Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şirkətinin filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə Q Ə R A R İ (Açar sözlər: əmək münasibətlərinin mövcudluğu vergi mübahisələri konteksində; xarici subpodratçıların vergiyə cəlb edilməsi; əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Şirkətinin filialının (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-156/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etd i. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2019-cu il tarixli **********190571 saylı qərarı ilə İddiaçı Şirkətinin filialı barəsində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli, **********191521 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
2. Həmin akt əsasında İddiaçı Şirkətinin filialı barəsində xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.
3. Həmin qərarla iddiaçıya digər vergi tədiyyələri ilə yanaşı “xarici subpodratçılardan ödəmə mənbəyində vergi” üzrə 2016-cı il üçün 858017.99 manat (o cümlədən, 186.555,83 manat faiz), 2017-ci il üçün 3117442,09 manat ( o cümlədən 566.381,1 8 manat faiz), 2018-ci il üçün 1627221,62 manat vergi (o cümlədən 207053,59 manat faiz), 2019-cu il üçün 428.712,60 manat vergi (o cümlədən 30.986,65 manat faiz), ümumilikdə 6.031.394,3 manat əlavə vəsait və 995.388,54 manat faiz hesablanmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********109800 nömrəli qərarına əsasən İddiaçı Şirkətinin filialının inzibati şikayəti qismən təmin edilərək xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli qərar 172.325,55 manat məbləğində vergi və 28.131,72 manat məbləğində faiz hissəsində ləğv edilmiş, qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Bundan sonra cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqı nda qərara düzəlişin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********146955 nömrəli qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya digər vergi tədiyyələri ilə yanaşı “xarici subpodratçılardan ödəmə mənbəyində vergi” üzrə 2016-cı il üçün 833503.19 manat (o cümlədən, 181225.66 manat faiz), 2017-ci il üçün 3028372.30 manat ( o cümlədən 550201.77 manat faiz), 2018-ci il üçün 1580729.58 manat vergi (o cümlədən 201137.77 manat faiz), 2019-cu il üçün 416463.67 manat vergi (o cümlədən 30.101.32 manat faiz) hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı Şirkətinin filialı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********143962 nömrəli " Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müvafiq qərarların qəbulu zamanı “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən iddiaçıya əcnəbi işçilərin təqdim edilməsi üzrə Azərbaycan Respublikasında xidmətlərin göstərilməsi və qeyd olunan işçilərlə əmək müqaviləsinin “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti ilə olmasını əsas götürmüşdür. Nəzərə alınmalıdır ki, “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti Azərbaycan Respublikası ərazisində heç bir fəaliyyət göstərməmiş və heç bir mal, iş və ya xidmət təqdim etməmişdir. Belə ki, İddiaçı Şirkət inin filialı və “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti arasında bağlanmış “İnsan resursları və əmək haqqı ödənişlərinin uçotu üzrə” müqaviləyə əsasən sonuncu iddiaçıya müəyyən xidmətləri göstərməyi öhdəsinə götürmüşdür və bu xidmətləri tam olaraq Azərbaycan Respublikasından kənarda göstərmişdir. İddiaçı tərəfindən işə cəlb edilmiş xarici əməkdaşlardan heç biri mahiyyətcə “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkətini əməkdaşı hesab edilə bilməz. Bundan əlavə, həmin şəxslər üçün Dövlət Miqrasiya Xidmətindən iş icazəsi alınmış və iş icazələrində işəgötürən kimi iddiaçı şirkətin adı qeyd edilmişdir. Həmçinin xarici ölkənin hüquqi şəxsi ilə həmin əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə yerinə yetirən əcnəbilərə Əmək Məcəlləsin in müddəaları tətbiq edilmədiyindən, iddiaçı ilə işə cəlb edilmiş şəxslər arasındakı əmək münasibətləri Əmək Məcəlləsinin normaları əsasında təhlil edilə bilməz. Bundan əlavə, cəlb edilmiş işçilərin işə qəbulu prosesindən başlayaraq onların əmək haqlarının müəyyən edilməsi, iş vaxtı, əmək vasitələri ilə təminetmə, sosial təminatlar, əmək münasibətlərinə xitam vermə, bir sözlə işə götürən kimi bütün hüquq və vəzifələr iddiaçıya məxsusdur və İddiaçı Şirkətinin filialı ilə “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti arasında bağlanmış müqavilədə öz əksini tapmışdır. “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti əmək münasibətləri çərçivəsində işəgötürən deyil, icraçı funksiyanı daşıyır. Bundan əlavə, “Xarici subpodratçılar haqqında Protokol”un 1.3-cü bəndinə əsasən xarici subpodratçılar haz ırda tətbiq edilən ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Azərbaycan Respublikası ilə Sinqapur Respublikası arasında ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı saziş mövcud olmadığından, Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti Gəlir və Kapital üzrə vergi Konvensiyasında nəzərdə tutulan vergi güzəştlərindən istifadə edə bilər. Lakin, cavabdeh Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmamasına və xx.xx.199 7-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına qoşulmadığına istinad etsə də, nəzərə alınmalıdır ki, “Xarici subpodratçılar haqqında Protokol”un 1.3-cü bəndi güzəştlərdən faydalanmanı Azərbaycan Respublikasının nə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olması, nədə konvensiyanı ratifikasiya etməsi ilə şərtləndirmişdir. Vergi Konvensiyasının 7.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmirsə, yalnız adı birinci çəkilən dövlətdə vergiyə cəlb edilir. Qeyd edilənlərə əsasən, “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin mənfəəti yalnız o halda vergiyə cəlb edilə bilər ki, müvafiq mənfəət so nuncunun Azərbaycan Respublikasında olan daimi nümayəndəliyi vasitəsi ilə əldə edilsin. Həmçinin “Vergi Konvensiyasına dair şərhlər” sənədində Konvensiyanın 15-ci maddəsinin şərhinə əsasən "xxxx" elə bir şəxsdir ki, hasil edilmiş işin sahibi kimi çıxış edir və müvafiq işin nəticələrinə dair məsuliyyət və riskləri öz üzərinə götürür. Beynəlxalq işçi təqdim edilməsi zamanı belə funksiyalar adətən işçinin istifadəçilərinin üzərində olur. Bu kontekstdə mahiyyət formadan üstün olmalıdır. Şərhlərə əsasən, "xxxx" funksiyasını daşıyan şəxsi müəyyən etmək üçün bu meyarlardan da istifadə edə bilər: işçini təlimatlandırmaq səlahiyyətinin kimin tərəfindən həyata keçirilməsi; işlərin kimin nəzarətində və məsuliyyətində olan yerlərdə həyata keçirilməsi; işçilərə ödənilən əmək haqları məbləğlərinin forma l işəgötürən tərəfindən birbaşa xidmətlərin göstərildiyi şirkətdən tələb olunması; materiallar vəavadanlıqların işçilərin sərəncamına kimin tərəfindən təqdim edilməsi; işçilərin sayı və istisasların müəyyən edilməsi və s. Qeyd edilənlər, əcnəbi vətəndaşların Azərbaycan Respublikasında vergi məqsədləri üçün “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin əməkdaşları hesab edilməsini istisna edir. İddiaçı Şirkətinin filialı və “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti arasında bağlanmış “İnsan resursları və əmək haqqı ödənişlərinin uçotu üzrə” müqavilə də iddiaçının işəgötürən kimi tanıyır. Bundan əlavə, əcnəbi işçilərin Azərbaycan Respublikası ərazisində mənzillə təmin edilməsi, onların tibbi və sağlamlıq sığortası, o cümlədən əmək haqlarından vergilərin və digər icbari sığortaların tutulması da iddiaçı tərəfindən həyata keçirilmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı Şirkətinin Filialı yoxlanılan dövrdə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər dənizinin sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və X12 haqqında”, “Azərbaycan Respublikası hökuməti və Cənubi Qafqaz boru kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə” bağlanmış sazişlər çərçivəsində xidmətlər göstərmişdir. İddiaçı Şir kətinin Azərbaycan Respublikasının Filialında çalışan xarici əməkdaşların əmək haqqları “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən ödənilmiş, əmək müqavilələri həmin şirkətlə bağlanılmış, əmək haqları həmin şirkət tərəfindən hesablanmış və xarici işçilərin əmək haqqlarında vergilər isə İddiaçı Şirkətinin filialı tərəfindən hesablanaraq büdcəyə ödənilmişdir. Göründüyü kimi “Swift Technical (Singapure) Pte Ltd” Şirkətinin karbohidrogen fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasında işçilik xidmətlərindən əldə etdiyi gəlirlərdən ödəmə mənbəyindən vergi tutulmamışdır. Halbuki, “Xəzər Dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” (bundan sonra Şahdəniz) X3 X11 Haqqında Protokollara əsasən, “Xarici Subpodratçı"- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaş, olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). Həmçinin Protokola uyğun olaraq "xxxx" Podratçı tərəfindən yaxud Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında karbohidrogenlərlə bağlı hər hansı fəaliyyəti deməkdir, bu fəaliyyətin Azərbaycan Respublikasında yaxud onun hüdudlarından kənarda həyata keçirilməsinin fərqi yoxdur. Bundan başqa, Protokola əsasən "xxxx" Podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, işləri həyata keçirən və ya xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən, yaxud xidmət göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir. Protokolun 1.1-ci bəndində nəzərdə tutulur ki, Karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla Karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 25% vergi qoyulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 6,25% vergi həcmini təşkil edir. Həmçinin Protokolun 1.1.1-ci bəndinə əsasən bu Protokolun məqsədləri baxı mından “Kompensasiya edilən məsrəflər” dedikdə, malların satın alma ödənişlərindən fərqli olan, mənfəət edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Bundan əlavə, “Xarici subpodratçıların vergiyə cəlb edilməsi haqqında” protokolların müddəalarına əsasən xarici subpodratçılar hazırda tədbiq edilən ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəları ilə, yaxud belə saziş mövcud deyilsə, İqtisad Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və xx.xx.1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hazırda Azərbaycan Respublikası Hökuməti və Sinqapur Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilər ə münasibətdə ikiqat vergitutmanın aradan qaldırması haqqında Konvensiya mövcud deyildir. X6 və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və xx.xx.1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud deyildir. Bundan başqa Azərbaycan Respublikası göstərilən Təşkilatın üzvü deyildir və Konvensiyaya qoşulmamışdır.
9. Bakı İnzibati məhkəməsinin 2-1(112)-1656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim: M.Hacıbəyova) ilə iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki: 10.1. “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti xaricdə yaradılmış hüquqi şəxs olmaqla iddiaçıya da Azərbaycan Respublikasının ərazisində deyil Azərbaycan Respublikasından kənarda İddiaçı Şirkətinin filialı ilə “Swıft Technical (Sıngapore) Pte Ltd” Şirkəti arasında imzalanmış xx.xx.2014-cü il tarixli “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında müqavilə”yə əsasən BP Exploration (Caspian SEA) Limited şirkəti ilə imzalanan Layihə İdarəetməsi Xidmətlərinin göstərilməsi haqqında CAS-MA-024 nömrəli Əsas Müqavilənin məqsədləri üçün Podratçı əcnəbi (qeyri-azərbaycanlı) işçi qüvvəsi barəsində, o cümlədən aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmadan İR və əmək haqqı ödənişlərinin uçotu üzrə, xaricdə namizədlərin axtarılıb tapılması (Benefisiarın tələb etdiyi ixtisas dərəcəsinə uyğun olaraq) və onların Azərbaycan Respublikasında Benefisiarın xeyrinə işləməsinin təklif edilməsi, seçilmiş namizədlərin Azərbaycan Respublikasında Benefisiar ilə əmək münasibətlərinə daxil ol ması üçün onların nəqliyyat vasitəsinə mindirilməsi və göndərilməsinə aid olan hüquqi məsələləri namizədlərin daimi yaşayış ölkəsi ilə həll edilməsində Benefisiara köməklik göstərilməsi, seçilən və sonradan Azərbaycan Respublikasında Benefisiar tərəfindən işə götürülən namizədlər barəsində tələb olunan Mənşə ölkəsi sənədləşməsinin tərtib edilməsi, rəmiləşdirilməsi və saxlanılması; Namizədlərin Azərbaycan Respublikasında, Benefesiar tərəfindən məşğulluğu (Benefisiarın təqdim etdiyi məlumata uyğun olaraq) nəticəsində namizədlərin əmək haqqı cədvəlinin rəsmiləşdirilməsi, onların ümumi və xalis əmək haqlarının (maaşlar və s.) hesablanması; namizədlərin Azərbaycan Respublikasında Benefisiar üçün işləməsinə aid olan xalis əmək haqlarının onların bank hesablarına köçürülməsi, (bu Müqavilənin şərt lərinə uyğun olaraq bu cür köçürmə əməliyyatı Podratçının hesabına yerinə yetiriləcək, sonra isə yenidən Benefisiardan tutulacaqdır); Azərbaycan Respublikasında fəaliyyətləri başa çatan namizədlərin öz ölkələrinə qaytarılmasına və onların barəsində Mənşə ölkəsinin vergi və hüquq məsələlərinin həll edilməsində Benefisiara köməklik göstərilməsi xidmətlərini göstərmişdir. Qeyd edilən müqavilənin 1-ci bölməsindən göründüyü kimi ddiaçı faktiki olaraq həmin işçilərə münasibətdə onların işəgötürəni kimi çıxış etmişdir, onların sayını və ixtisas dərəcələrini müəyyən etmiş, iş cədvəli rejimini müəyyən etmiş, onları seçmiş, iş yerlərini müəyyən etmiş, iş icazələrini öz adına almış, əmək haqlarını ödəmişdir. İddiaçının “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən təqdim edilmiş əcnəbi işç ilərin işəgötürəni olmasını o da təsdiq edir ki, iddiaçı əcnəbi işçilərin Azərbaycan Respublikasının ərəzisində işləyə bilmələri üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə iş icazələri alması üçün müraciət etmiş və bu sahədə köməklik göstərilməsi üçün Azərbaycan Neft Şirkətinə də müraciət etmişdir. Alınmış iş icazələrnin üzərində də işəgötürən qismində məhz iddiaçı qeyd edilmişdir. Eyni zamanda İddiaçı Şirkətinin filialı tərəfindən “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin təqdim etdiyi əcnəbi işçilərin əmək haqlarınn ödniməsi, onarın tibbi və sağlamlıq sığortası, əmək haqlarından vergilərin və digər icbari sığorta haqlarının tutulması inzibati iş materiallarında olan iddiaçının təqdim etdiyi ödəniş sənədləri ilə təsdiqlənir. 10.2. Cavabdehin əmək qanunvericiliyinin müddəalarına istinad edən dəlilləri ilə bağlı isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin ç) bəndinə əsasən xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları şamil edilmir. 10.3. Bundan əlavə, X4 X9 Protokolun 1.3-cü bəndinə əsasən yuxarıda deyilənlərə baxmayaraq, Xarici Subpodratçılar hazırda tətbiq edilən İkiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gə lir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997- ci il tarixdə yenidən işlənilən ”Gəlir və Kapital üzrə Vergi Konvensiyası” ölkələr üçün ümumi model funksiyası daşıyır, yəni ölkələr öz aralarında ikiqat vergitutmanın aradan qaldırılması barədə sazişlər bağlayarkən bu Konvensiyadan model kimi istifadə edə bilərlər. Model Konvensiyasının müddəaları ölkələr üçün tövsiyyə xarakteri qaşıyır. Həmin Konvensiyanın 7.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələ digər Dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirmirsə yalnız adı birinci çəkilən Dövlət vergiyə cəlb olunur. Əgər müəsissə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, yaxud keçiribsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər dövlətdə vergiyə cəlb edilə bilər. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün “daimi nümayəndəlik” dedikdə müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirildiyi daimi fəaliyyət yeri başa düşülür. Həmin Konvensiyanın 8.12-ci maddəsinə əsasən bununla belə hər hansı bir şəxs tərəfindən göstərilən xidmətlərin dövlət tərəfindən düşgün şəkildə iki müəssisə arasında bağlanmış xidmətlər üzrə müqavilə ə sasında deyil, əmək münasibətlərinə göstərilən xidmətlər kimi qəbul edilib-edilməməsi həmişə aydın olmayacaqdır.Bunun olub-olmaması ilə bağlı dövlətlər arasında fikir ayrlığı aşağıdakı prinsiplər və nümunələr əsasında həll edilməlidir (lazım olduqda qarşılıqlı razılaşma prosedurundan istifadə etməklə). Həmin Konvensiyanın 8.13-cü maddəsinə əsasən Fərd tərəfindən göstərilən xidmətlərin xarakteri mühüm amil olacaqdır, çünki işçinin işəgötürən tərəfindən həyata keçirilən biznes fəaliyyətinin tərkib hissəsi olan xidmətlə göstərdiyini güman etmək məntiqlidir. Buna görə də fiziki şəxs tərəfindən göstərilən xidmətlərin bu xidmətlərin göstərildiyi müəssisənin biznesinin tərkib hissəsini təşkil edib-etmədiyini müəyyən etmək vacib olacaqdır.Bu zaman əsas nəzərə alınmalı məqam işin nəticələrinə görə hansı müəssisənin məsuliyyət və risk daşımasıdır.Aydındır ki, bu təhlil yalnız fiziki şəxsin xidmətləri birbaşa müəssisəyə göstərildiyi təqdirdə aktual olacaqdır. Məsələn, fiziki şəxs müqaviləli istehsalçıya və ya biznesin kənardan satın alındığı müəssisəyə göstərildikdə həmin şəxsin xidmətləri sözügedən məhsul və ya xidmətləri əldə edəcək müəssisələrə göstərilmir. Həmin Konvensiyanın 8.14-cü maddəsinə əsasən əgər fiziki şəxsin göstərdiyi xidmətlərin xarakteri ilə onun rəsmi işəgötürəninin və xidmətlərin göstərildiyi müəssisənin həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin müqayisəsi rəsmi müqavilə münasibətlərindən fərqli əmək münasibətlərinə işarə edirsə, aşağıdakı əlavə amillər bunun həqiqətən belə olub olmadığını müəyyən etmək üçün uyğun ola bilər: işin necə yerinə yetirilməli olduğu bar ədə şəxsə göstəriş vermək səlahiyyətinə kimin malik olması; işin yerinə yetirildiyi yerə nəzarət edən və məsuliyyət daşıyanın kimin olması; fiziki şəxsin əmək haqqı birbaşa işəgötürənin tərəfindən xidmətlərin göstərildiyi müəssisədən tutulur; iş üçün lazım olan alətləri və materialları şəxsin sərəncamına kim verir; iş yerinə yetirən şəxslərin sayını və ixtisasını kim müəyyənləşdirir; işi yerinə yetirəcək şəxsi seçmək və bu məqsədlə həmin şəxslə bağlanmış müqavilə razılaşmalarına xitam vermək hüququna kim malikdir; həmin şəxsin əməyi ilə bağlı intizam tənbehi vermək hüququ kimə məxsusdur; həmin şəxsin bayram günlərini və iş qrafikini kim müəyyənləşdirir. 10.4. Beləliklə, X12 haqqında Sazişlərin müddəalarının iddiaçıya və digər Subpodratçı və Xarici Subpodratçıya münasibətdə və onlar arasınd akı münasibətlərə tətbiq edilməsinə imkan verdiyi Gəlir və Kapital üzrə Vergi Konvensiyasının yuxarıda istinad edilən müddəalarına əsasən də İddiaçı Şirkətinin filialına “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin iddiaçı ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi namizədlər iddiaçının işçiləridirlər və həmin işçilər “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin işçiləri olmadığından qeyd edilən işçilərin gördükləri iş “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən təqdim edilən xidmət hesab edilə bilməz və buna görə də sonuncunun iddiaçıya Azərbaycan Respublikasının ərazisində xidmət göstərməsinə görə ödəmə mənbəyində vergi hesablanması ilə bağlı cavabdehin hərəkətlərinin hüquqi əsası mövcud deyildir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-156/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: 13.1. Xarici Subpodratçıların X11 haqqında Protokollara əsasən "Xarici Subpodratçı" - Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). Həmçinin Protokola uyğun olaraq "xxxx" — Podratçı Tərəflərin yaxud Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında karbohidrogenlərlə bağlı hər hansı fəaliyyəti deməkdir, bu fəaliyyətin Azərbaycan Respublikasında, yaxud onun hüdudlarından kənarda həyata keçirilməsinin fərqi yoxdur. Bundan başqa protokola əsasən "xxxx" — Podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, İşləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodr atçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir. Qeyd edilənlərə əsasən, iddiaçı X12 üzrə Sazişlər çərşivəsində fəaliyyət göstərən Subpodratçıdır, cavabdeh həmçinin etirazda iddiaçıya Azərbaycan Respublikasında işçilik xidmətlərini göstərən şirkət kimi göstərdiyi “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti isə Xarici Subpodratçıdır və onlarla bağlı vergi məsələləri yuxarıda qeyd edilən Sazişin müddəaları çərçivəsində tənzimlənir. Protokolun 1.1-ci bəndində nəzərdə tutulur ki, Karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və Xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla Karbohidrogen fəaliyyəti ilə bağlı alınan öd ənişlərdən 25% vergi qoyulan mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 6.25% Vergi həcmini təşkil edir. Həmçinin 1.1.1-ci bəndə əsasən isə Bu Protokolun məqsədləri baxımından «Kompensasiya edilən məsrəflər» dedikdə, Malların satın alma ödənişlərindən fərqli olan, mənfəət əldə edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Bundan əlavə, bu məsrəflər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmişdirsə, vergiyə cəlb olunan mənfəət əldə edilməsini nəzərdə tutmur. Belə məsrəflər gediş-gəliş və yaşayış xərclərini də əhatə edir. Belə məsrəflər ilkin sənədlərlə və ya onların sürətləri ilə təsdiq edilməlidir. Göründüyü kimi protokola əsasən “Swift Technical (Singapor e) Pte Ltd” şirkətinin işçilərinin Azərbaycan Respublikasındakı fəaliyyəti karbohidrogen fəaliyyəti hesab edilir, həmin xidmətlərin göstərilməsi şirkətin əsas fəaliyyətinə aiddir. Buna görə də Şirkətə ödənilmiş məbləğlərdən hər hansı xərclər çıxılmadan ödəmə mənbəyində vergilər tutulmalıdır. 13.2. İddiaçı tərəf mövqeyini əsaslandırarkən iddiaçının faktiki olaraq ölkəyə gətirilən işçilərə münasibətdə işəgötürən kimi çıxış etməsini, onların sayını və ixtisas dərəcələrini, iş cədvəli rejimini müəyyən etməsini, onları seçərək iş yerlərini müəyyən etməsini, iş icazələrini öz adına almasını bildirmiş, əcnəbi işçilərin Azərbaycan Respublikasının ərazisində işləyə bilmələri üçün Dövlət Miqrasiya Xidmətinə iş icazələri alması üçün müraciət etmiş və bu sahədə köməklik göstərməsi üçün Azərbaycan Neft Şirkətinə müraciət etməsini, alınmış iş icazələrinin üzərində işəgötürən qismində iddiaçının göstərilməsini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, əcnəbi işçilərin faktiki işəgötürəni qismində iddiaçı yox, məhz onlarla əmək müqaviləsi bağlamış, əmək haqlarını hesablamış və ödəmiş “Swift Technical (Singapore) Pte Ltd” şirkəti çıxış etmişdir. İş materiallarında olan, “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə onun işçisi arasında bağlanmış əmək müqaviləsinə əsasən, müqavilədə iş qrafikinin, iş saatlarının, iş yerinin, vergitutma, əmək haqqının hesablanması, ödənişin qaydaları, tibbi sığorta və digər şərtlər təsbit edilmiş və işçinin öz əmək fəaliyyətində öhdəliklərini məhz “Swift Technical (Singapore) Pte Ltd məmnuniyyəti üzrə çalışmalı olması xüsusi qeyd olunur. Eyni zamanda, iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, işçilərin əmək haqları məhkəmənin müabahisələndirilən qərarında müəyyən etdiyinin əksinə, iddiaçı tərəfindən deyil, məhz faktiki işəgötürən “Swift Technical (Singapore) Pte Ltd” şirkəti tərəfindən ödənilmişdir. Belə ki, tərflər arasındakı razılaşmaya əsasən əmək haqlarının həcmi ödənilmə strukturu və s. “Svıft Enjınırınq (Azərbaycan) Lımıted” şirkəti tərəfindən müəyyən edilməklə, “Swift Technical (Singapore) Pte Ltd” şirkətinə köçürülmüş və sonuncu tərəfindən cəlb edilən əcnəbi işçilərin əmək haqları ödənilmişdir. 13.3. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “İddiaçının “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən təqdim edilmiş əcnəbi işçilərin işəgötürəni o lmasını o da təsdiq edir ki, iddiaçı əcnəbi işçilərin Azərbaycan Respublikasının ərazisində işləyə bilmələri üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə iş icazələri alması üçün müraciət etmiş və bu sahədə köməklik göstərilməsi üçün Azərbaycan Neft Şirkətinə də müraciət etmişdir. Alınmış iş icazələrnin üzərində də işəgötürən qismində məhz iddiaçı qeyd edilmişdir.” Miqrasiya Məcəlləsinin 3.0.13-cü maddəsinə əsasən iş icazəsi - Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən icazədir. İş icazəsi üçün müraciət iddiaçı tərəfindən edildiyinə görə, verilmiş iş icazələrinin üzərində işəgötürən qismində iddiaçının adı qeyd edilmişdir. İşəgötü rən-işçi münasibətləri əmək müqaviləsi ilə tənzimlənir ki, yuxarıda göstərilən əcnəbi işçilərlə əmək müqaviləsi bağlamış və onlara münasibətdə işəgötürən “Swift Technical (Singapore) Pte Ltd şirkətidir. Həmçinin Miqrasiya Məcəlləsinin 63.5-ci addəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İddiaçının qeyd edilən əcnəbi işçilərlə əmək müqaviləsi bağlamayıb onlar üçün iş icazəsinin alınması ilə kifayətlənməsi həmin işçilərə münasibətdə faktiki işəgötürənin “Swift Technical (Singapore) P te Ltd şirkəti olmasını və iddiaçıya işçilik xidmətini göstərməsini təsdiq edir. 13.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin ç) bəndinə əsasən xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları şamil edilmir. Məhkəmənin Əmək Məcəlləsinin 6-cı maddəsinin ç) bəndinə istinad etməsi sözügedən əcnəbi işçilərin iddiaçının deyil, onlarla əmək müqaviləsi bağlamış xarici subpodratçı olan “Swift Technical (Singapore) Pte Ltd şirkətinin işçiləri olduğunu və iddiaçıya işçilik xidmətini göstərməsini bir daha təsdiq edir. 13.5. Xarici subpodratçılann vergiyə cəlb olunması haqqında” Protokolların 1.3-cü bəndinə əsasən xarici subpodratçılar hazırda tətbiq edilən ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə, yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və inkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. Göründüyü kimi, Xarici subpodratçının mövcud ola bilən güzəştlərdən istifadə etməsinin 2 halı nəzərdə tutulmuşdur: 1) İkiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin mövcud olması; 2)Belə sazi ş yoxdursa, Konvensiyaya müvafiq müqavilənin mövcud olması. Hazırda Azərbaycan Respublikası Hökuməti və Sinqapur Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya mövcud deyil. X5 və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud deyildir. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası həm İqtisadi Əməkdaşlıq və inkişaf Təşkilatının üzvü deyil, həm də onun tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına qoşulmamışdır. 13.6. Qeyd edilənlərdən əlavə, iddiaçı tərəf mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabde h orqan tərəfindən əvvəlki dövrlər üzrə aparılan yoxlamalarda əcnəbi işçilərə münasibətdə vergi tutulması əməliyyatı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh vergi orqanı tərəfindən əvvəlki səyyar vergi yoxlamaları ilə hər hansı vergi məbləğlərinin hesablanmaması növbəti yoxlamalar zamanı həmin vergilərin hesablanmasını istisna etmir. 13.7. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərini pozmaqla vergidən yayınmış olması işin hallarından öz əksini tapır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətin də işin hallarını sadalamış və iddia ərizəsində göstərdiyi dəlillərinə oxşar dəlillər irəli sürmüşdür. Əlavə olaraq kassasiya şikayətində aşağıdakılar qeyd edilmişdir.
16. İşə baxan apellyasiya instansiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsi ilə müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinin tələblərini kobud şəkildə pozmuş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olsa da, bunu etməmişdir. Belə ki, iş materiallarında olan “İnsan resursları və əmək haqqı ödənişlərinin uçotu üzrə” müqaviləyə əsasən “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti iddiaçıya bir sıra xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Bu xidmətlərə xaricdə Svift Azərbaycanın tələblərinə uyğun olan və sonuncunun tələb etdiyi əmək funksiyalarını icra edə biləcək namizədlərin axtarılıb tapılması və onların Azərbaycan Respublikasında Svift Azərbaycan xeyrinə işləməsi üçün təklif edilməsi, seçilmiş namizədlərin Azərbaycan Respublikasında iddiaçı ilə əmək münasibətlərinə daxil olması üçün onların nəqliyyat vasitələrinə mindirilməsinə və göndərilməsinə aid olan hüquqi məsələləri namizədlərin daimi yaşayış ölkəsi (“Mənşə ölkəsi”) ilə həll edilməsində iddiaçıya köməklik göstərilməsi, Azərbaycan Respublikasında iddiaçı tərəfindən işə götürülən namizədlər barəsində tələb olunan Mənşə ölkəsi sənədləşməsinin tərtib edilməsi, rəsmiləşdirilməsi və saxlanılması daxildir. Bu müqavilə onu sübut edir ki, “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti əcnəbi işçilərlə əmək münasibətlərinin Svift Azərbaycan üçün yaradıldığ ını təsdiq etmiş və yalnız bu məqsədlə müvafiq tədbirləri görmüşdür. Bundan başqa müqavilənin müvafiq maddəsi əcnəbi işçilərə münasibətdə işəgötürən səlahiyyətlərinin tam şəkildə iddiaçı tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Belə ki, həmin müqavilə əsasında cəlb edilmiş işçilərin isə qəbulu prosesindən başlayaraq onların əmək haqlarının müəyyən edilməsi, iş vaxtı, əmək vasitələri ilə təminetmə, sosial təminatları, əmək münasibətlərinə xitam vermə, bir sözlə işəgötürən kimi bütün hüquq və vəzifələrin iddiaçıya məxsus olduğu razılaşdırılmışdır.
17. Bundan əlavə, əcnəbi işçilərlə bağlanmış əmək müqavilələrində də Azərbaycan ərazisi üzrə işəgötürənə məxsus bütün hüquq və vəzifələrin iddiaçıya ötürüldüyü qeyd edilmişdir. Həmin əcnəbi mütəxəssislərin yalnız “Swift Technical (Sinqapore ) Pte Ltd” şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərdiyi layihələr üçün işə götürüldüyünü nəzərə alınsa, həmin işçilərə münasibətdə əsas işəgötürən kimi də iddiaçı çıxış edir.
18. Eyni zamanda əcnəbi mütəxəssislərlə bağlanmış əmək müqavilələrinin əsas qoşma sənədləri olan və əmək fəaliyyəti üzrə müəssisədaxili davranış qaydaları hesab edilən bütün təlimatlar da o cümlədən X10 Siyasəti və Bəyanatı da iddiaçıya məxsusdur. Bu da bir daha sübut edir ki, əcnəbi işçilər əmək fəaliyyətini həyata keçirən zaman yalnız iddiaçının müəyyən etdiyi davranış və digər xarakterli qaydalara riayət etməli olmuşdur. Göründüyü kimi, həmin işçilər bilavasitə iddiaçının nəzarəti altında və onun göstərişlərinə uyğun şəkildə işləmiş, onların əmək fəaliyyətinə “Swift Technical (Sinqapor e) Pte Ltd” şirkəti tərəfindən heç bir müdaxilə imkanı olmamışdır. Əlavə olaraq, həmin əcnəbi işçilər iddiaçı tərəfindən X12 Sazişinin iştirakçısı olan BP Exploration (Shah Deniz) Ltd. ilə bağlanmış Müqavilə üzrə sonuncuya Layihənin idarə Edilməsi Xidmətlərinin Göstərilməsinə cəlb olunmuşdur. Tərəflər arasında bağlanmış Müqavilənin 14-cü maddəsinə əsasən iddiaçı xidmətlərin göstərilməsi üçün zəruri işçi heyətini təmin etməli və işçilərin tibbi müayinəsi, təlimi, səyahət məsələləri, bir sözlə bütün inzibati (təşkilati) və əmək məsələlərinə məsuliyyət daşımalı və xərclərini ödəməlidir. Bu Müqavilənin müddəaları da əcnəbi işçilər üzrə yeganə işəgötürən kimi iddiaçını tanıyır.
19. İşçilərin əmək haqlarının həcmi, şərtləri və s. əlaqədar halların iddiaçı tərəfindən müəyyən edilməsi və real olar aq ödənilməsi artıq onun işəgötürən kimi tam səlahiyyətli olduğunu müəyyən edir və əmək haqqının ödənilmə qaydası işəgötürən statusuna təsir edə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı tərəfindən “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinə köçürülmüş vəsait yalnız işçilərin xarici bank hesablarına mədaxil olunmasını istədikləri əmək haqqı məbləğləridir və onlara görə də Azərbaycan Respublikası qanunvericililiyi ilə hesablanmış bütün vergi məbləğləri dövlət büdcəsinə ödənilmişdir. Şəxsi gəlir vergisinin ödənilməsi haqqında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş qəbzlərdə də işçilərə münasibətdə işəgötürən kimi iddiaçı qeyd edilmişdir. Bu fakt vergi orqanlarının da əcnəbi işçilərə münasibətdə işəgötürən kimi iddiaçını tanıdığını təsdiq edir.
20. Azərbaycan Respublikasın ın Miqrasiya Məcəlləsi əcnəbi mütəxəssislərə münasibətdə iş icazəsinin alınmasına dair müraciət etmək hüququnu yalnız işəgötürən qismində çıxış edəcək fiziki və hüquqi şəxslərə tanıyır (Miqrasiya Məcəlləsinin 65-ci maddəsi). İşəgötürən tərəfindən həmin əcnəbi mütəxəssislərlə bilavasitə formal əmək müqaviləsinin bağlanmaması isə qanunvericilikdə onun işəgötürən kimi statusunun tanınmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri alınmış əcnəbi mütəxəssislərə münasibətdə əmək münasibətlərinin tərəfi kimi “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti deyil, iddiaçı çıxış edir. 21. “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” Protokolun 1.3-cü bəndinə əsasən xarici sübpodratçılar hazırda tətbiq edilə n ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəalarına əsasən, yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. İlk növbədə qeyd edilməlidir ki, Konvensiya beynəlxalq münasibətlərin tənzimlənməsi sahəsində hər hansı bir məcburi xarakter daşımamaqla yanaşı, dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin hazırlanması üçün nümunəvi sənəd rolunu oynayır. Müvafiq bənd ikiqat vergi tutmanın aradan qaldırılması barədə Sazişlər olmadığı hallara mücərrəd yanaşma metodu tətbiq etmiş və X1 Vergi Konvensiyasına uyğun qəbul edilmiş Müqavilə üzrə əldə oluna biləcək bütün güzəştlərdən, yəni Konvensiya güzəştlərindən faydalanmasını nəzərdə tutmuşdur. Bu o deməkdir ki, Xarici subpodratçının rezidenti olduğu ölkə ilə ərazisində xidmət göstərdiyi digər ölkə arasında müvafiq Konvensiya olmasa belə, həmin subpodratçıya X2 güzəştlərdən istifadə imkanı tanınmış olmalıdır. Protokolun ingilis dilli versiyası da açıq şəkildə bu növ yanaşmanı qeyd edir. İndiki halda həmin sənəddə nəzərdə tutulmuş güzəştlərin tətbiqi ücün məhkəmənin iddia etdiyi kimi - Azərbaycan Respublikası ilə Sinqapur dövləti arasında Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud olması zəruri olsa idi, həmin müqavilə onsuz da “İkiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Saziş” kateqoriyasına aid olacaqdı və bu cür təfsir artıq həmin müddəanın mahiyyətini əhəmiyyətsiz edir.
22. Eyni zamanda qeyd olunmalıdır ki, Protokolun 1.3-cü maddəsi müvafiq güzəştlərdən faydalanmanı Azərbaycan Respublikasının nə İƏİT üzvü olması, nə də konvensiyanı ratifikasiya etməsi ilə şərtləndirmişdir. X7 dair Saziş bağlanan zaman belə Azərbaycan Respublikası İƏİT üzvü olmamışdır. Əgər məhkəmənin yanaşması ilə çıxış edilsə o qənaətə gəlinir ki, Azərbaycan Respublikasında qanun qüvvəsinə malik olan X7 dair Sazişin bu müddəası qəbul edildiyi zaman tamamilə əhəmiyyətsiz və heç bir qüvvəyə malik ola bilməyəcək bir normanı özündə ehtiva edir. Qeyd olunan bu hal da məhkəmənin iş üçün əhəmiyyətli olan maddi hüquq normasını (Qanun qüvvəsinə malik Sazişin Əlavəsi olan Protokolun müvafiq bəndinin) düzgün təfsir v ə tətbiq etmədiyini göstərir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-156/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edi lməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyas iya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. X12 haqqında Sazişlərə əsasən vergitutma məsələləri
30. X12 haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”un (bundan sonra-Protokol) 1.1-ci bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət vergiyə cəlb edilir.
31. Protokolun 1.1.2-ci bəndinə əsasən "İşlər və Xidmətlər" dedikdə, Azərbaycan Respublikası ərazisində hər hansı hüquqi şəxs tərəfindən hər hansı hüquqi şəxs üçün hər hansı iş növünün yerinə yetirilməsi və ya hər hansı xidmət növünün göstərilməsi (o cümlədən xammal, materiallar və belə işlərin yerinə yetirilməsi və ya belə xidmətlərin göstərilməsi nəticəsində müstəqil vahid olmayan digər elementlər) başa düşülür. "İşlər və Xidmətlər" dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat, tikinti, modernizasiya, tikinti və maddi-te xniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət; inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər.
32. Protokolun 1.1.3-cü bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasından kənarda işlərin görülməsi və xidmətlərin göstərilməsinə yaxud malların təsliminə münasibətdə heç bir vergi tətbiq olunmur.
33. Protokolun 3.1-ci bəndinə əsasən xarici subpodratçılara həyata keçirilən ödənişlərdən bu Protokolun 1-ci maddəsinə müvafiq surətdə hesablanmış vergilər bu ödənişləri həyata keçirən şəxs tərəfindən tutulacaqdır.
34. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya hesablanmış vergilərin əsaslı olması üçün aşağıdakı şərtlər y erinə yetməlidir: “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti X12 haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir. “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti xarici subpodratçıdır
35. Qeyd edilən Protokolların “Təriflər” bölməsinə əsasən, “xarici subpodratçı” Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşl ar olan fiziki şəxslər daxil olmaqla). 36. "xxxx" isə podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, işləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir.
37. Hazırkı iş üzrə İddiaçı ilə BP X8 Limited arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Layihələrin idarə edilməsi xidmətlərinin göstərilməsi ilə bağlı” podrat müqaviləsinə və iddiaçı ilə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişləri nin uçotu üzrə xidmətlər haqqında” Müqavilənə əsasən SWİFT Technical (Singapore) PTE LTD Şirkəti “xarici subpodratçı”dır. “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkətinin Azərbaycan Respublikasında xidmət göstərməsi
38. Hazırkı iş üzrə iş materiallarında 3 müqavilə mövcuddur və SWİFT Technical (Singapore) PTE LTD Şirkətinin Azərbaycan Respublikasında Protokolun 1.1-ci bəndinə əsasən xidmət göstərib-göstərməməsi bu müqavilələrin məzmununun birgə təhlili ilə mümkündür: a) İddiaçı ilə BP X8 Limited arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Layihələrin idarə edilməsi xidmətlərinin göstərilməsi ilə bağlı” podrat müqaviləsi (İ cild: iş v. 86-109); b) İddiaçı (Benefisiar) ilə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti (podratçı) arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında” Müqavilə (İ cild: iş v. 30-35). Həmin müqavilənin şərtlərinə əsasən: Podratçı əcnəbi işçi qüvvəsi barədə, o cümlədən insan resursları və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətləri iddiaçıya göstərməyi öhdəsinə götürmüş, bu xidmətlər arasında xarici namizədlərin axtarılıb tapılması və iddiaçının xeyrinə işləməsi üçün təklif edilməsi, seçilmiş namizədlərin Azərbaycan Respublikasında iddiaçı ilə əmək münasibətlərinə daxil olması üçün göndərilməsinə aid olan hüquqi məsələlərin həll edilməsi, seçilən və daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikasında işə götürülən namizədlər barəsində tələb olunan mənşə ölkəsi sənədləşməsinin tərtib edilməsi və rəsmiləşdirilməsi, namizədlərin iddiaçı tərəfindən məşğulluğu nəticəsində ə mək haqqı cədvəllərinin rəsmiləşdirilməsi, ümumi və xalis əmək haqlarının hesablanması və onların bank hesablarına köçürülməsi, Azərbaycan Respublikasında fəaliyyətləri başa çatan namizədlərin öz ölkələrinə qaytarılması və onların barəsində mənşə ölkəsinin vergi və hüquq məsələlərinin həll edilməsi qeyd edilmişdir (1.1-ci bənd). Bundan əlavə, müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə əsasında göstəriləcək xidmətlərin istisnasız olaraq hamısını yerinə yetirərkən, podratçı müstəqildir və heç bir halda podratçı və ya onun işçilərindən hər hansı biri, o cümlədən onun xidmətlərindən hər hansı birini yerinə yetirən işçisi iddiaçının işçisi və ya agenti hesab olunmamalıdır. Müqavilənin 1.4-1.21-ci bəndlərində iddiaçının benefisiar kimi hüquq və öhdəlikləri sadalanmışdır, həmin hüquq və öhdəli klərin təhlili onu deməyə əsas verir ki, iddiaçı müəssisə podratçı tərəfindən seçilmiş və benefisiar tərəfindən işə götürülmüş şəxslərə münasibətdə əhəmiyyətli səlahiyyətlərə malikdir (intizam tənbehi tətbiq etmək, vergi və sosial sığorta ödənişlərini həyata keçirmək, təlimat vermək və s.). Hətta, 1.18-ci bəndə əsasən benefisiar və işə götürülmüş namizədlər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulan bütün digər şərtlərə riayət etmək də iddiaçının öhdəliyi kimi müəyyən edilmişdir. Həmçinin, müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən podratçı benefisiarın tabeliyində namizədin əmək fəaliyyətinin müddəti ərzində əcnəbi heyətin xalis əmək haqlarına 2 faiz maaş artımı tətbiq etməlidir. Bu müqaviləyə uyğun olaraq xidmət haqqının ödənilməsi benefisiar tərəfindən podratçıya tam və ya qism ən, ayda bir dəfə, işə götürülmüş namizədlərin xalis əmək haqlarının müəyyən edilməsindən sonra yerinə yetirilməlidir. c) Ayrı-ayrı şəxslərlə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti arasında bağlanmış əmək müqavilələri (İ cild: iş v. 155-170; 226-231). Həmin müqavilələrin məzmununa əsasən işçi Şirkətin müştərisi üçün layihəyə peşəkar xidmətlər göstərilməsi məqsədi ilə Şirkət tərəfindən işə götürülüb. Müqavilədə şirkətin müştərisi BP X8 Limited göstərilib. Müqaviləyə əsasən işçilər SWİFT Technical (Singapore) PTE LTD Şirkətinin işçisi kimi müştəriyə xidmət məqsədilə Azərbaycanda işlərin görülməsinə cəlb edilmişlər. Həmin müqavilələrin məzmununda, həmçinin əlavələrində (B və C əlavələri – İ cild: iş v. 157-159) işçinin və işəgötürən kimi Şirkətin (yəni, SWİFT Technical (Singapore) PTE LT D) hüquq və vəzifələri, iş yeri və iş saatları, o cümlədən əmək haqqı barədə məlumatlar, həmçinin müqavilənin müddətinin uzadılması və ya müqaviləyə vaxtından əvvəl xitam edilməsi ilə bağlı müddəlar öz əksini tapmışdır.
39. Hazırkı halda iddiaçı onunla SWİFT Technical (Singapore) PTE LTD Şirkəti (podratçı) arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında” Müqaviləyə istinadən iddia edir ki, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti Azərbaycan Respublikasından kənarda müəyyən xidmətlər göstərmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də iddiaçı ilə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti (podratçı) arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uço tu üzrə xidmətlər haqqında” Müqavilənin məzmunu SWİFT Technical (Singapore) PTE LTD Şirkətinin Azərbaycan Respublikasından kənarda insan resursları və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər göstərilməsini ehtiva edir. Belə ki, istinad olunan müqavilənin şərtlərinə əsasən, yuxarıda da qeyd edildiyi kimi, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti xarici namizədləri axtarıb tapmalı və onlara iddiaçının xeyrinə işləməsi üçün təklif verməli, seçilmiş namizədlərin Azərbaycan Respublikasında iddiaçı ilə əmək münasibətlərinə daxil olması üçün ölkəyə göndərilməsinə aid olan hüquqi məsələləri həll etməli, seçilən və daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikasında işə götürülən namizədlər barəsində tələb olunan mənşə ölkəsi sənədləşməsinin tərtib etməli və rəsmiləşdirməli, namizədlə rin iddiaçı tərəfindən məşğulluğu nəticəsində əmək haqqı cədvəllərinin rəsmiləşdirilməsi, ümumi və xalis əmək haqlarının hesablanması və onların bank hesablarına köçürülməsi ilə bağlı xidmət göstərməli, həmçinin Azərbaycan Respublikasında fəaliyyətləri başa çatan namizədlərin öz ölkələrinə qaytarılmasında və onların barəsində mənşə ölkəsinin vergi və hüquq məsələlərinin həll edilməsində köməklik göstərməli idi.
41. Başqa sözlə, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti müqavilənin şərtlərinə uyğun xidmət göstərsə idi, ona ödənilmiş məbləğlərdən vergilərin tutulması istisna edilməli idi.
42. Lakin SWİFT Technical (Singapore) PTE LTD Şirkəti müqavilənin şərtlərinə uyğun xidmət göstərməmiş, o, iddiaçının xeyrinə işləməyə razı olan namizədlərin Azərbaycan Respublikasına göndərilərək iddiaçı tərəfindən işə götürülməsinə dair xidmətlər göstərməmiş, əksinə, özü ilə əmək müqaviləsi bağlayan və onun işçiləri olan şəxsləri Azərbaycan Respublikasında müştərisi üçün (BP Exploration) işləməyə göndərmişdir. Bu hal isə, iş materiallarında olan ayrı-ayrı şəxslərlə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti arasında bağlanmış əmək müqavilələri ilə öz təsdiqini tapır. Başqa sözlə, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti aralarındakı müqaviləyə əsasən insan resurları və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətləri deyil, faktiki işçilik xidməti göstərmişdir.
43. İddiaçı kassasiya şikayətində cəlb edilmiş işçilərin işə qəbulu prosesindən başlayaraq onların əmək haqlarının müəyyən edilməsi, iş vaxtı, əmək vasitələri ilə təminetmə, sosial təminatları, əmək münasibətlərinə xitam vermə, bir sözlə işəgötürən kimi bütün hüquq və vəzifələrin ona məxsus olduğunu, əcnəbi işçilərlə bağlanmış əmək müqavilələrində də Azərbaycan ərazisi üzrə işəgötürənə məxsus bütün hüquq və vəzifələrin iddiaçıya ötürüldüyü, işçilərin əmək haqlarının həcmi, şərtləri və s. əlaqədar halların iddiaçı tərəfindən müəyyən edilməsi və real olaraq ödənilməsi artıq onun işəgötürən kimi tam səlahiyyətli olduğunu müəyyən etməsinə dair dəlilləri irəli sürsə də, iş materiallarında olan əmək müqavilələrin məzmunu qeyd olunan halları təkzib edir. Belə ki, həmin müqavilələrin məzmununda əmək haqlarının həcmi və ən əsası əmək münasibətlərinə xitam vermə ilə bağlı səlahiyyətlərin SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsus olduğu qeyd edilib və həmin müqavilədə işəgötürən kimi bütün hüquq və vəzifələrin i ddiaçıya deyil, SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsusluğu müəyyən edilir. Həmçinin iddiaçı ilə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti (podratçı) arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında” Müqavilənin məzmununda da oxşar müddəalar yoxdur. Belə ki, həmin müqavilə iddiaçı ilə əmək münasibətlərinə daxil olan işçilərlə bağlı SWİFT Technical (Singapore) PTE LTD Şirkəti tərəfindən göstərilən xidmətləri tənzimləyir ki, hazırkı halda əcnəbi işçilər iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdır. Miqrasiya Məcəlləsinə müvafiq olaraq alınmış iş icazəsində iddiaçının "xxxx" kimi qeyd olunması halı
44. İlk növbədə qeyd edilməlidir ki, Miqrasiya Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Məcəllə Azərbayc an Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir.
45. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hə r bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar.
46. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
47. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.
48. Qeyd olunan müddəaların birgə təhlili onu deməyə əsas verir ki, Miqrasiya Məcəlləsinin normaları baxımından "xxxx" əcnəbi və vətəndaşlığı olmayan şəxsləri əmək fəaliyyətinə cəlb etmək niyyətində olan hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləridir.
49. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi əcnəbi mütəxəssislərə münasibətdə iş icazəsinin alınmasına dair müraciət etmək hüququnu yalnız işəgötürən qismində çıxış edəcək fiziki və hüquqi şəxslərə tanıyır. İşəgötürən tərəfindən həmin əcnəbi mütəxəssislərlə bilavasitə formal əmə k müqaviləsinin bağlanmaması isə qanunvericilikdə onun işəgötürən kimi statusunun tanınmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri alınmış əcnəbi mütəxəssislərə münasibətdə əmək münasibətlərinin tərəfi kimi “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti deyil, iddiaçı çıxış edir.
50. Qeyd olunan dəlilə münasibət olaraq məhkəmə kollegiyası bildirir ki, yuxarıda da qeyd edildiyi kimi, Miqrasiya Məcəlləsinə əsasən iş icazəsi almaq üçün müraciət edən şəxs əcnəbi və vətəndaşlığı olmayan şəxsləri əmək fəaliyyətinə cəlb etmək niyyətində olan şəxsdir, başqa sözlə, hələ işçi ilə əmək münasibətinə daxil olmamış şəxsdir, hətta müəyyən səbəblərdən iş icazəsi üçün müraciət edib icazəni alan "xxxx" sonradan əmək müqavi ləsi bağlamaqdan imtina edə bilər və iş icazəsini ləğv elətdirə bilər. Başqa sözlə, iş icazəsinin alınması üçün müraciət, hətta icazənin alınması müraciətçini əmək münasibətləri konteksində "xxxx" etmir, eyni zamanda əcnəbi və vətəndaşlığı olmayan şəxslə müraciətçi arasında əmək münasibətlərinin mövcud olmasının sübutu kimi çıxış edə bilməz.
51. Yuxarıda qeyd edildiyi kimi, Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsi aşkar şəkildə tənzimləyir ki, iş icazəsi alındıqdan sonra əcnəbilərlə əmək müqaviləsi bağlanmalıdır, yəni iş icazəsi hələ özü-özlüyündə əmək münasibətlərinin mövcudluğuna əsas vermir.
52. Beləliklə, iddiaçının iş icazəsi alınması zamanı miqrasiya orqanları tərəfindən "xxxx" kimi qeyd edilməsi, onun faktiki SWİFT Technical (Singapore) PTE LTD Şirkətinin əməkdaşları olan şəxslərlə ar asında əmək münasibətlərinin olmasına dəlalət etmir.
53. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirkətinin filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-156/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.