Məhkəmə qərarları › İş №2-1(102)-2003/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2003/2025

29.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2003/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Rusiya Federasiyası “Texnologiya Universitetinin № 115018 ******* saylı, 21 fevral 2020-ci il tarixli diplomu üzrə ali təhsilə aid kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(103)-1382/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2017-2020-ci illərdə Moskva vilayətinin “Texnologiya Universitet”nin “Psixologiya” ixtisası üzrə magistratura səviyyəsində qiyabi təhsil almış, bu barədə ona 115018 ******* saylı diplom verilmiş, diplom xx.xx.2021-ci il tarixdə Moskva şəhərində Moskva şəhər Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir.

2. Pilot-Kosmonavt A.A.Leonov adına Tenoloji Universitetinin xx.xx.2024-cü il tarixli, 01-04-xx-xx/1745 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 2017-ci ildə Moskva vilayətinin “Texnolo ji Universiteti” ali təhsil dövlət büdcəli təhsil müəssisəsi (22 sentyabr 2017-ci il tarixli xx-xx/1419 nömrəli qəbul əmri) 37.04.01 “Psixologiya” magistraturasında ali təhsil almaq üçün qiyabi təhsilin 1-ci kursuna qəbul olunub. 2018-ci ildə 37.04.01 “Psixologiya” magistratura hazırlığı istiqamətinin 1-ci kursundan 2-ci kursuna keçirilmişdir (xx.xx.2018-ci il tarixli, xx-xx/1255 nömrəli əmr). 2019-cu ildə 37.04.01 “Psixologiya” magistratura hazırlığı istiqamətinin 2-ci kursundan 3-cü kursuna keçirilmişdir (xx.xx.2019cu il tarixli, xx-xx/1442 nömrəli əmr).

3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli, 3-38-2/33-1751/24 nömrəli məktubuna əsasən, iddiaçının 2017-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatlar İAMAS bazasında aşağıdakı kimi qeydə alınmışdır: xx.xx.2017 Çıxış Türkiyə - xx.xx.2017 Giriş Türkiyə; xx.xx.2017 Çıxış Gürcüstan - xx.xx.2017 Giriş Gürcüstan; xx.xx.2018 Çıxış Türkiyə - xx.xx.2018 Giriş Türkiyə; xx.xx.2018 Çıxış Rusiya - xx.xx.2018 Giriş Rusiya; xx.xx.2019 Çıxış Türkiyə xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Türkiyə - xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Türkiyə - xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Türkiyə - xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Almaniya - xx.xx.2019 Giriş Almaniya; xx.xx.2019 Çıxış Rusiya xx.xx.2019 Giriş Rusiya; xx.xx.2020 Çıxış Rusiya -xx.xx.2020 Giriş Rusiya.

4. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli qərarla imtina edərək bildirmişdir ki, o, xarici təhsil aldığı müddətdə təhsilin normativ müddətləri üzrə minimum tələbləri ödəyəcək qədər xarici təhsil aldığı ölkədə olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Texnologiya Universitetinin № 115018 ******* saylı, 21 fevral 2020-ci il tarixli diplomu üzrə ali təhsilə aid kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası Korolyov şəhərində Texnologiya Universitetinin psixologiya ixtisası üzrə qiyabi magistr təhsilini 21 fevral 2020-ci il tarixdə bitirmiş, diplomu Moskva şəhər Elm və Təhsil Departamenti tərəfindən tanınmışdır. İddiaçı həmin diplomun tanınması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etmiş və tələb olunan bütün sənədləri təqdim etmiş, Nazirliyin 30 dekabr 2023-cü il tarixli, 00021298 nömrəli məktubunda ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsi qeyd edilərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən onun xarici dövlətin ali təhs ilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qeyd olunan məktubun özündə göstərildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramları”nın 8.7.2-ci bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulmuşdur. Təhsil aldığı müddətlərdə sessiyalarda iştirak etmək üçün o, hər il Rusiya Federasiyasına getmiş, bütün tədris müddətində həmin ölkədə olaraq universitetin tədris etdiyi dərslərdə iştirak etmişdir. Belə ki, qeyd olunan diploma əlavədən göründüyü kimi, o, bütün təhsil proqramını ölkənin qanunvericiliyinə uyğun olaraq yerinə yetirməklə başa çatdırmış və həmin əlavə də Moskva şəhər Elm və Təhsil Departamenti tərəfindən apostil edilmişdir. Həmçinin, iddiaçının xarici pasportunda olan Rusiya Federasiyasına giriş-çıxış möhürlərindən də göründüyü kimi o, xx.xx.2018-2020-ci illərdə həmin ölkənin ərazisində olmuşdur.

7. Cavabdeh xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə birinci instansiyası məhkəməsinə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq onun təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2017/2018-ci tədris ili üzrə getməyib, 2018/2019-cu tədris ili üzrə - 7 gün, 2019/2020-ci tədris ili üzrə - 7 gün. İddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət d eyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 25 oktyabr 2024-cü il tarixli, 21(112)-6287/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1. Qanunvericiliyin tələblərinə görə, diplomun tanınması v ə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış təhsilin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olma müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla, sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Hazırkı işin x üsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və bununla Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən edilmədiyi nəticəsinə gəlmək olur. Belə ki, iddiaçı təhsil aldığı illər ərzində təhsil aldığı ölkəyə 2017/2018-ci tədris ili üzrə - getməmiş, 2018/2019-cu tədris ili üzrə - 7 gün, 2019/2020-ci tədris ili üzrə - 7 gün həmin ölkədə olmuşdur. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından nəzərə alınmalıdır ki, ölkədə magistratura təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cə lb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada magistratura təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda magistratura təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçı təhsil aldığı müddətdə qısa müddət ərzində təhsil aldığı ölkədə olmuşdur. Deməli, o, həmin dövrdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Bundan əlavə, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə olan qanunvericilik də mübahisənin həllini onun xeyrinə dəyişmir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apell yasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) 05 mart 2025-ci il tarixli, 21(103)-1382/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3. 6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisa s) üzrə belə təhsil formasına yol verilmədikdə.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. 1.6. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistr atura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.... 2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”: 1.5. Magistratura səviyyəsində əyani forma üzrə təh silin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələb əyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5 -2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin Proqramın 8.7-ci bəndinə əsasən, ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakal avriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yaln ız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırması zamanı sorğuya cavab olaraq Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş iddiaçının dövlət sərhəd hərəkətləri barədə “İAMAS” bazası məlumatlarına əsasən, o, Rusiya Federasiyasında 2017/2018-ci tədris ili üzrə - olmamış, 2018/2019-cu tədris ili üzrə - 7 gün, 2019/2020-ci tədris ili üzrə - 7 gün olmuşdur. Göründüyü kimi, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan məlumatlar birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmişdir.

30. Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçı 2017-2020-ci illərdə Moskva vilayətinin “Texnologiya Universitet”nin “Psixologiya” ixtisası üzrə magistratura səviyyəsində qiyabi təhsil alsa da, həmin dövr üzrə Rusiya Federasiyasında olduğu müddət, qiyabi təhsil alma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş müddətdən az olmuşdur. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.

31. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 21(103)-1382/2025 nömrəli qərarı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar