Məhkəmə qərarları › İş №2-1(102)-2002/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2002/2024

18.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2002/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi mübahisəsi, artıq ödəmənin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş 13746.4 manat məbləğin və qayt arılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faizin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1205/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. ƏDV bəyannamələrinə, gəlir vergisi bəyannaməsinə əsasən iddiaçı meyvə və tərəvəzin topdansatışı sahəsində fəaliyyət göstərən vergi ödəyicisidir, 2016-cı il yanvar dövrü üzrə 27099,35 man at ƏDV, 2016-cı il fevral dövrü üzrə 31675,37 manat ƏDV, 2016cı il mart dövrü üzrə 24967,84 manat ƏDV, 2016-cı ilin aprel dövrü üzrə 21596,86 manat ƏDV, 2016-cı ilin may ayı üzrə 131726,03 manat ƏDV, 2016-cı ilin iyun ayı üzrə 37953,22 manat ƏDV, 2016-cı ilin iyul ayı üzrə 1541,34 manat ƏDV, 2016-cı ilin avqust dövrü üzrə 12945,08 manat ƏDV, 2016-cı il sentyabr dövrü üzrə 29026,26 manat, 2016-cı ilin oktyabr ayı üzrə 0 manat ƏDV bəyan edilmişdir, 2016-cı il dövrü üçün gəlir vergisi bəyannaməsində ödənilməli gəlir vergisi 0 manat göstərilmişdir.

2. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2022-ci il tarixinə 13746,40 manat artıq vergi ödənişi olmuşdur. 3. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əsasən iddiaçı cavabdehə müraci ət edərək xx.xx.2022-ci ildə artıq ödənilmiş 13746,4 manat verginin (“hesablanmış kameral ləğvi əsasında”) gəlir vergisinin geri qaytarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 13746.4 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizin məbləğində faizin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarı lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda iddiaçının şəxsi hesab vərəqində 13.746.4 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin həmin gündən bu tərəfə vergi orqanı tərəfindən iddiaçının müraciətinə hər hansı cavab təqdim edilməmişdir. Bu isə cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə riayət edilmədiyinə və prosessual pozuntuya yol verilmə sinə dəlalət edir. İddiaçının müraciətindən 35 gün müddətdən artıq ötməsinə baxmayaraq vergi orqanı tərəfindən hər hansı bir cavab iddiaçıya təqdim edilməmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının ərizəsinə cavab verilməməsinə heç bir əsas mövcud olmamışdır. Odur ki, iddiaçının şəxsi hesab vərəqində yaranmış 13746.4 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciət xx.xx.2023-cü il tarixli məktubla cavablandırılmış, artıq ödəmənin şəxsi hesab vərəqəsində yaranma səbəbləri ha qqında məlumat verilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin artıq ödəmə məbləği 2016-cı il üzrə fiziki şəxsin gəlir vergisi üzrə hesablanmış kameral hesablamanın ləğv olunması və mövcud borc məbləğindən azalması nəticəsində yaranması müəyyən olunmuşdur. Aparılmış araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 1769618,65 manat (ƏDV-siz), gəlir vergisi üzrə dövriyyəsinin 1608361,65 manat, yəni 161257 manat fərqin mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üzrə Gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən il ərzində 1842578,89 manat malın daxil olduğu, 1608361,65 manat malın təqdim edildiyi, 234217,24 manat malın silindiyi bəyan edilmişdir. Təqdi m edilmiş ƏDV bəyannamələrinə əsasən, silinmiş mallar bəyannamənin 3 nömrəli əlavəsində göstərilməmişdir. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallarda, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində azadolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi malların itməsi, əksik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Silinmiş malların Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmadığı aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, 2016-cı ilin sentyabr ayından sonra dövriyyə bəyan edilməmişdir. Lakin 2016-cı ilin oktyabr ayında 21247,27 manat (ƏDV-siz) mal idxal edilmiş və bəyannamənin 310-cu sətrində əvəzləşmə hissəsində qeyd edilərək bəyan edilmişdir. İdxal edilmiş məhsulun satışı həyata keçirilməmişdir. Qeyd edilən hallar vergi öhdəliyinin düzgün bəyan olunmadığına dəlalət edir.

7. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-6394/2023 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçı X1 şəxsi hesab vərəqəsində yaranmış 13746,4 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə Rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü ilə qədər olan dövr üzrə vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələri olduğu halda, həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir. Halbuki, iddiaçının müraciət et diyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 13746,4 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: K.H.Əkbərov, hakimlər: İ.S.Şirinov və M.N.Tağızadə) 2-1(103)-1205/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılm ışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1205/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin etirazında qeyd edilən dəlillərə heç bir münasibət bildirməmiş, işin faktiki hallarını araşdırmamış, yalnız iddiaçının tələbinin haqlı olduğunu bildirmişdir. Eləcə də, məhkəmə qərarında iddia tələbinin əsaslılığı göstərilsə də, bununla bağlı heç bir əsaslandırma mövcud deyil. Ver gi ödəyicisi tərəfindən 2016-cı il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 1769618,65 manat (ƏDV-siz), Gəlir vergisi üzrə dövriyyəsinin 1608361,65 manat, yəni 161257 manat fərqin mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üzrə Gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən il ərzində 1842578,89 manat malın daxil olduğu, 1608361,65 manat malın təqdim edildiyi, 234217,24 manat malın silindiyi bəyan edilmişdir. Təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, silinmiş mallar bəyannamənin 3 nömrəli əlavəsində göstərilməmişdir. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Silinmiş malların Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmadığı aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, 2016-cı ilin sentyabr ayından sonra dövriyyə bəyan edilməmişdir. Lakin 2016-cı ilin oktyabr ayında 21247,27 manat (ƏDV-siz) mal idxal edilmiş və bəyannamənin 310-cu sətrində əvəzləşmə hissəsində qeyd edilərək bəyan edilmişdir. İdxal edilmiş məhsulun satışı həyata ke çirilməmişdir. Qeyd edilən hallar vergi öhdəliyinin düzgün bəyan olunmadığına dəlalət edir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq sənədlərin təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisindən tələb olunan sənədlər vergi orqanına təqdim edilməmişdir. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, işin hallarını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli tarixli 2-1(103)-1205/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 15.1. Vergi ödəyici sinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;... Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən he sabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmi şdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Maddə 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları Bənd

1. Ümumi müddəalar Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbayca n Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2.1 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) i l müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Bənd 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ə rizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Bənd 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə ə sasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. Bənd 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:... 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Bənd 4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ər izə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir.. Bənd 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Bənd 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Bənd 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya f aiz ödənilmir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. M addə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məh kəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apel lyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı artıq ödənilmiş 13746,4 manat vergi məbləğinin geri qaytarılması barədə rəyin verilməsinə yönəlmişdir.

23. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, vergi ödəyicisi tərəfindən 2016-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən silinmiş malların Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmadığı aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, 2016-cı ilin sentyabr ayından sonra dövriyyə bəyan edilməmişdir.

24. Cavabdeh özü də artıq ödəmənin olmasını inkar etməmiş və iddiaya dair etirazında da göstərmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin artıq ödəmə məbləği 2016-cı il üzrə fiziki şəxsin gəlir vergisi üzrə hesablanmış kameral hesablamanın ləğv olunması və mövcud borc məbləğindən azalması nəticəsində yaranması müəyyən olunmuşdur.

25. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə iddiaçı vergi borcu üzrə 73.704,23 manat ödəniş həyata keçirilmiş, xx.xx.2022-ci il tarixinə və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixə 13746,40 manat artıq ödəməsi yaranmışdır.

26. Həmçinin qeyd edilməlidir ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məb ləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.

27. Beləliklə iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi işin araşdırılmış halları ilə sübut olunduğundan, cavabdeh həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1205/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar