Məhkəmə qərarları › İş №2-1(102)-1998/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1998/2025

06.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1998/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət qulluqçusu pensiyasının təyin olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliy ində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-670/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)4453/2017 qərarına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işlədiyi dövrlər onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ndən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. İddiaçı pensiya yaşına çatdığından xx.xx.2022-ci il tarixdə ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda mövcud sənədlərdə dövlət qulluğu stajınız 15 ildən az (11 il 7 ay 10 gün il) təşkil edir. Bu səbəbdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İKnin Sosial Təminat İdarəsində işləmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4453/2017 nömrəli qərarına əsasən həmin müddət onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. İddiaçının dövlət qulluğu stajı 11 il 7 ay 10 gün təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasının növbə dəyişmə olduğundan, yəni ilkin təyinat olunmuş əlillik kimi saxlanmasını və keçmiş illərdən qalmış artımları və fərqlərin ödənilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il (5 illik) 2-dərəcəli əlillik ilə əlaqədar dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. O tarixə kimi dövlət qulluğuna 5 il staj tələb olunurdu. 2018-ci ildə pensiya yaşı çatanda ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi pensiyanın saxlanılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, növbə dəyişmə olduğundan əlilliyə görə təyinat ilkin təyinat sayılır və həmin dövrdəki qanunvericilik əsas götürülür. Lakin xx.xx.2022-ci ildə əlillik başa çatandan sonra on a adi pensiya (yəni yaşa görə) təyin olunub. Bu barədə cavabdehə dəfələrlə müraciət edilsə də nəticəsiz qalmışdı.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş illərdən qalmış artımların və fərqlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11062/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab edib ki, iddiaçının pensiya yaşının tamam olduğu tarixə 15 il dövlət qulluğu stajı olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

10. İddiaçı apelya siya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-670/2025 nömrəli 24 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər X3-məruzəçi, X1 və X2)iddiaçının apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11062/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 14. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin tələbinə görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusu vəzifəsində azı 15 il stajı olması tələb olunur. Halbuki, ona xx.xx.2017-ci il tarixdə əlilliyə görə 11 il 7 ay 10 gün dövlət qulluqçusu stajı ilə ilkin olaraq dövlət qulluqçusu kimi əmək pensiyası səhv olaraq əlillik müddətinə təyin edilən zaman dövlət qulluğu stajı 5 il tələb olunurdu. Ona görə də iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilən zaman ilkin təyin edilmiş pensiyası əsas götürülməli və ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qa nunun 32.2-ci maddəsi ilə əmək pensiyalarının təyin edilmə müddətləri tənzimlənir. 32.2-ci maddə ilə əlilliyi görə təyin edilən əmək pensiyalarının müddətləri müəyyən edilmişdir. Qanunun 32.2-ci maddəsində deyilir: “Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir”. Göründüyü kimi iddiaçıya xx.xx.2017-ci il tarixində əlillik verilməklə o, xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətsiz hesab edilmişdir. Həmin dövrdə xx.xx.2017-ci il tarixdə onun 63 yaşı, xx.xx.2017-ci il tarixdən kişilərin pensiya yaşının hər il 6 ay artırılmasına baxmayaraq, xx.xx.2018-ci ildə isə 63 yaş 6 ayı tamam olduğu üçün yaşa görə pen siya yaşına çatdığına və qanunla ömürlük əmək qabiliyyətsiz hesab edildiyinə görə bu qanunun 32.2-ci maddəsinin tələbinə əsasən, ona əlilliyə görə əmək pensiyası TSEK-sı tərəfindən əlilliyin səhv olaraq müddətlə məhdudlaşdırılmasına baxmayaraq, cavabdeh orqan iddiaçıya əlilliyə görə əmək pensiyasını müddətsiz təyin etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; … Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr … 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakim iyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Əvvəlki redaksiya (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuşdur) 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq s tajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə ka ssasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməli dir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələ rinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edi r.

24. İşin mübahisə olunmayan hallarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyi müəyyən olunmuş və əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçının əlilliyi müəyyən edilən xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiya hüququnun yaranması üçün dövlət qulluğunda minimum staj 5 il tələb edildiyindən xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işlədiyi dövrlər onun dövlət qulluğu stajı nəzərə alınmış, əlilliyin qüvvədə olduğu xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tar ixdə pensiya yaşına çatdığından iddiaçıya ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. 25. xx.xx.2018-ci ildə 63 yaş 6 ayı tamam olan vaxt iddiaçı pensiya yaşına çatmışdır. İddiaçı dəqiqləşdirilmiş iddiasında pensiya yaşına çatdığına görə dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyi müəyyən edilən vaxt qüvvədə olan pensiya qanunvericiliyi ilə pensiya yaşına çatan vaxt qüvvədə olan pensiya qanunvericiliyinin normaları pensiya təyinatının şərtləri ilə bağlı fərqli olmuşdur. Əgər əlillik müəyyən edilən vaxt “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi pensiya təyinatı üçün staj olaraq minimum 5 il dövlət qulluğunda iş stajı tələb edirdisə, pensiya yaşı çatan zaman həmin normaya görə dövlət qulluğunda pensiya təyinatı üçün minimum staj 15 il tələb edilir.

27. İddiaçının dövlət qulluğunda stajı isə 15 ildən az olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7, 20.11.1-ci maddəsinə əsasən iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının yaranması üçün zəruri olan pensiya yaşına çatsa da, qanunda tələb olunan 15 il stajı mövcud olmamışdır.

28. İşin hallarından görünür ki, iddiaçının pensiya yaşı əlillik müddətində tamam olmuşdur. 29. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

30. İddiaçı pensiya yaşına əlillik müddətində çatdığından bəhs edilən normaya görə iddiaçının dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası ömürlük təyin edilə bilərdi.

31. İddiaçı ilk iddiasında pensiyanın ilkin təyinat olunmuş əlillik kimi saxlanmasını və keçmiş illərdən qalmış artımları və fərqlərin ödənilməsini xahiş etsə də, dəqiqləşdirilmiş tələbində əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsini deyil, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, məhkəmə də onun bu tələbinə baxmışdır.

32. Beləliklə, iddiaçı pensiya yaşına çatmasına baxmayaraq yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə dövlət qulluğunda stajı 15 ildən az olduğundan, dövlət qulluqçusunun pensiyasını təyin etməkdən imtina etməklə cavabdeh haqlı olmuşdur.

33. Odur ki, kassasiya şikayəti əsaslı olmadığınd an təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-670/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar