Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1981/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlük şərti, preyudisiallıq) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, 08.12.2021 Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)1706/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır.
2. İddiaçı qonşusu X1 tərəfindən keçirilmiş rekonstruksiya (təmir işləri) nəticəsində ona məxsus otağın yararsız vəziyyətə salındığını, ümumi istifadədə olan sanitar qovşağının, dəhliz və mətbəxin qonşu tərəfindən zəbt edilməsi nəticəsində ona vurulmuş 20000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, qonşusu tərəfindən təmir işləri Cavabdeh icazəsi əsasında aparılmışdır.
3. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-6087/2020 saylı qərarının surətindən görünür ki, iddiaçı hazırkı tələb üzrə əvvəllər də cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin qərarla iddiaçının iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi barəsində tədbir görülməsi, ona 20000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanda yerləşən mənzil paylı mülkiyyətdə olan mənzildir. Cavabdehin razılığına əsasən qonşusu X1 tərəfindən aparılmış rekonstruksiya (təmir işləri) nəticəsində ona məxsus otaq yararsız vəziyyətə salınmış, hər iki qonşunun ümumi istifadəsində olan sanitar qovşağı, dəhliz və mətbəxin qonşu tərəfindən zəbt edilmiş dir. Nəticədə o, həmin sahələrdən istifadə edə bilmir. Hesab edir ki, qonşusu təmir işlərini cavabdehin icazələri əsasında aparmışdır. Mənzilin əvvəlki vəziyyətinə gətirilməsi üçün cavabdeh tərəfindən tədbir görülmədiyindən, onun hüquqları pozulmaqda davam edir.
6. Birinci instansiya məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-1960/2021 nömrəli (hakim Miminat Hacıbəyova) qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur.
8. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya in stansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1706/2021 nömrəli ( hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, hazırki iddiadan əvvəl iddiaçının eyni cavabdehə qarşı eyni tələbə dair iddiası məhkəmə icraatında olmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)6087/2020 saylı, 26.11.2020-ci il tarixli qərarı ilə həmin iddia tələbi təmin edilməmişdir. Qeyd olunan məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayət i hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Bundan başqa məhkəmə araşdırmaları zamanı iddiaçının hazırki iddia ilə bağlı cavabdehin məhz hansı hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olub, onun hüquqlarını pozduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifəni yerinə yetirmədiyi öz təsdiqini tapmır.
11. İddiaçı kassasiya şikayəti verərək şikayətin təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
13. İddiaçı tərəf elektron məhkəmə sistemi vasitəsi ilə ərizə göndərərək şifahi məhkəmə baxışının keçirilməsini və məhkəmə iclasına dəvət olunmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatət lazımi qaydada əsaslandırılmamışdır. Bununla belə qeyd edilməlidir ki, İPM-nin 96.4-cü maddəsinin 2-ci cümləsinin tələbinə görə, işə məhkəmə iclasında baxılması hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olduğu hallarda mümkündür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
18. İddiaçı şifahi məhkəmə baxışının keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə şifahi məhkəmə baxışının keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olmadığı üçün vəsatət təmin olunmamalıdır. Tətbiq edilən hüquq
19. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
20. İnzibati məhkəmə icraatında iddianı n mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə, məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından təmin edilməməli və apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı dır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur.
23. Bununla bağlı qeyd edilməlidir ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Həmin hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələbindən irəli gəlir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən o lunmuşdur.
26. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır.
27. Nəzər alınmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddiaların əsaslılığına baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
28. Bundan başqa, nəzərə almaq lazımdır ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur.
29. Bu Qərarın 19-cu bəndində istinad olunan normanın müddəalarına görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır.
30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri barədə tədbir görülməsi ilə bağlıdır. Lakin iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə icraatı zamanı inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyinin konkret hansı hərəkətdə ifadə olunduğun göstərməmiş, həmin hərəkətə istinad etməmiş və inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarını pozmaq ehtimalına malik olmasını məhkəmə qarşısında bəyan etməmişdir.
31. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.
32. Belə liklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
33. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1706/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.