Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1983/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçuya ezamiyyətə görə əlavə ödənişlərin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2-1(103)-250/2025 saylı qərarından i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ərizə ilə cavabdeh Dövlət Sərhəd Xidmətinə müraciət edərək ezamiyyə xərclərinin ezamiyyə günlərinə uyğun hesablanaraq ona birdəfəlik ödənilməsi üçün Maliyyə Plan İdarəsinə müvafiq göstərişin verilməsini xahiş etmişdir.
2. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X4»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarına əsasən daimi işi yolda keçən və gediş- gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Odur ki, qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır.
3. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, səhra pullarının ödənilməsi, bu barədə əmrlərin verilməsi qaydaları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi qulluqçularının X14” Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «X4»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli Qərarının 1-ci bəndinə əsasən daimi işi yolda keçən və gediş- gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işç ilərin xidməti gedişi ezamiyyət sayılmır. Eləcə də qarnizon daxilində və hərbi hissə ərazisində xidməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarının 6-cı bəndi ilə səhra çıxışı üzrə ezamiyyət qaydaları deyil, səhra pullarının və ezamiyyət günlərinin bir günlük normasının məbləği müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə müraciət edərək xidmət etdiyi dövr ərzində, 2000-2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komendant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü ild ən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında və Xudat Sərhəd dəstəsinin X5 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə sərhəd məntəqələrində uzunmüddətli (2008-2013-cü illər ərzində) ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq (hal-hazırki ezamiyyə xərcləri normaları nəzərə alınmaqla) birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 iyul 2015-ci il tarixdə (əmr № 1432) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2000- 2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyü nün komandiri və 2008- 2013-cü illərdə Xudat sərhəd dəstəsinin X5 Bölməsinin baş zabiti vəzifəsində xidmət keçmişdir. Xidmət keçdiyi dövrlərdə aşağıdakı maddi təminat hüquqları pozulmuşdur. Belə ki, Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində xidmət keçərkən xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək Horadiz sərhəd dəstəsinin 21-ci sərhəd zastavasına və Xudat Sərhəd dəstəsinin DSMB-nin baş zabiti vəzifəsində xidmət keçərkən rəhbərliyin əmri ilə 2008-2013-cü illərdə sərhəd zastavalarına (səyyar-sərhəd məntəqələrinə) uzunmüddətli ezamiyyətlərə göndərilmişdir. Lakin ona ezamiyyətdə olduğu ilə əlaqədar ezamiyyə xərcləri ödənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi üçün ərizə ilə tərəfindən 03 avqust 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Cavabdeh Dövlət Sərhəd Xidməti müraciətini imtina ilə cavablandıraraq aşağıdakıları bildirmişdir. “Eyni məzmunlu müraciətinizə tərəfimizdən baxılmışdır. Səhra pullarının ödənilməsi, bu barədə əmrlərin verilməsi qaydaları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının X14 Əsasnamə ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi “X4”-nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-X16 əsasən daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan işçilərin gedişi ezamiyyət sayılmır. Eləcədə qarnizon daxilində və hərbi hissə ərazisində xi dməti tapşırıqların icrası zamanı hərbi qulluqçulara xidməti ezamiyyə xərcləri üzrə ödənişlər nəzərdə tutulmamışdır. Həmçinin iddianız üzrə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarının 6cı bəndi ilə səhra çıxışı üzrə ezamiyyət qaydaları deyil, səhra pullarının və ezamiyyə günlərinin 1 günlük normanın məbləği müəyyən edilmişdir.” Beləliklə cavabdeh inzibati orqan müraciəti dolayısı yolla cavablandırmaqla imtinanı əsaslı hesab etmişdir. Hesab edir ki, 2000-2004-cü illərdə Horadiz Sərhəd dəstəsinin komedant bölüyünün komandiri vəzifəsində olduğu müddətdə xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək və Xudat Sərhəd dəstəsinin X5 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə 20082013-cü illərdə sərhəd məntəqələrində uzunmüd dətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin (Dövlət Sərhəd Xidməti) üzərinə qoyulmalıdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə (hakim X10) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya DSX N saylı hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 141 №-li əmrin ilə xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavası rəisi vəzifəsinin icrası müvəqqəti həvalə edilmişdir. İddiaçı həmin dövrdə ezamiyyətdə deyil, 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrasını müvəqqəti icra etmiş, bu səbəbdən də iddia tələbi bu hissədə əsassızdır.
8. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsinə, 2008-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X5 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hərbi hissə daxilində ezamiyyətdə olmuşdur. Belə ki, iş materiallarında olan DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlara əsasən müəyyən edilir ki, X6 baş zabiti mayor X1 məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Bu səbəbdən DSX-nın “X14 Əsasnamə”yə müvafiq olaraq hərbi hissə daxilində ezamiyyətə görə ödəniş nəzərdə tutulmadığından iddia tələbi bu hissədə də əsassızdır.
9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-250/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qərardadı ilə (hakimlər X11 (məruzəçi), X7 və X8) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən ləğv edilmiş, iddia iddiaçının xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək 21-ci sərhəd zastavasında ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin, həmçinin, xx.xx.2008xx.xx.2011-ci illər ərzində Xudat Sərhəd dəstəsinin X5 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işin hallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətlərdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-250/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X11 (məruzəçi), X7 və X8) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən ləğv edilmiş, iddiaçının tələbinin xx.xx.2011-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X5 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə ezamiyyə xərclərinin hesablanaraq birdəfəlik ödənilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2011-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X5 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə hərbi hissə daxilində ezamiyyətdə olmuşdur. Belə ki, iş materiallarında olan DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlara və iş materiallarının 46-cı vərəqində olan Arayışa əsasən müəyyən edilir ki, X6 baş zabiti mayor X1 məntəqələrində, yəni X14 əsasnaməyə əsasən hərbi hissə daxilində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Beləliklə, DSX-nın “X14 Əsasnamə”yə müvafiq olaraq hərbi hissə daxilində ezamiyyətə görə ödəniş nəzərdə tutulmadığından iddia tələbi bu hissədə əsassızdır.
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, iddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrdə xidməti ezamiyyətdə olmuşdur. İddiaçı yalnız ona elan olunduğu halda hər hansı əmr və onun mahiyyəti barədə məlumatlı olmuşdur. Hərbi hissə rəhbərliyi isə iddiaçının sərhəd zastavalarına (bölmələrinə) ezamiyyət adı ilə deyil, planlı çıxış, gücləndirmə, əməli köməklik və s. adı altında (fərdi şəkildə, müşavirədə, yaxud da sırada elan edilməklə) göndərmişdir. Odur ki, ezamiyyət günlərinə dair məlumatlar və bu qəbildən olan digər məlumatlar hərbi hissənin məxfi hissəsində saxlanıldığından hərbi xidmətdə olduğu dövrdə həmin məlumatlara əlçatanlıq iddiaçının iradəsi xaricində olmuşdır. Bu isə ezamiyyə xərclərinin ödənilməməsi niyyəti ilə ezami yyət faktının bilərəkdən gizlədilməsini ifadə edən davranış forması olduğunu deməyə əsas verir. Əvvəllər qaldırılmış məhkəmə işləri (Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4748/2022, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-363/N nömrəli işlər) üzrə hərbi hissələrdən sorğular əsasında əldə olunmuş faktlarla (imzalı, möhürlü əmrlər) iddiaçının sərhəd zastavalarında (bölmələrində) xidməti ezamiyyətdə olduğu təsdiqlənmişdir. Mübahisələndirilən həmin bu ezamiyyət günlərinin (358 gün) iddiaçının xidmət illərinə (əmək stajına) güzəştli şərtlərlə daxil edilməklə yenilənmiş məlumat vərəqinin ƏƏSMN yanında DSMF-nun XŞTİ-nə göndərilməsi öhdəliyinin cavabdeh DSX üzərinə həvalə edilməsi haqqında Bakı Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2433/N nömrəli yekun qərarı artıq mövcuddur. İddiaçının xidməti ezamiyyətdə olduğunu təsdiqləyən məlumatların təqdim edilməsi xahişi ilə məhkəməyə müraciətindən əvvəl Dövlət Sərhəd Xidmətinə etdiyi çoxsaylı müraciətlərə aldığı cavablar da buna əyani sübutudur. Dövlət Sərhəd Xidmətinin bütün cavab məktublarından (xx.xx.2021 tarixli 4/17- 849, xx.xx.2023 tarixli 10/126, xx.xx.2021 tarixli 10/162, xx.xx.2023 tarixli 3-38-10/2- Ş48/3-21-23) da göründüyü kimi arxiv sənədlərdə xidməti ezamiyyətə getmək və qayıtmaq barədə hər hansı məlumatların mövcudluğu təkzib olunur. Cavabdehin mübahisə predmeti olan ezamiyyət günləri barədə məlumatları gizlətməyindən və yuxarıda şərh olunanlardan göründüyü kimi 01 yanvar 2011-ci ilədək məhdudiyyəti özündə ehtiva edən “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəməsinin P lenumunun qərarları president kimi iddianın birinci hissəsinə (xx.xx.2008-xx.xx.2011-ci illərdəki ezamiyyət günləri) münasibətdə nəzərə alına bilməz. İddiaçı qərarın ikinci hissəsinə münasibətdə narazılığını aşağıdakılarla ifadə edir. Göründüyü kimi, iddiaçı sərhəd zastavalarına (bölmələrinə) xidməti ezamiyyətə 20082013-cü illərdə getmiş və ezamiyyə xərclərinin həmin illər əsas götürülməklə ödənilməsini tələb edir. Dövlət Sərhəd Xidmətinin “X14 Əsasnamə”si isə 2018-ci ildə xidmət rəisi tərəfindən təsdiqlənmişdir. Odur ki, mövcud Əsasnamənin iddia tələbinin ikinci hissəsinə (xx.xx.2011- 2013-cü illər) münasibətdə tətbiq edilməsinin heç bir hüquqi qüvvəsi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ezamiyyə xərclərinin normalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir. 1-2. Mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizl iyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir. 2. “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilsin (1 nömrəli əlavə). 3. “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası” təsdiq edilsin (2 nömrəli əlavə).
4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.
5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasın da ödənilir.
6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20,0 manat əlavə vəsait verilir.
7. Müəyyən edilsin ki: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir; büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlav ə vəsait ayıra bilərlər; büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir. 7-1. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərin in səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X4”nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər. 9. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı” təsdiq edilsin.
10. Bu qərar 2008-ci il martın 1-dən qüvvəyə minir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instan siyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2011-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X5 zamanı uzunmüddətli ezamiyyətdə olduğu günlərə görə ezamiyyət xərclərinin hesablanaraq birdəfəlik ödənilməsini tələb edir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarda əks etdirdiyi hüquqi mövqeyi qanuni hesab edərək bildirir ki, iddiaçı həqiqətən də xx.xx.2011-2013-cü illər ərzində Xudat Sərhəd dəstəsinin X5 bölməsinin baş zabiti vəzifəsində olduğu müddətdə hərbi hissə daxilində ezamiyyətdə olmuşdur. Belə ki, iş materiallarında olan DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlara və iş materiallarının 46-cı vərəqində olan arayışa əsasən müəyyən edilir ki, X6 baş zabiti mayor X1 məntəqələrində hərbi hissə daxilində uzunmüddətli ezamiyyətlərdə olmuşdur.
28. Arayışdan da göründüyü kimi iddiaçı sərhəd məntəqələrində hərbi hi ssə daxilində ezamiyyətdə olmuşdur. Ezamiyyətin bu növünə görə isə əlavə ödənişlərin verilməsi xüsusi normativ akt olan DSX-nın “X14 Əsasnamə”sində nəzərdə tutulmamışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı fəaliyyətlə bağlı ödənişlərin aparılması qanunvericilikdə təsbit edilməlidir. Başqa sözlə qanunvericilikdə təsbit edilməmiş ödənişlərin verilməsi qanuni hesab edilə bilməz. Məhz bu yanaşmanı rəhbər tutaraq iddiaçının iddia tələbinin əsaslı olmaması qənaətinə gəlinir.
30. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, ezamiyyətlə bağlı məsələlər həm də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “X4”nda öz əksini tapmışdır. Həmin Qaydaların “Respublika ərazisi daxilində ezamiyyətlər” adlanan bölməsinin 7-ci bəndində qeyd edilmişdir ki, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
31. Lakin qeyd edilən Qaydaların 7-ci bəndi normaya sonradan yəni, 27 sentyabr 2024-cü il tarixdə daxil edilmişdir. Başqa sözlə normaya dəyişiklik iddiaçı ilə cavabdeh a rasında yaranmış işgüzar münasibətlərdən sonra aparıldığından, həmin müddəalar da iddiaçıya tətbiq edilə bilməz.
32. Belə bir yanaşma “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi aşağıdakı kimi hüquqi mövqe sərgiləmişdi: 33. “Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tut ulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”.
34. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidm əti rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının X14 Əsasnamə”nin qəbulu ilə hərbi qulluqçulara xüsusi xidmət şəraitinə görə verilməyə başlanılan pul əlavəsi hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyinə və həmin hüquq və azadlıqlar olduğu kimi qaldığına görə, həmin əlavələrin alınmağa başlanılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Müvafiq olaraq Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə istinadla iddia təmin edilə bilməz.
35. Eyni zamanda qeyd edilməlidir ki, oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnz ibati Kollegiyasının üçulduz statusu verilmiş 2-1(102)-2099/N nömrəli qərarında da öz əksini tapmışdır. Həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir: “33. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 34. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissə si ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. 35. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərar ı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 21(103)-250/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.