Məhkəmə qərarları › İş №2-1(102)-1992/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1992/2019

24.07.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1992/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X4) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1992/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçı X3 və vəkili Vəkil1, üçüncü şəxs X2 və vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçı X3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X4) qarşı “qeydiyyatdan çıxarılmanın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-640/2019 saylı qərardadından iddiaçı X5 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə xxxx 2012-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 1992-ci ilin xxxx Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşməsi ehtimal olunan hərbi qulluqçu X6 Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən xxxx 2002-ci il tarixində saxta sənədlər əsasında qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarı ilə iddia ərizəsi təmin edilərək cavabdeh Yasamal rayon Polis İdarəsi tərəfindən 1992-ci ilin xx ayında Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşməsi ehtimal olunan hərbi qulluqçu X6 ünvan 1 ünvanından xxxx 2002-ci il tarixdə qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilməsi qərara alınmışdır. X4 xxxx 2017-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək xxxx 2012-ci il tarixli qərarın onun hüququna toxunduğundan adıçəkilən qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş və xxxx 2018-ci il tarixində apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/18 saylı xxxx 2018-ci il tarixli q ərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılmanın qanunsuz hesab edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-704/2012 saylı, xxxx 2012-ci il tarixli qərarından iş üzrə tərəf olmayan X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmiş, apellyasiya şikayəti onu vermiş şəxsə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/18 saylı xxxx 2018-ci il tarixli qərardadı ilə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xxxx 2017-ci il tarixli qərar ına əsasən qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxslərin də inzibati məhkəmə icraatında üçüncü şəxs kimi cəlb edilməsi imkanı nəzərdə tutulmuşdur. Belə olan halda X1 ilk öncə iş üzrə üçüncü şəxs kimi cəlb edilmə barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməli idi. Birinci instansiya məhkəməsi tərəfindən qərarın qəbul edilməsi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmaması yoxlanılmalı və əhəmiyyətli pozuntu müəyyən edildiyi halda o, iş üzrə üçüncü şəxs kimi cəlb edilə bilərdi. X10 prosessual qanunvericiliyin həmin normalarına zidd olaraq iş üzrə statusu müəyyən edilmədən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 2-1(103)-865/18 saylı xxxx 2018-ci il tarixli qərardadından iş üzrə tərəf olmayan X4 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının 21(102)-1081/2018 saylı xxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/18 saylı xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X4 iş üzrə üçüncü şəxs kimi cəlb edilmə barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-704/2012 saylı, xxxx 2018-ci il tarixli qərardadı ilə X2 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1(81)704/2012 saylı, xxxx 2012-ci il tarixli qəra rı ləğv edilmiş və iş üzrə icraatın təzələnməsi, X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır (hakim-T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-640/2019 saylı qərardadı ilə iddiaçı X5 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadından verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-640/2019 saylı qərardadından iddiaçı X5 və vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarı X2 heç bir marağına toxunmadığından onun ərizəsi məhkəmələr tərəfindən geri qaytarılmalı idi. Bundan əlavə, həmin qərar onunmaraqlarına toxunmuş olsaydı belə sözügedən qərar qanuni qüvvəyə mindiyindən (2012-ci ilin xxx ayında) prosessual qanunvericiliyə əsasən X2 məhkəmə icraatına cəlb edilməsi yol verilməzdir. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-nin 28-ci maddəsinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və vəkili Vəkil1 kassas iya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş pr osessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-640/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı qızı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə xxxx 2012-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1992-ci ilin xx ayında Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşməsi ehtimal olunan hərbi qulluqçu X6 Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən xxxx 2002-ci il tarixində saxta sənədlər əsasında qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmiş, X4 həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/18 saylı xxxx 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti X2 iş üzrə üçüncü şəxs kimi cəlb edilmədən verildiyi üçün qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının 21(102)-1081/2018 saylı xxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/18 saylı xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, bundan sonra X4 iş üzrə üçüncü şəxs kimi cəlb edilmə barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıra raq o nəticəyə gəlmişdir ki, X2 iş üzrə üçüncü şəxs kimi cəlb edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-640/2019 saylı qərardadı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4 və 83.4-cü maddələrinə əsasən müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlara aiddir və ondan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin q anunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən мübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri c əlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Həmin Məcəllənin 28.5-cи maddəsinə əsasən мəhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edi r. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarındakı əsas hüquqi mövqe ondan ibarət olmuşdur ki, təcrübədə məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən maraqlarına toxunan şəxslərin məhkəmə icraatına cəlb olunmaması hallarına rast gəlinir. Belə olan halda həmin şəxslər Konstitusiyanın 60-cı maddəsi ilə nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun pozulduğunu haqlı olaraq qeyd edirlər. Çünki məhkəmə qərarı qanuni qüvvəyə mindiyinə görə həmin şəxslərin İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə uyğun olaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi mümkün olmur və onlar inzibati məhkəmə icraatının iştirakçısı olmadığı üçün həmin Məcəllənin 81-ci maddəsinə əsasən bu qərardan apellyasiya şikayəti vermək hüququndan məhrum olurlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tut ulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələn dirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Beləliklə, qeyd olunan normaların tələblərinə əsasən prosessual qanunvericilikdə bir sıra məhkəmə qərardadlarından, o cümlədən, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan müstəqil qaydada şikayət verilməsi nəzərdə tutulmadığından, bu növ qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilməsi imkanı müəyyən edildiyindən, iddiaçının kassasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya M əhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)640/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-640/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar