Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1993/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2-1(103)-893/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2018-ci ildə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti fevral 2023-cü ildə bitdikdən sonra onun mart 2023-cü ildə “ikinci dərəcə əlilliyin yenidən təyin edilməsi” ilə bağlı müraciətinə münasibətdə imtina verilmişdir.
2. Bu imtinadan narazı qalan iddiaçının müraciəti ilə bağlı məhkəmə araşdırması aparılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadının icrası nəticəsində iddiaçıya cavabdeh qurumun xx.xx.2023-cü il tarixli qərarı ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 50% pozulması (İİİ dərəcə əlillik) barədə qərar qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı İİ dərəcə deyil, İİİ dərəcə əlillik dərəcəsinə malik olduğundan onun iddiası rədd edilmiş və həmin qərar apellyasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun fevral 2023-cü ildən noyabr 2023-cü ilədək pensiya almamasına və həmin müddət üçün ona maddi və mənəvi ziyan vurulduğuna istinad edərək bu barədə xx.xx.2024-cü il tarixli məktubla cavabdeh orqana müraciət etmiş, lakin onun tələbi cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a ) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən maddi və mənəvi təzminat olaraq vurulmuş 10.000 (on min) manat pulun ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-xx.xx.2023-cü illər müddətində İİ qrup üzrə əlillik dərəcəsi ilə pensiya almışdır. xx.xx.2023-cü il tarixdə əlillik müddətinin uzadılması üçün xəstəlik sənədlərini cavabdehə göndərmiş, sonuncu tərəfindən imtina edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixdə əyani müayinə keçməsi barədə qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İİİ qrup əlillik dərəcəsinin müddə ti uzadılmışdır. xx.xx.2023-cü il tarixdə müayinə sənədlərinin ona təqdim edilməsi üçün cavabdehə müraciəti cavablandırılmamışdır. xx.xx.2023-cü ildə cavabdehə müraciət edərək almalı olduğu pensiyanı vaxtında ala bilmədiyi üçün keçən 9 ay ərzində gündəlik dərmanlarını almaq və digər ehtiyaclarını qarşılamaq üçün şəxsi adamlardan borc aldığını, bankdan kredit götürdüyünü və s. əsas gətirərək, sarsıntılar yaşadığını və ona 10.000 manat maddi və mənəvi təzminatın ödənilməsini xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir.
7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim olunmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 22 oktyabr 2024-cü il tarixli, 21(112)-9748/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin halları ilə cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) müəyyən edilsə də (mövcud xəstəliklərinə əsasən əlilliyi müəyyən edilməsinin mümkün olduğu halda vaxtında təyin edilməməsi baxımından), bu hərəkətlər nəticəsində iddiaçı ona dəymiş maddi və mənəvi zərərin vurulmasına dair məhkəməyə tutarlı dəlil təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ona real zərərin vurulmasını təsdiq edən hal kimi 1532,82 manat dəyərində kredit borcu yarandığını və faizlər ödədiyini bildirsə də, buna dair ödəniş sənədlərini, yəni real zərər çəkməsini sübut edən sənəd təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası M ülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddianın mənəvi zərər hissəsinə gəldikdə isə iddiaçı bunu həmin dövrdə kommunal xidmətdən istifadəyə görə borcunun yığılmasına, həmçinin ayrı-ayrı şəxslərdən borc aldığına görə sarsıntı keçirməsi ilə əlaqələndirsə də mübahisəli dövrdən əvvəl müvafiq borclarının olmadığına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. O da nəzərə alınır ki, göstərilən halların həyatın adi axarı şəraitində yaranması imkanı istisna olunmadığından, iddiaçı bunun bilavasitə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində yaranmış məcburiyyətdən qaynaqlandığını məhkəmə qarşısında əsaslandıra bilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apellyasiya in stansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 5 fevral 2025-ci il tarixli, 21(103)-893/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2018-ci ildə 5 il müddətinə təyin edilən əlilliyin müddəti bitdikdən - 2023-cü ilin fevral ayından sonra ona yeni (İİİ dərəcə) əlilliyin təyin edildiyi xx.xx.2023-cü il tarixədək pensiya almamasının səbəbləri cavabdeh qurumun təqsirliliyi ilə bağlı olmamışdır. Belə ki, xx.xx.2018-ci ildə 5 il müddətinə təyin edilmiş müvafiq əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçının yeni müraciəti əsasında cavabdeh qurum inzibati icraat aparmış və bu icraatın yekunu olaraq mart 2023-cü il tarixdə “imtina” vermişdir ki, iddiaçı da həmin imtinanı mübahisələndirmiş və məhkəmə qərarının icrası ilə bağlı ona xx.xx.2023-cü il tarixli qərarla İİİ dərəcə əlillik 1 il müddətinə, yəni (xx.xx.2024-cü il tarixədək) təyin edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının pozulmuş hüquqları bərpa edilərək, əlilliyinin müddəti fevral 2023-cü ildən 1 il müddətinə - xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir ki, bununla da həmin dövr üzrə əlilliyə görə pensiyasını sonradan almışdır. Bu fakt məhkəmə icraatı dövründə iddiaçının özü tərəfindən də təsdiq olunmuşdur. Məhkəmə onu da nəzərə almışdır ki, iddiaçının fevral 2023-cü ildən noyabr 2023-cü ilədək pensiyanı almamasının səbəbi həmin dövrdə həm inzibati icraat, həm də məhkəmə icraatının davam etməsi ilə bağlı olmuşdur ki, buna görə də təqsirlilik məsələsi cavabdeh qurumun üzərinə qoyula bilməz.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qismində işə baxmış Bakı İnzibati Məhkəməsinin qərarında da qeyd edildiyi kimi, işin halları ilə cavabdeh inzibati orqanın təqsirli hərəkətləri (hərəkətsizliyi) müəyyən edilmişdir. Belə ki, iddiaçının mövcud xəstəliklərinə əsasən əlilliyin uzadılması mümkün olsa da, inzibati orqan lazımi hərəkətləri etməmiş, hərəkətsizlik göstərməklə iddiaçının pensiyasının vaxtında təyin edilməməsinə səbəb olmuşdur. Bununla da, doqquz ay qədər uzun bir müddət ərzində iddiaçını yeganə gəlir mənbəyindən məhrum etmişdir. Lakin işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri iddiaçının yeganə gəlirindən məhrum qalaraq doqquz ay ərzində maddi və mənəvi zərərə uğraya biləcəyini mümkün hesab etməmiş və inzibati orqanın məsuliyyət daşımamasına qərar vermişdir. İşin hallarından da aydın olduğu kimi, iddiaçı sırf cavabdeh inzibati orqanın hərəkətsizliyi nəticəsində məhrumiyyət yaşamış və uğradığı məhrumiyyətdən çıxış yolu olaraq, kredit götürülməsi, borc alınması kimi üsullara əl atmaq məcburiyyətində qalmışdır. Bir sözlə, şəxs özündən asılı olmayan və inzibati orqanın hərəkətsizliyindən qaynaqlanan öhdəliklər götürməli olmuşdur. Qeyd edildiyi kimi, məhkəmə cavabdeh inzibati orqanın təqsirli hərəkətləri (hərəkətsizliyi) olduğunu təsdiq etmişdir. Həmin təqsirli hərəkətlər nəticəsində iddiaçıya maddi zərər dəyməsi də kifayət qədər realdır. Çünki iddiaçı yeganə gəlirindən məhrum olduqdan sonra gündəlik təbii ehtiyaclarını qarşılamaq üçün belə olsa, hansısa maddi öhdəliklər altına girməli idi. Halbuki, əvvəlki instansiyalar həm bu faktı, həm də bu faktın inzibati orqanın hərəkətsizliyi ucbatından yaranmış olmasını lazımınca qiymətləndirməmişdirlər. Hər iki maddənin tələbindən də göründüyü kimi dəymiş zərər görə cavabdeh inzibati orqan məsuliyyət daşımalı və dəymiş zərər dövlət büdcəsi vəsaiti hesabına ödənilməli idi. b) kass asiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə ba ğlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı “..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxs ə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədl əri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılma sı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi, 2023-cü ilin fevral ayından, yəni əlillik müddəti bitdikdən sonra ona cavabdeh tərəfindən yenidən əlillik təyin edilməsindən imtina edildiyi - 2023-cü ilin oktyabr ayına kimi əlilliyə görə pensiya almadığından və bu müddət ərzində ayrı-ayrı şəxslərdən borc aldığı, bu hala görə gərginlik və sarsıntı keçirdiyi, eləcə də qeyd olunan dövr ərzində 1532,82 manat dəyərində kredit borcu yarandığına, kommunal xidmətdən istifadəyə görə 404,14 manat məbləğində borc məbləğinin yığılmasına istinad edərək cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pu l vəsaitinin xeyrinə tutulmasına nail olmaqdan ibarətdir.
25. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2018-ci ildə 5 il müddətinə təyin edilmiş müvafiq əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçının yeni müraciəti əsasında cavabdeh qurum inzibati icraat aparmış və bu icraatın yekunu olaraq mart 2023cü il tarixdə “imtina” vermişdir ki, iddiaçı da həmin imtinanı mübahisələndirmiş və məhkəmə qərarının icrası ilə bağlı ona xx.xx.2023-cü il tarixli qərarla İİİ dərəcə əlillik 1 il müddətinə, yəni (xx.xx.2024-cü il tarixədək) təyin edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının pozulmuş hüquqları bərpa edilərək, əlilliyinin müddəti fevral 2023-cü ildən 1 il müddətinə - xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir ki, bununla da həmin dövr üzrə əlilliyə görə pensiyasını sonradan almışdır. Buna görə də iddiaçının istinad etdiyi, lakin təsdiqini tapmayan cavabdehin qanunsuz hərəkətləri mövcud olmadığından, iddiaçının ona vurulmuş maddi və mənəvi ziyana görə 10.000 (on min) manat pul vəsaiti tələb etməsi qanunsuz və əsassızdır.
26. Qanunvericiliyin normaları baxımından iddiaçıya maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən imtina ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müba hisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
29. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 fevral 2025-ci i l tarixli, 21(103)-893/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.