Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1968/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərabycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0725 nömrəli əmrlərinin ona aid hissədə ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulm ası” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 05 fevral tarixli, 2-1(104)-109/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 266 nömrəli əmrindən görünür ki, həmin əmrə əsasən baş leytenant Quliyev X9 nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 07 sentyabr 2020-ci il tarixli 0377 nömrəli əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Gəncə şəhəri) gəlmiş hesab olunmuş, 16 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlaması əmr edilmişdir.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 262 nömrəli əmrindən görünür ki, həmin əmr ilə baş leytenant Quliyev X9 nazirinin müavini-X7 03 sentyabr 2021ci il tarixli 021 nömrəli əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsindən azad edilib N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi vəzifəsinə təyin olunduğuna görə 11 sentyabr 2021-ci il tarixdən vəzifəsinin icrasına başlaması əmr edilmişdir. 3. 16 dekabr 2021-ci il tarixli telefonoqramdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin baş leytenantı hərbi rütbəsind ə hərbi xidmətdə olarkən, əsgər X5 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi ilə bağlı Müdafiə nazirinin müavini-X7 10 dekabr 2021-ci il tarixli 09 nömrəli sərəncamı 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəklində N nömrəli hərbi hissəyə göndərilmiş və İddiaçı həmin telefonoqramma ilə 18 dekabr 2021-ci il tarixdə tanış olmuşdur.
4. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı – N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, hazırda N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi – texniki təminat üzrə köməkçisi yuxarı komandanlıq tərəfindən verilmiş sərəncamı, hərbi qulluqçuların uçotunun təşkili və aparılmasını icra etmədiklərinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını əsassız olaraq təyin olunduqları xidmət yerlərinə uzun müddət göndərmədiklərinə görə tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0725 nömrəli əmrlərinin ona aid hissədə ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-ci il tarixli 0767 nömrəli əmri ilə leytenant hərbi rütbəsi verilərək N nömrəli hərbi hissənin mexanikləşdirilmiş tağımının komandiri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0136 nömrəli əmri ona baş leytenant hərbi rütbəsi verilmişdir. X7 xx.xx.2021-ci il tarixli 021 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölmə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmişdir. X7 xx.xx.2022-ci il tarixli 037 nömrəli əmrilə N nömrəli hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 196 nömərli 23 iyun 2022-ci il tarixli “N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəza landırılması haqqında” əmri ilə tutuduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi əmr edilmişdir. N nömrəli hərbi hissəyə göndərilmiş əsgər X1 müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduğu hərbi hissəyə göndərilməsinin təmin edilməməsində onun heç bir təqsiri olmamışdır. Barəsində Müdafiə nazirinin hər hansı bir əmrinin olmasından onun məlumatı olmamışdır. Yalnız xx.xx.2022-ci il tarixdə hərbi hissəyə yazdığı söhbət vərəqəsində də qeyd etmişdir ki, onların hərbi hissəsinə gəlməli olan əsgər X6 qəbul etməklə bağlı N nömrəli hərbi hissəyə xx.xx.2021-ci il tarixdə getsə də, həmin əsgərin hospitalda olduğunu və ordan N nömrəli hərbi hissəyə göndəriləcəyini və bundan sonra qəbul edəcəyini bildirmişlər. Sonrakı dövrlərdə isə o, ezamiyyətdə və məzuniyyətdə olmuşd ur. Bununla bağlı da adı çəkilən əsgərin hərbi hissəyə təhvil verilibverilməməsindən onun məlumatı olmamışdır. İşin hallarından da görünür ki, o, hərbi hissəyə yazdığı söhbət vərəqəsi zamanı bilmişdir ki, Müdafiə nazirinin onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı əmri vardır. Bundan sonra isə Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0725 nömrəli əmri ilə onun N nömrəli hərbi hissənin 2-ci motoatıcı taboru motoatıcı bölüyünün komandiri vəzifəsinə keçirilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə o, hərbi hissəyə getmiş hesab edilmişdir. Ona görə də, hesab edir ki, Müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli və bu əmrlə bağlı Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0725 nömrəli əmri ona aid hissədə əsassızdır.
7. Gəncə İnzibat i Məhkəməsinin (hakim F.Hüseynov) 2023-cü il 20 aprel tarixli, e2-1(114)-296/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmrin qismən ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) 2023-cü il 20 aprel tarixli e2-1(114)-296/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli 0725 nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü 20 iyun tarixli 2-1(104)-500/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmrin qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə verilmiş prosessual müddəti bərpasına dair ərizəyə yenidən baxılması üçün işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) 2024-cü il 16 oktyabr tarixli, 2-1(114)-354/2024 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 03 sentyabr 2021-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək N nömrəli hərbi hissəsinin baş leytenantı hərbi rütbəsi ndə hərbi xidmətdə olarkən, əsgər X5 xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi ilə bağlı Müdafiə nazirinin müavini–X7 10 dekabr 2021-ci il tarixli, 09 nömrəli sərəncamı 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəkilində N nömrəli hərbi hissəyə ötürülmüş və həmin telefonoqramla o, 18 dekabr 2021-ci il tarixdə tanış olmuş, lakin məlumatı olduqdan sonra belə, bu sərəncamın icrası ilə əlaqədar həmin hərbi qulluqçunun xidmət yerinə gətirilməsi istiqamətində hər hası tədbir görməsi müəyyən edilməmişdir. Göründüyü kimi, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə əsgər X5 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi qərara alınmasına və həmin sərəncamın 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəkl ində N nömrəli hərbi hissəyə göndərilməsi və İddiaçı həmin telefonoqramma ilə 18 dekabr 2021-ci il tarixdə tanış olmasına baxmayaraq, N saylı hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi vəzifəsində olan İddiaçı həmin hərbi hissədə hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdeh şəxs kimi təyin olunmuş vaxtda yeni xidmət yerinə gəlməyən hərbi qulluqçu X5 xidmət yerinə gəlməməsini aşkar etdiyi halda, bunun təmin edilməsi üçün tədbirləri həyata keçirməmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mübahisələndirilən əmrlər qəbul edilərkən qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 16 oktyabr tarixli, 2-1(114)-354/2024 saylı qərarını ləğv edib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ş.Rzaquliyev /sədrlik edən və məruzəçi/, L.Süleymanov və R.Məcidovnov) 2025-ci il 05 fevral tarixli, 2-1(104)-109/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 16 oktyabr tarixli, 2-1(114)-354/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya istansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdırki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən N nömrəli hərbi hissədə şəxsi heyətin varlığı yoxlanılarkən, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun digər hərbi hissələrə təyin olunmalarına dair M üdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq sərəncamlarının icra edilmədiyi aşkar edilmişdir. Bununla da yuxarıda qeyd olunan hərbi hissələrin vəzifəli şəxsləri o cümlədən baş leytenant İddiaçı intizam cəzası qaydasında cəzalandırılmışdır. İddiaçı apellyasiya şikayətinin dəlili kimi göstərmişdir ki, o, 26 dekabr 2021-ci il tarixdə N nömrəli hərbi hissəyə gedərək N nömrəli hərbi hissəyə təyin olunmuş gənc əsgərləri şəxsən həmin hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmət etmiş, mayor X4 adlı siyahı üzrə təhvil almış, həmin vaxt sonuncu bir neçə nəfər gənc əsgərin, həmçinin də Xaləddin Əliyevin hospitalda olduğunu bildirərək onları təhvil verməmiş, yalnız onlar hospitaldan qayıtdıqdan sonra təhvil alması üçün bu barədə ona məlumat verəcəyini demişdir. Sonrakı yaxın günlərdə mayor Elşad Qurbanov təhvil alınmamış əsgərləri N nömrəli hərbi hissəyə təhvil versə də, yenidən Xaləddin Əliyevin hospitalda olduğunu bildirərək onu təhvil verməmişdir. Bundan sonra o, həmçinin də hərbi hissənin digər nümayəndələri mayor Elşad Qurbanovdan dəfələrlə əsgər Xaləddin Əliyevi tələb etsələr də, Elşad Qurbanov sonuncunun hələ də hospitalda olduğunu bildirmişdir. Beləlikə o, 04 aprel 2022-ci il tarixə kimi əsgər Xaləddin Əliyevi mayor Elşad Qurbanovdan təhvil ala bilməmişdir. Həmin müddətdə o, ezamiyyətdə olduğu vaxtlarda onun xidməti vəzifələrini icra etmiş kapitan X8 da, bir neçə dəfə əsgər Xaləddin Əliyevi təhvil almaq üçün mayor Elşad Qurbanova müraciət etmiş, lakin sonuncunun hospitalda olduğu bildirilərək təhvil verilməmiş dir.
15. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin əsgəri sonrakı vaxtlarda da tələb etdiyini, lakin onun hərbi hospitalda olduğu bildirilərək təhvil verilmədiyini göstərmiş olsa da, iddiaçının həmin dəlili onun özünün izahatından başqa digər hər hansı sübutla təsdiqini tapmır. Halbuki o, müvafiq raportla tapşırığın icra edilməsinin mümkünsüzlüyü ilə bağlı tabe olduğu yuxarı komandiri (rəisi) məlumatlandırmalı idi.
16. Göründüyü kimi baş leytenant İddiaçı yuxarı komandanın əmrini layiqincə yerinə yetirmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat”: Maddə 4.1. Hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdehdirlər: Maddə 4.1.5. qoşun (qüvvə) növlərində, birlik, birləşmə və hərbi hissələrdə - qərargah rəisi; Maddə 4.4.4. birlik, birləşmə və hərbi hissələrdə - hərbi hissə komandiri. Maddə 5.1. Hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdeh şəxslər borcludur. Maddə 9.4. Təyin olunmuş vaxtda yeni xidmət yerinə gəlməyən hərbi qulluqçular barədə əvvəlki xidmət yeri rəsmi məlumat aldıqdan sonra həmin şəxsin axtarışı ilə bağlı tədbirləri həyata keçirir və toplanmış materialları hərbi qulluqçunun yeni təyin olunduğu hərbi hissəyə göndərir. Hərbi qulluqçunun yeni təyin olunduğu hərbi hissənin komandiri həmin materiallara tələb olunan digər sənədləri də əlavə edir və aidiyyəti üzrə göndərilməsini təmin edir.
21. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3: Maddə
1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Maddə
2. Hərbi intizam hər bir qulluqçunu n hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Maddə
3. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəis lərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. 22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi: Bənd
1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bənd
2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Bənd
78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Bənd
81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi ke yfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Bənd 81.3. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir.
23. Azərbaycan Respublikası Silahlı X3: Bənd
43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Bənd
45. Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. Bənd
85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. B u barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddianın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaql a onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0725 nömrəli əmrlərinin ona aid hissədə ləğv edilərək əvvəlki vəzifəsinə bərpa olunmasına nail olmaqdan ibarətdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən əmrlərin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəyə bərpa olunması üçün əsasların mövcudluğu ilə bağlı mə sələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuşfaktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Eyni zamanda hazırkı işin hallarına əsasən cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktlar qəbul edilərkən diskresion səlahiyyətlər in qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilmir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 05 fevral tarixli, 2-1(104)-109/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.