Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-20/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamda saxlama müddəti, sərəncamda saxlanılma müddətində ödənilməmiş əmək haqqının ödənilməsinin tələb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü) cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “sərəncamda saxlanıldığı müddətdə ödənilməmiş əmək haqqının və pensiya yaşından əvvəl işdən çıxmağa məc bur edildiyi üçün işsiz qaldığı müddətdə əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ******* nömrəli əmək kitabçasında olan məlumatlara əsasən, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1986-cı il tarixə kimi Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunda stajor, xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixə kimi Bakı şəhəri Kirov (hazırkı Binəqədi) rayon prokurorluğunda müstəntiq-stajor, xx.xx.1986-cı ildən xx.xx.1993cü il tarixə kimi Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon proku rorluğunda müstəntiq, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə kimi Baş Prokurorluğun Cəzaların icrasına nəzarət Şöbəsinin, Arbitraj işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət Şöbəsinin prokuroru vəzifələrində işləmiş, xx.xx.2000-ci ildə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar ixtisar edilmiş vəzifədən azad olunmuş, xx.xx.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan MR X1 Orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, xx.xx.2002-ci ildə sərəncama götürülmüş, xx.xx.2005-ci ildən xx.xx.2010-cu il tarixə kimi Sabirabad rayon prokurorunun köməkçisi, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləmiş, xx.xx.2020-ci il tarixdə “Pr okurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 25 noyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Baş prokuror tərəfindən Konstitusiya və əmək qanunvericiliyinin elementar tələbləri kobud surətdə pozulmaqla sərəncamda saxlanıldığı 60 ayın 25 ayının əmək haqqını alıb, qalan 35 ay ərzində isə ödənilməmiş 114201,25 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Baş prokurorun öz vəzifə səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadə etməklə, Konstitusiyanın, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, eləcə də əmək qanunvericiliyi normalarının elementar tələblərini kobud surətdə pozmaqla onun 3 ayadək müddət əvəzinə 5 il 6 gün sərəncamda saxlamasının qanun pozuntusu hesab edilməsi, həmin kobud qanun pozuntusuyla sərən camda saxlanıldığı 60 ayın 28 ayının əmək haqqını alıb, qalan 32 ay ərzində isə ödənilməmiş 104412,57 manat məbləğində qanuni əmək haqqının və pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1993cü il tarixədək Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun baş müstəntiqi, xx.xx.1993-cü il tar ixdən xx.xx.1993-cü il tarixədək Baş prokurorluğun Cəzaların icrasına nəzarət şöbəsinin prokuroru, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək, yəni şöbə ləğv olunanadək Baş prokurorluğun İqtisad Məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifələrində qüsursuz xidmət edərək, yalnız mükafatlandırıldığı halda, qanunların icrasına və tətbiqinə nəzarət etməli orqan olan Baş prokurorluğun keçmiş rəhbərinin hüquqi niqilizminin nəticəsi olaraq, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, yəni 5 il 6 gün müddətində sərəncamda saxlanıldığından, xx.xx.2005-ci il tarixdə uzun müddət Mərkəzi Aparatda xidmət etdiyi, Prokurorluq orqanlarında 20 il staja və ədliyyə müşaviri rütbəsinə malik olduğu halda, rəyi belə soruşulmadan 5-ci təsnifatdan, stajorlarla birlik də, sıradan sonuncu olan 9-cu təsnifata, özü də kənd rayonlarından birinə köməkçi təyin edildiyindən, eləcə də 10 il ərzində davam etmiş təqib və təzyiqlər yolu ilə xx.xx.2010-cu il tarixdə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək işsiz qaldığından, qanuni hüquqları tapdalanmışdır. Keçmiş Baş prokuror şəxsi qərəzlik zəminində ona qarşı kobud surətdə qanuna zidd hərəkətlərə yol verib, sərəncamda saxladığı 5 il 6 gün müddətin, yəni 60 ayın 25 ayının aylıq əmək haqqı alıb, qalan 35 ay ərzində isə Konstitusiyanın 35-ci maddəsinin Vİ hissəsinin, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinin və Əmək Məcəlləsinin 178.1-ci maddəsinin 2-ci hissəsinin, 191.2, 194.2, 195-ci maddəsinin “d” bəndinin, 196.1, 288-ci maddəsinin “d”, “h” bəndlərinin və 29 1.1-ci maddəsinin tələblərini pozaraq, aylıq əmək haqqı almaqdan məhrum etdiyinə, eləcə də Qarabağ hadisələrinin istintaqı ilə bağlı milli və dövlət mənafelərinin xəyanətkar hərəkətlərdən qorunması naminə vətənpərvərlik göstərərək, onun qanunsuz hərəkətləri barədə cənab Prezidentə ünvanladığı rəsmi müraciətinə və 21 bənddən ibarət olan təkliflərinə görə, şəxsi qərəzlik zəminində, vəzifəsindən suiistifadə etməklə, təqib və təzyiqlər göstərmək yolu ilə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək işsiz qaldığından, bu müddət ərzində adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən (Mülki Məcəllənin 21.2-ci maddəsi əldən çıxmış fayda) məhrum edildiyinə görə, qanunla qorunan mənafelərinə zərər vurulmuşdur. Belə ki, Zakir Qaralov Baş prokuror vəzifəsinə təyin olunana qədər 15 il ərzində prokurorluq orqanlarında qüsursuz xidmət edərək, xüsusilə də 100-dən artıq açılmamış qəsdən adam öldürmə cinayətlərinin istintaqını müvəffəqiyyətlə başa çatdırdığına və dövlət büdcəsindən mənimsənilmiş 100 milyon manatadək pul vəsaitinin geri qaytarılmasını, habelə 2 dəfə dövlət başçısının tapşırığının icrasını, özü də onlardan birini Milli Öndərin tapşırığı əsasında hökumət nümayəndə heyətinin tərkibinə rəsmən daxil edilməklə təmin etdiyinə görə, konkret işlər üzrə 8 dəfə rəsmi əmrlərlə təşəkkür, pul mükafatı, fəxri fərman, növbədənkənar və vaxtından əvvəl rütbələr verilməklə müxtəlif mükafatlarla təltif olunmuşdur. Prokurorluq orqanlarında islahatlar aparmaq adı ilə heç bir xidməti olmayan səriştəsiz şəxslərin şəxsi münasibətlər zəminində yüksək vəzifələrə təy in olunmasına, göstərdiyi xidmətlər nəzərə alınmayaraq, şöbənin ləğv edilməsi adı altında, əslində isə şəxsi qərəzlilik zəminində sərəncamda saxlanıldığına görə, Z.Qaralov tərəfindən aparılan kadr siyasətindəki ədalətsizliyə etiraz edərək, prokurorluq orqanlarında qalıb - qalmamaq məsələsinin qısa müddət ərzində baxılıb həll edilməsinə dair xx.xx.2000-ci il tarixdə raport vermişdir. Raportu əsasında aparılmış yoxlama ilə həmişə vəzifə borcunun öhdəsindən layiqincə gəldiyi, odur ki, tutduğu vəzifələrə uyğun olduğu müəyyən edilsə də, keçmiş Baş prokurorun şəxsi qərəzliliyindən doğan ambisiyaların qurbanına çevrilərək, həmin raportun cəzası olaraq xx.xx.2005-ci il tarixədək, yəni 5 il 6 gün müddətində sərəncamda saxlanıldı. Baxmayaraq ki, raportu əsasında həyata keçirilmiş yoxlamanın nəticə sinə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, ştatların ixtisarına görə vəzifədən azad edildikdə, 3 ayadək müddət ərzində yeni təyinat almalı idi. Lakin, keçmiş Baş prokuror tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş qanunun aliliyi prinsipinə məhəl qoyulmadığı üçün, onun hüquqi niqilizimin nəticəsi olaraq uzun müddət sərəncamda saxlanılmaqla, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş oldu. Mövcud əmək qanunvericiliyinin tələblərinə əsasən, işçi ilə əmək münasibətlərinə daxil olan işəgötürən əmək münasibətlərinə xitam verilən anadək öz iradəsinə əsasən işçinin əməyindən hansı formada istifadə edib - etməməsindən asılı olmayaraq, ona vaxtlı - vaxtında aylıq əmək haqqı ödəməyə borcludur, bu işəgötürənin qanun qarşısında borcu və qanunla müəyyən edilmiş öhdəliyidir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, işəgötürən qanunla müəyyən edilmiş hallarda, işçini yalnız 3 ayadək müddət ərzində sərəncamda saxlamaq səlahiyyətinə malikdir. Odur ki, mövcud qanunvericiliyin bu tələbi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 12-ci maddəsinin dispozisiyasında göstərilir ki, “Prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə, 3 ayadək müddətdə sərəncamda ola bilər”. Bu müddət ərzində işçi ilə mövcud olan əmək münasibətlərini həll etmək işəgötürənin qanun qarşısında borcudur. Ona qarşı şəxsi qərəzlik zəminində öz vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə etməklə, qanuna zidd hərəkətlərə yol verməsinin nəticəsi olaraq, qanunla qorunan mənafelərinə zərər vurmuş şəxs, dövlət hakimiyyəti orqanının yüksək vəzifəli şəxsi olmuş keçmiş Baş prokuror olduğundan, Konstitusiya və mövcud qanunvericiliyin tələblərinə əsasən, vurulmuş ziyanın ödənilməsini Baş prokurorluqdan tələb etməlidir və vurulmuş ziyan da Baş prokurorluq tərəfindən ödənilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq, Baş prokurorluq da öz növbəsində həmin tələbi reqres qaydada keçmiş Baş prokuror Zakir Qaralova qarşı yönəltməlidir.
5. Cavabdehin iddia ərizəsinə qarşı təqdim olunmuş etirazında qeyd edilmişdir ki, İddiaçı 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirdikdən sonra həmin ilin avqust ayının 20-də prokurorluq orqanlarında qulluğa qəbul edilərək Bakı şəhəri 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun stajoru təyin edilmişdir. İddiaçı xx.xx.1986-cı ildən 26 Bakı komissarı adına (hazırkı Səbail) rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1993-cü ildən Respublika Baş Prokurorluğu Cəzaların icrasına nəzarət şöbəsinin prokuroru, xx.xx.1993-cü ildən Baş Prokurorluğun İqtisad məhkəmələri qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifələrində işləmiş, struktur dəyişikliyi ilə əlaqədar şöbənin ləğv edilməsi səbəbindən xx.xx.2000ci il tarixdə ixtisar edilmiş vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdə müvəqqəti olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxi li işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, xx.xx.2002-ci il tarixdə sərəncama götürülmüşdür. xx.xx.2001-ci il tarixdə İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrdən birinə təyin olunması təklif edilməsinə baxmayaraq, o, bundan imtina etmiş və qeyd olunanla bağlı Kadrlar idarəsinin prokuroru tərəfindən müvafiq arayış tərtib olunmuşdur. Həmçinin xx.xx.2002-ci il tarixdə də İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrdən birinə təyin olunması təklif edilsə də o, yenidən etiraz edərək bununla əlaqədar tərtib edilmiş protokola imza etməkdən imtina etmişdir. xx.xx.2005-ci il tarixdə İddiaçı Sabirabad rayon prokurorunun köməkçisi, xx.xx.2010-cu il tarixdə həmin rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edir. Göründüyü kimi iddiaçının 5 il 6 gün müddətində sərəncamda olması ilə bağlı irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. İddiaçı iddiasının prokurorluğun rəhbərliyi tərəfindən təzyiqlər edilməsi səbəbi ilə pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilməsi hissəsi də əsassızdır. Belə ki, İddiaçı prokurorluq orqanlarından xaric edilməsi ilə əlaqədar Baş prokurora ünvanladığı xx.xx.2010-cu il tarixli müraciətinə əsasən xx.xx.2010-cu il tarixdən öz arzusu ilə xidmət i illərinə görə prokurorluq orqanlarından xaric edilmişdir. Ona vaxtından əvvəl prokurorluqdan işdən çıxması ilə bağlı hər hansı bir təzyiq göstərilməmişdir. Etirazda iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(112)-2893/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sərəncamda saxlanıldığı müddət 3 ayı keçdikdən sonra həmin saxlanılmanın qanunsuzluğunu və işə təyin edilmə məsələsini qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş, sonradan isə o, işlə təmin edilmiş, daha sonra isə öz arzusu ilə prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sərəncamda olduğ u 3 ay müddət üzrə iddiaçıya əmək haqqı ödənildiyindən, müddətdən artıq sərəncamda saxlanılan dövr üçün hər hansı əlavə vəsaitin ödənilməsi qanunvericiliklə müəyyən edilmədiyindən iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir.
8. Bundan başqa, məhkəmə iddia tələbinin “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsi” hissəsində də iddianın əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı könüllü ərizəsi nəzərə alınaraq cavabdeh inzibati orqan tərəfindən xidmət illərinə görə onun 29 no yabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməsi barədə əmr verilmiş, iddiaçı həmin əmri qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmişdir
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva-sədrlik edən, H.Ü.Həmidov və C.A.Yusifov) 2-1(103)-439/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın tə min olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu və dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi öz qərarında iddia tələbinin birinci hissəsi üzrə "eyni zamanda 3 aydan artiq müddətdə sərəncamda saxlanılmasını mübahisələndirmədiyindən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir" kimi gəldiyi nəticə əsassız mülahizələrə söykənmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİ LƏN HÜQUQ 15. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
12. Prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Maddə
21. Prokurorluq işçilərinin maddi təminatı 21.5. Prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Maddə
26. İntizam məsuliyyətinin növləri 26.1. Xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu X2 Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 26.1.1. irad tutma; 26.1.2. töhm ət; 26.1.3. şiddətli töhmət; 26.1.4. aşağı vəzifəyə keçirmə; 26.1.5. rütbənin aşağı salınması; 26.1.6. vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, prokurorluq orqanlarında işə təyin edilir); 26.1.7. prokurorluq orqanlarından xaric etmə; 26.1.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric etmə. 26.2. Prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın ağırlığı, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 26.3. Xidməti intizamı pozduğuna görə prokurorluq işçisinin rütbəsi (İİİ dərəcəli hüquqşünas, ədliyyə leytenantı istisna e dilməklə) bir pillə aşağı salına bilər. 26.4. Bu Qanunun 26.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, yazılı və ya şifahi qaydada işçiyə xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 26.5. Prokurorluq işçisi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən-qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məh kəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. Apelyasiya məhkəməsi tərəfindən iddia tələbinin “pensiya yaşından 6 il 3 ay əvvəl işdən çıxmağa məcbur edilərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işsiz qaldığından adi iş şəraitində aylıq əmək haqqı şəklində əldə edəcəyi gəlirdən məhrum edildiyi üçün əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödə nilməsi” hissəsində təmin olunmamasına münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının xidmətdən öz iradəsi ilə ayrıldığı mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları və iş üzrə materiallarla təsdiq olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsə münasibətdə təqib və təzyiqlər müəyyən obyektiv göstəricilərdə və davranışlarda, yəni ən azından onun aşağı vəzifəyə keçirilməsində, davamlı intizam tənbehi tədbirlərinin tətbiq olunmasında, rütbəsinin aşağı salınmasında və sair aktiv hərəkətlərdə ifadə olunmalıdır. Lakin Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunduğu xx.xx.2005-ci il tarixindən sonra cavabdehin iddiaçıya münasibətdə yuxarıda qeyd olunan şəkildə davrandığı iş üzrə materiallardan görünmür. Həmçinin qeyd olunmalıdır k i, şəxsin kənd rayonlarından birinə prokuror köməkçisi və prokurorun böyük köməkçisi vəzifələrinə təyin edilməsi təqib və təzyiqi ifadə edən davranış kimi qiymətləndirilə bilməz (həmin məntiqlə peşəkar və səriştəli müstəntiqlər yalnız mərkəzdə işləməlidir). Həmin təyinat zamanı onun rəyinin soruşulmaması icraatın formal tələbinin və şəxsin dinlənilmə hüququnun pozuntusunu yaratsa da, prokurorluq orqanlarında xidmətin spesifik idarəçilik prinsipləri, xüsusən də idarəçiliyin təkbaşına idarəçilik prinsipi əsasında həyata keçirildiyini, eləcə də şəxsin yeni xidmət yerinə göndərilməsini istisna edən obyektiv əsasların mövcud olmadığını (iddiaçı tərəfindən bunu təsdiq edən müvafiq sübutlar təqdim edilməyib) nəzərə aldıqda, həmin təyinatın maddi hüquq normaları baxımından düzgün olduğu qəbul ed ilməlidir.
21. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, prokurorluq işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda, müvafiq yuxarı prokurora və ya məhkəməyə müraciət edə bilər. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə həm “İddiaçı öz arzusu ilə xidmət illərinə görə 29 noyabr 2010-cu il tarixdən prokurorluq orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilməsi” barədə Azərbaycan Respublikasının Baş Prokurorunun 11/367-K nömrəli, xx.xx.2010-cu il tarixli əmrinin verildiyi dövrdə qüvvədə olmuş, həm də sonradan qüvvədə olan prosessual qanunvericilik normalarına görə, iddiaçı həmin əmri (hüquq və azadlıqlarının pozulmasına səbəb olduğunu iddia etdiyi) onun təqdim olunduğu və ya bu barədə iddiaçıya məlum olduğu vaxtdan 1 ay ərzində mübahisələndirə bilərdi. Bu baxımdan iddiaçının qanunvericiliklə müəyyən olunmuş müddətdə onun qulluq keçməsinə xitam verilməsi barədə əmri mübahisələndirmək imkanına malik olub-olmadığı, həmin müddət ərzində hüquqi müdafiə vasitələrindən istifadə edib-etmədiyi və əmrin mübahisələndirilməsi ilə bağlı müəyyən olunmuş iddia müddətini ötürüb-ötürmədiyi apelyasiya məhkəməsi tərəfindən yoxlanılmalı və müddətin buraxılmasının səbəbləri araşdırılmalıdır. Bununla bağlı araşdırmanın nəticəsindən asılı olaraq, iddiaya tələbinə münasibətdə müddətlə bağlı mümkünlük şərtinə əməl olunub-olunmamasına və bunun üzərindən iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses işt irakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin dairəsinin müəyyən olunması və yoxlanılması baxımından, hər şeydən əvvəl iddianın növ ü müəyyən olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi əslində mahiyyət baxımından iddiaçının qulluq keçməsinə xitam verilməsi barədə xx.xx.2010-cu il tarixli əmrin mübahisələndirilməsi ilə bağlıdır və məqsəd baxımından həmin əmrin ləğvinə yönəlmişdir. Belə ki, “əldən çıxmış 138685,47 manat məbləğində faydanın ödənilməsinə dair” tələb üzrə mübahisənin həlli həmin əmrin ləğvinə bağlıdır və yalnız həmin əmrin qanunsuz sayılaraq ləğv edildiyi halda qeyd olunan tələbə baxıla bilər. Bu mənada hazırkı iddia tələbi öz məzmunu, xarakteri və məqsədi baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir.
24. İnzibati prosessual qanunvericiliyin (İPM-in 35,38-ci və digər maddələrinə) müddəalarına görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, o cümlədən m übahisələndirmə haqqında iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərədə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
26. Nəzərə almaq lazımdır ki, iddia müddəti hüquqi müəyyənlik məqsədlərinə xidmət edir və bu mənada inzibati orqanlarının inzibati aktlarının və faktiki xarakterli hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi ilə bağ lı müddət məhdudiyyətinə riayət olunması mütləq şərt kimi qiymətləndirilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində 3-cü tələb kimi qeyd etdiyi “ermənilərin Qarabağda törətdiyi cinayət hadisələrinin istintaqı zamanı yol verilmiş qanun pozuntuları və onların nəticələri ilə bağlı” tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, həmin tələblərdə istinad olunan məsələlər cinayət prosessual qanunvericilin tənzimləmə predmetinə aiddir və şəxsin subyektiv hüquqlarının müdafəsi (qanunla qorunan maraqları) ilə bağlı deyildir. Qüvvədə olan inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati orqanlar tərəfindən yalnız konkret şəxsə münasibətdə qəbul olunmuş inzibati aktlarla və ya həyata keçirilmiş hərəkətlərlə bağlı mübahisələrə inzib ati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu tələbə münasibətdə də iddianın mümkünlük şərtlərinin mövcudluğu apelyasiya məhkəməsi tərəfindən yoxlanılmalıdır.
28. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianın həmin hissələrdə mümkünlüyü ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən yenidən araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq həmin hissələrdə iddianın mümkünlüyünə qiymət verilməlidir.
29. Apellyasiya məhkəməsinin iddianın “3 ayadək müddət əvəzinə 5 il 6 gün sərəncamda saxlanmasının qanun pozuntusu hesab edilməsi, həmin kobud qanun pozuntusuyla sərəncamda saxlanıldığı 60 ayın 28 ayının əmək haqqını alıb, qalan 32 ay ərzində isə ödənilməmiş 104412,57 manat məbləğində qanuni əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində tə min olunmamasına dair qərarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırma aparılması təmin olunmamışdır. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən ta m və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
30. Bundan başqa, apelyasiya məhkəməsi tərəfindən mübahisəyə münasibətdə tətbiq edilməli olan müvafiq hüquq normalarının müəyyən olunmasında, təfsirində və tətbiqində səhvə yol verilmişdir.
31. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı prokurorluq orqanlarında qulluq etmiş, tutduğu vəzifəyə uyğun əmək haqqı almış, sonradan 2000-ci il tarixli əmrlə ştatların ixtisarı ilə əlaqədar sərəncama götürülmüş, sərəncamda olduğu müddətin müəyyən zaman dövrü ərzində ona əmək haqqı ödənilmişdir. İddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2001-ci il tarixli əmrlə iddiaçı Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılmış, xx.xx.2002-ci il tarixli əmrlə Naxçıvan MR prokurorluğun-da...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılan iddiaçı sərəncama götürülmüşdür və Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edildiyi (Azərbaycan Respublikası Baş Prokurorluğunun 10/322-K nömrəi, xx.xx.2005-ci il tarixli əmri) tarixədək sərəncamda olmuşdur.
32. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasının qanuniliyinə qiymət verilməsindən, eləcə də sərəncamda olduğu dövrün müəyyən bir hissəsində ödənilməmiş əmək haqqı məbləğində kompensasiyanın ona ödənilməsinə nail olımaqdan ibarətdir. 33. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinə görə, prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər.
34. Halbuki hazırkı mübahisəyə dair iş üzrə materiallardan iddiaçının istinad olunan normada təsbit edilmiş müddətdən artıq zaman kəsiyində sərəncamda saxlanıldığı görünür. İddiaşının icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasına haqq qazandıran hər hansı halın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmiş və eləcə də bunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan sərəncamda olma müddəti ilə bağlı yuxarıda istinad olunan normanın tələbinin cavabdeh tərəfindən pozulduğu mübahisə olunmur. Buna rəğmən, qanunla yol verilən müddəti dəfələrlə aşan müddət ərzində iddiaçının sərəncamda saxlanılması və prokurorluq orqanlarında qulluqd a qalmağa davam etdiyi halda vəzifəyə təyin olunmamasının səbəbləri apelyasiya məhkəməsi tərəfindən araşdırılmamış,sərəncamda saxlanılmanın qanuniliyinə lazımi qiymət verilməmişdir. Bundan əlavə, iddiaçı 11 sentyabr 2000-ci il tarixli raportla Baş Prokurora müraciət etdiyini və onun prokurorluq orqanlarında xidmətdə qalıb-qalmaması məsələsinin qısa müddətdə həll oplunmasını xahiş etdiyini bildirmişdir.Cavabdeh tərəfindən həmin raportla bağlı və iddiaçının xidməti statusunun dəyişdirilməsi ilə bağlı hansı tədbirlərin görüldüyü də məhkəmə icraatının araşdırma predmeti olmamışdır.
35. İş üzrə materiallardan iddiaçıya sərəncamda olduğu xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək haqqı ödənildiyi görünür. Sonradan iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2001-ci il tarixli əmrdə onun “Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılır” müddəası qeyd olunmuş, xx.xx.2002-ci il tarixli əmrlə “Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılan” iddiaçı sərəncama götürülmüşdür. Yəni iddiaçının sərəncamda saxlanılması müddətləri, eləcə də sərəncamda olduğu hansı aylar üzrə ona əmək haqqının ödənilməsi ilə bağlı hallar tam araşdırılmamış, “Naxçıvan MR prokurorluğunda...qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsi hesabına saxlanılır “müddəasının nəyi ifadə etdiyi, həmin müddət ərzində iddiaçının həmin vəzifədə faktiki işləyib-işləmədiyi müəyyən olunmamışdır.
36. İş üzrə materiallara əlavə olunmuş və Kadrlar idarəsinin prokuroru tərəfindən tərtib olunmuş xx.xx.2 001-ci il və həmçinin xx.xx.2002-ci il tarixli arayışlarda İddiaçı respublika tabeli rayon prokurorluqları üzrə müxtəlif vəzifələrin təklif edildiyi, lakin onun həmin vəzifələrdən imtina etdiyi qeyd olunmuşdur. Həmin arayışların iddiaçı tərəfindən imzalanmamasına rəğmən, apelyasiya məhkəməsi tərəfindən bu xüsusat da yoxlanılmamış və həmin arayışlara cavabdehin bu qərarın 21-ci bəndində qeyd olunmuş fəaliyyət prinsipləri nəzərə alınmaqla qiymət verilməmişdir. 37. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsinə görə prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır.
38. Məhkəmə kollegiyasının qənaətinə görə, istinad olunan normanın məzmunu və tənzimləmənin məqsədi baxımından həmin normanın tə tbiqi 12-ci maddədə nəzərdə tutulan müddətlə məhdudlaşmamalı, cavabdehin təqsirli davranışı nəticəsində sərəncamda olmanın müddəti 3 aydan artıq olduğu hallarda da həmin normanın müddəaları tətbiq edilməli və şəxsə sərəncamda olduğu müddət üzrə tam əmək haqqı ödənilməlidir. Məhkəmənin həmin təfsiri 2 kriteriya üzrə yoxlamaya söykənir: 1) şəxsin 3 aydan artıq sərəncamda olduğu müddətdə ona əmək haqqının ödənilməsini qadağan edən normanın qanunvericilikdə nəzərdə tutulmaması; 2) inzibati orqanın belə hallarda davranışı. Məhkəmə kollegiyasının gəldiyi bu qənaət, həm də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.5-ci maddəsində həmin Qanunun 12-ci maddəsinə, adətən qanunvericilikdə istifadə olunan göndərici normanın (istinadın) nəzərdə tutulmamasına əsaslanır.
39. Bundan əla və, iddiaçı əvvəlki vəzifədə aldığı əmək haqqına uyğun əmək haqqı alacağı ilə bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci və 21.5-ci maddələrinin müddəalarına etimad göstərərək onun sərəncamda saxlanıldığı dövrdə də həmin əmək haqqının ödəniləcəyinə inanmış və buna ümid bəsləmişdir. Başqa sözlə, əmək haqqının ödəniləcəyinə dair iddiaçının qanuni gözləntisi istinad olunan normalara əsaslanır. Beləliklə, sərəncamda olduğu müddətdə əmək haqqının ödənilməsinin qanunda təsbit olunması onun ödənilməsinə şəxsin gözlənilən mülkiyyət hüququnun qorunmasını təminat altına alır. Bu mənada qanunla nəzərdə tutulmuş əmək haqqının sərəncamda saxlanıldığı müddətdə də ödəniləcəyinə şəxsin etimadı da qorunmağa layiq hesab edilməlidir.
40. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, i şin hallarının aid olduğu dövrdə iddiaçı prokurorluq orqanlarında xidmət etmiş, tutduğu vəzifəyə uyğun əmək haqqı almışdır. Onun əmək haqqı almaq hüququ əmək müqaviləsinə deyil, “Prokurorluq haqqında” və“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun müvafiq müddəalarına əsaslanır və həmin müddəalardan irəli gəlir. İddiaçı sonradan 2000-ci il tarixli əmrlə ştatların ixtisarı ilə əlaqədar sərəncama götürülmüş, sərəncamda olduğu müddətin bir hissəsi ərzində də ona tam əmək haqqı ödənilmişdir və bu hal (2000-ci ildən iyul 2001-ci ilədək sərəncamda olduğu müddətdə iddiaçıya əmək haqqının ödənilməsi) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci tarixli arayışla da təsdiq olunur. Cavabdehin həmin davranışı iddiaçının sərəncamda saxlanıldığı dövrdə əmək haqqı ödənişinin dav am edəcəyinə olan etimadını və gözləntilərini daha da artırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının xidməti vəzifəsinə uyğun qanuna əsaslanan əmək haqqı almaq hüququnun xidmətdə oduğu dövrdə həmin əmək haqqının mütəmadi olaraq ödəniləcəyinə onun gözləntilərinin və bunun üzərindən qanuni gözlənti formasında mülkiyyət hüququnun yaranmasına səbəb olduğu nəzərə alınmalıdır.
41. Bu baxımdan şəxsin qulluq etdiyi dövrdə əmək haqqı almaq hüququ sonradan onun ştatların ixtisarı ilə əlaqədar icazə verilən müddətdən artıq sərəncamda olduğu dövrdə də ona əmək haqqının ödənilməsini ehtiva edir. Əks təqdirdə, sərəncamda qaldığı müddətdə əmək haqqı ödənişinin dayandırılması şəxsin yeganə gəlir mənbəyindən məhrum olunmasına səbəb olar və onun əmək h aqqı hüququnun mahiyyətinə zərər vurmaqla yanaşı, həm də şəxsin maddi təminatına əhəmiyyətli dərəcədə neqativ təsir edərdi. Həmçinin iddiaçıya sərəncamda olduğu müddətdə əmək haqqı ödənişinin dayandırılması nəticəsində onun hansı gəlir hesabına yaşayışını təmin edəcəyi də nəzərə alınmalıdır. Nəticə etibarı ilə şəxsin qanunla nəzərdə tutulmuş müddətdən artıq sərəncamda saxlanıldığı müddətdə əmək haqqı ödənişinin dayandırılması əmək haqqı hüququna müdaxilə və mülkiyyətdən məhrum etmə kimi qiymətləndirilməlidir.
42. Avropa İnsan hüquqları məhkəməsinin hüquqi mövqeyi baxımından, gözlənilən mülkiyyət hüququna müdaxilə “İnsan hüquqları və əsas azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. İstinad olunan normaya görə, hər bir fiziki və ya hüquqi şəxs onun mülkiyyətinə hörmət hüququna malikdir. Heç kəs ictimai maraqlardan və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlələrdən kənar əmlakından məhrum edilə bilməz. Konvensiyanın bu müddəası mahiyyətcə mülkiyyət hüququnun təminat altına alınması məqsədlərinə xidmət edir (Avropa İnsan hüquqları Məhkəməsinin “Belane Macarıstana qarşı” iş üzrə qərarı, 53080/131nömrəli şikayət, ECHR 2016, “Иатридис Yunanıstana qarşı” iş üzrə və “Veçerok Polşaya qarşı” iş üzrə qərarları)
43. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənişinin dayandırılması real akt, yəni faktiki xarakterli hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, şəxsin sərəncamda saxlanıldığı müddətdə əvvəlki vəzəifədə aldığı əmək haqqının ödənilməsi ilə bağlı tələb h üququ yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquqi tənzimləmədən irəli gəlir, yəni əmək haqqının ödənilməsi ilə bağlı hüquqi əsasın mövcud olduğu halda, ödənişin dayandırılması əmək haqqının ödənillməsi üzrə öhdəliyinin faktiki pozuntusu kimi qiymətləndirilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə dair qərarın qəbul edilməsi zamanı sərəncamda saxlanılmış iddiaçının prokurorluq orqanlarında xidmətini davam etdirdiyi, həmin orqanlarda xidmətdə olan şəxslərin əvəzi ödənilən başqa fəaliyyətlə məşğul olmasının qanunla qadağan edildiyi, onun vəzifə təyinatının cavabdehin məsuliyyət sferasına aid olduğu, iddiaçının icazə verilən müddətdən artıq sərəncamda saxlanılmasının cavabdehin təqsirkar davranışına bağlı olduğu da nəzərə alınmalıdır. Bu zaman həm də sərənc ama götürmə institutunun məqsədləri və mahiyyəti, həmin institutun təyinatının işçinin işgüzar və peşəkar potensialı və keyfiyyətləri, eləcə də işəgötürənin həyata keçirdiyi fəaliyyət üzrə ehtiyacları nəzərə alınmaqla sərəncama götürülmüş şəxsdən istifadə olunması və ya həmin şəxsin xidmətinə son verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsindən ibarət olduğu da nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə alınmalıdır ki, iddiaçı intizam tənbehi tədbiri qismində deyil, ştatların ixtisarına görə vəzifədən azad edildiyi üçün sərəncamda olmuşdur. Digər tərəfdən, sərəncamda saxlanıldığı dövrün müəyyən hissəsində iddiaçıya əmək haqqının ödənilməməsinin hansı maraqlardan irəli gəldiyi də müəyyən olunmamışdır.
45. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin icazə veriləndən artıq sərəncamda olduğu müddət üçün əmək haqqının ödənilməsinə dair tələbinə hər bir halda mübahisəyə dair işin konkret halları və yuxarıda qeyd edilənlər nəzərə alınmaqla qiymət verilməlidir. Bu zaman həm də, sərəncamda qanunsuz saxlama nəticəsində verilməmiş əmək haqqının ödənilməsi tələbinə sözügedən dövrdə müvafiq münasibətləri tənzimləyən normalar nəzərə alınmaqla qiymət verilməlidir. Ona görə də təkrar baxış zamanı həm də mübahisəyə tətbiq edilməli olan normaların müəyyən edilməsi təmin olunmalıdır.
46. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd ol unan və iş üzrə düzgün qərarın qəbulu üçün əhəmiyyət kəsb edən hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
47. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.