Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1988/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 2-1(103)1065/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339ş nömrəli və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrlərinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş əmək haqqıların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02 may 2018 -ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinin tələbləri əsasında o, tutduğu vəzifədən azad edilərək, Komitənin sərəncamına götürülmüşdür. Daha sonra isə onun yuxarıda adıçəkilən Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndi əsasında təşkilat ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmaması barədə xx.xx.2018-ci il tarixli əmr verilmişdir. Cavabdeh onu tutduğu vəzifədən azad edərkən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə isti nad etmişdir. Həmin maddədə göstərilmişdir ki, gömrük orqanlarının vəzifəli şəxsləri təşkilat ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Doğrudur ki, onun barəsində ilkin olaraq təşkilat ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və üç ay müddətində həmin orqanın sərəncamında saxlanılması əmr edilmişdir. Lakin daha sonra heç bir əsas olmadan, müddət (3 ay) bitdikdən sonra onun hər hansı vakant vəzifəyə bərpası həyata keçirilməmişdir. Hesab edir ki, cavabdeh hər hansı əsas olmadan, qərəzli şəkildə, ilk növbədə, onu vəzifədən azad edərək üç ay müddətində sərəncamda saxlamış, daha sonra isə vakant vəzifənin olmaması səbəbi ilə keçirilməni həyata keçirməmişdir. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsində təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: vəzifəli şəxsin xidmətinə təşkilat ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Lakin cavabdeh sözügedən normanın dispozisiya şərtlərindən hər hansı birinə əməl etməmiş, ona hər hansı alternativ vəzifə təklif etməmiş, digər vakant vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır. Cavabdeh tərəfindən ona münasibətdə tətbiq olunmuş yanaşma düzgün olmamış, yuxarıda adıçəkilən Əsasnamənin tələbləri baxımından ona alternativ vəzifə təklif edilməmişdir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi əmr əsassız olmuşdur. Əmr əsassız olduğundan onun yaratdığı hüquqi nəticələr aradan qaldırılmalı, o, işə bərpa olunmalı və ona ödənilməmiş əməkhaqqı ödənilməlidir.
3. İddiaçının prosessual müddətin bərpa olunmasına dair ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 10 avqust 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü, 206.3.2-ci və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmiş, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 24 may 2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü, 206.3.2-ci və 206.3.3-cü maddələri ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə (yəni, hər hansı şəxs barəsi ndə başlanılmış cinayət təqibinə, onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir) 5 il 9 aydan sonra xitam verilmişdir. Göründüyü kimi, o, hazırkı əmri yalnız onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü, 206.3.2-ci və 206.3.3-cü maddələri ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2ci maddəsi ilə (yəni, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir) 5 il 9 aydan sonra xitam verildikdən sonra mübahisələndirə bilmişdir. Yəni, məhkəməyə iddia verilməsi üçün prosessual müddət faktiki olaraq onun təqsiri olmadan buraxılmışdır. Göstərilənlərə əsasən buraxılmış prosessual müddətin bərpa olunmasını etmişdir.
4. Cavabdeh orqanın iddiaya yazılı etirazında qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli, 2-1(112)-13572/2024 nömrəli iş üzrə icraatınıza daxil olmuş mübahisələndirilmə növündə iddia tələbi, ona mahiyyəti üzrə baxmağa əsas verən zəruri prosessual şərtlərin mövcud olmaması səbəbindən mümkünsüzdür. Prosessual müddətin ötürülməməsi üçün zəruri və gözlənilən ehtiyat tədbirləri görməsinə baxmayaraq, onun təqsiri olmadan müddət istənilən şəraitdə ötürülmüşdür. Cinayət işi üzrə icraatın başlanılması iddiaçının qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran hal olaraq qiymətləndirilməməlidir. İddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində b aşlanılmış cinayət işi üzrə icraatın nəticəsini gözləyərkən inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürməklə yanaşı, icraata 24 may 2024-cü il tarixində xitam verilməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsinə əsas olan prosessual müddəti də ötürmüşdür. İddiaçının vəsatət xarakterli ərizəsində İnzibati Prosessual Məcəllənin 24-cü maddəsinə natamam məzmunda istinad edilərək bildirilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, burax ılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzrlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Məhkəmə iddiaçı barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın imzalandığı tarixi (xx.xx.2024-cü il) prosessual müddətlərə əməl olunmasına mane olan halların aradan qalxdığı gün kimi qiymətləndirərsə, müddətin bərpası barədə ərizənin qanunla müəyyən edilmiş 15 günlük müddət ərzində təqdim edilməməsinin mötəbər sübutlarla əsaslandırılmadığını nəzərə almalıdır. Qe yd olunanlara əsasən iddianın mümkünsüz hesab olunması xahiş edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 29 oktyabr 2024-cü il tarixli 2-1(112)-13572/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmiş, iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş nömrəli və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrlərinin iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən edilməsə də, o, qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir. Belə ki, iddiaçının sözügedən əmrlər qəbul edildikdən sonra, növbə ti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və sair onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Həmçinin, məhkəmə iclasında iştirak edən iddiaçı özü də təsdiq etmişdir ki, mübahisələndirilən əmrlər barəsində 2018-ci ildə məlumatlı olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi tərəfindən onun barəsində 10 avqust 2018-ci il tarixdə cinayət işinin başlanılması barədə qərar qəbul edilmiş, 24 may 2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü, 206.3.2-ci və 206.3.3-cü maddələri ilə cinayət işinin icraatına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsi ilə xitam verilmişdir. Yalnız bu zaman, yəni əmrlərin qəbul olunduğu vaxtdan başlanılmış cinayət işinə 5 il 9 aydan sonra xitam verildikdən sonra mübahisələndirmə imkanı əldə etmiş, bundan sonra hüquqlarının bərpası üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində başlanılmış cinayət işi üzrə icraatın nəticəsini gözləməsini prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi əsas gətirmişdir. Lakin 24 may 2024-cü il tarixli qərar ilə iddiaçı barəsində cinayət işinin icraatına xitam verilməsinə baxmayaraq, o, 12 sentyabr 2024-cü il tarixində məhkəməyə müraciət etməklə, faktiki olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsinə əsas olan prosessual müddəti də ötürmüşdür.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq, işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və X.A.Cəmilova) 06 fevral 2025-ci il tarixli, 21(103)-1065/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi r. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyn i vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələr ində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbi n mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırma ğa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məs ələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmə klə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
20. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən barəsində qəbul edilmiş 02 may 2018-ci il tarixli, 100/339 ş nömrəli və xx.xx.20 18-ci il tarixli, 100/1115ş nömrəli əmrlərin ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
22. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
23. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağl ı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
24. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
25. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə ba ğlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
26. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
27. İş üzrə materiallardan görünür ki, iddiaçı mübahisələndirilən 02 may 2018-ci il tarixli, 100/339 ş nömrəli və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrlərdən 2018-ci ildən məlumatlı olmuşdur. Belə ki, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir. Belə ki, iddiaçının sözügedən əmrlər qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və sair onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.
28. İddiaçı tərəfindən iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Hazırkı məzmunda iddia qaldırılması üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır. İddiaçı özü də bu faktı inkar etmir.
29. Lakin iddiaçı prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudla şdıran obyektiv halların mövcudluğunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi tərəfindən onun barəsində 10 avqust 2018-ci il tarixdə cinayət işinin başlanılması barədə qərar qəbul edilmiş, 24 may 2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü, 206.3.2-ci və 206.3.3-cü maddələri ilə cinayət işinin icraatına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsi ilə xitam verilmişdir. Yalnız bu zaman, yəni əmrlərin qəbul olunduğu vaxtdan başlanılmış cinayət işinə 5 il 9 aydan sonra xitam verildikdən sonra mübahisələndirmə imkanı əldə etmiş, bundan sonra hüquqlarının bərpası üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, i ddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində başlanılmış cinayət işi üzrə icraatın nəticəsini gözləməsini prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi əsas gətirmişdir.
30. Halbuki, 24 may 2024-cü il tarixli qərar ilə iddiaçı barəsində cinayət işinin icraatına xitam verilməsinə baxmayaraq, o, 12 sentyabr 2024-cü il tarixində məhkəməyə müraciət etməklə, faktiki olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsi üçün İPM-in 24.2-ci maddəsində nəzərdə tutulmuş 15 gün müddəti də ötürmüşdür.
31. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilsə də, müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının ərizəsində istinad etdiyi hallar isə müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
32. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi qərardan məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir.
33. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qa ldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
34. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
35. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məs uliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
36. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə bax ılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 21(103)-1065/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.