsi bu iddia üzrə başqa bir məhkəmədə baxılması qənaətinə gəlmiş olsa da, hazırda baxılan iddia üzrə heç bir məhkəmədə mübahisələndirilməmiş və araşdırılmamışdır. Bu iddia tələbi məıhkəmədə ilk dəfə araşdırılmaqdadır. Odur ki, məhkəmənin bu hissədə mövqeyi qanunsuz və əsassız olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
12. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanun u ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 11.1. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyild ir. Maddə 10.5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Maddə 12.1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaş ayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. 14. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli, 562 nömrəli Nazirlər Kabinetinin Qərarı: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: ·....... · hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; · hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çı xma müavinətləri; · xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; · gündəlik və mənzildə yaşamaq xərcləri; · ev kirayəetmə pulu.
15. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”: Bənd
120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artı q təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bənd
121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqi qi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir Bənd
124. Ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən növbəti məzuniyyətin müddəti hərbi qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən çıxılır. Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hər bi qulluqçularından başqa) ehtiyata, yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir. 16. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il 217 nömrəli Qərarı: Bənd
1. Hərbi qulluqçu (müddət li həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Bənd
2. Müəyyən edilsin ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Res publikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinin, Azərbaycan Respublikası Strateji X2 Agentliyinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət b üdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya inst ansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Yuxarıda istinad olunan prosessual normalarda təsbit ol unmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
23. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyul 2015-ci il tarixli 0384 nömrəli əmri i lə N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-351/16 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına əsasən, iddia qismən təmin edilməsi, İddiaçı hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmri ləğv edilməsi; iddiaçının hərbi xidmətə bərpa olunması; iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçı ya ödənilməsi qərara alınmışdır. Bundan sonra sözegedən qərar icra olunaraq İddiaçı xx.xx.2015-ci il tarixdən bərpa edilmişdir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyası, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzi, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzi, əşya geyim (əmlak) əvəzi, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzi və 2016-cı il üçün maddi yardım pulunun əvəzi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq ona ödənilməsindən ibarət olmuşdur.
25. Apellyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmaması barəd ə nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək təminatları almamışdır. Bununla əlaqədar olaraq həmin qərarın icrası qaydasında iddiaçı hərbi xidmətə bərpa olunmaqla yanaşı xx.xx.2015-ci ildən başlayaraq hərbi xidmətə bərpa olunduğu tarixədək bütün təminatları almalıdır. Məhkəmə qərarının icrası isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Belə ki, məhkəmə qərarının hər hansı formada icra olunmadığı halda iddiaçının məhkəmə qərarının icrasını tələb etmək hüququ vardır. Yəni iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) şikayət ərizəsi ilə müraciət etməli (o cümlədən icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət daxil olmaqla), məhkəmə qərarının icrasını tələb etməlidir.
26. Kollegiya bildirir ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının iddiasında göstərdiyi təminatlardan hansının iddiaçının xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi aldığı əmək haqqının tərkib hissəsi olub-olmaması araşdırılmadan iddianın mümkünsüzlüyü ilə bağlı qənaətə gəlinmişdir.
27. Nəzərə alınmalıdır ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən tələbi barəsində qəbul edilmiş əmrin ləğv edilməsi və işə bərpa olunaraq qanunsuz tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdın başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının ona ödənilməsi ilə bağlı olmuş və həmin məhkəmə tərəfin dən qeyd olunan tələb üzrə araşdırma aparılmış və qərar qəbul edilmişdir. Həmin məhkəmə qərarı ilə nəzərdə tutulmayan ödənişlərin isə həmin məhkəmə qərarının icrası qaydasında tələb edilməsi mümkün deyildir.
28. Kollegiya qeyd edir ki, təkrar apellyasiya araşdırması zamanı iddianın nümkünlüyü yenidən yoxlanılaraq hazırkı iddia tələbində iddiaçının ona ödənilməli olduğunu qeyd etdiyi təminatlardan hansının əvvəlki məhkəmə qərarı ilə iddiaçıya ödənilən əmək haqlarının tərkibinə aid olması araşdırılmalı, sözügedən təminatların bütövlükdə və ya onlardan hər hansı birinin iddiaçıya ödənilən əmək haqlarının tərkibinə aid olmadığı müəyyənləşdirildiyi təqdirdə isə həmin hissədə iddia tələbinin əsaslılığı yoxlanılmalı, bu barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
29. Beləliklə, qeyd olunanlar a əsasən iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət qismən təmin edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 06 noyabr tarixli, 21(103)-1486/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.