Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1968/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayəti) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı icra məmurunun icraata başlama haqqında qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.06.2021-ci il tarixli, 21(103)-1487/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(001)-786/2018 saylı icra vərəqəsi əsasında Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-3345/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. İddaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021 -ci il tarixli, 2-1(103)1487/2021 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-3345/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İddiaçı Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı icra məmurunun qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2-1(103)-1487/2021 saylı qərardadından kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(103)1487/2021 nömrəli qərardadı ilə (hakimlər–S.Bəktaşi, sədrlik edən və məruzəçi, A.Nuriyeva və A.Hüseynov) iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin həmin qərardadının ləğv olunmasını xahiş etmişdir. Lakin kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Bu baxımdan iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Məhkəmə kassasiya şikayətinin mümkünlüyünə baxmağı və qərar qəbul etməyi mümkün saymışdır. Əsaslandırma Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şi kayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun şəkildə verilməsi başa düşülür. İPM-nin 90.3-cü maddəsində nəzərdə tutulmuş göndərici normaya əsasən həmin məcəllənin müvafiq fəslində başqa qayda müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə - MPM) kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. Kassasiya şikayətinin forma və məzmununa dair MPM-nin 67.1-ci və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlər də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-c i maddəsinin tələbinə görə kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığı və imzalanmadığı, habelə şikayətə vəkilin orderinin əlavə edilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir. İddiaçı kassasiya şikayətində eyni zamanda vəsatət verərək, dövlət hesabına vəkillə təmin olunma sını xahiş etmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, kassasiya şikayəti yuxarıda qeyd edilən tələblərə əməl olunduğu, xüsusilə də vəkil tərəfindən tərtib olunaraq imzalandığı və şikayətə vəkilin orderi əlavə olunduğu təqdirdə apelyasiya məhkəməsi tərəfindən qəbul edilməli və kassasiya instansiyasına göndərilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsini nəzərdə tutan MPM-nin 67.1-ci maddəsinin tələbi baxımından, vəkillə təmin olunma barədə vəsatətin verilməsi və həmin vəsatət üzrə müvafiq qərarın qəbul edilməsi məsələsi maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilənə qədər həll edilmiş olmalıdır. Bu qayda hüquqi müəyyənlik və prosessual qənaət prinsiplərindən irəli gəlir. Həmçinin MPM-in 67.2-ci maddəsinə görə, bu Məcəllə il ə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 03.08.2021-ci il tarixli, 2-1(103)-1487/2021 nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, qazancı, aztəminatlı şəxs olması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan ş əxs kimi qəbul edilə bilməz. İddiaçı dövlət hesabına vəkillə təmin olunması barədə vəsatət verməsinə baxmayaraq, gəlirləri və vəkillə təmin olunmasını zəruri edən halları təsdiq edən müvafiq sənədləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPM-nin 96.3-cü maddəsinə əsasən işi kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasına təyin etmiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmiş, eyni zamanda ona həmin çatışmazlıqların aradan qaldırılması təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri iddiaçıya izah edilmiş və bunun iddianın mümkün sayılmamasına səbəb olacağı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin dövlət hesabına vəkillə təmin olunması barədə vəsatətində sadəcə olaraq belə istəyini bildirməsi yetərli sayıla bilməz. Vəsatətdə iddiaçının vəkillə təmin olunması zərurəti, həmin zərurəti və vəkilin xidmətindən istifadə etmək üçün onun maddi imkanlarının yetərli olmadığı ilə bağlı hallar göstərilməli və onları təsdiq edən sənədlər vəsatətə əlavə olunmalıdır. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası tərəfindən vəsatətin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət hesabına vəkillə təmin olunması barədə vəsatətinin təmin olunmadığını, kassasi ya şikayətinin vəkil tərəfindən tərtib olunmadığını və imzalanmadığını, habelə şikayətə vəkilin orderinin əlavə olunmadığını nəzərə alaraq kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
12. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.