Məhkəmə qərarları › İş №2-1(102)-1966/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1966/2020

20.10.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1966/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-577/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.

2. İddiaçı xx.xx.2017-ci il tarixdə (sistemdə xx.xx.1993) işə qəbul olunmuş, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. İddiaçının əmək haqqı və sair gəliri 2017- ci il üzrə cəmi 22.411 manat, 2018ci il üzrə 25.266 manat, 2019-cu il üzrə isə 11.152.20 manat ümumilikdə isə 58.829.80 manat təşkil etmişdir.

3. İddiaçı ona dövlət qulluğu üzrə pensiyanın hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələrin nəzərə alınaraq pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********4 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci bəndinin birinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verildiyi xx xxxxxx 2019-cu il tarixdən son 24 ayın əmək haqqı nəzərə alınmaqla 502,28 manat pensiya təyin edilmişdir. Pensiya hesablanarkən 25 il 2 ay vergi orqanlarında qulluq stajı, 341 manat vəzifə maaşı, 39 manat xidmət illərinə görə, 42 manat vergi xidməti müşaviri xüsusi rütbəsinə görə əlavələr nəzərə alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən verilmiş əmək haqqı və başqa gəlirlər haqqında xx xxxx 2019-cu il tarixli arayışda qeyd olunan dövlət məvacibinin və vəzifə maaşının tərkibində büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər istisna olmaqla digər əlavələr nəzərə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğu üzrə pensiyanın hesablanması zamanı 2017-201 8-ci illər üzrə büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və vəzifə maaşına əlavələrin nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı 1993-cü ilin dekabr ayından vergi orqanlarında işləmiş və pensiya yaşının çatması ilə əlaqədar 2019-cu ilin fevral ayının 11-də öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Ona DSMF tərəfindən birinci dəfə xx.xx.2019-cu il tarixdə avtomatlaşdırılmış qaydada 335,08 manat pensiya təyin edilmişdir. Dövlət qulluqçusu kimi bütün gəlirləri nəzərə alınmaqla pensiyanın təyin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə DSMF Yasamal rayon şöbəsinə müraciətindən sonra ona ikinci dəfə 502,28 manat pensiya təyin edilmişdir. Pensiyanın təyin edilməsi zamanı büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması ilə bağlı müraciətinə cavabdehin xx.xx.2019-cu il tarixli **********4 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən verilmiş əmək haqqı və başqa gəlirlər haqqında xx.xx.2019-cu il tarixli arayışda qeyd olunan dövlət məvacibinin və vəzifə maaşının tərkibində büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər istisna olmaqla digər əlavələr nəzərə alınmışdır. İddiaçı hesab edir ki, pensiyanın təyin edilməsi zamanı büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələr də nəzərə alınmalıdır. Belə ki, AR VN Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xx.xx.2019-cu il tarixli **********118300 nömrəli Müraciətə baxılması barədə məktubunda qeyd ed ilmişdir ki, Departamentdə işlədiyi 2017-2018-ci illər ərzində büdcədənkənar fonddan ona ödənilmiş planın yerinə yetirilməsinə görə mükafata və vəzifə maaşına əlavələrə sığortaolunanın hesabına əməyin ödənişinə nisbətdə m.d.s.s. haqqı 22%, sığorta edənin hesabına əməyin ödənişinə nisbətdə m.d.s.s. haqqı 3%, sığortaolunanın hesabına işsizlikdən sığorta haqqı 0,5%, sığortaedənin hesabına işsizlikdən sığorta haqqı 0,5% hesablanmış və aidiyyəti üzrə ödənilmişdir. Eyni zamanda, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi orqanlarında işlədiyi bütün dövrlərdə də, o cümlədən təkcə 2017-2018-ci illər üzrə 34.360 manat mükafat və vəzifə maaşına əlavələrə görə məcburi dövlət sığorta sisteminə hesablamalar aparılmaqla aidiyyəti üzrə ödənilmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz t əqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia tələbi təmin edilmiş, iddiaçının dövlət qulluğu üzrə pensiyasının 2017-2018-ci illər üzrə büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

10. Məhkəmənin həmin qərarından cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çı xarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-577/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3965/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

12. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yet irilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3, 1.0.4, xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiya üzrə 1.0.5.3.3 və 20.30-cu mad dələrinə istinad etmişdir. Həmin maddələrə istinad etməklə məhkəmə kollegiyası belə qənaət gəlmişdir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir.

15. İşin hallarından da göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə pensiya hüququ 2019-cu ilin ilk günlərində tamam olmuşdur. Hazırda mübahisə predmeti olan ödənişlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30- cu maddəsinin qüvvəyə minməsindən əvvəl iddiaçıya ödənilmiş və həmin ödənişlərdən də məcburi dövlət sosial sığorta ayırmaları tutulmuşdur.

16. Konstitusiya Məhkəməs inin Plenumunun qərarından və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun məzmunundan belə qənaətə gəlmək olur ki, şəxsə pensiya təyin olunan zaman onun almış olduğu və məcburi dövlət sosial sığorta ayrılmaları tutulmuş istənilən növ ödənc nəzərə alınmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının pensiya hüququ tamam olan zaman hüququnun tam olması ilə yanaşı qüvvəyə yenicə minmiş qərara istinad etməklə səhv nəticəyə gəlmişdir. Çünki burada söhbət ödənilməmiş və yaxud da qanuni qüvvəyə mindikdən sonra ödənilmiş büdcədənkənar vəsaitlərdən getmir. Mübahisənin mahiyyəti iddiaçının almış olduğu və məcburi sosial sığorta ödəmələrinə cəlb olunmuş vəsaitlərdən gedir. Qanuna əlavənin edilməsi iddiaçının pensiya hüququnun əsassız şəkildə pozulması na xidmət etməməlidir.

17. İşə baxan apelyasiya instansiyası məhkəməsi ədalətlilik və sosial müdafiə prinsiplərinə zidd olaraq bir növ DSMF-nin apelyasiya şurası funksiyalarını icra edərək ənənəvi şəkildə vətəndaşın hüquqlarının kobud şəkildə pozan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

20. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

21. «Əmək pensiyaları haqqında» Azərbaycan Re spublikasının Qanunu: Maddə 1.0.3. Hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Maddə 1.0.4 Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Maddə 1.0.5 Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesabl anan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 3.3 Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 20.30 Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

22. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanı: Bənd 2.3. Həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. Bənd 2.4. Həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1dən qüvvəyə minmişdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir.

28. Kassasiya şikayətində qeyd edilir ki, işin hallarından da göründüyü kimi iddiaçının dövlət qulluqçusu kimi yaşa görə pensiya hüququ 2019-cu ilin ilk günlərində tam am olmuşdur. Hazırda mübahisə predmeti olan ödənişlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin qüvvəyə minməsindən əvvəl iddiaçıya ödənilmiş və həmin ödənişlərdən də məcburi dövlət sosial sığorta ayırmaları tutulmuşdur.

29. Məhkəmə kollegiyası kassatorun mövqeyini əsassız hesab edərək bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini ş ərtləndirir.

30. Məhkəmə kollegiyası hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur.

31. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏ RARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-577/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar