Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1973/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçını və övladları İddiaçı2, İddiaçı3 və İddiaçı4 2006-cı il tarixdən yaşayış sahə sinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(104)-65/2023 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 mərhum həyat yoldaşı X1 Nazirliyinin tərkibində olan 230 saylı Hərbi Hospitalda travmatologiya şöbəsinin rəisi olmuşdur. X4 xx.xx.2004-cü il tarixdə ölmüş və ölümünün səbəbi şəkərli diabet, diabetik nefropatiya xəstəliyi olmuşdur. xx.xx.2004-cü il tarixli 1498 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də M.Nəsirovun xəstəliyinin hərbi xidmət dövründə alınması qeyd olunmuşdur.
2. İd diaçı1 cavabdehə müraciət edərək 2004-cü ildən hərbi qulluqçu ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda İddiaçı1 mərhum ərinin Gəncə Şəhər İcra Hakimiyyətində mənzil uçotunda dayanmadığı əsas gətirilərək, mənzil uçotunun onun ailə üzvlərinin adına dəyişdirilməsi, habelə ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onların 2006-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mə nzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum həyat yoldaşı polkovnik X4 uzun müddət Müdafiə Nazirliyinin tərkibində olan 230 saylı Hərbi Hospitalda travmatologiya şöbəsinin rəisi olmuşdur. Hərbi xidmət vəzifəsinin icrası zamanı 2004-cü il avqust ayında rəhmətə getmişdir. Hərbi qulluqçu ailəsi kimi mənzil növbəsinə götürülmələri barədə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin həmin orqandan imtina cavabı verilmişdir. Müraciətin təmin olunmasından imtina edilməsinə dair cavabdehin arqumenti iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçılar birlikdə 2004-cü il tarixindən yaşayış sahəsi ilə təmin olunmaları üçü n mənzil növbəsinə qəbul edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. Belə ki, hal- hazırda iddiaçılar mərhumun bacısı X2 mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mənzilləri olmadığı üçün məcbur olaraq müvəqqəti oraya qeydiyyata düşmüşlər. Mənzil uçotunda olmadıqları üçün bu illərə qədər və hal- hazırda nə mənzil nə də kirayə ödənişi ala bilməmişlər. İddiaçılar mənzil uçotunda olmadığı üçün bu illərə qədər və hal-hazırda nə mənzil nə də kirayə ödənişi ala bilməmişlər.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-320/2023 nömrəli qərarı ilə iddia təm in edilməmişdir.
8. Qərardan narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-303/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-320/2023 nömrəli qərarı ləğv edilməsi, iş materiallarının yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-422/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. 1
1. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Əksinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Ona görə də, cavabdehi n imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçıların hüquqlarını pozmuşdur. Digər tərəfdən, iddiaçılar 2006-cı ildən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını tələb edirlər ki, məhkəmə iddianı həmin hissədə əsaslı hesab etməmişdir. Belə ki, iddiaçılar tərəfindən 2006-cı ildə, ümumiyyətlə, xx.xx.2022-ci ildən əvvəl müraciət etmələrini təsdiq edən heç bir sübut təqdim etməmişdir. “Əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilib, oradan bələdiyyəyə göndərilmələri” barədə arqumentinə gəldikdə isə, buna dair də iddiaçılar heç bir sübut təqdim etməmişlər. İddiaçı1 Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə ünvanladığı ərizənin məzmununda da bu barədə heç bir qeyd edilməmiş, ümumiyyətlə, həmin ərizədə hərbi qulluqçunun ailə üzvü olması göstərilməmişdir.
12. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(104)-65/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.Rzaquliyev - sədrlik edən və məruzəçi, L.Süleymanov və R.Məcidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar 2006-cı ildə hərbi qulluqçunun ailəsi kimi mənzillə təmin olunma barədə ərizə ilə cavabdehə müraciət etdiklərini ərizədə və apellyasiy a şikayətində göstərsələr də bu barədə hər-hansı sübutu təqdim etməmişlər, eyni zamanda məhkəmə kollegiyası tərəfindən iddiaçıların 2006-cı ildə cavabdehə müraciətlərinin olub-olmaması barədə araşdırma aparılmış ancaq həmin dövrə aid sənədlərin saxlanılmadığı müəyyən olunmuşdur. Bundan başqa iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı övladları ilə birlikdə 2004-cü ildən mənzil uçotuna götürülməsini xahiş etmiş olsa da, ərizəsində mənzil növbəsinə daha əvvəl müraciət etdiyini qeyd etməmişdir. Əksinə ərizəsində (8-ci vərəqdə sonuncu cümlə) qeyd etmişdir ki, “Mənzil uçotunda olmadığımız üçün bu illərə qədər və hal-hazırda nə mənzil nə də kirayə ödənişi ala bilməmişik”.
15. İddiaçı1 həmin qərardan kassasiya şikayəti verərək qərarın təmin olun mamış hissəsində tam ləğv edib, iddia tələbinin həmin hissədə, yəni onun və övladlarının 2006-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair yeni qərar çıxarılmasını və yaxud işi təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mərhum hərbi qulluqçunun ailə üzvü olan iddiaçının 2004–2006-cı illərdə mənzil uçotuna götürülməsi üçün cavabdeh orqana müraciət etməsi ilə bağlı verdiyi izahatları və bu izahatları təsdiq edən dolayı sübutları, o cümlədən Kəpəz Bələdiyyəsində torpaq sahəsinin ayrılması ilə bağlı ərizənin qeydiyyata alınmasını, lazımi qaydada qiymətləndirməmişdir. Cavabdeh orqan tərəfindən həmin dövrə aid qeydiyyat sənədlərinin saxlanılmaması və məhv edilməsi faktı iddiaçının ziyanına şərh edilmiş, halbuki bu hal inzibati orqanın üzərinə düşən vəzifələrin icra edilməməsindən irəli gəlir və iddiaçının mənzil uçotu və müvafiq sosial təminat hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas ola bilməz. Nəticə etibarilə, məhkəmə kollegiyası maddi hüquq normalarını düzgün tətbiq etməyərək əsassız nəticəyə gəlmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəs ilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə p ul kompensasiyası ödənilir.... Maddə
28. Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) kündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir
19. Mənzil Məcəlləsi: Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması... 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı ola n qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş Hallarda və qaydada vətəndaşlar uçota alınma haqqınd a ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.... 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə
53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı Hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsin də nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş Hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Mə hkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi hərbi qulluqçu ailəsi kimi 2006-cı ildən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına yönəlmişdir.
27. İşdən görünür ki, hazırkı iddia aşağı instansiya məhkəmələri tərəfindən qismən təmin edilərək iddiaçılar yaşayış sahəsinə ehtiyacı olan qismində uç ota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan şikayət verməmiş və həmin hissədə qərar qanuni qüvvəyə minmişdir. Hazırkı kassasiya baxışının predmetini iddianın təmin edilməyən hissəsi, yəni iddiaçıların 2006-cı ildən uçota alınması tələbi təşkil edir.
28. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçılar tərəfindən 2006-cı ildə, ümumiyyətlə, xx.xx.2022-ci ildən əvvəl müraciət etmələrini təsdiq edən heç bir sübut təqdim etməmişdir.
29. Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin müraciətin edilməsi və sonradan bələdiyyə orqanına yönləndirilmə ilə bağlı irəli sürülmüş dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar bu halı təsdiq edən hər hansı sübut təqdim etməm işlər. Həmçinin İddiaçı1 Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə ünvanladığı ərizənin məzmunundan da belə bir yönləndirmənin mövcudluğu, eləcə də müraciətin hərbi qulluqçunun ailə üzvü statusu ilə əlaqəli olması müəyyən edilmir. Bu baxımdan, göstərilən arqumentlər sübutlarla təsdiqlənmir.
30. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı halda iddiaçılar məhz 2006-cı ildən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalarını sübut edə bilməmişlər.
31. Göründüyü kimi, qanunvericiliyin normaları baxımından iddiaçıların mənzil növbəsinə götürülməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərə fli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı dır.
34. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(104)-65/2025 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.