Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1987/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğvi; xüsusi notariusun məcburi dövlət sosial sığorta haqları üzrə borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haql arının hesablanması barədə” qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(103)-252/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı notariat fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 12 saylı Notariat ofisinin xüsusi notariusudur.
2. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2018-ci ilin İ-İV rübləri üçün məcburi dövlət sosial sığorta haqları üzrə 16844,88 manat əlavə borc məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli və xx.xx.2 019-cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir.
3. Cavabdeh tərəfindən həmçinin iddiaçıya münasibətdə 2019-cu ilin İV rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə 73,87 manat əlavə borc məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx. xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir notariat fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 12 saylı Notariat ofisinin xüsusi notariusudur. Bu müddət ərzində vergi ödəyicisi kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri tam həcmdə və vaxtında ödəmişdir. Lakin cavabdehin ona göndərdiyi xx.xx.2022-ci il tarixli bildirişdə 8149,38 manat məbləğində vergi borcunun olduğu qeyd edilmişdir. İnternet resurs səhifəsinin “Ver gi borcu barədə məlumat” hissəsində isə 19112,95 manat vergi borcu göstərilmidir. İddiaçının fəaliyyəti üzrə hər hansı ödənilməmiş vergi borcu yoxdur. Həmin uyğunsuzluqların araşdırılması, eləcə də borcun yaranmasının hüquqi əsaslarının öyrənilməsi məqsədilə iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etməyə məcbur olmuşdur. Əvəzində bir neçə cavab məktubu ilə ona bildirilmişdir ki, guya onun külli miqdarda ödənilməmiş məcburi dövlət sosial sığorta borcu var. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli bildirişində göstərilir ki, guya onun həmin tarixə 8259,31 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5995,35 manat, faizlər üzrə isə 2263,96 manat borcu var. Digər tərəfdən, Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin sorğuya verilən cavab məktubunda göstərilir ki, “vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmiş borc bildirişində qeyd olunan məcburi dövlət sosial sığorta haqqı üzrə 5995,35 manat əsas, 2154,03 manat faiz borc məbləğləri iddiaçının təqdim etdiyi 2019-cu ilin 2-4-cü rübləri üzrə “Xüsusi notariuslar” və 2019-cu ilin 3-4-cü rübləri üzrə “Muzdlu işləyənləri işəgötürən sığortaedənlər (MDSS)” sosial sığorta hesabatları və xx.xx.2020-ci il tarixdə vergi orqanının 2019-cu ilin 4-cü rübü üzrə əlavə sığorta haqqı hesablaması və müvafiq dövrlər üzrə onun (iddiaçının) təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatlarına)” əsasən hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dö vlət sosial sığorta haqları üzrə hesablamalarına münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. xx.xx.2022-ci il tarixə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” şəxsi hesab vərəqəsi üzrə mövcud olan 7270,36 manat əsas və 5673,47 manat faiz borc məbləğləri xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə vergi orqanı tərəfindən 2018-ci ilin 1-4-cü rübləri üzrə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” sosial sığorta hesabatları üzrə hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalara münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. Müvafiq fondlara xx.xx.2022-ci il tarixə borc aşağıdakı kimidir: məc buri dövlət sosial sığorta haqları üzrə 13265,71 manat əsas, 7939,02 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0,02 manat əsas borc, borcun dərhal ödənilməsi tələb olunur.” İddiaçı hesab edir ki, nə vergi borcu, nə də ki, məcburi dövlət sosial sığorta ödənişləri (MDSS) üzrə hər hansı bir borcu olmayıb və hazırda da yoxdur, əvvəlki dövrlər üzrə, yəni 2019-2020-ci illər üzrə hər hansı ödənilməmiş borcu olmamışdır və belə olduğu təqdirdə cavabdehin ona təyin etdiyi borc öhdəliyi də əsassızdır. Həmçinin, əvvəlki borc öhdəliyi ona əsassız hesablandığına görə cavabdeh tərəfindən sonrakı dövrlər üçün ödədiyi MDSS haqları əvvəlki mövcud olmayan borcların ödənilməsinə qanunsuz olaraq yönəldilmişdir. Beləliklə də, hazırda süni şəkildə borc öhdəliyi yaranmışdır. Ona hesablanmış borcların ya ranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamışdır. İddiaçının sorğularına da əsaslı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır.
6. Cavabdehin iddianın mümkün sayılmamasına dair məhkəməyə ünvanladığı vəsatətdə qeyd edilmişdir ki, vergi orqanının elektron üsulla təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********595800 nömrəli qərarı xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli, **********247500 nömrəli, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli qərarları xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarı isə xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı həmin qərarları xx.xx.2022-ci il tarixdə mübahisələndirmiş və bununla İPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmiş və 3054,2 manat ödəniş edilmişdir. Bu da, MDSS üzrə büdcəyə ödənilməli vəsaitin yayındırılması kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu i l tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından, 2018-ci ilin 1-4cü rübləri üçün MDSS (Xüsusi notariuslar (0300)) bəyannamələri üzrə 16844,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, **********249900 nömrəli və **********251000 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. xx.xx.2019-cu il tarixədə k qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Vergi orqanına təqdim edilən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi tövsiyə olunmuşdur. Lakin ve rgi ödəyicisi tərəfindən bildirişdə qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından, 2019-cu ilin 4-cü rübü üçün MDSS (Muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112)) bəyannaməsi üzrə 73,87 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində sıfır faizlə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə x x.xx.2019-cu il tarixdən minimum əmək haqqı ölkə üzrə 250 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta borcunun olmaması barədə arayışları əlavə edərək ödənilməmiş borcunun olmamasını və borcun əsassız hesablandığını bildirmişdir. Təqdim olunan arayışlar 2012-2017-ci illər üzrə olan dövrə borcun olmamasını təsdiq etmiş, iddiaçı tərəfindən isə vergi orqanının 2018-ci ilin 1-4-cü rübləri və 2019-cu ilin 4-cü rübü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edi lmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sı ğorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə, sosial sığortanın prinsiplərindən biri onun məcburiliyidir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
8. İş üzrə birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş, məktub, digər məlumat daşıyıcısı göndərilməmişdir. Müvafiq məktub alındığı təqdirdə, iddiaçı tərəfindən bütün zəruri sənədlər vergi orqanına təqdim olunardı.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: R.Kərimli) 09 fevral 2023-cü il tarixli, 21(112)-2873/2023 nömrəli qərarı ilə iddia təmi n edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, məhkəməyə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə daxil olsa da, cavabdeh inzibati orqan xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarların xx.xx.2022-ci il tarixdən əvvəlki dövrdə iddiaçıya müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən i ddia müddəti buraxılmamış qiymətləndirilir.
11. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdeh inzibati orqanın kameral vergi yoxlaması keçirməklə qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarlarını mübahisələndirir. Məhkəmə vurğulayır ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq bəyannamənin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Xüsusi notarius tərəfindən bəyann amələr isə, vergi orqanına hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verilir. Hazırkı işin hallarına görə, 2018-ci ilin İ-İV rübləri üzrə bəyannamələrin 2019-cu ilin may ayınadək (mübahisə predmeti olan qərarlar 18 iyun və 21 iyun 2019-cu il tarixlərdə qəbul olunmuşdur) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə 2018-ci ilin İ-İV rübləri üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verildiyi və ya müvafiq olaraq xx.xx.2018- ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə xx.xx.2019-cu il tarixli **********595800 nömrəl i, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları qəbul etdiyi kameral vergi yoxlamasını onlar üçün müəyyən olunmuş müddət ötürülməklə (pozulmaqla) keçirmişdir. Bununla da, həmin qərarlar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də “İnzibati icraat haqqında” Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla sosial sığorta haqları üzrə məbləğlərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları – əlverişsiz inzibati aktları qanunsuz sayılmalıdır.
12. Mübahisə predmeti olan xx.xx.2020-ci il ta rixli **********902500 nömrəli qərara münasibətdə qeyd edilmişdir ki, həmin qərarın qəbulu üzrə aparılan icraatda Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyənləşdirilmiş müddət kriteriyasına riayət olunsa da, həmin Məcəllənin 37.4-cü maddəsində nəzərdə tutulan “kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinin məlumatlandırılması təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan qeyd olunanları (çatdırılmanın təmin olunmamasını) təkzib edən heç bir sübut, o cümlədən poçt sənədi təqdim etməmişdir. Bu isə, belə nəticə yaradır ki, kameral vergi yoxlaması üzrə icraat formal aparılmış və xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim olunması üçün zəruri şərait yaratmadan qəbul olunmuşdur. Halbuki, iddiaçının müvafiq qaydada məlumatlandırıldığı halda, uyğunsuzluğun aradan qaldırılmasını şərtləndirən zəruri sənədləri vergi orqanına təqdim etməsini istisna edən xüsusat müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin xx.xx.2020-ci il tarixli, **********902500 nömrəli qərarı da qanuna zidd, yəni Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbləri pozulmaqla qəbul olunmuş sayılır.
13. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli ***** *****251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktların özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və düsturunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə (“İnzibati icraat haqqında” Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin, məhkəmənin qənaətinə görə cavabde hin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə borcu (əsas borc və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 1.4 və 3.8-ci maddəsinin tələblərinə ziddir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instan siyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2301/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(102)-273/2024 nömrəli qərarı ilə (hakimlər: S.Kərimov - məruzəçi, A.Hüseyn və R.Nəbizadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(103)2301/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Kassasiya məhkəməsi ilk növbədə cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən qərarların elektron qaydada iddiaçıya çatdırıldığına və oxunduğuna istinad etməklə iddianın mümkün sayılmaması barədə vəsatətinə kassasiya şikayətinin dəlilləri əsasında qiymət verərək iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi bundan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövrə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə əvvəlki inzibati akt ın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Bu halda da iddiaçının yenidən iddia ilə məhkəməyə müraciət etməsi mümkündür. Bu mənada vergi ödəyicisinin kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarı ən azı 3 il ərzində mübahisələndirmək imkanına malik olduğu nəzərə alınmalıdır. Qeyd olunan səbəbdən, eləcə də prosessual qənaət prinsipinin mə qsədləri baxımından hazırkı iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Bundan başqa, qərarların elektron üsulla çatdırılması “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilməlidir. Hazırkı işdə isə mübahisələndirilən qərarların qeyd olunan Qanunun tələblərinə uyğun şəkildə çatdırılmasına dair müvafiq sübut yoxdur.
20. İddianın mahiyyətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin İV rübü, xx.xx.2019-cu il tarixlərdə isə 2018-ci ilin İ-İİİ rübləri üzrə hesabla ma aparılmışdır. Vergi Məcəlləsinin 37.2- ci maddəsinin hesablama aparılan dövrdə qüvvədə olan redaksiyasına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisinin bəyannamə təqdim etdiyi vaxtdan 30 iş günü ərzində həyata keçirilə bilərdi. Hazırkı mübahisəyə dair iş üzrə materiallarda isə iddiaçının 2018-ci ilin İ-İV rübləri üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatları Dövlət Sosial Müdafiə Fonduna təqdim etməsinə dair məlumatlar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hesabatların Dövlət Sosial Müdafiə Fonduna təqdim edilib-edilmədiyini araşdırmadan, cavabdeh tərəfindən hesablamanın 30 iş günü müddətində aparılmadığına və kameral hesablamadan öncə vergi ödəyicisindən hər hansı məlumatın, izahatın tələb olunmadığına istinadən iddianı təmin etmişdir. Halbu ki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Nəzərə almaq lazımdır ki, yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir. Həmçinin, nəzərə alınmalıdır ki, 30 iş günü müddəti Vergi Məcəlləsinin tələbidir və 2018-ci ildə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatların həmin müddət ərzində vergi orqanı tərəfindən yoxlanılması mümkün deyildir. Çünki bu səlahiyyət vergi orqanlarına xx.xx.2019-cu il tarixdən verilmişdir və həmin ildən Vergi Məcəlləsinə əlavəolunan 1.4-cü maddəyə görə, Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanların ın, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları ilə, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətlə, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə bağlı qaydalara dair müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
38. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-1-ci maddəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına görə isə, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.
21. İşə baxmış məhkəmə kollegiyasının göstərişləri aşağıdakı kimi olmuşdur: – Cavabdeh xx.xx.2019-cu il tarixli uyğunsuzluq məktubu ilə iddiaçıya 2018-ci ilin İ-İV rübləri üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatlarının təqdim edilməməsi, hesabatlar və digər zəruri sənədlərin (məlumatların) beş iş günü ərzində təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdarlıq olunduğunu qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin halın təsdiq olunub-olunmadığını, yəni iddiaçı ilə cavabdeh arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin olub-olmadığını, həmin uyğunsuzluq məktubunun, eləcə də mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********902500 nömrəli qərara münasibətdə iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildirişin elektron üsulla iddiaçının elektron kabinetinə göndərilib-göndərilmədiyini, həmçinin bunun “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilib-keçirilmədiyini müəyyən etməmişdir – Bundan başqa, iş üzrə materiallarda iddiaçının 2018-ci ilin İ rübü üzrə borcunun olmadığına dair Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müvafiq məktubunun olduğu da nəzərə alınmalı və işə təkrar baxılması zamanı həmin məktuba da hüquqi qiymət verilməlidir. – Eyni zamanda nəzərə alınmalıdır ki, “Sosial sığorta haqqında” Qanunun 14cü maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına görə, xüsusi notariuslar üçün məcburi dövlət sosial sığorta haqqı gəlirlərinin 20 faizi miqdarında ödənilir. Həmin maddənin xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyasına görə isə, xüsusi notariuslar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında ödənilir. – Mübahisəy ə dair iş üzrə materiallardan görünür ki, cavabdeh iddiaçının 2018-ci il üzrə təqdim etdiyi xüsusi notariusun gəlir vergisi bəyannaməsinə əsasən onun 128490,3 manat gəliri olduğuna istinad edir. Lakin həmin bəyannamənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti iş materiallarında yoxdur. Ümumiyyətlə, iddiaçının 2018-ci ilin İ-İV rübləri üzrə cavabdeh tərəfindən əlavə hesablamaya əsas olan gəlirlərini təsdiq edən sənədlər apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilməmiş, həmin gəlirlərin hansı məbləğdə olması araşdırılmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(103)-252/2025 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbi zadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: - Mübahisələndirilən qərarlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tərtib edilməmiş və göndərilməmişdir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 62.2-ci və 62.3-cü maddələrinə əsasən maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyinə görə aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşdüyü halda, iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. Belə olan halda hazırki işdə iddia müddətinin ötürülməsi barədə qənaətə gəlmək olmaz. Odur ki, iddia mümkündür. -İddi anın mahiyyəti üzrə qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2019-cu il tarixdən həvalə edilmişdir. Həmin dövrə qədər isə məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində idi. İş materiallarında olan illər üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə bəyan edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların təhlili göstərir ki, iddiaçı fəaliyyəti dövründə xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqlarını bəyan etməmiş və ödəməmişdir. Belə ki, iddia çı başqa miqdar məcburi dövlət sosial sığorta haqlarını büdcəyə ödəmiş və sözügedən ödəmə qaydası həmin vaxt belə ödəmələrə nəzarəti həyata keçirən dövlət orqanı tərəfindən qəbul edilməklə mübahisələndirilməmişdir. Bununla yanaşı həm də qeyd edilməlidir ki, iş materiallarında olan ayrı-ayrı xüsusi notariusların müxtəlif dövrlərlə bağlı verdikləri Məcburi dövlət sosial sığortası üzrə hesabatlardan görünür ki, yalnız iddiaçı deyil, ölkədə fəaliyyət göstərən digər xüsusi notariuslar da fəaliyyətləri dövründə xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarını bəyan etməmişlər. Həm iddiaçıya münasibətdə, həm də digər xüsusi notariuslara münasibətdə Dövlət Sosial Müdafiə Fondu uzun illər bu formada təqdim edilən hesabatları qəbul etmiş, hətta Dövlət Sosial Müdafiə Fondunun müxtəlif şöbələri tərəfindən MDSS borcunun olması ilə bağlı hər hansı irad bildirilməməklə yanaşı, hər hansı borcunun olmamasına dair məktublar da verilmişdir. – Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. – Nəzərə alınmalıdır ki, etimad hüququ, xüsusilə inzibati hüquqda dövlət idarəçiliyinin şəffaflığını, hüquqi müstəvidə düzgünlüyünü və proqnozlaşdırıla bilən olmasını təmin etmək baxımından əh əmiyyətli bir rola malikdir. Belə ki, etimad hüququ hüquqi bir anlayış olaraq, dövlətin və onun orqanlarının, hüquqi şəxslərin və vətəndaşların gözləntilərinə uyğun şəkildə fəaliyyət göstərməsini və onlara qarşı dürüst, şəffaf, ardıcıl və ədalətli davranmasını təmin edən bir hüquq prinsipi olaraq çıxış edir. Bu hüquq, dövlət və şəxslər arasındakı qarşılıqlı etimadın və əməkdaşlığın təməlini qoyur və dövlətin, inzibati orqanların və ya digər müvafiq qurumların vətəndaşlar və hüquqi şəxslərlə münasibətlərində qarşılıqlı etimadın qorunmasını tələb edən bir prinsipdir. İnzibati praktikada şəxslərin etimadının qorunması çox vacibdir, çünki bu, həm hüquqi stabilliyi, həm də sosial ədaləti təmin edir. Şəxslərin dövlətə və onun orqanlarına olan etimadı, cəmiyyətdə hüquq mühafizəsi, sosial sülh və iqtisadi inkişaf üçün mühüm rol oynayır. – Eyni zamanda, etimad hüququnun qorunması həmçinin dövlət orqanlarının müəyyən səlahiyyətlər üzrə hüquqi varisləri tərəfindən də təmin edilməlidir, çünki etimad hüququ, dövlətin fəaliyyətinə olan inamı və güvəni qorumağa yönəlmiş bir hüquqi prinsipdir. Dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların inzibati fəaliyyətlərində müəyyən edilmiş hüququn tətbiqi təcrübəsinə (davranış qaydasına) etimadını davam etdirərək, bu etimadı zədələməməli və qorumağa davam etməlidirlər. Belə ki, dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların fəaliyyətini davam etdirirlər və əvvəlki orqanlar tərəfindən yaradılmış hüququn tətbiqi təcrübəsini qorumaq və hüquqi sabitliyi təmin etmək məsuliyyətini daşıyırlar. Etimad hüququ, vətəndaşların dövlət orqanl arının qərarlarına olan etimadını qorumağa kömək edir və bu etimad, dövlət orqanlarının hüquqi varisləri tərəfindən də davam etdirilməlidir. Əgər müvafiq səlahiyyət verilmiş yeni dövlət orqanı əvvəlki orqanın qərarlarını və fəaliyyətini dəyişərsə, bu, vətəndaşların etimadını zədələyə bilər. Vətəndaşların hüquqlarının qorunması, hüquqi varisin davamlı və ardıcıl fəaliyyətindən asılıdır. Əgər dövlət orqanının hüquqi varisi, əvvəlki orqanların verdiyi qərarları vətəndaşların etimadını qoruyacaq şəkildə tətbiq etməzsə, bu, hüquqi sabitliyə və vətəndaşların hüquqlarına zərər verə bilər. Dövlət orqanları arasında hüquqi davamlılıq və inzibati praktikada ardıcıllıq təmin edildikdə, vətəndaşlar dövlətin qərarlarının proqnozlaşdırıla bilən və şəffaf olduğunu hiss edirlər. Bu, sosial etibarı və dövl ətə olan etimadı artırır. Dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların fəaliyyətlərini davam etdirərək, bu etimadın qorunmasına məsuliyyət daşıyır. – Digər tərəfdən, bu da danılmaz faktdır ki, inzibati praktika zamanla dəyişə bilər. Lakin inzibati praktikanın dəyişməsi həm əsaslı və obyektiv hallardan irəli gəlməli, müəyyən qanuni məqsədlərə və ictimai mənafenin qorunmasına xidmət etməli, həm də hüquqi təhlükəsizliyi qorumaq üçün əvvəlki vəziyyətlərə deyil, inzibati praktikanın dəyişdiyi andan sonrakı hallara şamil olunmalıdır. – İşin araşdırılmış hallarından görünür ki, həm iddiaçıya münasibətdə, həm də ümumiyyətlə digər xüsusi notariuslara münasibətdə 2019-cu ilin 01 yanvar tarixinədək DSMF tərəfindən məcburi sosial sığorta haqlarının ödəniş qaydasına həmin dövrədək qüvvədə o lan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi tətbiq edilməmiş və xüsusi notariusların başqa qaydada məcburi sosial sığorta haqlarını bəyan etmələrinə və ödəmələrinə şərait yaradılmış və bu inzibati praktika hamıya qarşı tətbiq olunmaqla uzun müddət davam etmişdir. Hazırkı halda cavabdeh orqana məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən həvalə edilmişdir. Odur ki, cavabdeh inzibati praktikanın dəyişməli olması halından çıxış edirsə, yenə dövlət orqanlarının özü tərəfindən yaradılmış bu praktikanın dəyişməsindən əvvəlki vəziyyətlərə münasibətdə şəxslər üçün məsuliyyətə səbəb olan qərarlar qəbul etməsi zamanı etimadın qorunması prinsipini nəzərə almalıdır. – Bu mənada, hazırki işdə 2018-ci ilin İ, İİ, İİİ və İV rübləri üzrə v ergi orqanının iddiaçıya münasibətdə MDSS borclarının ödənilməməsinə görə kameral qaydada vergi hesablaması əvvəlki səlahiyyətli inzibati orqanın (DSMF-nun) hamıya münasibətdə fərqli inzibati praktika tətbiq etdiyi dövrə aid olduğundan, həmçinin cavabdeh qurumun bu formada müdaxiləsi iddiaçının etimad hüququnun qorunması prinsipinə zidd olduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin hesablamaların aparılması ilə bağlı qəbul edilmiş qərarların ləğvini tələb etməkdə iddiaçı haqlı olmuş və onun bu tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. – İddiaçının vergi orqanına müvafiq dövrlər üzrə bəyan etdiyi bəyannamələr işin təkrar apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuşdur. Həmin bəyannamələrin tədqiqi zamanı müəyyən olundu ki, iddiaçı həqiqətən də 2018-ci ilin İ rübü üzrə 27495,75 manat, 2018-ci ilin İİ rübü üzrə 27560,50 manat, 2018-ci ilin İİİ rübü üzrə 38064,75 manat, 2018-ci ilin İV rübü üzrə isə 35369,25 manat olmaqla, cəmi 128490,3 manat gəlirlərinin olmasını vergi orqanına bəyan etmişdir. – 2019-cu ilin İV rübü üzrə isə təqdim olunan Məcburi dövlət sosial sığortası üzrə hesabatda işçilərin sayı və onların aylıq əməkhaqqı və gəlirləri, MDSS-ə cəlb olunan gəlirləri barədə təfərrüatlı məlumatlar öz əksini tapmışdır. Vergi orqanı 2019-cu ilin İV rübü üzrə “MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)” barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarında kameral qaydada 73,87 manat məbləğində vergi borcunın hesablanmasını açıqlamamış, ümumiyyətlə, qərarın qəbul edilməsinə əsas olaraq ya lnız özünün **********472400 nömrəli məktubunu göstərmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, həmin məktub nə məhkəmə tədqiqatına təqdim olunmuş, nə də inzibati icraat dövründə elektron sənəd mübadiləsi qaydalarına uyğun olaraq iddiaçıya göndərilməmişdir. Bu baxımdan adı çəkilən məktubun mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarın məzmununda göstərilməsi həmin inzibati aktın qəbul edilməsi üçün yetərli əsas kimi çıxış edə bilməz. Buna görə də vergi orqanının xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarı yalnız göstərilən məktuba görə “əsaslandırılmış inzibati akt” da hesab oluna bilməz.
24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: – Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilməmiş və heç bir ödəniş olmamışdır. Beləliklə, işin mübahisə edilməyən halı odur ki, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi yayındırılaraq qanunvericiliyin normaları pozulmuşdur. – Vergi ödəyicisi tərəfindən bəyannamənin təqdim edilməməsi və heç bir ödəniş olunmaması və Dövlət Sosial Müdafiə Fondu uzun illər bu formada təqdim edilən hesabatları qəbul etməsi vergi ödəyicisinin üzərinə düşən öhdəliklərin icra edilməməsi üçün əsas olmamalıdır. – İddiaçı tərəfindən təqdim edilən arayışlar 2012-2017-ci illər üzrə olan dövrə borcun olmamasını təsdiq etmiş, iddiaçı tərəfindən isə vergi orqanının 2018-ci ilin 1-4-cü rübl əri və 2019-cu ilin 4-cü rübü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar”ları mübahisələndirilmişdir. Belə olan halda həmin arayışlara əsaslanaraq 2018-ci il və 2019-cu ilin 4-cü rübü üzrə borcunun olmaması qənaətinə gəlmək əsaslı hesab edilə bilməz. – İddiaçı tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verilmiş və iş üzrə iddia müddətinin ötürülməsini təsdiq edən sübutlar həmin vəsatətə əlavə olunmuş və iş materiallarında mövcuddur. – İPM-in 87.8-ci maddəsinin tələbləri pozularaq apellyasiya şikayətində irəli sürülmüş dəlillərə hər hansı münasibət bildirilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə etiraz edərək təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.21-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Kameral yoxlama nəticəsində vergi bəyannaməs ində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulmas ı faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 28. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9-1.1 (xx.xx.2019-cü il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta h aqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10 (xx.xx.2019-cü il tarixədək qüvvədə olan redaksiyada). Sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Maddə 10 (xx.xx.2019-cü il tarixdən qüvvədə olan redaksiyada). Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarınınuçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifəsidir. Maddə
11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı: vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün — gəlirlərinin 20 faizi miqdarında ödənilir. Maddə 14.5 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolun anlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olm alı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyy ən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
34. Şikayətdə fundamental vacib hüquqi m əsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə ba ğlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq norma larının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddianın mümükünlüyü ilə bağlı məsələyə işə birinci dəfə kassasiya icraatı qaydasında baxılarkən qiymət verilmiş, hazırkı iddianın mümkün sayılmaması üçün əsasların olmadığı qənaətinə gəlinmişdir. Buna görə də, hazırkı kassasiya baxışı çərçivəsində təkrarən həmin dəlil istiqamətində araşdırma aparılmasına məhkəmə kollegiyası zərurət görmür.
39. Kassasiya şikayətinin iddianın mahiyyəti ilə bağlı dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən təkrar araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirilən dövrdə məcburi dövlət sosial sığorta haqla rı üzrə bütün hesabatlarını həmin dövrdə səlahiyyətli orqan olan Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş və təqdim edilən məlumatlara uyğun ödənişləri vaxtında həyata keçirmişdir. DSMF tərəfindən bu hesabatların qəbul olunması, həmçinin həmin dövrlərə dair borcun olmaması barədə verilmiş rəsmi məktublar iddiaçının hüquqi davranış modelinin düzgünlüyü barədə formalaşdırdığı etimadı obyektiv əsaslandırır.
40. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının 2018-ci il üzrə mübahisələndirilən dövrlərdə məcburi dövlət sosial sığorta haqlarını düzgün bəyan etmədiyi və ya az məbləğdə ödəniş etdiyi barədə iradları həmin dövrlərdə bu sahəyə nəzarət səlahiyyətinin yalnız Dövlət Sosial Müdafiə Fonduna məxsus olması fonunda hüquqi cəhətdən etibarlı sayıla bilməz. Belə ki, həmin dövrlərdə DSMF nə iddiaçıya, nə də digər xüsusi notariuslara bu məzmunda hər hansı irad bildirməmiş, təqdim edilmiş hesabatları ardıcıl şəkildə qəbul etmişdir. Bu səbəbdən cavabdeh orqanın öz səlahiyyəti xaricində qalan dövrlərə münasibətdə hazırkı mərhələdə fərqli mövqe formalaşdırması hüquqi dəyərə malik hesab edilmir.
41. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iş materiallarından göründüyü kimi, mübahisələndirilən dövrdə ölkədə fəaliyyət göstərən digər xüsusi notariuslar da eyni qaydada MDSS hesabatları təqdim etmiş və səlahiyyətli dövlət orqanı həmin praktikanı uzun müddət ərzində hamıya şamil edilən inzibati praktika kimi tətbiq etmişdir. Bu isə “İnzibati icraat haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrində nəzərdə tutulmuş etimad hüququ və inzibati praktikanın ardıcıllı ğı prinsiplərinin mövcudluğunu təsdiq edir.
42. Lakin cavabdeh vergi orqanın əvvəlki səlahiyyətli orqanın (DSMF-nin) çoxillik inzibati praktikasına müdaxilə edərək əvvəlki dövrlərin yenidən hesablanmasını aparması və bu dövrlər üzrə iddiaçı üçün əlavə öhdəlik müəyyən etməsi etimad hüququnun qorunması prinsipinə zidd hesab edilməlidir.
43. O da qeyd edilməlidir ki, inzibati praktika zamanla dəyişə bilər. Lakin inzibati praktikanın dəyişməsi həm əsaslı və obyektiv hallardan irəli gəlməli, müəyyən qanuni məqsədlərə və ictimai mənafenin qorunmasına xidmət etməli, həm də hüquqi təhlükəsizliyi qorumaq üçün əvvəlki vəziyyətlərə deyil, inzibati praktikanın dəyişdiyi andan sonrakı hallara şamil olunmalıdır.
44. Bu baxımdan, iddiaçı və digər xüsusi notariuslar tərəfindən mübahisəli dövrlər üzrə MDSS ödənişlərinin məhz həmin qaydada aparılması və DSMF tərəfindən kənarlaşma kimi qiymətləndirilməməsi, eyni zamanda borcun olmaması barədə verilmiş rəsmi arayışlar iddiaçının formalaşdırdığı etimadın qanuni əsaslara söykəndiyini təsdiq edir
45. Vergi orqanının 2019-cu ilin İV rübü üzrə “MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112)” barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarında isə kameral qaydada 73,87 manat məbləğində vergi borcunın hesablanmasının əsas kimi göstərdiyi özünün **********472400 nömrəli xx.xx.2020-ci il tarixli məktubu nə məhkəmə tədqiqatına təqdim olunmuş, nə də inzibati icraat dövründə elektron sənəd mübadiləsi qaydalarına uyğun olaraq iddiaçıya göndərilməsi barədə sübutlar işə əlavə olunmamışdır. Buna görə də, apellyasiya məh kəməsi haqlı olaraq yalnız göstərilən məktuba istinad edilməklə qəbul edilən vergi orqanının xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarını “əsaslandırılmış inzibati akt” hesab etməmişdir.
46. Beləliklə, cavabdehin hazırda mübahisələndirilən qərarlarının qanunsuzluğu ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 21(103)-252/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.