Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1977/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 yaş (55+2), gəmi kapitanı, matros, mexanik və motorçu peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “25.12.2019-cu il tarixdən, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırkı dövrə qədər ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1374/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən baxaraq) aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-ci il təvəllüdlüdür. 22.04.1981-cı ildən 23.05.1984-cü ilə qədər (3 il 1 ay 1 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. 2. 26.09.1980-cı il tarixli şəhadətnaməyə əsasən 29.03.1980-cı ildən 12.08.1980-cı ilə qədər (4 ay 13 gün) Azərbaycan SSR texniki peşə məktəbində təhsil almışdır.
3. İddiaçı əmək kitabçasına əsasən 05.02.1981-20.04.1981-ci illərdə (2 ay 15 gün) Salyan rayonlararası təsərrüfat hesablı nəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü, 03.08.1984-cü ildən 09.06.1985-ci ilə qədər “Alazan” gəmi heyətində matros şagirdi, 2-ci və 3-cü dərəcəli matros (10 ay 6 gün), 09.06.1985-ci ildən 16.12.1986-cı ilə qədər “Atlet-2” gəmi heyətində 1-ci sinif motorçu (1 il 6 ay 7 gün), 16.12.1986-cı ildən 01.12.1988-ci ilə qədər “İrqiz” teploxodunda baş motorçu (1 il 11 ay 15 gün), 01.12.1988-ci ildən 26.03.1990-cı ilə qədər “TMİ-2”-də 1-ci sinif matros (1 il 3 ay 25 gün), 26.03.1990-cı ildən 03.02.1995-ci ilə qədər “Bolyus”-da 2-ci mexanik (4 il 10 ay 7 gün), 03.02.1995-ci ildən 08.11.1997-ci ilə qədər “BPM-701”-də baş mexanik (2 il 9 ay 5 gün), 08.11.1997-ci ildən 09.03.2001-ci ilə qədər “Akademik Məmmədəliyev” adına teploxoda baş kapitan köməkçisi (3 il 4 ay 1 gün), 09.03.2001-ci ildən 04.03.2005-ci ilə qədər “SAV-410” gəmisində kapitan (3 il 11 ay 25 gün), 04.03.2005-ci ildən 06.04.2005-ci ilə qədər “R.Hacıyev” gəmisində kapitan (1 ay 2 gün), 06.04.2005-ci ildən 09.08.2005-ci ilə qədər “Taman” gəmisində dublyor kapitan və kapitan (4 ay 3 gün), 09.08.2005-ci ildən 11.07.2006-cı ilə qədər “İ.Kərimov” gəmisində dublyor kapitan (09.08.2005-01.01.2006 4 ay 22 gün), 11.07.2006-cı ildən 15.01.2007-ci ilə qədər “Hövsan-2” gəmisində kapitan, 16.01.2007- ci ildən 28.07.2008-ci ilə qədər “Bakı Kaspian” LTD-də kapitan, 15.08.2008-ci ildən 19.09.2008-ci ilə qədər “Şirvan” gəmisində kapitan, 19.09.2008-ci ildən 01.04.2012-ci ilə qədər "SLV-411" gəmisində kapitan, 01.08.2012-ci ildən 04.04.2014-cü ilə qədər "X6 Limited” “STB-1” kapitan, 05.04.2014-cü ildən 11.07.2016-cı ilə qədər “STB-1” gəmisində kapitan, 11.07.2016-cı ildən 01.09.2016-cı ilə qədər “Barra” gəmisinə kapitanın böyük köməkçisi, 01.09.2016-cı ildən 10.10.2016-cı ilə qədər “Süleyman Vəzirov” gəmisinə kapitan vəzifələrində işləmiş, 10.10.2016-cı ildən hazırki vaxta qədər isə “Bunkirovşik-6” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində işləyir. 4. "xxxx" QSC-nin 12.04.2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçının işlədiyi gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdon anma” idarəsi 07.03.2007-ci ildən X10 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X10 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır.
5. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14.07.2020-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qə rarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdə 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 7 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək onun 25 dekabr 2019-cu il tarixdən 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırkı dövrə qədər ödənilməsi vəzifəsinin cavabdehi n üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının 2006-cı ilədək texniki peşə məktəbində təhsil aldığı müddət və hərbi xidməti daxil olmaqla əmək stajı 25 ildən artıq təşkil edir. Həmin əmək stajının 22 il müddətini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində” zərərli işlərlə müxtəlif vəzifələrdə işləmişdir. O, 2006-cı il tarixə qədər 25 il ümumi iş stajının 12 il 06 aydan artıq zərərli işlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 57 yaşdan yaranmışdır. Buna baxmayaraq həmin tarixdə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. O, 29.03.1980-ci il tarixdən 26.09.1980-ci il tarixə kimi (04 ay 27 g ün) texniki peşə məktəbində oxumuş və bitirmişdir. 05.02.1981-ci il tarixdən 20.04.1981-ci il tarixə kimi (02 ay 15) gün rayonlar arası təsərrüfat hesablı nəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü işləmişdir. 21.04.1981-ci il tarixdən 19.05.1984-cü il tarixədək (03 il) SSRİ-nin ərazisində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 03.08.1984-cü ildən hazırki dövrədək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində” əmək şəraiti xüsusilə zərərli işlərdə müxtəlif vəzifələrdə (1-ci dərəcəli matros, 2-ci dərəcəli matros, mexanik və motorçu, böyük motorçu) işləmişdir.
8. İddiaya dair etirazın dəlilləri iddiaçının ərizəsinə dair imtinanın dəlilləri ilə eynidir. (bax bu qərarın 4-cü bəndinə).
9. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-1633/2021 saylı iş) 5 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 25.12.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır.
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması,
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 il 0 ay 25 gün ümumi və 21 il 4 ay 26 gün güzəştli iş stajı mövcuddur. Hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 25.12.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4 - məruzəçi, X5 və X1, 2-1(103)1374/2021 saylı iş) 30 iyun 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 5 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh 14 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 12 avqust 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
14. Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 8-ci bəndinə görə, “Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur”. Qərarın adından görünür ki, qərar, sırf “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar qəbul edilib və onu tamamlayır. 15. “Vətəndaşların pensiya təminatı haqqında’' qanunun 67-ci maddəsinin “ğ" bəndi dar təfsir edilməlidir. Ona görə ki, yalnız əyani təhsil alan şəxslərin əmək fəaliy yəti ilə məşğul olması imkan xaricindədir, qiyabi təhsil formasında isə, təhsil alan şəxsin əmək fəaliyyəti ilə məşğul olması üçün heç bir maneə yoxdur. Məhz bu səbəbdəndir ki, Nazirlər Kabineti həmin bənddəki “ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti” ifadəsini yalnız “əyani” təhsil olaraq qəbul edib. Belə bir yanaşma ədalətlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müv afiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiy a təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iy un 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
21. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanun: 1-ci maddənin v) bəndi. Ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər.
22. SSRİ Nazirlər Sovetinin 4 avqu st 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109cu bəndinin z) yarımbəndi: Kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti ümumi əmək stajına aid edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): (-).
8. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və k urslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. (-).
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa b orcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində m əhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
28. İddiaçı 29 dekabr xxx-ci ildə anadan olmuşdur. Dənizdə motorçu, mexanik, kapitan köməkçisi, kapitan işlədiyini, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
29. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixə qədər ümumi stajı 24 il 7 ay 13 gün təşkil etdiyindən, peşə təhsili məktəbində aldığı ixtisasi əyani təhsil olmadığından 25 ildən az ümumi stajı olduğuna görə 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəş tli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. 32. "xxxx" QSC-nin 12.04.2019-cu il tarixli arxiv arayışında olan məlumatlara əsasən iddiaçı 03.08.1984-cü ildə X10 Donanmasının k/s “Alazan” gəmisinə şagird matros peşəsinə (03.08.1984-cü il tarixli 172-k nömrəli əmr) işə qəbul edilmişdir. 19.10.1984-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros (19.10.1984-cü il tarixli, 232-k nömrəli əmr), 06.03.1985-ci ildə 1-ci dərəcəli matros (06.03.1985-ci il tarixli, 55-k nömrəli əmr), 09.06.1985-ci ildə k/s “Atlet-2” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (17.06.1985-ci il tarixli, 134-k nömrəli əmr), 16.12.1986-cı ildə t/x “İrqiz" gəmisinə böyük motorçu (16.12.1986-cı il tarixli, 296-k nömrəli əmr), 01.12.1988-ci ildə “TMİ-2" gəmisinə 1-ci dərəcəli matros (01.12.1988-ci il tarixli, 244-k nömrəli əmr), 26.03.1990-cı ildə m/k “Bolyus” gəmisinə 2-ci mexanik (26.03.1990-cı il tarixli, 52-k nömrəli əmr), 03.02.1995-ci ildə "BPM-701" gəmisinə böyük mexanik (03.02.1995-ci il tarixli, 23-k nömrəli əmr), 08.11.1997-ci ildə t/x "Ak. Məmmədəliyev" gəmisinə kapitanın böyük köməkçisi (08.11.1997-ci il tarixli, 349-k nömrəli əmr), 09.03.2001-ci ildə “SLV-410” gəmisinə kapitan (09.03.2001-ci il tarixli, 46-k nömrəli əmr), 04.03.2005-ci ildə “R.Hacıyev” gəmisinə dublyor kapitan (04.03.2005-ci il tarixli, 54-k nömrəli əmr), 11.07.2006-cı ildə "Hövsan-2” gəmisinə kapitan vəzifəsinə (11.07.2006-cı il tarixli, 154-k n ömrəli əmr) keçirilmişdir. 15.01.2007-ci ildə icarədə olan gəmilərə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (15.01.2007-ci il tarixli 08-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 15.08.2008-ci ildə “Şirvan” gəmisinə kapitanın dublyoru vəzifəsinə (15.08.2008-ci il tarixli, 17-k nömrəli əmr) işə qəbul edilmişdir. 01.04.2012-ci ildə “SLV-411” gəmisinə kapitan vəzifəsinə (01.04.2012-ci il tarixli, 475-k nömrəli əmr) keçirilmişdir. 01.08.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (01.08.2012-ci il tarixli, 216-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 04.04.2014-cü ildə “STB-1” gəmisinə kapitan və zifəsinə (04.04.2014-cü il tarixli, 199-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Bunkerovşik-6” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində çalışır. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hü ququ verilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X10 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X10 Donanmasının yenidən təşkili yolu ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
33. İddiaçının 1 yanvar 2006-cı il tarixə qədər işlədiyi peşələr həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ə mək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda mövcud olmuş, o cümlədən cavabdeh iddiaçının 12 il 6 aydan az olmayan güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə və vəzifədə işləməsini mübahisələndirməmişdir.
34. Cavabdehin də təsdiq etdiyi kimi, iddiaçının 29 mart 1980-ci ildən 12 avqust 1980-ci ilə qədər sürücülük kursunda təhsil aldığı dövr istisna olmaqla 1 yanvar 2006-cı il tarixə kimi 27 il 7 ay 13 gün ümumi stajı mövcuddur. Araşdırılmalı hal sürücülük məktəbində təhsil alınan dövrün ümumi staja aid edilməsi ilə bağlıdır.
35. İşdə olan 104 saylı texniki peşə məktəbinin verdiyi şəhadətnaməyə əsasən iddiaçı 29.03.1980-cı ildən 12.08.19 80-cı ilə (4 ay 13 gün) qədər nəqliyyat vasitələrinin sürücülüyü proqramı üzrə peşə məktəbində “C” kateqoriyasının proqramı üzrə təhsil almışdır.
36. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş yuxarıda sadalanan qanunvericilik aktlarına görə kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti ümumi iş stajına daxil edilir.
37. Cavabdeh şikayətində əyani təhsil müddətinin ümumi staja daxil edildiyini bildirmişdir.
38. İddiaçıya məxsus şəhadətnamədə təhsilin hansı formada alınması qeyd edilməmişdir. Bununla belə iddiaçının şikayətdə istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 8-ci bəndin də kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda yalnız əyani təhsil müddətinin ümumi staja daxil edilməsi barədə müddəa olmamışdır.
39. Qeyd olunan normanın tələbinə görə əvvəlcə məktəb və kurslarda alınan təhsil müddətinin diplom, vəsiqə, şəhadətnamə ilə təsdiq olunması, belə məlumatların olmadığı təqdirdə isə həmin təhsil müddətini təsdiqedici sənəd kimi təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışların əsas götürülməsi göstərilmişdir.
40. İddiaçının 29.03.1980-cı ildən 12.08.1980-cı ilə qədər olan təhsil dövrü hər hansı əmək (hərbi xidmət) dövrü ilə üst-üstə düşməmişdir.
41. Odur ki, həmin dövrü haqlı olaraq iddiaçının ümumi stajına daxil etməklə 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 25 ildən az olmayan ümumi st ajı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
42. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
43. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1374/2021 saylı, 30 iyun 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.