Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2004/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (operativ vergi nəzarətinin həyata keçirilməsinə dair qərarın əsaslandırılması; əməliyyatın topdansatış, yaxud pərakəndə ticarət fəaliyyəti hesab edilməsi; obyektiv hallardan yaranan əsaslı şübhə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 07 mart tarixli, 2-1(103)-1225/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin xx.xx.2024-cü il tarixli **********12 nömrəli qərarı əsasında keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********2681 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 58748.69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 58748.69 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi haqqındakı xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” **********2681 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi on unla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin rəisinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 2023-cü ilin əvvəllərindən xx.xx.2024-cü il tarix daxil olmaqla olan dövrdə “Azərbaycan Respublikasına idxal etdiyi təsərrüfat təyinatlı malların Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun Şimal-Qərbində yerləşən “AnbarMAĞAZA (VÖEN **********-11003)” adlanan, TƏSƏRRÜFAT MALLARİNİN PƏRAKƏNDƏ SATİŞİ" obyektində “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən fəaliyyət göstərdiyi obyektdə “TƏSƏRRÜFAT MALLARİNİN PƏRAKƏNDƏ SATİŞİ” zamanı: Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstər ilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subtektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10 maddəsində (71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə) nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdə operativ Vergi Nəzarəti həyata keçirilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla (KY2********) o, xx.xx.2024-cü ildə t anış olmuşdur. Yoxlamanın sonunda “Dövlət Vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət təbirlərinin həyata keçirilməsi Qaydalar”na 25 saylı Əlavəyə əsasən bu barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektlərinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanm tərtib edilməsinə nəzarət edilməsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında “SERİYA DVX № 103327 saylı, xx.xx.2024-cü il tarixli AKT tərtib edilmişdir. Aktda qeyd edilir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 13:30-da OVN fəaliyyətinin nəticəsi olaraq xx.xx.2023xx.xx.2024-cü il tarixi aralığında idxal edilmiş, invoys dəyəri ilə 647344,77 manat (ƏDVsiz) məbləğində mallardan 159236,65 manat ((ƏDV və ticarət əlavəsiz) e-qaimə ilə satılmışdır. Qalan malların 488.102,12 manat məbləğində olan hissəsi 2% ticarət əlavəsi ilə 18% ƏDV tətbiq edilməklə 587486,94 manata müxtəlif vergi ödəyicilərinə satılmış və e-qaimə tətbiq edilməməsi faktı aşkar edilmi şdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 58.748,69 manat məbləğində maliyyə sanksiyasə tətbiq edilməsi təklif edilmişdir. Bu Aktda onun guya Vergi Məcəlləsinin 16.1.3-cü (16.1.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq), 71-1-ci və 130-cu (Gəlirin və xərcin uçotu qaydası) maddələrinin tələblərini pozmağı aşkar edilməsi” göstərildiyindən o, yoxlama aparan vergi əməkdaşlarından guya onun yol verdiyi qanun pozuntularını xx.xx.2024-cü il tarixdə əlyazma formasında tərtib etdikləri “SERİYA DVX № 103326 saylı “NƏTİCƏ” hissə sində konkret faktlarla göstərmədiklərindən bunu etmələrini tələb etmiş və onlar faktları əlyazma şəklində olan “SERİYA DVX № 103326 saylı “NƏTİCƏ” hissəsində göstərməkdən imtina etdiklərinə görə də onların tərtib etdikləri “SERİYA DVX № 103326 saylı aktı imzalamaqdan imtina etmişdir. Çünki yoxlama aparan Vergi Orqanının əməkdaşlarının əlyazma şəklində tərtib etdikləri “SERİYA DVX № 103326 saylı Aktın “NƏTİCƏ” hissəsində onun yol verdiyi qanun pozuntularını hansı yolla sübut etmələri göstərilməmişdir. O, fəaliyyət göstərdiyi müddətdə vergi orqanları tərəfindən onun obyektində səyyar yoxlama aparılmamış, malların topdansatış və pərakəndə satışı barədə vergi orqanlarına mütəmadi daxil olan vergi hərəkətləri ilə bağlı vergi qanunvericiliyinin pozulması halları barədə də ona heç bir xəbərdarlı q edilməmişdir. Bundan başqa, o, hesabatları daim vaxtında vermiş və vergi ödənişlərini də vaxtlıvaxtında yerinə yetirmişdir. O, malların bir hissəsini qaimə ilə satmış və bu elektron qaimələr hesabatdadır və onların satış pulları rəsmi qaydada onun VÖEN hesabına köçürülmüşdür və bu cür satışdan o, heç vaxt pulu nağd almamış və vergi orqanı da belə bir fakt aşkarlamamışdır. Kassa vasitəsi ilə malların pərakəndə satışı da vergi orqanının verdiyi kassa ilə aparılmış və bu cür satışda hər bir satış faktı da vergi orqanının e-kassa uçotunda daim qeydə alınmışdır. Vergi orqanı onu ƏDV ödəyicisi kimi qeydə aldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə daxil olan müddətdə bir dəfə də olsun ondan malların böyük hissəsini nə üçün e-qaimə faktura ilə deyil, ekassa apa ratı vasitəsi ilə satmağına irad tutmamışdır. Bunun isə səbəbi onun fəaliyyət göstərdiyi yerin vergi orqanında topdan və pərakəndə satış yeri kimi qeydə alınmasıdır. Bu isə o deməkdir ki, ondan iri partiyada məhsul alan şəxsə malı e-qaimə-faktura (yəni elektron qaimə) vasitəsi ilə, şəxsi istehlak niyyəti ilə alan şəxslərə isə e-kassa vasitəsi ilə satmalıdır. Onun fəaliyyəti nəticəsində vergi orqanına hər hansı bir zərər vurulmamışdır və qanunla müəyyən edilmiş bütün vergilər dövlət büdcəsinə tam ödənilmişdir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. O, vergi ödəyicisi kimi ver gi qanunvericiliyinin pozulmasında təqsirsiz olmağını sübuta yetirməyə borclu deyil və vergi əməkdaşları da tərtib etdikləri aktda haqlı olduqlarını sübut etməmişlər. O, təsərrüfat mallarının topdansatış və pərakəndə satışı ilə məşğul olduğundan, topdansatış yolu ilə satdığı mallara “e-qaimə (elektron qaimə) tərtib etmiş, pərakəndə satış zamanı isə satışı elektron kassa vasitəsi ilə aparmış və belə faktların hamısı vergi orqanının kassa satışlarının qeydiyyatı idarəsində dərhal qeydiyyata alınmışdır.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********2681 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarın ləğv olunması ba rədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12582/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə (anbar-mağaza) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) op erativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə (anbar mağaza) operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq xx.xx.2023-xx.xx.2024-cü il tarix aralığında idxal edilmiş invoys dəyəri ilə 647344,77 manat (ƏDV-siz) məbləğində mallardan 159236,65 manatı (ƏDV və ticarət əlavəsiz) e-qaimə ilə satılmışdır. Qalan malların 488102,12 manat məbləğdə olan hissəsi 2 % ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə 587486,94 manata müxtəlif vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən topdan qaydada satılması faktı aşkar olunm uş və xx.xx.2024-cü il tarixli 103327 nömrəli akt İddiaçı təqdim edilmiş, lakin İddiaçı aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli 103327 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 58748,69 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Həmçinin İddiaçı fə aliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektin (anbar-mağaza) fotoşəkillərinə nəzər yetirdikdə həmin obyektin pərakəndə ticarət üçün uyğun olmadığını, anbar tipli olduğuna və faktiki olaraq boş olduğuna görmək olar. İddiaçı da vergi orqanına ünvanlandığı izahatında qeyd olunan anbardan başqa hər hansı anbar və ya mağazasının olmadığını bildirmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 58.13-cü maddəsi anbarlardan pərakəndə mal satışına görə maliyyə sanksiyasının tətbiqini nəzərdə tutur. Operativ vergi nəzarəti tədbirinin əsaslandırılması ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, yoxlamanın təyin edilməsi üçün əsaslar vergi orqanı tərəfindən əldə edilmiş mənbəyi bəlli məlumatlar (VM 50.2.2) olmuşdur. Həmin məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları və digər məlumatlar olmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə-faktura təqdim edilmədən 587486,94 manat məbləğində mal topdan şəkildə satılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12582/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********2681 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmas ına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 36.1, 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata ke çirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Cavabdehin bu davranışı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.
8. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.150.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələb lərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilir.
9. Cavabdeh həmçinin iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir. İddiaçının nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların bəzilərinin pərakəndə satışı və malların alıcılarının vergi uçotunda olmamaları bildirdiyinə qarşı, əslində həmin alıcıların vergi ödəyicisi olmasını sübut etmək cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə, qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixl i 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiya). Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansa tış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı).
10. Həmçinin malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2025-ci il tarixli, 2-1(103)-1225/2025 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X4 və X2) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12582/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla qeyd etmişdir ki, cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələb inin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə Vergi Məcəlləsinin 13.2.62, 13.2.63, 58.13, 71-1.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3.1, 4.1-ci bəndlərinə və Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişi “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə istinad edərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
16. Əməliyyatın pərakəndə satış olub-o lmaması hərfi mənaya görə (yəni, NKA çeki ilə rəsmiləşdirildiyinə görə) deyil, ağlabatan mühakimə ilə olmalıdır. Məbləğlərin NKA-ya mədaxil edilməsi topdansatış ticarət fəaliyyətinin pərdələnməsi məqsədilə edilmişdir. NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələblərini pozaraq topdansatış əməliyyatlarını NKA çeki ilə rəsmiləşdirilməsi hüququ vermir.
17. Vergi Məcəlləsinə son dəyişikliklə yeni 50.4-1-cü maddə əlavə olunmuşdur. Həmin maddəyə əsasən, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət old uğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətiriləcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Məhkəmə operativ vergi nəzarətinin mahiyyətinə qanunvericiliyin tələb etdiyi şəkildə deyil, gəldiyi nəticəyə xidmət edəcək şəkildə anlayış vermişdir. Məhkəmə tərəfin irəli sürdüyü hər hansı bir dəlilini, arqumentini və faktını rədd edərkən həmin dəlilin rədd səbəblərini əsaslandırılmış şəkildə və ona konkret hüquq norması tətbiq etməklə əsaslandırmalıdır. Lakin bu iş üzrə məhkəmə heç bir əsaslandırma aparmadan, bəzən hətta qanunvericilikdə konkret tənzimləmə olduğu halda qanunun tələblərinə zidd anlayış verməklə qəbul etdiyi məhkəmə aktını əsaslandırmağa çalışmışdır. Bu isə məhkəmə qərarının şübhə altına alınması üçün konkret əsa slar yaradır. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.... 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Maddə
56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial s ığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq mə suliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit və elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit və elektron pul təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyic isi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün mallar ın təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu madd ənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli, 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası
22. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində ve rgitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 03 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydaları Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, mübahisələndirilən qərar ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinin göndərilməlidir.
27. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarının ləğv edilməsini tələb etmişdir.
28. İddia tələbini əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə: 1) cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad e tməmiş, operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamışdır; 2) cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə etməsinə baxmayaraq, operativ vergi nəzarət tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr yoxlanılmış və bunun nəticəsində iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə keçirilir, cavabdehin davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil etmişdir; 3) cavabdeh iddiaçının topdansatış fəali yyəti həyata keçirdiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh iddiaçının elektron qaimə-faktura verilmədən malların topdan qaydada satılması faktının aşkar olunduğunu bildirsə də, kollegiya cavabdehin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamışdır, hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi də iş üzrə sənədlərlə təsdiq olunmur. Başqa sözlə, cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir. operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması
29. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
30. Qeyd edilən normalar inzibati aktlara münasibətdə qanunvericilikdə təsbit olunmuş ən mühüm tələblərdən birini əks etdirir. Əsaslandırma tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən hakimiyyət səlahiyyətləri həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Maraqlı şəxsi hüquqdan mə hrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə qoyan əlverişsiz (yükləyici) inzibati aktlara münasibətdə isə əsaslandırma tələbinə riayət olunması daha çox gözlənilən və tələb olunandır. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin güzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur.
31. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində operativ vergi nəzarətinin hansı hallarla bağlı keçiriləcəyi dəqiq göstərilmiş, eləcə də 50.2-ci maddədə belə nəzarətin həyata keçirilməsi üçün tələb olunan əsasların bitkin siyahısı konkret sadalanmışdır. Bu mənada, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması həmin hallar və əsaslarla bağlı olmalıdır. Başqa sözlə, qərardan vergi nəzarətinin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində sadalanmış hallardan hansı biri və ya bir neçəsi ilə bağlı keçirildiyini müəyyən etmək mümkün olmalı, o cümlədən qərarda 50.2-ci maddədəki əsaslardan birinə və ya bir neçəsinə istinad olunmalıdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslarla bağlı həmçinin nəzərə alınmalıdır ki, qərarda istinad olunan sözügedən əsaslar qərarın çıxarılmasınadə k mövcud olmalıdır.
32. Əsaslandırma tələbinə qiymət verərkən həm də operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın mahiyyəti də nəzərə alınmalıdır. Belə ki, bu qərar şəxsin hüquqlarına müəyyən müdaxilə vəziyyəti yaratsa da, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaratmır. Ona görə də, həmin qərarın əsaslandırılmasına dair tələb də, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaradan inzibati aktların əsaslandırılmasına dair tələblə eyni deyildir. Belə qərarlara münasibətdə gözlənilən yetərli əsaslandırmanı ehtiva etmiş olmalarıdır. Bu mənada, Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslardan birinə və ya bir neçəsinə ümumi istinad olunması, həmişə qərarın əsaslandırılmamış hesab edilməsi üçün avtomatik nəticəyə gəlməyə əsas vermir. Aydındır ki, qərarda sadəcə qanun norması na istinad yetərli hesab oluna bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə qərar çıxarılarkən onların mövcudluğuna dair sübutlar təqdim etməyə borcludur. Cavabdehdən də gözlənilən qərarın əsaslandırılmasına münasibətdə məhz bu qaydada davranmaqdır.
33. Bununla yanaşı qeyd edilməlidir ki, əgər operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda belə nəzarətin həyata keçirilməsinə imkan verən əsas kimi Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamışsa, bu hal məhkəmə icraatının gedişində İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında aradan qaldırıla bilər. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar bununla bağlı inzibati orqan tərəfindən qərarın özünün qəbul edilməsinədək aparılmış bir icraatın nəticəsi olaraq çıxarılır. Başqa sözlə, həmin qərar müvafiq icraatın nəticəsidir. Ona görə də, qeyd edilən icraatla bağlı mövcud materiallar həmin vahid icraatın tərkib hissəsini təşkil edirlər. Odur ki, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamış olsa belə, sonradan cavabdeh məhkəmə icraatının gedişində təqdim olunmuş icraata aid materiallara istinad etm əklə əsaslandırma təqdim edərsə, bu zaman “yetərli əsaslandırma” tələbi ödənilmiş sayıla bilər. Həlledici olan qərarın əsaslandırılmasının əsası kimi istinad olunan həmin materialların qərarın çıxarılmasınadək mövcud olması, onların qərarda istinad olunan Vergi Məcəlləsinin konkret maddəsindəki əsasla bağlılığının müəyyən edilməsi və yetərli hesab oluna bilməsidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, inzibati orqan daha sonra məhkəmə icraatının gedişində əsaslandırmanın mövcudluğunu sübut etmək üçün qərarda istinad etdiyi normadan fərqli normaya sonradan istinad edə bilməz, eləcə də sonradan yaranmış halları qərarın əsaslandırılması kimi də təqdim edə bilməz.
34. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il ta rixli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda yoxlamanın Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində göstərilmiş halla bağlı keçirildiyi aydın şəkildə ifadə olunmuşdur. Bu halda, inzibati aktın əsaslandırılmasına münasibətdə ilkin tələb olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinin müddəalarına riayət olunduğu təsdiq olunur.
35. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”da yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, göstərilən məlumatlar vergi orqanlarının baza məlumatlarında olan s ənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları, vergi ödəyicisinin qeydiyyata olan obyekti barədə olan məlumatlar, nəzarətkassa aparatına edilmiş mədaxillər barədə məlumatlar, vergi ödəyicisinin təqdim etdiyi hesabatlar və digər məlumatlardır ki, göstərilən sənədlər də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin məlumatlar qərarın çıxarılmasınadək mövcud olan, qərarda istinad olunan əsasla (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə) bağlılığı müəyyən edilən və yetərli hesab oluna biləcək xarakterli məlumatlardır. Sözügedən məlumatlar nəzərə alındıqda onlar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması kimi qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsinin gəldiyi operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsas landırılmadığına, həmin yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğunun təsdiq olunmadığına və bunların üzərindən mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın ləğvinə dair nəticə düzgün olmamışdır.
36. Apellyasiya məhkəməsinin gəldiyi nəticə həm də İPM-in 70.1-ci maddəsinə də uyğun olmamışdır. Həmin normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
37. İşin hallarında müəyyən olunur ki, məhkəmə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmadığına istinadla mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarı ləğv edərkən, icraatla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas götürmüşdür. Lakin nəzərə alınmalıdır ki, belə pozuntular yalnız inzibati orqanın qərarına təsir edən vəziyyətlər yaratdıqda inzibati aktın ləğvinə əsas verə bilər. Apellyasiya məhkəməsi isə inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu halını müəyyən etmədən qərarı ləğv etmişdir. operativ vergi nəzarətinin həyata keçirildiyi dövrlə bağlı
38. Cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə etmiş, operativ vergi nəzarət tədbiri nəticə sində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr yoxlanılmış və bunun nəticəsində iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə keçirilir, cavabdehin davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil etmişdir.
39. Kollegiya qeyd edir ki, 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 50.4-1-ci maddə əlavə edilmiş və həmin norma 2024-cü il 01 yanvar tarixdən qüvvəyə minmişdir. Həmin normaya görə, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarə ti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.
40. Hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar yeni normanın qüvvədə olduğu xx.xx.2024-cü il tarixdə qəbul edildiyindən cavabdeh yoxlamadan əvvəlki dövr üzrə (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr) operativ vergi nəzarəti keçirməkdə haqlı olmuşdur. Bundan başqa, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövrləri də keçməmişdir. Müvafiq olaraq mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın bu əsasdan çıxış etməklə ləğvinə dair gəlinmiş nəticə də düzgün olmamışdır. əməliyyatın topdansatış, yaxud pərakəndə ticarət fəaliyyəti hesab edilməsi ilə bağlı
41. Məhkəmə kollegiyası ape llyasiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyi iddia olunsa da, bu halın sübuta yetirilməməsinə dair mövqeyi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. operativ vergi nəzarətinin mahiyyəti və məqsədləri
42. Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir. Vergi nəzarəti, vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemini ehtiva edir. Vergi nəzarətinin həyata keçirilməsi formalarından biri də operativ vergi nəzarətidir və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur (Vergi Məcəl ləsinin 23.1.1-ci maddəsi).
43. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrindəki məsələləri əhatə edən vergi nəzarəti formasıdır.
44. Vergi Məcəlləsinin istinad olunan normasını təhlil etdikdə belə nəticəyə gəlmək olar ki, operativ vergi nəzarəti müxtəlif məqsədlər üçün həyata keçirilə bilər: vergidən yayınmanın qarşıs ını almaq (məsələn, vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar edilməsi, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi), kölgə iqtisadiyyatını azaltmaq (məsələn, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə nəzarət etmək), şəxslərin əmək hüquqlarını, o cümlədən istehlakçı maraqlarını qorumaq (məsələn, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi), habelə maliyyə intizamını artır maq. Sadalanan məqsədlər ölkədə vergi şəffaflığına nail olmağa, o cümlədən ədalətli rəqabət və iqtisadi sağlamlaşdırmanı təmin etməyə xidmət edir. Belə ki, vergi şəffaflığı iqtisadiyyatın sağlam inkişafının, ədalətli bazar mühitinin və dövlət büdcəsinin davamlılığının əsas şərtlərindən biridir. Şəffaflıq olmadıqda isə kölgə iqtisadiyyatı artır, investisiya mühiti zəifləyir və dövlətin maliyyə sabitliyi təhlükə altına düşür. topdansatış və pərakəndə satış fəaliyyətlərinin anlayışı və fərqləri
45. Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələri “topdansatış” və “pərakəndə satış” fəaliyyətinə hüquqi anlayış verib. Belə ki, həmin normalara əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; “topdansatış” isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. a) topdansatış və pərakəndə satış fəaliyyətində məqsəd ünsürü
46. Qeyd edilən normaların məzmunundan o nəticə hasil olur ki, topdansatış və pərakəndə satış fəaliyyəti bir-birindən malların əldə edilməsinin məqsədinə görə fərqlənir. Belə ki, topdansatışda mallar sahibkarlıq fəaliyyəti məqsədləri üçün, pərakəndə satışda isə mallar son istehlak məqsədi ilə əldə edilir. b) topdansatış və pərakəndə satış fəaliyyətində malın alıcısının hüquqi statusu - su byekt ünsürü
47. Topdansatış fəaliyyətində malın alıcısı sahibkardır (vergi ödəyicisidir - həm hüquqi şəxs, həm hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər) və aldığı malı sahibkarlıq məqsədləri üçün təqdim etmək niyyəti ilə əldə edir. Pərakəndə satış fəaliyyətində malın alıcısı fiziki şəxsdir. Lakin, bu fiziki şəxs həm vergi ödəyicisi ola bilər, həm də qeyri-sahibkar. Belə ki, şübhəsizdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həm də sahibkarlıq fəaliyyətindən kənar tam fəaliyyət qabiliyyətli şəxs kimi məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdləri də bağlayırlar. c) əməliyyatın rəsmiləşdirilməsi forması - formal ünsür
48. Topdansatış fəaliyyətində tərəflər arasında baş tutan əmə liyyat elektron-qaimə faktura ilə, pərakəndə satış fəaliyyətində isə qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə rəsmiləşdirilir. vergi ödəyicilərinin rəsmi və faktiki fəaliyyəti (məzmunun formadan üstün olması)
49. Vergi tutma obyektinin düzgün müəyyən edilməsi, vergi güzəştlərindən və qanunvericiliyin vergi ödəyicilərinə tanıdığı imkanlarından sui-istifadəyə yol verilməməsi üçün vergi ödəyiciləri tərəfindən təqdim olunan formal sənədlərə və bəyanlara deyil, əslində həyata keçirilən faktiki fəaliyyətə baxılmalıdır. Başqa sözlə, vergi qanunvericiliyinin tətbiqi zamanı vergi məsuliyyəti yaradan hadisənin gerçək mahiyyəti əsas götürülməlidir.
50. Bu, faktiki məzmunun formadan üstün olması -“Substance over form” prinsipindən irəli gəlir.
51. Əks hal, yəni formanın məzmundan üstü n olması ilə vergi ödəyicilərinin formal bəyanları və uçot məlumatlarına əsasən hərəkət edilsə, bu vergi tutma obyektlərinin düzgün müəyyən olunmamasına, bununla da vergilərin düzgün hesablanmamasına, habelə faktiki eyni fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin fərqli vergi öhdəliklərinin yaranmasına, statistik göstəricilərin düzgün olmaması ilə iqtisadi siyasətin formalaşmasında təhrif edici məlumatlara əsaslanılmasına gətirib çıxarar.
52. Odur ki, uçot sənədlərində fəaliyyət növünün necə göstərmələrindən asılı olmayaraq təcrübədə bəzi hallarda vergi ödəyicilərinin həyata keçirdiyi topdansatış fəaliyyətini pərakəndə satış kimi rəsmiləşdirmələri mümkündür. Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə sanksiyasının təbiəti və güddüyü məqsəd
53. Vergi Məcəlləsinin 5 8.13-cü maddəsinə əsasən, həm də bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) görə maliyyə sanksiyası tətbiq edilir.
54. Həmin sanksiya topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsinin yaratdığı risklərin qarşısının alınması üçün müəyyən edilmişdir. Bu sanksiyanın hüquqi təbiəti ondan ibarətdir ki, o, maliyyə məsuliyyəti tədbiri olmaqla preventiv və caydırıcı xarakter daşıyır. Lakin, bu maliyyə sank siyası yalnız inzibati xarakterli tədbir deyil, həm də iqtisadi şəffaflığın mühüm alətidir. Onun məqsədi fiskal intizamı təmin etmək, kölgə iqtisadiyyatını məhdudlaşdırmaq, ədalətli rəqabət mühitini qorumaq və istehlakçı maraqlarını müdafiə etməkdir. Hüquqi mahiyyətinə görə bu sanksiya dövlətin həm maliyyə, həm iqtisadi, həm də sosial siyasətini dəstəkləyən çox şaxəli bir mexanizmdir. əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasının müəyyənləşdirilməsi
55. Yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasına verilən anlayışlardan müəyyən olunur ki, həmin əməliyyatları bir-birindən ayıran əsas meyar əməliyyatın predmetini təşkil edən malın alış məqsədidir. Başqa sözlə, qanunvericilik topdan və pərakəndə satış zamanı malın sayına və hə cminə, o cümlədən əməliyyatın dəyərinə münasibətdə hər hansı tənzimləyici limitlər müəyyən etməmişdir.
56. Nəzərə alınsa ki, vergi ödəyiciləri eyni malın satışını həm topdan, həm də pərakəndə qaydada həyata keçirə bilmək hüququna malik olduqlarından malın alıcısının malı alma məqsədinin (özünün bununla bağlı bəyanı olmadığı halda) satıcı tərəfindən araşdırılmasını və müəyyən edilməsini tələb etmək ağlabatan görsənmir. Belə ki, malın satıcısının malın alınma məqsədini müəyyən etməklə bağlı vergi qanunvericiliyindən irəli gələn öhdəliyi yoxdur.
57. Bu hal ilk baxışdan malın satıcısına malı alan şəxsin özünü vergi ödəyicisi kimi təqdim etmədiyi hallarda apardığı bütün əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirməyə hüquq vermiş kimi görsənir, başqa sözlə, maliyyə sanksiyasının tətbiqi üçün əsas yaratmaması təəssüratını yaradır. Lakin nəzərə alınmalıdır ki, malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi yuxarıda qeyd edilənlərə əsasən yalnız malın alıcısına deyil, satıcısına da qanunsuz üstünlüklər yaratmaq ehtimalı olduğundan, başqa sözlə, malın satıcısı da vergi orqanları qarşısında “şübhəli” vəziyyətə düşə biləcəyindən öz sahibkarlıq fəaliyyətində vicdanlı davranmalı, “topdansatış” təəssüratı yaradan əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirilməsinə şərait yaratmamalıdır.
58. Yuxarıda qeyd edildiyi kimi, qanunverici malların dəyərinə və həcminə görə topdansatış və pərakəndə satışı fərqləndirmədiyindən, bu zaman, əməliyyatların hansına aid olmasının müəyyən edilməsi zamanı bu sahədəki vergi hüquq münasibətlərinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla bu h alda sübutetmə baxımından “obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq olunmalıdır. Belə qəbildən olan işlərin xüsusiyyəti ondan ibarətdir ki, operativ yoxlama zamanı həm də əvvəlki dövrdəki əməliyyatlar qiymətləndirildiyindən geriyə dönük vergi orqanından vergi ödəyicisinin satdığı malın alıcısının hansı məqsədlə malın almasını sübut etməyi gözləmək, vergi orqanının mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar. Belə ki, malların satışına dair sənədlərdən malın alıcısını identifikasiya etmək və malı alma məqsədini müəyyən etmək təxminən qeyri-mümkün olur.
59. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə vergi məsuliyyətinə cəlb etmə barədə qərar çıxarıldıqda, sübutetmə yükü qərarı qəbul etmiş vergi orqanının üzərinə düşür. Bu zaman əsas prinsip qüvvədə olur - sübutetmə yükü daşıyan vergi orqanı dəqiq, aydın, bəlli və mübahisəsiz dəlillərlə iddia olunan məsuliyyət yaradan halın mövcud olduğunu sübut etməlidir. “Obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq edildikdə isə bu qaydada sübutetmə tələb olunmur. Birmənalı və mübahisəsiz sübutetmə halı mövcud olmasa belə, əsaslı şübhə standartına cavab verən sübutetmə varsa, hal sübut olunmuş qəbul oluna bilər. Əsaslı şübhə üçün isə ciddi, konkret və yetərli sübutlar mövcud olmalıdır. İstinadı bəlli olmayan, ehtimallara və ya adi risk qiymətləndirilməsinə görə qərar qəbul edildikdə, eləcə də konkret dəlil olmadan, yaxud ziddiyyətli dəlillərə əsaslanıldığı hallarda əsaslı şübhə yaranmaz. Beləliklə, “obyektiv hallardan yaranan əsaslı şübhə” iddia olunan qanunsuz hərəkətə (topda nsatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir.
60. Bu baxımdan, “ağlabatanlıq meyarları” şübhənin sadəcə inzibati ehtimaldan hüquqi əsaslı şübhəyə keçidini təmin edən əsaslar kimi çıxış edir. Məhz “ağlabatanlıq meyarları”nın tətbiqi vergi orqanları tərəfindən irəli sürülən əməliyyatın düzgün şəkildə rəsmiləşdirilmədiyinə dair ehtimalların obyektiv və yoxlana bilən faktlara söykənən, birbirini tamamlayan göstəricilərlə dəstəklənən, iqtisadi məntiqə uyğun gələn, alternativ izahla zəiflədilməyən, proporsional və hüquqi prosedurlarla qorunan hallarda hüquqi əsaslı şübhəyə çevirilməsinə imkan verir.
61. Ağlabatan lıq meyarları tətbiq edilərək ehtimallardan aşağıdakı hallarda “əsaslı şübhə” formalaşa bilər: Malların xüsusiyyəti və istifadə təyinatı – şəxsi istehlak üçün qeyri-mümkün görünən malın təqdim edilməsi. Formalaşmış bazar münasibətləri və işgüzar adətlər nəzərə alındıqda neytral kənar şəxsin və ya obyektiv müşahidəçinin nəzərindən baxıldıqda inandırıcılıq. Burada sadəcə malın sayı deyil, malların istehlak məntiqi nəzərə alınmalıdır. Əməliyyatların təkrarlılığı və qısa fasilələrlə aparılması – az müddət ərzində dəfələrlə böyük həcmdə alış. Alıcının kimliyi – mümkün olduqda alıcının vergi ödəyicisi olub-olmamasının və aldığı malın onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin müəyyənləşdirilməsi. Satıcının təsərrüfat subyektinin xüsusiyyəti və yerləşməsi – vergi ödəyicisinin malın satışını həyat a keçirdiyi təsərrüfat subyektinin xüsusiyyəti, yerləşmə yeri və təyinatının pərakəndə satışa uyğunluq baxımından qiymətləndirilməsi. Satıcının tətbiq etdiyi ticarət əlavəsi (marja) – topdan və pərakəndə qiymətlər arasındakı fərqin araşdırılması. Əməliyyatın həcmi – həyatın adi axarında formalaşmış vərdişlər baxımından pərakəndə satışın həcminə uyğun gəlməyən, şəxsi istehlak üçün qeyri-mümkün görünən sayda mal alınması. Prosessual təminatlar – tədbir qanunvericiliyin tələblərinə uyğun keçirilibmi? İnzibati icraat gedişində vergi ödəyicisinə izah imkanı verilibmi? Onun tərəfindən verilmiş izahlara münasibətdə: izahedici səbəbin olmaması və ya qeyri-ağlabatan izahların təqdim edilməsi. İqtisadi və kontekstual ağlabatanlıq - İqtisadi məntiq: Pərakəndə bazar bu qədər topdansatışı istehlak e də bilərmi? Sektor müqayisəsi: Mənfəət marjaları bazar ortalaması ilə müqayisədə qeyri-normal dərəcədə fərqlidirsə, şübhə güclənir.
62. Kollegiya xüsusi olaraq qeyd edir ki, ilk növbədə vergi orqanları sözügedən ağlabatanlıq meyarlarına əsaslanan araşdırma aparmaqla hər bir konkret hala münasibətdə obyektiv hallardan yaranan əsaslı şübhənin mövcud olub-olmadığına qiymət verməlidirlər. Bu məsələ üzrə lazımi araşdırma və qiymətləndirmə məhz inzibati icraat mərhələsində təmin olunmalıdır. Başqa sözlə, vergi orqanının qərarından gəlinən nəticənin qeyd olunan meyarlar üzrə aparılmış araşdırmanın nəticəsi olduğunu müəyyən etmək mümkün olmalıdır.
63. Digər tərəfdən, hüquqi müəyyənlik prinsipinin tələbləri həmçinin tələb edir ki, vergi ödəyiciləri potensial təhlükə ilə üzləşə biləcəkləri vəziyyə tlərə münasibətdə öz fəaliyyətlərini öncədən proqnozlaşdırmaq haqqına sahib olmalıdırlar. Bunun üçün isə ən azından sözügedən məsələyə münasibətdə inzibati idarəçiliyin hansı qaydada aparılacağına dair onların ümumi qaydada məlumatlandırılması təmin olunmalıdır. Vergi orqanları belə məlumatlandırmanı təmin etmək üçün müvafiq daxili inzibatçılıq qaydaları qəbul etməklə araşdırma və qiymətləndirməni hansı qaydada aparacaqlarını müəyyən edə və həmin qaydaları bütün vergi ödəyicilərinə anlaşılan şəkildə əvvəlcədən təqdim edə bilərlər.
64. Vacib məqamlardan biri də mübahisə yarandıqda bu qəbildə olan işlərə baxarkən məhkəmələrin hansı qaydada davranacaqları, xüsusən də sübutetmə məsələsində göstərilməli olan yanaşma ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı kassasiya məhkəməsinin formalaş mış təcrübəsini xatırlatmaqla bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında t əfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma İPMin 12 və 58.6-cı maddələrinə uyğun olaraq yalnız inzibati orqanda aparılmış araşdırmanı təzələyən və ya tamamlayan xarakterdə ola bilər.
65. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünk i inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan məsuliyyət qərarı qəbul etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu təzələyəcək və ya tamamlayacaq qaydada həyata keçirilə bilər.
66. Qeyd olunanları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, apellyasiya məhkəməsinin iddiaçı nın topdansatış fəaliyyəti həyata keçirdiyinin sübuta yetirilmədiyinə dair mövqeyi yuxarıda göstərilən qaydada aparılmış qiymətləndirmənin nəticəsi olmamışdır.
67. Bundan əlavə, cavabdehin bildirməsinə görə vergi orqanlarının baza məlumatlarına əsasən iddiaçının fəaliyyət göstərdiyi obyekt sahəsi 40 kv.m anbar olmuşdur. İddiaçı cavabdehə təqdim etdiyi 27 iyun 2024-cü il tarixli arayışda (səh.15) obyektin kodunun anbar-mağaza olduğu, anbardan başqa hər hansı anbarı və ya mağazası olmadığını bildirmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən,...habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla)...görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
68. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının fəaliyyət göstərdiyi obyektin Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan anbar tipli olub-olmadığını da araşdırmamışdır.
69. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar lə ğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
70. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 07 mart tarixli, 21(103)-1225/2025 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.