Məhkəmə qərarları › İş №2-1(102)-2002/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2002/2021

24.11.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2002/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət nümunəli diplomun verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “dövlət nümunəli diplomun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-622/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 xx.xx.xxxx-cu il tarixdə ünvanşəhərində doğulmuşdur.

2. Nikah haqqında Şəhadətnaməyə əsasən X4 10.07.2011-ci il tarixdə nikah bağlandıqdan sonra Abdullayeva soyadı verilmişdir.

3. İddiaçı 2006-cı ildə Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsinin menecment ixtisasına qəbul olunmuş, 30.10.2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüş, adıçəkilən ali təhsil müəssisəsi ilə iddiaçı arasında təhsil alma haqqında müqavilə bağlanılmış, adına qiymət kitabçası açılmış, iddiaçı tərəfindən universitetin hesabına təhsil haqqı tam ödənilmiş, heç bir akademik borcu olmamış və 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin tam kursunu bitirmiş, lakin bu barədə adına bakalavr diplomu verilməmişdir. İddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, lakin, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 11 aprel 2019-cu il tarixdə cavabdehə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbəsini bitirməsini nəzərə alaraq iddiaçıya diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə ünvanİnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-755/2019 saylı 15.05.2019-cu il tarixli qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinə göndərilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli məhkəmə iclasında “iddiaçının adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) “Azərbaycan Beynəlxalq Universiteti”ni “Riyaziyyat və İnformatika” fakültəsi üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsinin menecment ixtisasına qəbul olmuşdur. 30 oktyabr 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüşdür. Köçürülməsi haqqı nda Təhsil Nazirliyinin 06.08.2007-ci il tarixli təlimat məktubu və 07.08.1996-cı il tarixli əmri ilə təsdiq olunmuş Əsasnaməsi, dekanlığın təqdimatı, köçürülmə haqqında komissiyanın protokolu olmuşdur. 2007-2010-cıı illərdə hər 3 kurs üzrə əyani formada təhsil haqqını ödəyərək tam kursu bitirərək diplom alması üçün qiymətlər kitabından çıxarış almışdır. Lakin Azərbaycan Beynəlxalq Universiteti 2010-ctı ildə bağlandığından bu günədək iddiaçı diplom ala bilməmişdir. Bu səbəbdən 24 dekabr 2018-ci il tarixdə rəsmi qaydada ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir ki, 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetini bitirdiyi üçün ona ixtisası üzrə diplom verilməsinə köməklik edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi əsassız olaraq 11.02.2019-cu il tarixli məktubla bundan imtina etmişdir.

8. Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubunda göstərilmişdir ki, “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindəki məlumata əsasən X1 Qəbulu üzrə Dövlət Komissiyasının (hazırda DİM) əmri ilə hər-hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamışdır. Eyni zamanda bildiririk ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında və Təhsil Nazirliyinin razılığı ilə ABU-ya köçürülən şəxslərin siyahısında Nübar Uğurluyevanın adı yoxdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X10, 2-1(112)-1346/2020 saylı iş) 29 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının adına fəaliyyəti dayandı rılmış (ləğv edilmiş) “Azərbaycan Beynəlxalq Universiteti”nin “Riyaziyyat və İnformatika” fakültəsi üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının köçürülməsi ilə əlaqədar həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən yalnız köçürülmənin aparıldığı təhsil müəssisəsinin rektorunun razılığı kifayət edirdi. İddiaçının Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsindən 30.10.2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülməsi həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun aparılması, həmçinin iddiaçının bakalavriat pilləsi üzrə ali təh silini bitirməsi işin mübahisələndirilməyən halı olduğundan, hazırkı iddia əsaslıdır və təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X6 və X13, 2-1(103)-622/2021 saylı iş) 30 iyun 2021-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının köçürülməsinə razılığın verilməsi barədə iddiaçının istinad etdiyi Təhsil Nazirliyinin 06.08.2007-ci il tarixli 46-03-4368/17 nömrəli mək tubunun hüquqi əsası yoxdur. Çünki iddiaçının köçürülməsi barədə ABU-nun əmrində həmin məktuba istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. İnzibati orqan iddiaçının adına bakalavr diplomu verilməsindən imtina edərək haqlı olmuşdur.

14. İddiaçı 17 avqust 2021-ci il tarixdə qərarın surətini almış, 26 avqust 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

15. İddiaçı köçürülmədən sonra 2007-2010-cu illərdə hər 3 kurs üzrə əyani formada təhsil haqqını ödəyərək tam kursu bitirmiş, diplom almaq üçün zəruri olan qiymətlər kitabından çıxarış almış, lakin Azərbaycan Beynəlxalq Universiteti 2010-cu ildə bağlandığından bu günədək diplom ala bilməmişdir. Belə olduğu halda artıq mübahisə onun köçürülməsi məsələsi yox, qanuni şəkildə təhsil haqqını ödəməsi, imtahanları verməsi, zəruri qiymət sənədlərinin olması araşdırılmalı idi. Əgər köçürülmə ilə bağlı qanunsuzluq mövcud idisə həmin hal müəssisənin hesabına daxil olan vəsait araşdırılaraq aradan qaldırılmalı, vətəndaşların hüquqlarının pozulmasının qarşısı alınmalı idi. Artıq 3 il həmin təhsil müəssisəsində oxuyan, dövlət imtahanlarını verən və diplom alma ərəfəsində təhsil müəssisənin bağlanması səbəbindən diplom ala bilməyən vətəndaşlarının hüquqlarının qorunması dövlətin vətəndaşını qoruması baxımından mühüm bir amildir. Dövlətin ən ali mətləbi vətəndaşını qorumaqdır. İddiaçı haqsız olaraq oxumadan, təhsil ha qqı vermədən, dövlət imtahanlarında iştirak etmədən bu diplomu almağı tələb etsəydi onda haqlı olmazdı, lakin hazırki vəziyyətdə dövlət imtahanını verən bir tələbənin (dövlət imtahanı Təhsil Nazirliyinin nəzarəti və rəhbərliyi ilə həyata keçirilir, əgər təhsilim və köçürülməm barədə qanunsuzluq vardısa onda dövlət imtahanına buraxılmalı deyildim) təhsil müəssisənin bağlanması səbəbindən diplom ala bilməməsi absurddur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. 7 oktyabr 1992-ci il tarixli “Təhsil haqqında” Qanun: Maddə

58. Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxsl ər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur. Xarici ölkələrdə yaşayan azərbaycanlılar, həmçinin Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmiş digər millətlərin nümayəndələri Azərbaycan Respublikasının təhsil müəssisələrinə sərbəst surətdə daxil ola bilərlər. 18. “Təhsil haqqında” Qanun: Maddə

22. Ali təhsil (-). 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili baş a çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-). Maddə

27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xaric i ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siy ahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğd ə xidmət haqqı ödənilir. 44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

19. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamə:

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: (-); 8.13. Ümumtəhsil məktəblərində sinifdən sinfə keçirmə və buraxılış imtahanların sayını, formasını və qiymətləndirmə mexanizmini, təhsil alanların bir təhsil müəssisəsindən digərindən köçürülməsi qaydalarını müəyyən edir (18 fevral 2011 -ci ilə qədər qüvvədə olan redaksiya). (-).

20. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”:

1. Ümumi müddəalar 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası N azirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. (-). 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl tə hsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” 1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı o lmayaraq, respublika ərazisində yerləşən bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir. 1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur. 3.9. Təhsilalanların bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və ali təhsil müəssisəsinə bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Ma ddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddiaçı 2006-cı ildə Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsinin menecment ixtisasına qəbul olunmuş, 30.10.2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüş, adıçəkilən ali təhsil müəssisəsi ilə iddiaçı arasında təhsil alma haqqında müqavilə bağlanılmış, adına qiymət kitabçası açılmış, iddiaçı tərəfindən universitetin hesabına təhsil haqqı tam ödənilmiş, heç bir akademik borcu olmamış və 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin tam kursunu bitirmişdir.

27. İddiaçı bakalavr diplomu verilməsi barədə cavabdehə müraciət e tmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

28. Cavabdehə görə “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindəki məlumata əsasən iddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırda DİM) əmri ilə hər-hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamışdır. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında və Təhsil Nazirliyinin razılığı ilə ABU-ya köçürülən şəxslərin siyahısında iddiaçının adı yoxdur.

29. Cavabdeh hesab edir ki, iddiaçının Rusiya Federasiyasının Dərbənd Humanitar İnstitutundan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi ilə əlaqədar onun razılığı alınmalı idi və belə razılıq olmamışdır.

30. Azərbaycan Beynəlxalq Universitetinin 30.10.2007-ci il tarixli X9/5 35 nömrəli əmrində iddiaçının Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülməsi üçün əsaslardan biri kimi cavabdehin 6 avqust 2007-ci il tarixli 46-03-4368/17 saylı təlimat məktubuna istinad edilmişdir.

31. Cavabdehin ali və orta ixtisas təhsilli müəssisələrinin rəhbərlərinə ünvanlandığı 06.08.2007-ci il tarixli, 46-03-4368/17 saylı məktubunda bildirilmişdir ki, tələbələrin köçürülməsi prosesində şəffaflığı təmin etmək məqsədi ilə xarici ölkələrdə təhsil alan tələbələrin respublikanın alı məktəblərinə köçürülməsi və bərpası zamanı nazirliyin 28.01.2002-ci il tarixli 80 №-li əmrinə, 21.01 2004-cü il tarixli 46-03-274.16 №-li və 09.01.2007-ci il tarixli 46-03-43 17 №-li təlimatı məktublarına və qüvvədə olan əsasnamənin tələblə rinə ciddi əməl olunmalıdır. Eyni zamanda nazirliyin 09.01.2007-ci il tarixli 46-03-43/17 №-li təlimat məktubuna uyğun olaraq köçürülmə və bərpa ilə bağlı rəhbərlik etdiyiniz ali məktəbə daxil olan ərizələrə qiymət kitabçasından çıxarışla yanaşı tələbənin xarici pasportunun surəti və təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd də əlavə olunmalıdır. Köçürülmə və bərpa məsələsinə yalnız göstərilən sənədlər təqdim olunduğu halda baxıla bilər.

32. Cavabdehin 05.02.2001-ci il tarixli, 96 saylı “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” əmrin birinci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələr müvəqqəti dayandı rılmışdır. 33. 06.08.2007-ci il tarixli, 46-03-4368/17 saylı məktubda istinad olunan 28.01.2002-ci il tarixli “əmrdə qismən dəyişiklik haqqında” əmrin İ bəndinə əsasən 05.02.2001-ci il tarixli, 96 saylı əmrin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın.”

34. Əmrin İİ bəndinə görə köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrin tabe olduqları nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilməsi; əmrin İİİ bəndinə əsasən qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuşdur. Əmrin V bəndinə əsasən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir.

35. Cavabdehin bütün əmr və təlimati məktublarında qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələrinin Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuş, əmrdə həmçinin qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir.

36. Lakin Azərbaycan Beynəlxalq Universitetinin 30.10.2007-ci il tarixli X9/535 nömrəli əmrində iddiaçının Azə rbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülməsi üçün əsaslardan biri kimi cavabdehin 6 avqust 2007-ci il tarixli 46-03-4368/17 saylı təlimat məktubuna istinad edilsə də, məktubun tələblərinə əməl olunmamış, iddiaçının köçürülməsi barədə cavabdehin razılığı alınmamışdır.

37. Bəhs olunanlara əsasən iddiaçıya dövlət nümunəli diplomum verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuna uyğun, iddianı rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

38. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-622/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar