Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2007/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: yalnız məhkəmə icraatına cəlb olunmamış və bu səbəbdən cəlbetmə barədə vəsatət qaldıran şəxslərin həmin vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət vermək hüququnun olması; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xi dmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(103)-257/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********738400 nömrəli və xx.xx.2023-cü il tarixli **********560500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 15 may 2024-cü il tarixli, e-21(112)- 4107/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********738400 nömrəli və xx.xx.2023-cü il tarixli, **********560500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir.
3. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin rəhbərinin və həmin MMC ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (**********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlə r: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 05 mart 2025-ci il tarixli, 2-1(103)-257/2025 nömrəli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş üçüncü şəxs qismində cəlbetmə barədə vəsatət təmin edilməmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. V əsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayı r. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. 7. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayıla bilməz və bu səbəbdən, şikayətin qəbulundan imtina edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi inzibati məhkəmə icraatının iştirakçılarının dairəsini belə müəyyən etmişdir – tərəflər və inzibati məhkəmə icraatına cəlb ol unmuş üçüncü şəxslər. Burada tərəflər qismində iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh çıxış edir.
10. İnzibati Prosessual Məcəllənin 28-ci maddəsi isə üçüncü şəxslərin icraata cəlb olunmasının iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin (yəni, cəlb olunmaq istəyən) şəxslərin vəsatəti əsasında. Mahiyyətcə, məhkəmə icraatının iştirakçıları (iddiaçı, cavabdeh və artıq cəlb olunmuş üçüncü şəxslər) müvafiq təkliflə çıxış edə, cəlb olunma məsələsini məhkəmənin diqqətinə çatdıra bilərlər. Lakin belə olan halda, üçüncü şəxsin cəlb edilməsi ilə bağlı təşəbbüs yenə də məhkəməyə məxsus olur. Belə ki, cəlb olunub-olunmama, nəticədə məhkəmə tərəfindən həyata keçirilmiş olur və burada həlledici olan məhkəmənin gəldiyi qənaətdir.
11. İnzib ati Prosessual Məcəllə inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət vermək hüququnu nəzərdə tutmadığı halda, cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət verilə biləcəyini təsbit etmişdir. Lakin burada diqqət edilməli məqam, belə bir şikayəti kimin verə biləcəyidir.
12. İnzibati Prosessual Məcəllənin 28.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardad dan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göründüyü kimi, qanunverici sözügedən normada yalnız məhkəmə icraatına cəlb olunmamış və bu səbəbdən cəlbetmə barədə vəsatət qaldıran şəxslərin həmin vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət vermək hüququnun olduğunu nəzərdə tutmuşdur. Məhkəmə icraatı iştirakçılarının (iddiaçı, cavabdeh və artıq cəlb olunmuş üçüncü şəxslərin) isə prosessual qanunvericilikdə belə bir hüququnun olduğu təsbit edilməmişdir.
14. Hazırkı mübahisəyə münasibətdə cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət vermək hüququ olmadığından, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 21(103)-257/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.