Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-20/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; ikiqat vergitutmanın aradan qaldırılması üzrə beynəlxalq sazişin tətbiqi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qar şı “qərarın ləğv edilməsi və qərarla tutulmuş pul vəsaitinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-1(103)-1209/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üzrə 588,20 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanması barədə 21 fevral 2020-ci il tarixdə **********108800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2020-ci il 7 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 fevral 2020-ci il tarixli, **********108800 nömrəli qərarının ləğv edilməsi və həmin Qərara əsasən tutulmuş 588,2 manat pul vəsaitinin iddiaçının hesabına geri qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xaricdən aldığı malların pərakəndə satışı ilə məşğul olur. Malların bir qismi Honq-Konqdan idxal edildiyindən, mövcud vergilərdən başqa Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən xarici istehsalçıya ödənilən məbləğin 10% miqdarında əlavə olaraq iddiaçıdan vergi tutulur. Belə ki, iddiaçının Honq-Konqun "Global Trend Limited" şirkətinə ödədiyi 5.882 manat mə bləği üzrə cavabdeh tərəfindən 2020-ci il 21 fevral tarixli, **********108800 nömrəli qərar qəbul olunmuş və qərara əsasən iddiaçıdan 10% tutularaq 588,2 manat iddiaçının hesabından silinmişdir. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyindən 10 faiz miqdarında vergi tutulur. Məcəllənin 13.2.16.14-1 maddəsində isə müəyyən edilmişdir ki, 10% məbləğində vergi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tər əfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən tutulur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahı ilə Honq-Konq (ÇXR) güzəştli vergi tutulan ölkələrin sırasına aid edilmişdir. Lakin bununla bərabər iddiaçı hesab etmişdir ki, göstərilən maddələr tətbiq olunaraq Vergi Məcəlləsinin bəzi müddəaları nəzərə alınmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, qeyd edilən verginin ödəyicisi xarici partnyor olmasına baxmayaraq Honq-Konqun hüquqi şəxsinə qarşı Honq-Konqda Azərbaycan vergi qanunvericiliyini tətbiq etmək heç cür mümkün deyil. Beləliklə, son nəticədə sözügedən 10% miqdarında vergi iddiaçıdan tutulur. Bu cür hal həm ədalətsiz, eyni zamanda aşağıdakılara görə həm də qanunazidd hesab edilir. Belə ki, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində nəzərdə tutulan verginin ödəyicisi 13.2.16.14-1 maddəsində müəyyən edilmişdir. Bu Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərdir. Hazırkı halda vergini tətbiq edərək vergi orqanları Məcəllənin 128-ci maddəsini tam yox, maddənin ancaq güzəştli vergi tutulan ölkələr barədə olan müddəalarını (128.2 və 128.3 bəndlərini) əsas götürmüşlər, halbuki Məcəllənin 128-ci maddəsi üç bənddən (128.1, 128.2 və 128.3) ibarətdir və bəndlərin hər birinin müddəaları nəzərə alınmalı idi. Belə ki, Məcəllənin 128-ci maddəsində güzəştli vergi tutulan ölkələrlərlə yanaşı həmçinin şəxslər müəyyən edilmişdir (128.1 maddə). Bunlar Məcəllənin 128.1-ci maddəsində müəyyən edilmiş qaydada rezidentlə əlaqədə olan qeyri-rezi dentlərdir. Beləliklə, məcəllənin 13.2.16.14-1 və 128-ci maddələrin tələblərinə görə məcəllənin 125.1.9-cu maddəsində göstərilmiş 10% miqdarında verginin tətbiqi üçün iki amilin mövcudluğu vacibdir: birincisi, əməliyyatlar və müvafiq ödənişlərin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrlə aparılması, ikincisi ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş qeyri-rezidentlərə edilməsidir. Beləliklə, qanunvericiliyinin müddəaları düzgün tətbiq olunduqda Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində müəyyən edilən vergi aparılan ödənişlərdən tutula bilməz. Çünki aparılan əməliyyatlar nəticəsində iddiaçı Honq-Konqda gəlir əldə etməmişdir, onun qeyri-rezidentlə şərikliyi yoxdur və vergi qanunvericiliyinə uyğun digər vergiləri tam ödəmişdir. Cavabdeh orqanın qanunların belə tətbiqi həmçinin 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və 2005-ci il 14 iyun tarixli, 932-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» Sazişə də ziddir. Həmin Sazişin 3-cü maddəsinin 1-ci bəndinə əsasən Sazişin "işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisi" hesab olunur (o cümlədən Honq-Konq). Sazişin 7-ci maddəsinin 1-ci bəndinə görə razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstə rmirsə, yalnız adı birinci çəkilən dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər dövlətdə vergiyə cəlb edilə bilər və ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduğu halda qeyrirezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər (Sazişin 9-cu maddəsi). Göründüyü kimi, bu beynəlxalq Sazişin tələblərinə görə də əgər Honq-Konqun şirkətinin Azərbaycan nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (yəni bizim şirkətlə) qarşılıqlı əlaqəsi olmadığı hallarda o heç cür Honq-Konqdakı fəaliyyətinə və əldə etdiyi mənfəət görə Azərbaycanda vergiyə cəlb oluna bilməz. Cavabdehin etirazları:
4. Cavabdeh iddia tələbinə qar şı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia təmin edilməməlidir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Qeyd olunmalıdır ki, kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən 2019-cu ilin 4-cü rübü ərzində iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (siyahı məktuba əlavə olunur) 5.882 manat ödəniş edildiyi halda, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 2020-ci il 30 yanvar tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyici si tərəfindən uyğunsuzluq aradan qaldırılmadığından və qeyd olunan təsdiqedici sənədlər tam təqdim olunmadığından, ödəmə mənbəyində tutulan vergi üzrə 2019-cu ilin 4-cü rübünə 588,20 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə 21 fevral 2020-ci il tarixli, **********108800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 128.1-ci maddəsinə əsasən rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borcl ar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir. Vergi Məcəlləsinin 125.1.9-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən 10 faiz vergi tutulur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli, 2-1(112)-4465/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 2020 il 21 fevral tarixli, **********108800 nömrəli qərarı ləğv edilmiş və həmin qərara əsasən tutulmuş 588,2 manat pul vəsaiti İddiaçının hesabına geri qaytarılması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaçı Vergi Məcəlləsinin 128.3-cü maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkə kimi Hong-Konqda (ÇXR) təsis edilmiş şəxsə ödəniş etsə də, iddiaçı həmin qeyri-rezidentin nizamnamə fondunun və ya səsvermə hüquq olan səhmlərinin 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib olmadığından (bununla bağlı heç bir sübut və ya dəlil təqdim olunmur), aparılan həmin əməliyyata görə Vergi Məcəlləsinin 125.1 və 125.1.9cu maddələrinin təsiri altına düşən vergi ödəyicisi kimi onun ödəmə mənbəyində tutulan vergiyə cəlb olunması vergi qanunvericiliyinin tələblərinə, o cümlədən “ödəmə mənbəyində tutulan verginin məqsədləri” təsbit olunmuş müddəalarına ziddir. Məhkəmə sadalanan halları, eləcə də iddianın növünə (mübahisələndirmə haqqında) sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2020-ci il 21 fevral tarixli, **********108800 nömrəli qərarın – əlverişsiz inzibati aktın qəbulunu şərtləndirən faktini halların mövcudluğu sübut edə bilməməsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, həmin qərar qanunaziddir. Həmçinin inzibati orqanın (vergi orqanının) 2020-ci il 21 fevral tarixli, **********108800 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etmək və həmin Məcəllənin 128-ci maddəsi formal surətdə önə çəkilməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və dü sturunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-1(103)-1209/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, həm birinci, həm də apellyasiya məhkəməsinin iddianın təmin edilmə əsası ondan ibarət olmuşdur ki, iddiaçı güzəştli vergi tutulan ölkə kimi Honq-Konqda (ÇXR) təsis edilmiş qeyrirezidentin nizamnamə fondunun və ya səsvermə hüququ olan səhmlərinin 20 faizində çoxuna bilavasitə və ya dolayısı ilə sahib olmadığından aparılan həmin əməliyyata görə Vergi Məcəlləsinin 125.1-ci və 125.1.9-cu maddələrinin təsiri altına düşən vergi ödəyicisi kimi onun ödəmə mənbəyində tutulan vergiyə cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə Vergi Məcəlləsinin 128.1-ci maddəsinə istinad etmişdir. Bildirilməlidir ki, işə baxan məhkəmə kollegiyası maddi hüquq normasını yanlış tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq normasının isə tətbiq etməmişdir. Belə ki, hazırki mübahisənin faktiki hallarına Vergi Məcəlləsinin 128.1-ci maddəsinin heç bir aidiyyəti yoxdur. Qeyd olunan norma rezidentin mənfəət vergisi ilə bağlı olmaqla onun ümumi gəlirinə aid edilməli gəlir növlərindən birini müəyyən edir. Qeyd olunan maddə rezidentin güzəştli vergi tutulan ölkədə əldə etdiyi gəlirlə bağlıdır. Hazırkı mübahisənin predmeti iddiaçının güzəştli vergi tutulan ölkədə əldə etdiyi gəlirlə bağlı deyil, rezidentin güzəştli vergitutulan ölkələrdə təsis edilmiş subye ktlərə etdiyi ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməli olması ilə bağlıdır. Belə ki, 2016-cı il 16 dekabr tarixli, 454-VQD nömrəli Qanun ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, Məcəllənin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsi üzrə həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. Eyni zamanda, həmin Məcəllənin 128.3-cü maddəsinin tətbiqi ilə əlaqədar olaraq, 2017-ci il 11 iyul tarixli, 1505 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərma nı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir. Həmin fərmanla Honq-konq (Çin) güzəştli vergi tutulan ərazilər siyahısına daxil edilmişdir. Göründüyü kimi, adı çəkilən qərar əsasında vergilərin hesablanmasına əsas iddiaçının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi öhdəliyini yerinə yetirməməsi olmuşdur. Məcəllənin 13.2.16.141-ci maddəsi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulmasını müəyyən etmişdir ki, həmin maddənin tələbində hər hansı istisna nəzərdə tutulmamışdır. Yəni, vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə edilmiş ödəmələr istisnasız olaraq ödəmə mənbəyində vergiyə cəlb edilir. Məhkəmənin istinad etdiyi ikiqat vergitutmanin qaradan qaldırılması haqqında sazişə dair dəlili ilə bağlı bildirilməlidir ki, həmin sazişdə əks olunan müddəalar Azərbaycanın rezidentinin Çin Xalq Respublikasında və ya əksinə Çin Xalq Respublikasının rezidentinin Azərbaycan Respublikası ərazisində əldə etdiyi mənfəətinə görə bir ölkədə verginin tutulduğu halda həmin Sazişi imzalayan digər ölkədə yenidən həmin mənfəətin vergiyə cəlb olunmasının istisna olunmasını özündə əks etdirir. Hazırkı vəziyyətdə iddiaçının Çin Xalq Respublikasında əldə etdiyi mənfəətə görə həmin ölkədə vergini ödədiyi halda, təkrarən həmin mənfəətə görə Azərbaycan Respublikasında vergi tutulması kimi hal mövcud deyil. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçıya hesablanmış verginin ona münasibətdə ümumiyyətlə əldə edilmiş mənfəətlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin adı çəkilən Sazişin 22-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər Azərbaycanın rezidenti, bu Sazişin müddəalarına müvafiq olaraq Çində vergiyə cəlb edilə bilən gəlir əldə edirsə, həmin şəxsin bu gəlirə görə Çində ödədiyi vergi, həmin şəxsdən həmin gəlirlə bağlı Azərbaycanda tutulan verginin məbləğindən çıxılmalıdır. İddiaçının tələbi o halda haqlı hesab edilə bilərdi ki, iddiaçı Çin Xalq Respublikasında göstərdiyi sahibkarlıq fəaliyyətinə görə mənfəət əldə etsin, həmin mənfəətə görə vergini o ölkədə ödəsin, buna baxmayaraq iddiaçının həmin sahibkarlıq fəaliyyət i ilə əlaqədar Sazişin tərəfi olan digər ölkədə əldə etdiyi mənfəətə görə Azərbaycan Respublikasında təkrarən ona vergi hesablansın və tutulsun. Lakin iddiaçıya hesablanmış vergi onun Çin Xalq Respublikasında əldə etdiyi mənfəət üzrə deyil, qanunvericiliyin tələbi baxımından onun tərəfindən güzəştli vergi tutulan ərazi və ölkəyə etdiyi ödənişin ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə əlaqədar olmuşdur. Beləliklə, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, apellyasiya instansiyası tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əl avə etirazda göstərilmişdir ki, kassasiya şikayətində qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə (qeydiyyatdan keçmiş) subyektlərə edilmiş ödəmələr istisnasız olaraq ödəmə mənbəyində vergiyə cəlb edilir. Cavabdeh baxılan məsələdə iddiaçını vergi ödəyicisi kimi təqdim edir (çünki vergiyə cəlb olunmuş ödənişlər iddiaçı tərəfindən aparılıb). Cavabdeh şikayətdə sözü gedən vergini güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən vergi kimi müəyyən edir (Vergi məcəlləsinin 6-cı maddəsi ilə müəyyən edilmiş dövlət vergiləri siyahısında bu cür vergi yoxdur, məcəllənin 5 maddəsinə əsasən - verginin ödəmə mənbəyindən tutulması vergi növü deyil, vergiyə cəlb etmə formasıdır). Demək olar ki, cavabdeh öz səhv mövqeyini bu yanlış mülahizələrin üstündə qurmuşdur. Bu na görə də baxılan mübahisənin həllində qeyd olan məqamların dəqiq, düzgün araşdırılmasını vacib hesab edilməlidir. Əslində bu anlayışlar Vergi Məcəlləsinin 125 və 125.1.9 maddələrində birmənalı müəyyən edilmişdir. Həmin maddələrə görə tətbiq olunan vergi - gəlir vergisidir, vergi tətbiq olunduqda vergi ödəyicisi - qeyri-rezidentdir. Yazılanlarla vergi ödəyicisi qeyri-rezident olduğundan vergi agentindən yəni iddiaçıdan verginin tutulması düzgün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Vergi Məcəlləsi: Maddə 13.2.16. Azərbaycan mənbəyindən gəlir: (...) 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrd ə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir;... Maddə 104.3. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki d aimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: (...) 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Maddə
128. Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir (...) 128.2. Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. 128.3. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 14. “Azərbaycan Respublikası Hökum əti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Saziş (Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 932-İİQ №-li Qanunu ilə təsdiq edilmişdir): Maddə
1. Əhatə olunan şəxslər X2 gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir. Maddə
2. Əhatə olunan vergilər
1. Bu Saziş, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur.
2. Gəlirlərə görə vergilərə - gəlirin ümumi məbləğindən, yaxud onun ayrı-ayrı elementlərindən, o cümlədən daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən gəlirlərdən, müəssisələrin öhdəliklə ri, əməkhaqqının yaxud maaşın ümumi məbləğindən, həmçinin əmlakın dəyərinin artımından tutulan bütün vergilər aiddir.
3. Sazişin tətbiq edildiyi mövcud vergilər xüsusən aşağıdakılardır: a) Çində: (i) fiziki şəxslərin gəlir vergisi; (ii) xarici investisiyalı müəssisələrin və xarici müəssisələrin gəlir vergisi; (bundan sonra “Çin vergiləri” adlanır); b) Azərbaycanda: (i) hüquqi şəxslərin mənfəət vergisi; (ii) fiziki şəxslərin gəlir vergisi; (bundan sonra “Azərbaycan vergiləri” adlanır).
4. Bu Saziş həmçinin, imzalandığı tarixdən sonra mövcud vergilərə əlavə olaraq, yaxud onların əvəzinə tutulan eyni və ya mahiyyətcə oxşar vergilərə də tətbiq edilir. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları öz müvafiq vergi qanunvericiliklərində baş verən hər bir əhəmiyyətli dəyişiklik barədə bir-b irinə məlumat verməlidirlər. Maddə
3. Ümumi anlayışlar
1. Kontekstdən başqa məna alınmırsa, bu Sazişin məqsədləri üçün: a) “Çin” termini - Çin Xalq Respublikasını ifadə edir; coğrafi mənada istifadə edildikdə, Çinin vergitutma qanunlarının tətbiq olunduğu ərazi dənizi və ərazi dənizindən kənarda beynəlxalq hüquqa müvafiq olaraq Çin Xalq Respublikasının dəniz dibi və yerin təkinin təbii resurslarının və yeraltı su resurslarının kəşfiyyatı və işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisini bildirir; (...) d) “vergi” termini - kontekstdən asılı olaraq Azərbaycan, yaxud Çin vergilərini bildirir; e) “şəxs” termini - fiziki şəxsi, şirkəti və şəxslərin hər hansı digər birliklərini bildirir; f) “şirkət” termini - istənilən kor porativ qurumu, yaxud vergi məqsədləri üçün korporativ qurum kimi baxılan istənilən təşkilatı bildirir; g) “Razılığa gələn Dövlətin müəssisəsi” və “Razılığa gələn digər Dövlətin müəssisəsi” terminləri - müvafiq olaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən idarə olunan müəssisəni və Razılığa gələn digər Dövlətin rezidenti tərəfindən idarə olunan müəssisəni bildirir; (...) i) “milli şəxs” termini: (i) Razılığa gələn Dövlətin vətəndaşı olan istənilən fiziki şəxsi; (ii) özünün müvafiq statusunu Razılığa gələn Dövlətin mövcud qanunvericiliyinə əsasən almış istənilən hüquqi şəxsi, tərəfdaşlığı, yaxud assosiasiyanı bildirir. Maddə
4. Rezident
1. Bu Sazişin məqsədləri üçün “Razılığa gələn Dövlətin rezidenti” termini həmin Dövlətin qanunvericiliyinə müvafiq olaraq yaşayış yerinə, daimi oldu ğu yerə, baş ofisin yerləşdiyi yerə, qeydiyyat yerinə, idarəetmə yerinə, yaxud digər oxşar meyarlara əsasən orada vergiyə cəlb olunan şəxsi, habelə həmin Dövləti, yaxud onun yerli hakimiyyət orqanını bildirir. Bununla belə, bu termin yalnız həmin Dövlətdəki mənbələrdən gəlirlərə münasibətdə orada vergiyə cəlb olunan şəxsi əhatə etmir. 15. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydaları (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli, **********009300 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 5.1. Əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan sonra - DTA-03 forması) (Əlavə № 4) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 5.2. DTA-03 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir. 5.3. DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezident lik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. 5.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (bundan sonra-internet vergi idarəsi) vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun. 5.5. Tələb olunan azadolma və ya aşağı vergi dərəcəsi qeyri-reziden tə münasibətdə tətbiq edilməlidirsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 5) üzrə razılıq məktubu tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. 5.6. Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndi ndə qeyd olunmuş razılıq məktubunu, gəliri əldə edən qeyrirezidentdən isə vergi orqanına təqdim edilmiş bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. Adı çəkilən razılıq məktubu alınanadək qeyri-rezidentə edilən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə yol verilmir. 5.7. DTA-03 forması vergi orqanına təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən ödəniş tarixinədək razılıq məktubu alınmadıqda, gəlir ödəyən şəxs (vergi agenti) qeyri-rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində vergi tutmalıdır. Bu halda, ödəmə mənbəyində artıq tu tulmuş vergi bu Qaydaların 7-ci hissəsində göstərilən qaydada qeyri-rezidentə qaytarılır. 5.8. Sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əsli gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Məhkəmə kollegiyası, ilk növbədə, VM-nin 13.2.16, 13.2.16.14-1-ci maddəsi ilə müəyyən edilmiş verginin “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişlə (bundan sonra mətndə - Saziş) əhatə olunmadığına, buradan, vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə edilmiş ödəmələrin istisnasız olaraq ödəmə mənbəyində vergiyə cəlb edilməli olduğuna dair dəlilini əsaslı hesab etmir. Belə ki, cavabdeh də təsdiq edir ki, VM-in 128.3-cü maddəsinin tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli, 1505 nömrəli Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmiş, həmin Fərmanla X1 Respublikasının ərazisi kimi güzəştli vergi tutulan ərazilər siyahısına daxil edilmişdir.
21. Sazişin 3-cü maddəsinin 1-ci bəndinin (a) yarımbəndinə görə də Sazişin məqsədləri üçün “Çin” termini Çin Xalq Respublikasının bütün ərazisini bildirir.
22. Beləliklə, istinad edilən Saziş iddiaçının mal idxal etdiyi Honq-Konqu da əhatə edir.
23. Məhkəmə kollegiyası razılaşır ki, məhkəmələrin istinad etdiyi VM-in 128.1-ci maddəsinin hazırkı mübahisəyə aidiyyəti yoxdur (128.1. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir.). Belə ki, həmin norma rezidentin mənf əət vergisi ilə bağlı olmaqla onun ümumi gəlirinə aid edilməli gəlir növlərindən birini müəyyən edir və həmin rezidentin güzəştli vergi tutulan ölkədə əldə etdiyi gəlirlə bağlıdır. Hazırkı mübahisənin predmeti iddiaçının güzəştli vergi tutulan ölkədə əldə etdiyi gəlirlə bağlı deyil, rezidentin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyektə etdiyi ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməli olması ilə bağlıdır.
24. Bununla yanaşı, iddiaçı şikayətə qarşı etirazında haqlı olaraq qeyd edir ki, cavabdeh şikayətdə sözügedən (ödəmə mənbəyindən) vergini güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən vergi kimi müəyyən edir və bu zaman, həmin vergini mənfəət vergisindən fərqləndirir. Halbuki, VM-in 5-ci maddəsinin tələbinə görə, verginin ödəmə mənbəyindən tutulması verginin növ ü deyil, vergitutmanın formasıdır.
25. VM-in 13.2.16, 104.3, 125.1-ci maddələrinə əsasən, həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində nəzərdə tutulmuş ödəmə qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri Azərbaycan mənbəyindən gəlir kimi təsbit olunmuşdur.
26. Sazişin 2-ci maddəsində isə həmin Sazişlə əhatə olunan vergilər təsbit olunmuşdur:
1. Bu Saziş, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur.
2. Gəlirlərə görə vergilərə - gəlirin ümumi məbləğindən, yaxud onun ayrı-ayrı elementlərindən, o cümlədən daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən gəlirlərdən, müəssisələrin öhdəlikləri, əməkhaqqının yaxud maaşın ümumi məbləğindən, həmçinin əmlakın dəyərinin artımından tutulan bütün vergilər aiddir.
27. Cavabdeh qeyd edir ki, Sazişdə əks olunan müddəalar Azərbaycanın rezidentinin Çin Xalq Respublikasında və ya əksinə Çin Xalq Respublikasının rezidentinin Azərbaycan Respublikası ərazisində əldə etdiyi mənfəətinə görə bir ölkədə verginin tutulduğu halda, həmin Sazişi imzalayan digər ölkədə yenidən həmin mənfəətin vergiyə cəlb olunmasının istisna olunmasını özündə əks etdirir. Hazırkı vəziyyətdə iddiaçının Çin Xalq Respublikasında əldə etdiyi mənfəətə görə həmin ölkədə vergini ödədiyi halda, təkrarən həmin mənfəətə görə Azərbaycan Respublikasında vergi tutulması kimi hal mövcud deyil.
28. Məhkəmə kollegiyası qeyd edir ki, burada, söhbət iddiaçının mənfəətindən (yaxud ümumi gəlirindən) getmir və iddia olunan vergi də onun mənfəətinə və ya gəlirinə hesablanmır. Hazırkı halda, vergiyə cəlb olunan qeyri-rezidentin (Çin Xalq Respublikasının rezidentinin) VM-in 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən 10 faiz məbləğində hesablanmalı olan vergidən gedir. Sazişin şərtləri həmin vergiyə də tətbiq olunmalıdır.
29. Beləliklə, cavabdehin istinad etdiyi VM-in 13.2.16.14-1-ci maddəsinin hazırkı mübahisəyə qeyd-şərtsiz tətbiqi o halda mümkündür ki, istinad edilən beynəlxalq Sazişdə bu istisna bilavasitə nəzərdə tutulmuş olsun (Sazişin 2-ci maddəsi ilə əhatə olunmadığı Sazişdə birbaşa göstərilmiş olsun). Sazişin müddəalarında belə istisna nəzərdə tutulmamışdır.
30. Bununla yanaşı, iddiaçının da əsaslandığı Sazişin müddəalarının hazırkı mübahisəyə tətbiqi “Azərbaycan R espublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tələblərinin gözlənilməsi ilə şərtlənir (bu qərarın 15-ci bəndi). Başqa sözlə, qeyri-rezident yaxud vergi agenti (hazırkı halda, iddiaçı) həmin Qaydalarda təsbit olunmuş formal (məcburi) tələblərə əməl etməklə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin müddəalarının tətbiqini tələb edə bilər.
31. Hazırkı işdə həmin Qaydaların tələblərinə əməl olunub-olunmadığına, bununla bağlı araşdırma aparıldığına dair hər hansı məlumat yoxdur.
32. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 may tarixli, 21(103)-1209/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.